cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

Tarixçi

Maraqlı tarixi faktlar

إظهار المزيد
أذربيجان934الأذربيجانية842حقائق2 491
مشاركات الإعلانات
4 876
المشتركون
+724 ساعات
+267 أيام
+13330 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Photo unavailableShow in Telegram
Albert Aynştaynın yazdığı və 1,5 milyon dollara satılan “xoşbəxtlik resepti”. Dahi fizik 1922-ci ilin noyabrında Tokioda mühazirə oxuyurdu. Nobel mükafatına layiq görülməsi xəbərini də burada alır. Bir neçə gün sonra “Imperial Hotel”dəki nömrəsinə kuryer bağlama gətirir. Çay pulu ödəmək üçün ciblərini axtaran Aynştayn kiçik əskinas tapmır. Amma kuryeri əliboş yola salmaq da ayıb idi. O, vərəqlərində hotelin loqotipi olan bloknotu götürür və bir vərəq qopardaraq almanca yazır: “Sakit və təvazökar həyat daha çox xoşbəxtlik bəxş edər, nəinki uğur dalınca yürümək və bunun daimi müşayətçisi olan narahatlıq”. O, kağızı kuryerə verir və deyir ki, hər şey normal getsə, bu kağız adi çay pulundan xeyli dəyərli olar. Alim özünü kuryerə təqdim edir, ya kuryer onu tanıyırmış - bilinmir. Amma kağızı cırıb atmır, həqiqətən də saxlayır. Bununla belə, sonralar satışa da çıxarmır. Yalnız 2017-ci ilin oktyabrında kuryerin qardaşı oğlu “xoşbəxtlik resepti”ni hərraca çıxarır və inanılmaz məbləğə satır - 1,56 milyon dollar.
إظهار الكل...
👍 27🔥 4
Naxçıvan xanlarının nəslindən olan Hüseyn xan 1863-cü ildə Naxçıvan şəhərində anadan olub. Babası Ehsan xan 1817-1820-ci illərdə Naxçıvan xanı olmuş, xanlıq ləğv edildikdə və Rusiyaya birləşdirildikdə ruslar tərəfindən xanlığın naibi təyin edilmiş, əvvəlcə polkovnik, daha sonra general-mayor olmuşdu. Ehsan xanın oğlu Kəlbəli xan da Rusiya ordusunda xidmət edib, Krım müharibəsində və 1877-1878-ci illər rus-türk müharibəsində iştirak edib, atası kimi general-mayor rütbəsinə qədər yüksəlib. Hüseyn xan 14 yaşında Paj korpusu adlı hərbi məktəbə daxil olur. Bu imtiyazlı məktəbdə saraya yaxın zadəgan ailələrindən çıxan uşaqlar təhsil alırdılar. Məktəbi 1883-cü ildə bitirən xan süvari qoşunlarında kornet, podporuçik, poruçik rütbələrində xidmət edir. Onun təltif olunduğu ilk orden isə Rusiyadan yox, İrandan gəlir. Peterburqa səfər edən İran nümayəndə heyətinin qarşılanmasında və müşayiət olunmasında göstərdiyi xidmətlərə görə 1890-cı ildə Nəsrəddin şah Qacar tərəfindən 4-cü dərəcəli “Şir-e Xurşid” (Aslan və günəş) ordeni ilə təltif olunur. Dörd il sonra isə, artıq ştabs-rotmistr rütbəsində olan Hüseyn xan Rusiya tərəfindən ilk mükafatını, “xidmət zamanı fərqlənməyə görə” 3-cü dərəcəli Müqəddəs Stanislav ordenini alır. Növbəti 10 il ərzində Naxçıvanski bir neçə Rusiya ordeni ilə yanaşı Rumıniya, Avstriya, Bolqarıstan və yenə İran ordenləri ilə təltif edilir. 1904-1905-ci illərin rus-yapon müharibəsi başlayanda polkovnik rütbəsində olan xan 2-ci Dağıstan süvari alayının komandiri təyin olunur. Müharibədə göstərdiyi şəxsi rəşadətə görə bir neçə ordenlə mükafatlandırılır. Ümumiyyətlə, karyerası boyu 15 Rusiya və 9 xarici ölkə təltifini qazanır. Müharibədən sonra Hüseyn xanın karyerası daha sürətlə yüksəlir. O, 1907-ci ildə general-mayor, 1911-ci ildə general-leytenant və diviziya komandiri olur. Bu illərdə o, Rusiya imperatoru II Nikolayın məiyyətinə daxil olur. 1915-ci ildə general-adyutant məiyyət rütbəsinə layiq görülür. O, Rusiya imperiyasında bu rütbəni alan yeganə müsəlman olur. Birinci dünya müharibəsinə diviziya komandiri kimi başlayan Hüseyn xan artıq 2,5 aydan sonra 2-ci süvari korpusunun komandiri təyin edilir. “Vəhşi diviziya” kimi tanınan Qafqaz yerli süvari diviziyası da bu korpusun tərkibində idi. O, 1916-cı ildə tam süvari generalı rütbəsinə layiq görülür ki, bu da Rusiya ordusunda general-feldmarşaldan sonra ən yüksək rütbə idi. Onun rəhbərlik etdiyi korpus Birinci dünya müharibəsində Rusiya ordusunun ən uğurlu əməliyyatı sayılan Brusilov hücumunda iştirak edir. 1917-ci iin Fevral inqilabından və Rusiyada monarxiyanın devrilməsindən sonra Hüseyn xan Müvəqqəti hökumətə and içməkdən boyun qaçırır və buna görə istefaya göndərilir. Oktyabr çevrilişindən sonra hakimiyyətə gələn bolşeviklər isə Hüseyn xanı həbs edirlər. Onun 1919-cu ilin yanvarında Romanovlar sülaləsinə mənsub knyazlarla birlikdə güllələndiyi ehtimal edilir. Qətlinin dəqiq tarixi və dəfn olunduğu yer məlum deyil.
إظهار الكل...
👍 47 3
Photo unavailableShow in Telegram
General Hüseyn xan Naxçıvanski (sağdan ikinci) kilsənin təməl qoyma mərasimində Rusiya imperatoru II Nikolay müşayiət edir
إظهار الكل...
👍 25
Əsasını alban kökənli Məhəmməd Əlinin qoyduğu Kavalalı sülaləsi Misiri 1805-ci ildən idarə edirdi. Bu müddətdə onlar gah paşa, gah hidiv, gah sultan titulu daşıyırdılar. Sülalənin 9-cu nümayəndəsi I Fuad isə 1922-ci ildə kral titulunu qəbul etdi. Məhəmməd Naqib və Camal Əbdül Nasirin başçılıq etdikləri “Azad zabitlər” təşkilatı 1952-ci il iyulun 23-də çevriliş edərək kral I Faruku devirdilər. Bu zaman məlum oldu ki, kral yaman pornoqrafiya həvəskarı imiş. Sarayda bu məzmunda xeyli lentlər və şəkillər tapıldı. Demək lazımdır ki, Misir çevrilişi qan tökməməsi ilə fərqlənir. Kralı da sağ-salamat ölkədən yola saldılar. I Faruq Romada məskunlaşdı. Amma monarxiya ləğv olunmadı. Kralın 6 aylıq oğlu, Kavalalı sülaləsinin 11-ci nümayəndəsi II Fuad kral elan olundu. Real hakimiyyət “Azad zabitlər”in əlində cəmləndi. 11 ay sonra da monarxiya ümumiyyətlə ləğv edildi. Sonuncu kral İsveçrədə təhsil aldı, Monakoda yaşadı. 1976-cı ildə Monako knyazı III Renye və onun arvadı, keçmiş Hollivud ulduzu Qreys Kellinin iştirak etdiyi mərasimdə Fransa yəhudisi Dominik-Frans adlı qadınla evləndi. Qadın iudaizmi tərk edərək İslamı qəbul etdi, adı da Fadilə oldu. Bu nikahdan iki oğlu və bir qızı var. Fuadın böyük oğlu şahzadə Məhəmməd Əli Əfqanıstanın sonuncu kralı Zahir şahın nəvəsi Noal ilə evlənib. Biri oğlan, biri qız olan əkiz uşaqları var. Qızı Fevziyə-Lətifə isə bir fransızla ailə qurub. Onların da bir oğlu, bir qızları var. Cütlük 1996-cı ildə ayrıldı, rəsmən 2008-ci ildə boşandı. Bundan sonra keçmiş kral İsveçrəyə qayıtdı. Ənvər Sadatın prezident olduğu zamanı Fuadın Misir vətəndaşlığı bərpa edildi, bu da ona ölkəsinə gedib-gəlmək fürsəti verdi.
إظهار الكل...
👍 43
Photo unavailableShow in Telegram
18 iyun 1953-cü il, Misirdə krallığa son qoyuldu, Misir Ərəb Respublikası elan edildi. O zaman yaşı 1 il 5 ay olan sonuncu kral II Fuad ölkədən çıxarılaraq valideynlərinin yanına göndərildi.
إظهار الكل...
👍 31
Photo unavailableShow in Telegram
- Əfv ətrafında ixtilaf Türkiyənin ilk koalisyon hökumətini çökdürdü. - Keçmiş prezidentin müvəqqəti azadlığı Türkiyəni ikiyə parçaladı - Süleyman Demirel şapkasını alıb qaçdı. - Talat Aydemirin ikinci qiyam cəhdi onu dar ağacına apardı. - Ragip Gümüşpalanın ölümündən sonra Ədalət Partiyasının ikinci başqanı kim oldu? 1962-1964-cü ildə Türkiyədə baş vermiş bu hadisələr haqqında məqaləm https://pressklub.az/az/yazilar/ikinci-cehd-radio-ile-yatirilan-qiyam-dar-agacinda-intihar-eden-polkovnik-226-az
إظهار الكل...
👍 32 7
Photo unavailableShow in Telegram
Oktyabr çevrilişinin ertəsi günü yaradılan ilk sovet hökuməti. Şəkildəki 15 nəfərdən 10-u qurduqları rejim tərəfindən xalq düşməni kimi edam edildi. Dörd nəfərin bəxti gətirdi, daha tez, öz əcəllərilə öldülər. Stalin də məlum, hamını o öldürdü. Lenin - 1924- cü ildə öldü. Noqin - 1924-cü ildə öldü. Lunaçarski - 1933-cü ildə öldü Skvortsov - 1928-ci ildə öldü. Rıkov - 1938-ci ildə güllələndi Milyutin - 1937-ci ildə güllələndi Şlyapnikov - 1937-ci ildə güllələndi Antonov-Ovseyenko - 1938-ci ildə güllələndi Krılenko - 1938-ci ildə güllələndi Dıbenko - 1938-ci ildə güllələndi Oppokov (Lomov) -1938-ci ildə güllələndi Teodoroviç - 1937-ci ildə güllələndi Avilov (Qlebov) - 1937-ci ildə güllələndi Trotski - 1940-cı ildə sovet agenti tərəfindən Meksikada öldürüldü. Stalin - 1953-cü ildə öz əcəli ilə öldü.
إظهار الكل...
🔥 27👍 23 5🤔 1
Almaniya iki yerə parçalanandan sonra Şərqi Almaniyanın kommunist rəhbərliyi sosializm quruculuğuna başladı. Bu zaman Moskvanın diktəsi ilə SSRİ təcrübəsi əsas götürüldü, əsas diqqət ağır sənayeyə verildi. Nəticədə 1953-cü ildə ölkədə hələ də ərzaq məhsullarının qıtlığı hökm sürür, kartoçka sistemi tətbiq edilirdi. İki Almaniya arasında 1949-cu ildən dövlət sərhədi çəkilsə də, xüsusi statusa malik Qərbi Berlinə sərbəst gediş-gəliş hələ vardı və Şərqi Berlində yaşayanlar müqayisə apara bilirdilər. Onların xeylisi Qərbə qaçmağa üstünlük verirdi. 1951-ci ildə 165 mindən, 1952-ci ildə isə 182 mindən çox şərqli Qərbə qaçdı. İnsanların səbrini daşdıran son damla hakimiyyətin 1953-cü il mayın 28-də əmək normasını 10% artırması oldu. Bu, o demək idi ki, fəhlələr əvvəlki maaşlarını almaq üçün 10% daha çox məhsul istehsal etməli idilər. İyunun 9-dan müxtəlif yerlərdə etirazlar başladı. Fəhlələr işlərini dayandırır, mitinqlər keçirir, rəhbərliyə etiraz məktubu göndərirdilər. İyunun 16-da normanın artırılması barədə qərar ləğv edildi, amma artıq gec idi. Hadisələrin kulminasiyası iyunun 17-də baş verdi. Şərqi Berlində ümumi tətil başladı. Səhər tezdən minlərlə insan küçələrə çıxdı. Etirazçılar normanın artırılmasını dəstəkləmiş həmkarlar ittifaqı rəhbərliyinin və hökumətin istefasını, azad seçkilərin keçirilməsini, Almaniyanın birləşməsini tələb edirdilər. İki etirazşı Brandenburq darvazasına çıxaraq SSRİ bayrağını qoparıb yerə atdı. Hadisələrin qarşısını polis qüvvələri ilə ala bilməyəcəyini anlayan hökumət kömək üçün sovet komandanlığına müraciət etdi. Etirazçılara qarşı tanklar yeridildi. Hadisələr nəticəsində 55-125 arası şəxsin həyatını itirdiyi güman edilir. Buraya məhkəmə hökmü ilə edam edilənlər, həbsdə ölənlər və ya intihar edənlər də daxildir. Sovet tarixşünaslığı uzun müddət 17 iyun hadisələrini “faşist təxribatı” kimi təqdim edirdi.
إظهار الكل...
👍 53
Photo unavailableShow in Telegram
17 iyun 1953-cü il – Şərqi Berlində sovet tankları etirazçıların üzərinə yürüyür
إظهار الكل...
👍 33🔥 2
Həmin məhkəmə prosesinin mahiyyəti SSRİ-də geniş yayılmış iqtisadi nəticələrin şişirdilməsi halı idi. Əldə edilən məhsulun həcmi kağız üzərində şişirdilirdi. Məsələn, 50 kq pomidor yığıldığı halda kağızda 500 kq göstərilirdi. Həmin məhsul kağız üzərində qəbul məntəqəsinə verilir, oradan yenə kağız üzərində emal müəssisəsinə gedir, yenə kağız üzərində tomat və ya turşu kimi mağazalara verilir və guya camaat da alıb yeyirdi. Bundan əlavə, məhsulun keyfiyyətinin şişirdilməsi vardı. Daha aşağı keyfiyyətli məhsul rüşvət müqabilində daha yüksək keyfiyyətli kimi təhvil verilirdi. Nəticədə həm kolxozun, həm emal müəssisəsinin, həm də mağazaların planı dolurdu. Hamısına mükafat verilirdi, hamı qazanırdı, dövlətdən başqa. “Pomidor işi”ndə bu yolla dövlətə 8,5 milyon zərər vurulduğu deyilir. 56 nəfər məsuliyyətə cəlb olundu. Onlardan beşinə ölüm hökmü çıxarıldı. Proses Moskva qəzetlərində də işıqlandırıldı. Vətəndaş müharibəsi nəticəsində 1939-cu ildə hakimiyyətə gələn Fransisko Franko dövründə ilk parlament seçkiləri yalnız 1967-cü ildə keçirildi. Amma istər o, istərsə də 1971-ci il seçkilərində rəqabət yox idi. Yalnız Frankonun rəhbər olduğu Milli hərəkat iştirak edirdi. Frankonun ölümündən iki il sonra keçirilən 1977-ci il seçkiləri 1936-cı ildəkindən sonra ilk azad və rəqabətli seçkilər idi. Seçkilər zamanı antikommunist qəzetlərin birində “Pomidor işi” haqqında Moskva qəzetlərində gedən materialdan istifadə olunur, pomidora görə beş nəfərə ölüm hökmü çıxarılması “Kommunizm budur” şəklində təqdim olunur (əslində onların dördünün cəzası 15 ilə dəyişdirilmişdi). Hərçənd İspaniya Kommunist Partiyası avrokommunizm siyasəti yürüdürdü və Moskvaya tənqidi yanaşırdı, amma hər halda adı kommunist idi. Seçkilərdə Demokratik Mərkəz İttifaqı adlı sağ-mərkəzçi koalisiya 34,4% səs toplayaraq 350 yerlik parlamentdə 165 mandat qazandı. Sosial-demokratlar 29,32% səs və 118 mandatla ikinci oldular. İKP isə üçüncü oldu. Şübhəsiz, İKP-nin gözlənildiyindən xeyli zəif nəticə göstərməsinin daha ciddi əsasları vardı. “Pomidor işi”nin səslərə təsiri olubsa da, yəqin ki, 1 faizdən xeyli az olub. Üstəlik, bu hadisənin - yəni İspaniya qəzetində “Pomidor işi”ndən yazılması - həqiqətən baş verdiyinin andını içə bilmərəm. Amma belə bir versiya mövcuddur və maraqlı rəvayət kimi sizinlə bölüşmək istədim.
إظهار الكل...
👍 66 6