Dövlət Proqramı
الذهاب إلى القناة على Telegram
Dövlət Proqramı çərçivəsində xaricdə təhsilin maliyyələşdirilməsi və beynəlxalq ikili diplom proqramları haqqında məlumatlar
إظهار المزيد1 778
المشتركون
لا توجد بيانات24 ساعات
+17 أيام
-730 أيام
أرشيف المشاركات
1 778
"2022-2026 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Krallığının “Queen’s University Belfast” ali təhsil müəssisəsində magistratura səviyyəsi üzrə təhsil alan Məmmədzadə Mirazər, Paşayeva Nuriyyə və İmanzadə Ülkər və digər azərbaycanlı tələbələr tərəfindən Gənclər Fondu və ASAP-ın dəstəyilə Azərbaycan Xalq Cümhuriyyətinin 105 illiyinə həsr olunmuş "Azərbaycan dünəndən bu günə" adlı tədbir təşkil olunub. Tədbirdə müxtəlif ölkələrin tələbələri iştirak edərək Azərbaycanın tarixi və bu günü haqqında geniş məlumat əldə ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb.
Daha sonra ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov video müraciətlə çıxış edərək Azərbaycanın Dövlətçilik tarixi, eyni zamanda Müstəqillik gününün tarixi ilə bağlı məlumat verib.
Ətraflı: https://dp.edu.az/az/news/3552
#xaricdetehsil #EduAz #ElmVəTəhsilNazirliyi #dpiq #DövlətProqramı #magistratura #bakalavriat
1 778
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2023-2024-cü tədris ili üzrə sənəd qəbulunun müddəti 14 iyul 2023-cü il tarixinədək uzadılıb.
______________________________________________________________
Bununla da cari müraciətlər sırasında qəbul sənədi və digər məsələlər üzrə çatışmazlıqları olan namizədlərə sözügedən halları aradan qaldıraraq müraciətlərini tamamlamaları üçün imkan yaradılır.
Müvafiq elan mətni ilə keçiddən tanış ola bilərsiniz:
https://dp.edu.az/uploads/fileuploads/2022/12/bb6c86b54d0f4881a38cac1ae80b4a8f.pdf
Qeyd edək ki, tədris ilinin başlamasına az vaxt qaldığı üçün müraciətlərin qısa müddətdə edilməsi tövsiyə olunur.
#dpiq #ElmVəTəhsilNazirliyi #xaricdetehsil #DövlətProqramı
1 778
BMU - İNHA İkili Diplom Proqramının I kurs tələbəsi Nəsib Əhmədovun proqram haqqında təəssüratları
Ətraflı: https://dp.edu.az/az/news/3547#.ZHXlT3ZBzIU
https://www.youtube.com/watch?v=uRynlC0Y6h8
#dpiq #ikilidiplom #bmuinha #bakalavriat
1 778
"2019-2023 Dövlət Proqramı" çərçivəsində Malayziyanın “University of Malaya” ali təhsil müəssisəsində sosiologiya ixtisası üzrə doktorantura təhsili alan Elçin Hüseynov Bakı Dövlət Universitetində "Etnoqrafik tədqiqat metodu" adlı mövzuda vebinar keçirmişdir.
#dpiq #DövlətProqramı #doktorantlarimizitaniyaq #doktorantura #ElmVəTəhsilNazirliyi
1 778
"2022-2026 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Krallığının “University of Glasgow” ali təhsil müəssisəsində magistratura səviyyəsi üzrə təhsil alan Əliyeva Ləman, Hacızadə Kamran, Məmmədova Nərgiz, Ələkbərov Cavid, Quliyeva Ətir, Xasməmmədov Murad, İsmayılova Samirə, Məmmədova Fatimə və digər azərbaycanlı tələbələr 28 May – Müstəqillik Günü münasibəti ilə tədbir keçirmişdir. Tədbirdə dünyanın müxtəlif ölkələrindən olan tələbələr iştirak ediblər. Tədbir zamanı Azərbaycanın müstəqillik tarixindən bəhs edilmiş və sonda Müstəqillik Gününə həsr olunmuş “Breyn Rinq” intellektual yarışı keçirilmişdir. Qalib olan komandaya Azərbaycana dair attributlar və kitablar hədiyyə edilmişdir.
#ElmVəTəhsilNazirliyi #dpiq #MüstəqillikGünü #DövlətProqramı #xaricdetehsil
1 778
Mayın 24-də Bakı Dövlət Universiteti (#bdu) və İsrailin Yerusəlim İbrani Universiteti (HUJI) arasında #ikilidiplom proqramı və birgə tədqiqat üzrə əməkdaşlıq müqavilələrinin imzalanması mərasimi keçirilib.
#ElmVəTəhsilNazirliyi #EduAz #dpiq
Ətraflı: https://dp.edu.az/az/news/3539
1 778
"2019-2023 Dövlət Proqramı" çərçivəsində Birləşmiş Krallığın "Middlesex University" ali təhsil müəssisəsində hüquq ixtisas istiqaməti üzrə doktorantura təhsili alan Tofiq Şəhniyarov təhsil aldığı universitetdə doktorantlar üçün təşkil olunan seminarda "Beynəlxalq cinayətlərdə dövlət siyasəti elementi: Akademiyada və beynəlxalq adət hüququnda çıxılmaz vəziyyət" adlı təqdimat ilə çıxış etmişdir.
Ətraflı: https://dp.edu.az/az/news/3538#.ZGeoZ2SEYlQ
#dpiq #ElmVəTəhsilNazirliyi #doktorantlarimizitaniyaq #doktorantura
1 778
"2022-2026 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Krallığının "University of Nottingham" ali təhsil müəssisəsində təhsil ixtisas istiqaməti üzrə magistratura təhsili alan Həmidova Günel Qırmızı Xaç Cəmiyyəti və "University of Nottingham" ali təhsil müəssisəsinin əməkdaşlığı çərçivəsində Nottinqem bölgəsində məskunlaşan qaçqın və miqrantların ingilis dilini inkişaf etdirmək və təhsil almalarına dəstək olmaq üçün nəzərdə tutulan proqram çərçivəsində 6 həftəlik onlayn IELTS hazırlıq dərsləri tədris etmişdir. Qeyd edək ki, Həmidova Günel bir çox namizədlər arasından seçilmiş və könüllü olaraq dərs keçmək haqqı qazanmış sayılı tələbələrdən biri olmuşdur.
#ElmVəTəhsilNazirliyi #EduAz #ElmVəTəhsilNazirliyi #dpiq #xaricdetehsil #DövlətProqramı
1 778
BMU - İNHA İkili Diplom Proqramı ilə bağlı “Açıq qapı” günü təşkil olunacaq
____________________________________________________________
Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan beynəlxalq #ikilidiplom proqramı (IDP) barədə maarifləndirmə işlərinin davamı olaraq, 23 may saat 11:00-da “Açıq qapı” günü keçiriləcək.
Sessiya zamanı proqram üzrə ali təhsilin bakalavriat səviyyəsində 2023/2024-cü tədris ili üçün həyata keçirilən qəbula dair ixtisaslar, keçid balları, Koreya Respublikasındakı təhsil prosesi və s. barədə məlumat veriləcək, iştirakçıları maraqlandıran suallar cavablandırılacaq.
Qeyd edək ki, görüş BMU-da baş tutacaq və abituriyentlər universitetin tədris binaları, laboratoriya və avadanlıqları ilə tanış olmaq imkanı əldə edəcəklər.
“Açıq qapı” günündə iştirak etmək üçün qeydiyyatdan keçmək zəruridir.
Qeydiyyat linki: https://forms.gle/guaPHcfzJqK6FKVS6
#ElmVəTəhsilNazirliyi #bmuinha #dpiq
1 778
11 may 2023-cü il tarixində "2022-2026 Dövlət Proqramı" çərçivəsində xaricdə bakalavriat və magistratura təhsilinə dair canlı məlumat sessiyası həyata keçiriləcək. Qeyd edək ki, məlumat sessiyasında proqrama dair ətraflı məlumat verilərək izləyiciləri maraqlandıran suallar cavablandırılacaq. Məlumat sessiyasına dair detallar:
Mövzu: Dövlət Proqramı çərçivəsində xaricdə bakalavrait və magistratura təhsili;
Saat: 15.00;
Platforma: Dövlət Proqramının rəsmi İnstagram səhifəsi.
#dpiq #xaricdetehsil #DövlətProqramı #EduAz #canliyayim
1 778
"2019-2023 Dövlət Proqramı" çərçivəsində Türkiyə Respublikasının "İstanbul Üniversitesi" ali təhsil müəssisəsində iqtisadiyyat ve idarəetmə ixtisas istiqaməti üzrə doktorantura təhsili alan Məmməd Qurbanlının 02.05.2023-cü il tairixində seminarı keçiriləcək. "Müxtəlifliyin idarəedilməsi" adlı seminar tərəfdaş yerli ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən təşkil olunaraq 16.00-da Facebook hesabı üzərindən canlı yayımlanacaqdır.
#EduAz #doktorantura #elmvetehsilnazirliyi #dpiq #xaricdetehsil
1 778
📢 Elm və Təhsil Nazirliyinin 146 Çağrı Mərkəzi yeni istiqamət üzrə vətəndaşların sorğularını cavablandıracaq.
Belə ki, Çağrı Mərkəzinin 📞146 – 9 nömrəli yeni telefon xətti ilə əlaqə saxlanılaraq:
📍 “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat/magistratura səviyyəsinə
və
📍“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura səviyyəsinə dair suallara❓️ qısa zaman ərzində cavab əldə oluna bilər.
#ElmVəTəhsilNazirliyi #dpiq #xaricdetehsil #doktorantura #magistratura #bakalavr #EduAz #DovletProqrami
1 778
"2022-2026 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Krallığının "University of Sheffield" ali təhsil müəssisəsinin magistratura səviyyəsində "Ətraf mühit və enerji mühəndisliyi" ixtisası üzrə təhsil alan Cəfərov Əli oxuduğu universitetdən təəssüratlarını paylaşıb.
https://www.youtube.com/watch?v=3u6GFP0ibCg
#dpiq #DovletProqrami #EduAz #ElmVəTəhsilNazirliyi #magistratura #xaricdetehsil
1 778
"2019-2023 Dövlət Proqramı" çərçivəsində ABŞ-ın "University of South Florida" ali təhsil müəssisəsində təhsil ixtisas istiqaməti üzrə doktorantura təhsili alan Laləxanım Orucova 31.03.2023 - 01.04.2023-cü il tarixlərində həyata keçirilmiş "6th Symposium for Qualitative Methodologies (SOQM)" simpoziumunda "Critical Evaluation: Sustainability Education in the Early Childhood Curricula of Azerbaijan and Kyrgyzstan" adlı mövzuda çıxış etmişdir. Simpoziuma dair proqramla keçiddən tanış olmaq olar: https://docs.google.com/document/d/1Qq27BAh-rdVtnOmGItuDxH_DlqFVp-NT/mobilebasic
#ElmVəTəhsilNazirliyi #EduAz #ElmVəTəhsilNazirliyi #dpiq #doktorantlarimizitaniyaq #xaricdetehsil
1 778
"2019-2023 Dövlət Proqramı" çərçivəsində ABŞ-ın "University of South Florida" ali təhsil müəssisəsində təhsil ixtisas istiqaməti üzrə doktorantura təhsili alan Nailə Peken 31.03.2023 - 01.04.2023-cü il tarixlərində həyata keçirilmiş "6th Symposium for Qualitative Methodologies (SOQM)" simpoziumunda "The Impact of Teacher Scaffolding on Students' Understanding" adlı mövzuda çıxış etmişdir.
Simpoziuma dair proqramla keçiddən tanış olmaq olar:
https://docs.google.com/document/d/1Qq27BAh-rdVtnOmGItuDxH_DlqFVp-NT/mobilebasic
#ElmVəTəhsilNazirliyi #EduAz #ElmVəTəhsilNazirliyi #dpiq #doktorantlarimizitaniyaq #xaricdetehsil
1 778
"2019-2023 Dövlət Proqramı" çərçivəsində Türkiyə Respublikasının "İstanbul Üniversitesi" ali təhsil müəssisəsində humanitar və sosial ixtisas istiqaməti üzrə təhsil alan doktorant Ziyəddin Əlizadə 30.03.2023-cü il tarixində İstanbul Universiteti, Millətlərarası Özəl Hüquq və Ticarət Hüququ sahəsində "Doktora Yeterlilik İmtahanı"nın yazılı hissəsini 95/100 balla, şifahi hissəsini isə komissiya üzvlərinin hamısının müsbət rəyi ilə (yekdilliklə) keçərək, "Hukuk doktoru adayı"(Hüquq elmləri Fəlsəfə doktoru namizədi) adını qazanmışdır.
#DövlətProqramı #doktorantura #xaricdetehsil #EduAz #ElmVəTəhsilNazirliyi #dpiq
1 778
Dövlət Proqramına müraciət zamanı diqqət yetirilməli əsas məqamlar❗️
https://fb.watch/jGNm0DbRg-/
#TəhsilTV #EduAz #TəhsilMasası #DövlətProqramı2023 #Müraciət
1 778
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti 20 aprel 2023-cü il saat 23:59-dək uzadılıb.
Ətraflı: https://dp.edu.az/az/news/2517#.ZCZ0v3ZBzIX
#dpiq #xaricdetehsil #doktorantura #ElmVəTəhsilNazirliyi #EduAz
1 778
Martın 30-dan “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2023-2024-cü tədris ili üzrə sənəd qəbuluna start verilir.
Ətraflı: https://dp.edu.az/az/news/2516#.ZCVkSHZBzIW
#dpiq #EduAz #DovletProqrami #xaricdetehsil #bakalavr #magistratura #ElmVəTəhsilNazirliyi
1 778
"2022-2026-cı illər üzrə Dövlət Proqramı" çərçivəsində sənəd qəbulu açıq elan edilir! ✅️
Ətraflı məlumat: https://dp.edu.az/az/news/2515#.ZCUtHXZBzIU
#dpiq #TəhsilTV #EduAz #TəhsilMasası #DövlətProqramı #SənədQəbulu
