280
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
-230 أيام
أرشيف المشاركات
Son illərdə qlobal enerji siyasətçiləri enerji sisteminin karbonsuzlaşdırılmasının vacibliyini vurğulayırlar.
Böyük dövlətlərin karbon emissiyalarını azaltmaq səylərinə baxmayaraq, qalıq yanacaqlar hələ də qlobal miqyasda ilkin enerji istifadəsinin 80%-dən çoxunu təşkil edir.
2022-ci ildə ilkin enerji istehlakının 69%-ni kömür təşkil edən Cənubi Afrika dünyanın kömürdən ən çox asılı ölkəsidir. Ölkənin enerji istehlakının 22%-ni neft, 3%-ni qaz, 6%-ni isə digər yanacaq növləri təşkil edir.
Sizə təqdim etdiyimiz qrafik seçilmiş ölkələrin qalıq yanacaqlardan istifadə faizini göstərir.
Görmək istədiyiniz statistik təhlili rəy bölməsində qeyd edə bilərsiniz.
#dünya #kömür #qaz #neft #karbon #enerji #emissiya #capitalist
Əvvəlki bloq yazısında sizə 2023-cü ildə ziyarət etmək üçün ən təhlükəsiz ölkələrin bəzilərini təqdim etmişdik. Gəlin, daha bir neçəsi ilə tanış olaq.
6. Sinqapur
7. Portuqaliya
8. Sloveniya
9. Yaponiya
10. İsveçrə
11. Kanada
📌Ətraflı: https://capitalist.az/dunyanin-tehlukesiz-olkeleri-ii-hisse/js9A4cO3lQW9bn8TKVYvaRy1/f93e0e738aca6c25d5c93092d632ba76
#səyahət #sinqapur #təhlükəsizlik #ölkə #ziyarət #portuqaliya #yaponiya #fyp #capitalist
Yeni araşdırmalar göstərir ki, gec yatan insanlarda potensial olaraq daha tez ölmək riski yüksəkdir.
#yuxu #sağlamlıq #gec #yatmaq #rejim #ölmək #capitalist
Onlayn musiqi bazarının aparıcı şirkətlərindən biri olan "Spotify" bu ilin üçüncü rübündə illik gəlirlərini 11% artıraraq 3,4 milyard avroya çatdırıb. Şirkət 3-cü rübdə möhtəşəm nəticələr əldə edib və onun ümumi aktiv istifadəçilərinin sayı 26% artaraq 574 milyona çatıb.
Şirkət rəhbərliyi qeyd edib ki, bütün əsas göstəricilər gözləntiləri üstələyib. Üçüncü rübdə ümumi marja yüzdə 26,4 ilə gözləntilərin üzərində olub.
📌Ətraflı: https://capitalist.az/spotify-gelirlerini-34-milyard-avroya-qeder-artirib/gyOCo47mPPc3IzqhSJOTEKw5/37506d873664f23b7eac187eedf81a4b
#spotify #musiqi #şirkət #avro #gəlir #aktiv #fyp #maliyyə #capitalist
"Henley & Partners" tərəfindən açıqlanan hesabata görə, milyonçuların sayı on il ərzində iki dəfə artaraq 12% yüksəlib.
Aktivləri 100 milyon ABŞ dolları və ya daha çox olan bu yeni super varlılar sinfi hazırda 28,420 nəfərdən ibarətdir və Nyu York 775 senti-milyoner ilə “senti şəhərlər” siyahısına başçılıq edir.
📌Ətraflı: https://capitalist.az/yeni-sinif-olan-senti-milyonerlerin-yukselisi/BTwpTZclNjofuNgku6YrdKKb/f93e0e738aca6c25d5c93092d632ba76
#henley #partners #abş #milyonçu #senti şəhərlər #nyuyork #dollar #iqtisadiyyat #fyp #capitalist
Avropa Mərkəzi Bankı (AMB) sentyabr ayı üçün korporativ və istehlak kreditlərində aylıq dəyişiklikləri açıqlayıb.
AMB hesabatında bildirilib ki, Avrozonada maliyyə qurumları, xüsusilə də banklar tərəfindən şirkətlərə verilən kreditlərdə artım sentyabr ayında dayanıb. Bu da, iqtisadiyyatda tənəzzüllə bağlı narahatlıqları artırıb.
📌Ətraflı: https://capitalist.az/avrozonada-korporativ-kreditler-dayandirilib/LhGiEbKjkxdz5L0V8QVhv9GT/37506d873664f23b7eac187eedf81a4b
#amb #bank #korporativ #istehlak #avrozonada #iqtisadiyyat #maliyyə #fyp #capitalist
📌 "Google" "Samsung" mesaj və ödəniş proqramlarının zərərli olduğunu bildirib.
Kanalı izləyin: @capitalistaz
👀Bu ilin Nobel mükafatçıları kimlər oldu?
💡Gəlin, öyrənək!
Mənbə: www.nobelprize.org
🤝Kontent faydalı oldusa, səhifəni izləməyi və reaksiya bildirməyi unutmayın!
#nobel #nobelprize #mükafat #fizika #kimya #biologiya #iqtisadiyyat #elm #capitalist
Antarktida əvvəllər indiki kimi buz və qardan ibarət boş bir qitə olmayıb. Yerin ən soyuq qitəsi bir vaxtlar həyatla dolu çaylara və meşələrə malik idi.
Peyk müşahidələri və radardan istifadə edən elm adamları Antarktidanın itirilmiş dünyasına nəzər salmağa davam edirlər.
📌Ətraflı: https://capitalist.az/antarktidada-qedim-landsaft-askarlanib/BXbknmOXEISARjPD0t9YGvI2/32d789314480f0cf8c39d42e2c5bc9e4
#antarktida #soyuq #buzlaq #çay #peyk #dünya #elm #texnologiya #capitalist
Özünəinam nəticəsində investorlar öz bacarıq və biliklərini həddən artıq qiymətləndirə, çox tez-tez ticarət edə, daha yüksək xərclər çəkə və ya müvafiq məlumat və rəylərə məhəl qoymayaraq yeni investiya səhvləri edə bilər.
Əksər insan orta hesabla, daha ağıllı, daha dürüst və ya adi insandan daha parlaq gələcəyi olduğunu düşünür. Əslində bu təbii hal hesab olunsa da, özünə həddindən artıq güvənin olması bir çox problemə yol aça bilər.
📌Ətraflı: https://capitalist.az/ozuneinam-investisiya-gelirinize-zerer-vere-bilermi/XND6dJsdINKSnjFKa88DZ9eF/61e752978cf7214590659b38493ba45a
#investisiya #zərər #maliyyə #iqtisadiyyat #inkişaf #fyp #capitalist
Yeni "Hyundai" elektromobil fabrikini harada açılacağı bəlli olub. Koreyalı istehsalçı Səudiyyə Ərəbistanında elektromobil istehsal edəcək.
Səudiyyə Ərəbistanı 2030-cu ilə qədər ildə 300 mindən çox avtomobil istehsal etmək istəyir. Ölkə avtomobil sənayesinə yeni sərmayələr cəlb etməyə davam edir.
📌Ətraflı: https://capitalist.az/yeni-hyundai-fabrikinin-harada-acilacagi-belli-olub/mFb67c4FgExmoAQcRQHMHUrw/f93e0e738aca6c25d5c93092d632ba76
#hyundai #avtomobil #ərəbistan #zavod #marka #sənaye #ceer #fyp #capitalistğ
2012-2022-ci illərdə dünyanın ümumi əhalisinin sayı (milyard ilə)
Görmək istədiyiniz statistik təhlili rəy bölməsində qeyd edə bilərsiniz.
#dünya #əhali #statistiktəhlil #say #insan #qlobal #capitalist
Səyahətlər zamanı şəxsi təhlükəsizlik ən önəmli ünsürdür. Səyahətçilər həmişə səyahət etdikləri yerin ziyarət üçün ən təhlükəsiz ölkələrdən biri olub-olmadığını əvvəlcədən yoxlayırlar.
Bu gün sizə 2023-cü ildə ziyarət etmək üçün ən təhlükəsiz ölkələrin siyahısını təqdim edirik.
1. İslandiya
2. Danimarka
3. İrlandiya
4. Yeni Zelandiya
5. Avstriya
📌Ətraflı: https://capitalist.az/dunyanin-tehlukesiz-olkeleri-i-hisse/iRT6npJig4LyutsustuwayV0/f93e0e738aca6c25d5c93092d632ba76
#səyahət #islandiya #təhlükəsizlik #ölkə #ziyarət #avstriya #irlandiya #fyp #capitalist
