XƏBƏRLƏR l LİVE
الذهاب إلى القناة على Telegram
7 608
المشتركون
-724 ساعات
-307 أيام
-16830 أيام
أرشيف المشاركات
7 606
⚡️⚡️ Ərdoğan sabah Qarabağa səfər edəcək.
● O, Prezident İlham Əliyevlə ikitərəfli görüş keçirəcək.
● Görüşdə Türkiyə-Azərbaycan əməkdaşlığının müxtəlif aspektləri, eləcə də regional və qlobal proseslər müzakirə olunacaq.
07 نوفمبر, 14:08
7 606
🚇🚇🟢Bakı metrosunun iş rejimi dəyişdiriləcək
8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar 7–10 noyabr tarixlərində metronun iş rejimi dəyişdiriləcək:
▪️Qatarların hərəkəti qeyd edilən tarixlərdə istirahət günlərinin qrafikinə uyğun təşkil ediləcək; ▪️“İçərişəhər”, “Sahil” və “28 May” stansiyalarında əlavə işçi qüvvəsi ayrılacaq, nəzarət gücləndiriləcək; ▪️“İçərişəhər–Həzi Aslanov” və əksinə istiqamətdə pik saatlarda qatarlararası interval 2 dəqiqə 30 saniyə – 3 dəqiqə aralığında olacaq; Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq. Bənövşəyi xətdə hərəkət bazar günü qrafikinə uyğun təşkil ediləcək, Yaşıl xətdə isə mövcud qrafik saxlanılacaq.
07 نوفمبر, 04:37
7 606
⚡️🇩🇪 Almaniyada vətəndaşlara 10 günlük ərzaq ehtiyatı hazırlamağı tövsiyə edilir.
📣 Əhalinin Mühafizəsi və Fövqəladə Hallarda Yardım üzrə Federal İdarəsi hərbi münaqişələr, elektrik enerjisinin kəsilməsi, daşqınlar və təchizat zəncirində yaranan fasilələr ehtimalına qarşı insanları evlərində ərzaq ehtiyatı yaratmağa çağırıb.
📍 Tövsiyələrə əsasən, ərzaq məhsulları ən azı 10 gün üçün kifayət etməlidir.
❗️ Bundan əlavə, Almaniyanın müvafiq qurumları sakinlərə dərman qutusu, zəruri tibbi preparatlar, sənədlər, fənər, batareyalar, nağd pul, isti geyim və gigiyena vasitələri olan təxliyə çantası hazırlamağı məsləhət görür.
07 نوفمبر, 00:06
7 606
📣📣📣 Bakıda polkovnikin idarə etdiyi avtomobillə qadını vuraraq ölümünə səbəb olduğu hadisənin bəzi detalları məlum olub.
Hadisə Məhəmməd Naxçıvani küçəsində yerləşən 15 mərtəbəli binanın yeraltı dayanacağında baş verib.
Binanın komendantı Etibar Qasımovun sözlərinə görə, həyatını itirən Esmira Sadıqova həyətdəki zibil qutularından məişət tullantıları toplayırmış.
© Xəzər TV
06 نوفمبر, 15:17
7 606
🌧️ Bakıda, Abşeronda, həmçinin bir sıra bölgələrdə noyabrın 7-si səhərdən 10-u səhərədək fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
06 نوفمبر, 15:01
7 606
❗️“Omid” Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadəninin öz əməkdaşlarını döydüyü anın görüntüləri
06 نوفمبر, 13:53
7 606
🚕 Taksi sürücüləri üçün yenilik: Daha çox vergi ödəyəcəklər
Azərbaycanda taksi sürücüləri üçün gəlirə uyğun vergi modelinin tətbiqi təklif olunur.
Oxu. Az xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov Milli Məclisin komitə iclasında bildirib.
Onun sözlərinə görə, yeni modelə əsasən, taksi sürücülərinin gəlirindən 1 faiz vergi tutulacaq. Beləliklə, az qazanan sürücülər daha az, çox gəlir əldə edənlər isə gəlirlərinə uyğun vergi ödəyəcəklər.
06 نوفمبر, 10:16
7 606
🌧️ Bakıda, Abşeronda, həmçinin bir sıra bölgələrdə noyabrın 7-si səhərdən 10-u səhərədək fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
06 نوفمبر, 07:12
7 606
❄️ Quba və Qusar rayonlarının yüksək dağlıq ərazilərində qar yağıb.
06 نوفمبر, 04:27
7 606
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi:
▪️Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki “Omid Gəncə-3” mağazasının müdirini satılan mallardan əldə edilən pulları mənimsəməkdə ittiham ediblər.
▪️Onlar bu məsələ ilə bağlı mağaza müdirini döyüb, müxtəlif vasitələrlə hədə-qorxu gələrək şirkətə vurduğu ziyana görə 88 min manat pul tələb ediblər.
Mənbə: Qafqazinfo.
06 نوفمبر, 03:24
7 606
⚡Zəfər və Dövlət Bayrağı günləri ilə bağlı Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıvanda hərbi yürüşlər olacaq
06 نوفمبر, 02:57
7 606
⚡️Silahlı şəxs Türkiyənin Afyonkarahisar vilayətində 8 nəfəri qətlə yetirib
● Cinayətkar Yukarıtandır kəndində 3 qadını, Ayazini kəndində avtomobildə olan 3 nəfəri və Kıyır kəndinə 2 nəfəri güllələyərək öldürüb.
● Cinayətkarın saxlanılması üçün xüsusi əməliyyat başladılıb, o bir qədər əvvəl saxlanılıb.
● Güllələnən 9 nəfərdən yalnız biri sağ qalıb və onun vəziyyətinin ağır olduğu bildirilir.
05 نوفمبر, 14:49
7 606
⚠️Bakıda avtomobilin klinikaya çırpıldığı anın VİDEOSU
▪️Hadisə nəticəsində xəsarət alan şəxslər yaxınlıqdakı klinikaya yerləşdiriliblər. Yaralılar arasında azyaşlı da var. Onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.
05 نوفمبر, 13:33
7 606
"BakuBus" "stop" əvəzinə "toxta" yazır? - RƏSMİ AÇIQLAMA
Deputat Hikmət Babaoğlunun “stop” sözünün əvəzinə “toxta” ifadəsinin işlədilməsi təklifindən sonra sosial şəbəkələrdə maraqlı görüntülər yayılıb. Belə ki, paylaşılan videoda “BakuBus”a məxsus avtobuslardan birində “stop” yazısının “toxta” sözü ilə əvəz olunduğu əks olunub. Həmin görüntü ilə bağlı "BakuBus"a sorğu ünvanladı. Sorğuya cavab olaraq bildirildi ki, yayılan görüntülər süni intellektə hazırlanıb: "Sosial şəbəkələrdə yayılan görüntülər həqiqəti əks etdirmir. Sözügedən görüntülər süni intellekt vasitəsilə hazırlanıb".
05 نوفمبر, 12:55
7 606
❗️Türkiyədə 7 nəfər güllələnərək öldürülüb
Afyonkarahisar bölgəsində müxtəlif ünvanlarda 7 nəfərin meyiti tapılıb, daha 2 nəfərin isə yaralandığı bildirilir.
İlkin araşdırmaya görə, ölənlərin hamısı tüfənglə vurulub. Şübhəli şəxs və ya şəxslər hadisə yerindən qırmızı avtomobillə qaçıblar.
05 نوفمبر, 12:15
7 606
📌 Məcburi köçkün statusu ilə bağlı yeni qayda
İşğaldan əvvəl məcburi köçkünlə nikahda olmuş, lakin öz rayonunda pasport qeydiyyatında qalan və işğaldan sonra həyat yoldaşının yaşayış yeri üzrə qeydiyyata düşən kişilərə də məcburi köçkün statusu veriləcək.
İndiyədək bu imkan yalnız eyni vəziyyətdə olan qadınlara şamil edilirdi.
05 نوفمبر, 09:54
7 606
🚌 Bu avtobuslar yenilənir
📌 Noyabrın 6-dan Biləcəri qəsəbəsi ilə “Azadlıq prospekti” metro stansiyasını birləşdirən 203 nömrəli marşrut xəttinə 5 yeni, ekoloji təmiz avtobus buraxılacaq.
⏱ Avtobuslar 10–12 dəqiqə intervalla hərəkət edəcək.
💳 Gedişhaqqı 60 qəpik olacaq, ödəniş nağdsız qaydada aparılacaq.
05 نوفمبر, 05:45
