ar
Feedback
Capitalist.az

Capitalist.az

الذهاب إلى القناة على Telegram
281
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
-230 أيام
أرشيف المشاركات
Ağ Ev başqa memarlar tərəfindən dizayn edilsəydi necə olardı? 👀Gəlin, süni intellektin bu suala olan cavabına baxaq! 🤝Konte
+1
Ağ Ev başqa memarlar tərəfindən dizayn edilsəydi necə olardı? 👀Gəlin, süni intellektin bu suala olan cavabına baxaq! 🤝Kontent faydalı oldusa, səhifəni izləməyi və reaksiya bildirməyi unutmayın!⁠ #ai #süniintellekt #amerika #dizayn #memarlıq #texnologiya #capitalist

Avtomatlaşdırılmış investisiya müştərilərin adından pul yatırmaq üçün alqoritmlər və riyazi modellərdən istifadə edən texnolo
Avtomatlaşdırılmış investisiya müştərilərin adından pul yatırmaq üçün alqoritmlər və riyazi modellərdən istifadə edən texnologiyaya əsaslanan investisiya idarəetmə metodudur. Avtomatlaşdırılmış investisiyalardan istifadə etmək üçün potensial istifadəçilərin investisiya ehtiyaclarını və bu alətin imkanlarının onların müvafiq maliyyə və investisiya məqsədlərinə necə uyğunlaşdığını anlamaları vacibdir. 📌Ətraflı: https://capitalist.az/avtomatlasdirilmis-investisiya-nedir/HBMeejbf4nHwCTbnfR8V8cXY/37506d873664f23b7eac187eedf81a4b #avtomatlaşdırma #investisiya #potensial #maliyyə #pul #alqoritm #texnologiya #fyp #capitalist

"Ford Motor" təlabata görə, elektrik avtomobilləri enerji doldurma şəbəkəsinə daha çox "Supercharger" əlavə edəcəyini bildiri
"Ford Motor" təlabata görə, elektrik avtomobilləri enerji doldurma şəbəkəsinə daha çox "Supercharger" əlavə edəcəyini bildirib. Şirkət rəhbərliyi bildirib ki, "Ford" indi öz şəbəkəsinə 15 000-dən çox "Tesla Supercharger" əlavə edəcək. ABŞ avtomobil istehsalçısı Şimali Amerikada "BlueOval" şarj şəbəkəsini 25% genişləndirərək ümumilikdə 106.000-dən çox şarj cihazına çatdıracağını bildirib. 📌Ətraflı: https://capitalist.az/ford-oz-sebekesine-daha-cox-tesla-sarj-cihazi-elave-edecek/LMULp8KCOVghmS2xmyfoGjWj/f93e0e738aca6c25d5c93092d632ba76 #fordmotor #supercharger #abş #avtomobil #ford #blueoval #enerji #tesla #şarj #fyp #capitalist

2022-ci ildə ölkəmizdə əhalinin təbii artımı 62036 nəfər təşkil edib. Həmin dövrdə doğulanların ümumi sayı 122846, ölənlər is
2022-ci ildə ölkəmizdə əhalinin təbii artımı 62036 nəfər təşkil edib. Həmin dövrdə doğulanların ümumi sayı 122846, ölənlər isə 60810 nəfər olub. Qeyd edək ki, 2021-ci ildə əhalinin təbii artım göstəricisi 35 min 406 nəfər olub. Görmək istədiyiniz statistik təhlili rəy bölməsində qeyd edə bilərsiniz. #dünya #ölkə #ölüm #rəy #artım #təbii #Azərbaycan #əhali #capitalist

Biznesdən biznesə (B2B) robot məsləhətçiləri digər bizneslərə maliyyə rəhbərliyi və investisiyaların idarə edilməsi xidmətlər
Biznesdən biznesə (B2B) robot məsləhətçiləri digər bizneslərə maliyyə rəhbərliyi və investisiyaların idarə edilməsi xidmətləri göstərən avtomatlaşdırılmış platformalardır. Ənənəvi insan məsləhətçilərindən fərqli olaraq, bu rəqəmsal platformalar uyğunlaşdırılmış həllər təklif etmək üçün alqoritmlərdən və böyük verilənlərdən istifadə edir. B2B robo-məsləhətçiləri tez-tez bu avtomatlaşdırılmış investisiya xidmətlərini maliyyə məsləhətçiləri və institutlarına təqdim edərək, onlara müştərilərinin portfellərini səmərəli və aşağı qiymətə optimallaşdırmağa imkan verir. 📌Ətraflı: https://capitalist.az/b2b-robo-meslehetcisi-nedir/evQ0KhPCsAbCihVrXS1AhZbG/37506d873664f23b7eac187eedf81a4b #b2b #robot #biznes #rəqəmsal #avtomatlaşma #investisiya #platforma #maliyyə #iqtisadiyyat #fyp #capitalist

"Samsung Electronics" çip tədarükü çoxluğunun qarşısını almaq üçün istehsalı azaltmağa davam edəcəyini bildirib. Diqqətinizə
"Samsung Electronics" çip tədarükü çoxluğunun qarşısını almaq üçün istehsalı azaltmağa davam edəcəyini bildirib. Diqqətinizə çatdıraq ki, "Samsung" bu il daha əvvəl sənaye tənəzzülünə tab gətirmək üçün çip istehsalını azaldıb. Bazar bərpa olunmağa başlayan kimi isə şirkət çiplər üçün əlavə istehsal tənzimlənməsini tətbiq edib. 📌Ətraflı: https://capitalist.az/samsung-cip-istehsalini-azaldacaq/TSqtbfYmzcvHshTBT1QX9Ehb/37506d873664f23b7eac187eedf81a4b #samsung #electronics #bazar #sənaye #çip #istehsal #maliyyə #fyp #capitalist

Son zamanlar geniş istifadə olunan intellekt anlayışı özündə insanın əqli qabiliyyətlərini, yəni yeni bilikləri öyrənmək, bac
Son zamanlar geniş istifadə olunan intellekt anlayışı özündə insanın əqli qabiliyyətlərini, yəni yeni bilikləri öyrənmək, bacarıqlara yiyələnmək, ətraf mühitə uyğunlaşmaq, ətraf mühit şərtlərindəki dəyişiklikləri öyrənmək, onlara münasibət bildirmək, və s. qabiliyyətlərini ehtiva edir. Əslində intellekt anlayışınıın mahiyyəti yalnız bununla məhdudlaşmır. İntellekt anlayışına müxtəlif prizmalardan yanaşmalar mövcuddur. Bunlardan biri də çoxnövlü intellekt nəzəriyyəsidir. 📌Ətraflı: https://capitalist.az/coxnovlu-intellekt-nezeriyyesi-nedir/IDQkzd6pukBn8CYDg4yJ5DSI/32d789314480f0cf8c39d42e2c5bc9e4 #süniintelekt #əqli #insan #münasibət #prizma #nəzəriyyə #elm #texnologiya #biznes #fyp #capitalist

"Yelo Bank" üçün sahibkarlığın, xüsusilə real sektorun inkişafına dəstək hər zaman prioritetdir. Bu məqsədlə Bank, Sahibkarlı
"Yelo Bank" üçün sahibkarlığın, xüsusilə real sektorun inkişafına dəstək hər zaman prioritetdir. Bu məqsədlə Bank, Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində xüsusi güzəştli biznes krediti təklif edir. Təsərrüfatını böyütmək istəyən sahibkarlar 10 milyon manatadək biznes kreditini illik cəmi 5% ilə "Yelo Bank"dan əldə edə bilərlər. Kreditin maksimal müddəti 60 aydır. 📌Ətraflı: https://capitalist.az/illik-cemi-5-lik-kreditle-biznesinizi-boyutmeye-baslayin/szdvuODgDIpJz9NQ4tGAnPy6/32d789314480f0cf8c39d42e2c5bc9e4 #yelobank #fon #sahibkar #iqtisadiyyat #kredit #kart #biznes #fyp #capitalist

Dünyanın ən böyük mətn əsaslı sosial media platforması olan "X" məşhur iş adamı Elon Musk tərəfindən ötən il 44 milyard dolla
Dünyanın ən böyük mətn əsaslı sosial media platforması olan "X" məşhur iş adamı Elon Musk tərəfindən ötən il 44 milyard dollara satın alınıb. Milyarder platformanı satın aldıqdan sonra tətbiqdə müxtəlif dəyişikliklər edib. Musk hətta platformanın adını "Twitter"dən "X"ə dəyişib. "Hər şey tətbiqi" hədəfi çərçivəsində radikal dəyişikliklər edən Elon Musk-ın tətbiq etdiyi yeni qaydalara baxmayaraq, platforma reklam verənlərin əhəmiyyətli bir hissəsini itirib. Bu məsələ şirkəti maliyyə çətinliyi ilə üz-üzə qoyub. 📌Ətraflı: https://capitalist.az/elon-musk-xin-umumi-deyerini-aciqlayib/OhBLZl29v2WC2MbIeh6EfFwD/37506d873664f23b7eac187eedf81a4b #elonmusk #twitter #x #platforma #reklam #milyarder #qayda #maliyyə #iqtisadiyyat #fyp #capitalist

İngiltərə kripto sektorunu tənzimləmək üçün qanunvericilik yaradacağını və bazar iştirakçılarının istehlakçılara xidmət təkli
İngiltərə kripto sektorunu tənzimləmək üçün qanunvericilik yaradacağını və bazar iştirakçılarının istehlakçılara xidmət təklif etməzdən əvvəl səlahiyyətli olmasını tələb edəcəyini bildirib. FTX kriptovalyuta birjasının dağılmasından sonra "Bitcoin"in qiymətinin yenidən artmasına baxmayaraq, kriptoaktivlər dünyanın maliyyə sisteminin kiçik bir hissəsi olaraq qalır. 📌Ətraflı: https://capitalist.az/britaniya-hokumeti-kriptovalyutalar-ucun-yeni-qaydalar-tetbiq-etmek-isteyir/SkvHVZMD2HNhoS1UBYXhLWuP/37506d873664f23b7eac187eedf81a4b #ingiltərə #kripto #ftx #bitcoin #istehlakçı #kriptoaktiv #dünya #maliyyə #capitalist

Stadionlar sadəcə idman məkanı kimi fəaliyyət göstərmir, onlar həm də insan nailiyyətlərinin simvolik göstəricilərini və atle
Stadionlar sadəcə idman məkanı kimi fəaliyyət göstərmir, onlar həm də insan nailiyyətlərinin simvolik göstəricilərini və atletik məşğuliyyətlərə sarsılmaz həvəsi təcəssüm etdirir. İstər turizm, istərsə də mədəniyyət baxımından bu yerlər bir ölkənin iqtisadi və sosial həyatında önəmli rola sahibdir.  Məhz bu səbəblərdən, bu gün sizə Dünyanın ən böyük 10 stadionundan bəhs edəcəyik. 1. "Narendra Modi" Stadionu 2. "Rungrado 1st May" Stadionu 3. "Miçiqan" stadionu 4. "Beaver" Stadionu 5. "Ohayo" stadionu 6. "Kyle Field" stadionu 7. "Tiger" Stadionu 8. "Neyland" stadionu 9. "Darrell K Royal- Texas Memorial" Stadionu 10. "Bryant-Denny" Stadionu 📌Ətraflı: https://capitalist.az/dunyanin-10-boyuk-stadionu/uGSuE7OF9mmP4ll8LdVIlTIy/32d789314480f0cf8c39d42e2c5bc9e4 #stadion #dünya #turizm #məkan #miçiqan #tiger #neyland #fyp #capitalist

Texnologiya dünyasında bir çox şirkət öz işçilərinə yaxşı imkanlar təklif edir. Yaxşı əməkhaqqı ilə yanaşı, işçilər üçün raha
Texnologiya dünyasında bir çox şirkət öz işçilərinə yaxşı imkanlar təklif edir. Yaxşı əməkhaqqı ilə yanaşı, işçilər üçün rahat ofislər, texnoloji və maarifləndirici yardımlar göstərilir. "Resume.io" şirkəti tərəfindən aparılan yeni araşdırma ABŞ-ın ən rəqabətcil texnologiya şirkətlərinin adlarını açıqlayıb. Hesabatda hər bir şirkətin iş elanları üçün gündəlik orta hesabla müraciət sayına dair "LinkedIn" məlumatı təhlil edilib. 📌Ətraflı: https://capitalist.az/abs-da-insanlarin-en-cox-islemek-istedikleri-sirketlerin-adi-aciqlanib/0zyAguEyHKWFIkavVUjdwIU5/32d789314480f0cf8c39d42e2c5bc9e4 #texnologiya #linkedln #abş #resume.io #hesabat #fyp #capitalist

Evimiz #27- İnteryerdə dizayn konseptləri Proqramın təqdimatçısı: Brick Construction Rəsmi sayt: www.brick.az 🔗Ətraflı: https://youtu.be/JSuygcQFQ9A #mənzil #ev #interyer #interyerdizayn #dizayn #inşaat #brickconstruction #capitalist

"Nestle" nə qədər istehlakçı dostu olsa da, yüksək səviyyəli başqa markalarla rəqabət aparmaqda çətinlik çəkir. Brend dünya ü
"Nestle" nə qədər istehlakçı dostu olsa da, yüksək səviyyəli başqa markalarla rəqabət aparmaqda çətinlik çəkir. Brend dünya üzrə satışların 34,9% payına malikdir. Bəs, "Nestle"ni belə uğurlu brend edən nədir? "Nestle"nin məhsul strategiyası "Nestle"nin qiymət strategiyası "Nestle"nin yer strategiyası 📌Ətraflı: https://capitalist.az/nestlenin-3-ugurlu-marketinq-strategiyasi/8StP7MidLgdXupOvH9Skguik/e37fadf8b90c8d7339a4d1a8addcb900 #nestle #istehlakçı #brend #strategiya #qiymət #məhsul #yer #marketinq #capitalist

"Google" süni intellekt şirkəti "Anthropic"ə 2 milyard dollara qədər sərmayə qoymağa razılaşıb. Bu sərmayə barədə startapın s
"Google" süni intellekt şirkəti "Anthropic"ə 2 milyard dollara qədər sərmayə qoymağa razılaşıb. Bu sərmayə barədə startapın sözçüsü məlumat verib. Şirkət "Anthropic"ə 500 milyon dollar sərmayə qoyub və zaman keçdikcə 1,5 milyard dollar əlavə etməyə razılaşıb. 📌Ətraflı: https://capitalist.az/google-anthropice-2-milyard-dollara-qeder-investisiya-qoymaga-hazirlasir/TvIRvknHcNmp5sAVdINzgtTQ/37506d873664f23b7eac187eedf81a4b #google #süniintelekt #anthropic #dollar #milyard #startap #iqtisadiyyat #fyp #capitalist

📌 Yeni "Google" funksiyası axtarışlardan şəxsi məlumatları silməyə imkan verir. Kanalı izləyin: @capitalistaz

Ölkəmiz tərəfindən Ukrayna xalqına humanitar yardım göstərilməsi məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarının birinci
Ölkəmiz tərəfindən Ukrayna xalqına humanitar yardım göstərilməsi məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarının birinci hissəsi bu gün Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 17 iyul tarixli Sərəncamına uyğun olaraq Energetika Nazirliyinin tədarük etdiyi humanitar yükə 555 min metrdən çox elektrik kabelləri və naqilləri daxildir. 📌Ətraflı: https://capitalist.az/azerbaycandan-ukraynaya-elektrik-avadanliqlardan-ibaret-novbeti-humanitar-yardim-gonderilib/zyMrw3gDhQhdxrDKNvvGF8bv/f93e0e738aca6c25d5c93092d632ba76 #ukrayna #azərbaycan #energetika #sərəncam #elektrik #kabel #iqtisadiyyat #fyp #capitalist

Kəpənək effekti kiçik, əhəmiyyətsiz görünən hadisələrin, böyük nəticələrə səbəb ola biləcəyi fikridir. "Kəpənək effekti" term
Kəpənək effekti kiçik, əhəmiyyətsiz görünən hadisələrin, böyük nəticələrə səbəb ola biləcəyi fikridir. "Kəpənək effekti" termini ilk dəfə 1960-cı illərdə hava şəraitini öyrənən Massaçusets Texnologiya İnstitutunun meteorologiya professoru Edward Lorenz tərəfindən irəli sürülüb. O, bir-birinə yaxın olan cari havanı göstərən iki başlanğıc nöqtəsini müqayisə etsəniz, onların tezliklə bir-birindən uzaqlaşacağını və daha sonra bir bölgənin şiddətli fırtınalarla nəticələnə biləcəyini, digəri isə sakit olduğunu nümayiş etdirən bir model hazırlayıb. 📌Ətraflı: https://capitalist.az/kepenek-effekti-nezeriyyesi-nedir/l99ku8szkv6eHsdkGkLkdlne/f93e0e738aca6c25d5c93092d632ba76 #kəpənək #effekt #meteorologiya #massaçusets #texnologiya #elm #iqtisadiyyat #fyp #capitalist

"Yeddilik sənaye ölkəsi" qabaqcıl süni intellekt sistemlərini inkişaf etdirən şirkətlər üçün davranış kodeksi hazırlayıb. Bu
"Yeddilik sənaye ölkəsi" qabaqcıl süni intellekt sistemlərini inkişaf etdirən şirkətlər üçün davranış kodeksi hazırlayıb. Bu sənəddə göstərilir ki, hökumətlər texnologiyanın risklərini və ondan potensial sui-istifadəni azaltmağa çalışır. Könüllü davranış kodeksi məxfiliklə bağlı narahatlıqlar və təhlükəsizlik riskləri fonunda ölkələrin süni intellekti necə idarə etmələri üçün əsas vasitə olacaq. 📌Ətraflı: https://capitalist.az/g7-olkeleri-sirketler-ucun-suni-intellekt-davranis-kodeksi-hazirlayib/8kkEHFOXUAfj7tnyUn2Nz0ov/32d789314480f0cf8c39d42e2c5bc9e4 #süniintelekt #g7 #ölkə #sənaye #təhlükəsizlik #risk #texnologiya #fyp #capitalist