cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

𝐓𝐎𝐕𝐇İ𝐃

🌺https://t.me/qavaidalmusla 🌺https://t.me/taysiribnkesir

إظهار المزيد
تركيا14 596الأذربيجانية2 643التعليم96 447
مشاركات الإعلانات
552
المشتركون
-124 ساعات
لا توجد بيانات7 أيام
-630 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

💫Sual: Aşura günü oruc tutmaq olar? Onu qeyd edək ki, Məhərrəm ayı və Aşura günü yəhudi və xristianlara görə də müqəddəs sayılırdı. Peyğəmbərimiz sallahu aleyhi və səlləm də Məkkədə olarkən özü bu orucu tutmuşdur.[3] Daha sonra Rəsulullah sallallahu aleyhi və səlləm Mədinəyə hicrət edəndə yəhudilərin Aşura günü oruc tutduqlarını gördü və: “Bu oruc nədir?” − deyə soruşdu. Onlar: “Bu gün çox gözəl gündür. Allah Təala bu gün Hz. Musanı əleyhissəlamın və İsrailoğullarını düşməndən qurtarmışdır. Bu səbəblə Hz. Musa bu gün oruc tutmuşdur”. Peyğəmbərimiz ( sallahu aleyhi və səlləm də: “Mən Musaya sizdən daha yaxınam”, − buyuraraq bu gün oruc tutmağı əmr etdi.[4] Bu vəziyyət Ramazan orucu fərz qılınana qədər davam etdi. Ramazan orucu fərz buyrulandan sonra Allah Rəsulu sallallahu aleyhi və səlləm insanları Aşura orucu tutub-tutmamaqda sərbəst buraxdı. Yəni istəyən Aşura orucunu tuta bilər, istəyən də tutmazdı. “Bu gün Aşura günüdür. Bu gündə oruc tutmaq sizlərə fərz olmamışdır. Diləyən oruc tutsun, diləyən tutmasın.”[5] [3] Buxari, Savm 69; Əhməd ibn Hənbəl, Müsnəd, VI, 244. [4] Buxari, Ənbiya, 24, Mənaqibul-Ənsar, 52; Müslim, Siyam, 127 (1130); Əbu Davud, Savm, 64; İbn Macə, Siyam, 41; Əhməd ibn Hənbəl, I, 291, 310, 336, 340. [5] Buxari, Savm, 68; Müslim, Siyam, 117 (1126); Əbu Davud, Savm, 64.
إظهار الكل...
2
Sual: Aşura günü hansı hadisələr baş verib?Aşura günü Allah-Təalanın bəxş etdiyi möcüzə ilə dəniz yarılmış, Hz. Musa aleyhisselem Firon və ordusunun təqibindən xilas olmuşdur. Firon və ordusu sulara qərq olmuşdur.** ✅ Hz. Nuhun aleyjisselem gəmisi Cudi dağının üstünə aşura günü çıxmışdır. ✅Hz. Yunus aleyhisselem balığın qarından bu gün xilas olmuşdur.Hz. Adəmin aleyhisselem tövbəsi həmin gün qəbul edilmişdir.Hz. Yusuf aleyhisselem qardaşlarının atdığı quyudan aşura günü xilas olmuşdur.Hz. İsa aleyhisselem aşura günündə dünyaya gəlmiş və yenə həmin gün səməya yüksəldilmişdir.Hz. Davudun əleyhissəlamın tövbəsi həmin gün qəbul edilmişdir.Hz. İbrahimin aleyhisselem oğlu Hz. İsmail aleyhisselem aşura günü dünyaya gəlmişdir. ✅ Hz. Yaqubun aleyhisselem oğlu Hz. Yusifin aleyhisselem həsrəti ilə görmə qabiliyyətini itirən gözləri aşura günü işığına qovuşmuşdur.Hz. Əyyub aleyhisselem bu gün xəstəliyindən şəfa tapmışdır. (Təbərani) ✅Və ürək ağrısı ilə qeyd etməliyik ki, Rəsulullahın sallallahu aleyhi və səlləm nəvəsi Hz. Hüseyn (r.a) və onun ailə üzvləri, yaxınları hicrətin 61-ci ilində Aşura günü Kərbəlada şəhid edilmişdir.
إظهار الكل...
Sual: Məhərrəm ayı və aşura günü nə deməkdir? 💢 Məhərrəm “haram olan, qadağan edilən, müqəddəs və hörmət edilən” deməkdir. Məhərrəm ayı haram sayılan dörd hicri aydan birincisidir. Quranda məhərrəm sözü ay adı olaraq keçmir. Lakin dolayı olaraq döyüşün haram olduğu aylardan bəhs olunur və bu aylara hörmət göstərmək əmr edilir.[1] Peyğəmbərimiz sallallahu aleyhi və səlləm ayədəki haram ayların Zilqədə, Zilhiccə, Məhərrəm və Rəcəb ayı olduğunu bildirmişdir.[2] Məhərrəm ayının özünəxas xüsusiyyətlərindən biri bu ayda Aşura gününün olmasıdır. Aşura “onuncu gün” deməkdir. Hicri təqviminin ilk ayı olan Məhhərəm ayının onuncu günüdür. Bu günə “aşura” deyilməyinin səbəbi Allahın məhz həmin gün on peyğəmbərinə etdiyi lütflərə bağlıdır. [1] Bax: Bəqərə surəsi, 2/194-217; Maidə surəsi, 5/2, 97; Tövbə surəsi, 9/5. [2] Buxari, Məğazi 77; Tövhid 24; Bədul-xəlq 2; Müslim, Qəsamə 29.
إظهار الكل...
3
Sual: Hicri təqvimin başlanğıcını yeni il kimi qeyd etmək olar? ♨️İslamda hansı günlərin bayram sayıldığı məlumdur. Hicri təqvimin yeni il olaraq qeyd edilməsi Quran və Sünnədə yoxdur. Çünki Peyğəmbərimizin sallahu aleyhi və səlləm dövründə hələ hicri təqvim qəbul olunmamışdı. İnanan insanın üzərinə düşən vəzifə ilin sadəcə müəyyən günlərində yox bütün günlərində Allahın rizasına aparan əməllər işləməyə, Onun razılığını qazanmağa çalışmaqdır. Yəni Allahın rizasına yaxınlaşdığımız hər gün bizim üçün sevindirici olmalıdır. Hicri təqvimin başlanğıcını təbrik eləmək olar. Müsəlmanların Ramazan və Qurban bayramı xaricində qeyd edəcəkləri başqa heç bir bayram yoxdur.
إظهار الكل...
1
00:25
Video unavailableShow in Telegram
An_WSuQjmhY1DNvX08_Ev4mWbMU4y6c_yM5vr7HGL_upBDTg1GXmJpqNEBFbMX3aoOTC.mp42.98 MB
3
Sual: Hicri təqvim necə ortaya çıxıb? ⭕️İslamdan əvvəl ərəblər ən əlamətdar hadisələri tarixin başlanğıcı sayır, sonrakı illəri ona nisbətən hesablayırdılar. Məsələn, Hz. Peyğəmbərin sallallahu aleyhi və səlləm beşinci nəsildən ulu babası Qüsayy ibn Kilabın vəfat ili, daha sonra isə “Fil döyüşünün” baş verdiyi il ərəblərin tarix başlanğıcı hesab edilirdi. Sonrakı illəri “Fil ilindən bir il sonra”, “Fil ilindən iki il sonra” və s. ardıcıllıqla müəyyən edirdilər. İslamın gəlişindən sonra da müsəlmanlar ficar savaşının, vida həccinin və sairə bu kimi mühüm hadisələrin baş verdiyi illəri təqvim başlanğıcı kimi dəyərləndirirdilər. Ancaq bütün bunlar insanlar arasında qarışıqlıq yaradırdı. Hz. Ömərin (r.a) xilafəti dövründə bu qarışıqlığı aradan qaldırmaq üçün mövzunu digər səhabələrlə məsləhətləşdi. Bu dövrlərdə ortaya çıxan bəzi hadisələr də bunun vacibliyini göstərirdi. Yəmən valisi Yala ibn Ümeyyə Hz. Ömərə (r.a) gün, ay və ili məlum olmayan bir məktub göndərir. Bəsrə valisi Əbu Musa əl-Əşariyə (r.a) ili yazılmayan sadəcə Şaban ayı qeyd edilən bir sənəd gətirilir. Bu sənəddə nəzərdə tutulan şaban ayının həmin ilə, yoxsa gələcək ilə aid olduğu məsələsi qəti olaraq anlaşılmayınca ixtilaf ortaya çıxır. Bu kimi hadisələr təqvimə olan ehtiyacı ortaya çıxardı. Səhabələr bu haqda öz aralarında məşvərət elədilər. Başlanğıc olaraq İran, Yunan və başqa ölkələrin təqvimlərini əsas götürmək haqqında təkliflər irəli sürdülər. Ancaq bu təkliflər qəbul edilməyincə, Hz. Əli (r.a) təqvimin hicrətin başlanğıcından hesablanması təklifini irəli sürdü. Onun bu fikri çox bəyənildi. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Məkkədən Mədinəyə Rəbiüləvvəl ayında hicrət etmişdi. Ancaq qəməri il Məhərrəm ayı ilə başladığından tarix iki ay səkkiz gün geri çəkilib, hicri təqvimini başlanğıcı 23 iyul 622-ci il olaraq qəbul edildi.
إظهار الكل...
İslam dini – elm dinidir. 📌Lakin, bir çox insan, İslam’ın təşviq etdiyi elm’in, təkcə dini elmlər olduğunu hesab edir. Əslində isə, bu gözəl dini insanlıq üçün müjdə olaraq göndərən Uca Allah, 📌“dini elm və dünyəvi elm” deyə bir ayırım etməmişdir. 🌸Təbii ki, elm’in zirvəsi – Allahın varlığı və ucalığı haqqında olan elmdir/Qurandır. Lakin, ayə və hədislərdən əlavə, digər elm növləri də daima müsəlmanların baş tacı olmuşdur.   Dünyəvi elmlərə qiymət vermədikcə, müsəlmanlara “yuxarıdan aşağı” baxanlar, yer üzündə durmadan yüksəlir, biz isə, iş tamamilə onların əlinə keçənə qədər aşağıya doğru gedirik.   Dünyamıza hakim/sahib olmaları bir yana, bizi dinimizdən də döndərə bilirlər. Çünki, dünyası olmayanın, Dini də olmaz! Uca Allahın bizdən istədiyi bu deyildir! O bizə yönəlik istəyi haqda buyurur: 📌“Allah iman edib, yaxşı əməl işləyənlərə onları yer üzündə varislər/hakimlər edəcəyini vəd etmişdir”. (Quran, 24/55)   Əgər dünya lazımsız olsaydı, Uca Allah, möminləri varis təyin etməzdi. Çünki, yalnız müsəlmanların gətirdiyi ədalət sistemiylə dünya zalımlardan xilas ola bilər.   Unutmamalıyıq ki, bu yanlış yanaşma tərzilə öz geriləməmizə, habelə, digərlərinin səviyyəsindən aşağı düşməmizə səbəb ola bilərik.   Bəziləri, dünyəvi əlaqəli elmlərə etinasız yanaşmalarının yaşatdığı müsibətlərdən heç bir şeyin fərqinə varmırlar. Elə bir etinasızlıq ki, onun nəticəsində içində olduqları zillətə düşmüş, nə bir and, nə də bir əhdə riayət etməyən düşmənlərindən asılı hala qalmışlar.   Bəziləri isə, ona fayda verməyən bəsit məsələlərlə məşğul olaraq, bunu “din” deyə zənn edir.   Həmin şəxslər, bu halı görüncə, səbəb olaraq hər şeydən öncə qəzavü-qədəri (taleyi) göstərər.   📌Məsuliyyəti Qədər’ə yükləyən bütün Dünya tənbəllərinin halı budur! Bir çox müsəlmana tənbəlliyi sevdirən, elə bu xüsusiyyətdir! Beləcə onlar arasında işsiz, gücsüz “Dərvişlər” adlanan firqə ortaya çıxdı. Reallıqda bu insanlar, İslam toplumunun bədənində iflic olmuş orqandan başqa bir şey deyillər.   Bu yanlış düşüncəli insanlar, alışdıqları təqlid bazalı dini elmdən başqa hər elmlə mübarizə aparırlar. Lakin unudurlar ki, 🌸Təbiət və 🌺Riyaziyyat elmləri, 🌸Həndəsə, 🌼Mexanika, 🌻Astronomiya, 🌷Tibb, 💐Kimya, Stratiqrafiya və insan toplumuna faydalı olan digər hər bir elm, əslində elə Dini elmdir! Birbaşa olmasa da, nəticə etibarıyla bu belədir!   Bəzi ayələrdə ləfzi və mənəvi işarələr vardır ki, ayədə bəhs olunan elm’in, Dünya elmi olduğuna dəlalət edir. Çünki bunlar, yaradılış haqqında bəhs edən ayələr əsnasında qeyd edilir. Maraqlısı budur ki, Qurani-Kərimdə bu cür ayələr, namaz, oruc kimi əməli ibadətlərdən bəhs edən ayələrdən dəfələrlə çoxdur. Məsələn Uca Allah buyurmuşdur: “Görmürsənmi Allah səmadan su endirdi və sonra onunla müxtəlif rəngli meyvələr çıxardıq? Dağlarda da müxtəlif rəngli – ağ, qırmızı, və tünd qara cığırlar əmələ gətirdik. Eləcə də insanlar, heyvanlar və mal qara da müxtəlif rənglidir. Qulları içində Allahdan ancaq alimlər qorxar. Allah İzzətlidir və Bağışlayandır”. (Quran, 35/27-28)   Fikir verdinizsə, ayədə dünyəvi elmlərə də işarə vardır. Deməli, “dini və dünyəvi elm” deyə ayırım etmək, əslində tam doğru bir şey deyildir. Çünki, yuxarıdakı ayədə haqqında danışılan alimlər, Allahın varlığını dini elmlərlə bərabər, dünyəvi deyə adlandırdığımız elm növləri vasitəsilə daha yaxşı dərk edə bilərlər.   “Oxu” deyə əmr edən bir din, sonra “oxudunmu” deyə soruşmazmı?..   Şəkib Arslan’ın “Li Məzə Təəxxaral Muslimun” adlı kitabından (101-137) istifadə olunmuşdur. https://t.me/tovhid1986
إظهار الكل...
👍 1 1🔥 1
Sual: Miladi təqvimlə hicri təqvimin fərqi nədir? 🔺Miladi təqvim yerin günəş ətrafında bir illik dövrünə görə hesablanır. Hicri aylar hər ayın Yer ətrafında dönməsinə görə tənzimlənir. Ay təqvimində bir il 354 gündür. Miladi təqvimdə bir il 365, hicri təqvimdə isə 354 gün olaraq hesablanır. Buna görə də hicri təqvimlə miladi təqvim arasında təxminən on gün fərq yaranır. Bu fərqə görə Ramazan ayı ilin bütün fəsillərinə düşür. 36 il oruc tutan insan ilin bütün günlərində oruc tutmuş sayılır. Miladi təqvimdə isə aylar və günlər sabitdir.
إظهار الكل...
👍 3 1
Sual: Hicri təqvim nədir? Hicri-qəməri təqvim Rəsulullahın sallallahu aleyhi və səlləm Məkkədən Mədinəyə hicrət ilə (16 (23) iyul 622-ci ildə) başlamışdır. Hicri təqvimdə günlər ayın sferalarına (dairəvi hərəkətinə) görə təyin edilir. Ayın hilal formasında göründüyü ilk gecə hicri təqvimin başlanğıcı sayılır. Ayın yerin ətrafında (orbitində) tam dövrə vurmasına qədər keçən müddət bir ay, on iki ay isə bir il olaraq hesablanır. Hicri aylar bunlardır: Məhərrəm, Səfər, Rəbiüləvvəl, Rəbiülaxir, Cəmadiyaləvvəl, Cəmadiyalaxir, Rəcəb, Şəban, Ramazan, Şəvval, Zilqədə və Zilhiccə. Ayın orbitində tam dövrə vurması bəzən 29, bəzən də 30 gün olur. Buna görə də hicri aylar bəzən 29, bəzən də 30 gün olur. Bu il hicri təqvimlə 1446-cı ildir.
إظهار الكل...
👍 6 1
Ayaq üstə olarkən su içdiyiniz zaman su sürətlə bədəniniz boyunca aşağı doğru irəliləyir və oynaqlarda yığılır. Bu da həyatınızın son mərhələsində artritə çevrilir. (Artrit — infeksiya, revmatizma və ya travmadan irəli gələn iltihablı oynaq xəstəliyidir.) 🌿2. Mədə divarlarına su sıçraması Ayaq üstə su içərkən su aşağı doğru axıb mədə divarlarına sıçrayır ki, bu da mədədə erroziyaya səbəb olur. Yuxarıdan davamlı axan su həzm sisteminə də zərər vura bilər. Bu həmçinin mədə divarıyla yanaşı, mədə-bağırsaq sisteminə də ziyandır. 🌿3. Susuzluğunuz sönməyəcək Hətta bu vəziyyətdə 1 dolu stəkan su içsəniz belə, bu sizin susuzluğunuzu yatırmağa çox az kömək edəcək. Susuzluğu, həqiqətən, yatırmaq üçün oturub az-az suyu qurtumlamaq daha məsləhətdir. 🌿4. Mədə pozuntusuna (həzmsizlik) səbəb olur Əgər ayaq üstə su içsəniz, bədən və əzələləriniz davamlı olaraq gərginlik içərisində olar. Oturaraq maye qəbul etmək isə onları daha da rahatladır və digər qida maddələri ilə yanaşı mayeni də daha yaxşı və sürətlə qəbul etməsinə şərait yaradır. 🌿5. Böyrəyinizin funksiyasına təsir edir Ayaq üstə su içmək böyrəklərinizin suyu düzgün süzməsinə imkan vermir. Nəticədə çirkli maddələr sidik kisəsində qalmağa meyillənir. Bu da sidik yolu xəstəliklərinə, daha ciddi hallarda isə böyrəklərdə qalıcı zədələnmələrə yol aça bilir. 🌿6. Ürək yanğısı və xora xəstəliyinə səbəb olur Ayaq üstə su içən zaman su təzyiqlə axdığı üçün qida borusuna təsir göstərir. Bu da bəzən mədə və qida borusu arasındakı sfinkterə (mədənin sonundakı əzələ) ziyan vura bilir. Bununla əlaqədar olaraq mədədəki turşuların geri axması səbəbilə ürək yanması hissi yaşaya bilərsiniz. 🌿7. Bu, sudakı mineralların bədəninizin qəbul etməsinə imkan vermir Ayaq üstə olan zaman bədən gərgin olur. Oturduqda isə əzələlər daha rahat olduğu üçün bədən mayeni mükəmməl həzm edə bilir. 🌿8. Sümük deqenerasiyası və zəifləməsinə səbəb olur Yanlış duruş zamanı su qəbul edərkən vücudunuz sümük deqenerasiyası və zəifləməsi ilə qarşılaşa bilər. 🌿9. Ayaq üstə dayanıb su içmək sizin sinir sisteminizə pis təsir edir Ayaq üstə su qəbul etmək bədəndə və əzələlərdə bir çox gərginliyə səbəb olduğu üçün sinir sisteminiz diqqət rejiminə keçir və bədəninizi təbiətlə ahəngdən yayındırır. 🌿10. Bədəndə turşunun səviyyəsini azaltmağa kömək etmir Oturaraq kiçik qurtumlar almaq bədənin turşuluq balansını qorumağa kömək edir”. Həmçinin Hindistanın sağlamlıqdan bəhs olunan “Only my health” saytında 2019-cu ildə dərc edilən “Ayaqüstü vəziyyətdə su içmək ziyandır. Amma niyə? Səbəblərini bilin” (Drinking Water In Standing Position Is Bad, But Why? Know The Reasons) başlığı altında deyilir:Səhiyyə mütəxəssisləri inanırlar ki, su içərkən duruş çox mühüm rol oynayır. Həkim Prabhat Ranjan Sinha oturaq vəziyyətdə və normal sürətlə su içməyin lazım olduğunu deyir. Su bədənin təmizlənməsinə kömək etdiyindən daxili proseslərə və sağlamlığa təsir etməmək üçün onu düzgün bir şəkildə içmək lazımdır. İnsan suyu ayaq üstə və sürətlə içəndə bədəndəki maye balansı pozulur, toksinlər artır və digər mədə xəstəliklərinə səbəb olur. Həmçinin oynaqlarda yığılan maye uzun müddət davam edən artrit simptomlarına da səbəb ola bilir…” Əlbəttə ki, tibb elmi ilə məşğul olmayan Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) 14 əsr bundan öncə dediklərinin həqiqətinin bu günlərdə üzə çıxması onun bir daha Uca Allahın haqq peyğəmbəri olmasına və ondan nəql edilən hədislərin doğruluğuna dəlalət edir. Uca Allah buyurur: ﴿ وَمَا يَنْطِقُ عَنِ الْهَوَىٰ. إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَىٰ ﴾O, öz istəyi ilə danışmır. O ancaq (Allah tərəfindən) nazil olan bir vəhydir”. (“ən-Nəcm” surəsi, 3,4-cü ayələr)
إظهار الكل...
3👍 1
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.