ar
Feedback
Dövlət Proqramı

Dövlət Proqramı

الذهاب إلى القناة على Telegram

Dövlət Proqramı çərçivəsində xaricdə təhsilin maliyyələşdirilməsi və beynəlxalq ikili diplom proqramları haqqında məlumatlar

إظهار المزيد
1 776
المشتركون
+124 ساعات
+17 أيام
-630 أيام
أرشيف المشاركات
📢25 aprel 2024-cü il tarixində “2022-2026 Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili ilə bağl
📢25 aprel 2024-cü il tarixində “2022-2026 Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili ilə bağlı canlı məlumat sessiyası həyata keçiriləcək. ℹ️ Qeyd edək ki, məlumat sessiyasında “2022-2026 Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili ilə bağlı izləyiciləri maraqlandıran suallar cavablandırılacaq. ✅ Vebinar Microsoft Teams platforması üzərindən həyata keçiriləcək və yalnız qeydiyyatdan keçənlər üçün görüş linki göndəriləcək. ✍🏻Məlumat sessiyasına dair detallar: Mövzu: Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili Saat: 16:00 👉🏻QEYDİYYAT

🏆🇦🇿 20-21 aprel 2024-cü il tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən “Robotex Türkiyə” Milli Cempionatında çıxış
+3
🏆🇦🇿 20-21 aprel 2024-cü il tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən “Robotex Türkiyə” Milli Cempionatında çıxış edən BMU-İNHA İDP tələbələrindən ibarət komandaları-“ROBOXIDE” (Mayis Əzizov, Mentor - Əli Həsənov; tələbələr: Alpər Qəhrəmanlı, Məhəmməd Qurbanzadə, Nicat Məlikli) və “A-MAZE” (Mentor - Elməddin Hüseynov; tələbələr: Nihad Məhərrəmov, Şahanə Mirəliyeva, Murad Kərimli, Yelmar Fərhadov, Elturan Əliyev) birinci yerin qalibi olub. Dünyanın ən böyük robototexnika yarışması olan “Robotex”in yarımfinal mərhələsində böyük uğura imza atan “ROBOXIDE” “1 Kg-Lego Sumo” kateqoriyası, “A-MAZE” isə “Maze solving” (“Labirint həlli”) kateqoriyası üzrə ilk yeri tutub. Komandalara “Robotex Türkiyə” Milli Cempionatının sertifikatları təqdim olunub. 👉🏻Ətraflı

🎓📚 "2022-2026 Dövlət Proqramı" çərçivəsində təhsillərini xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində başa vurmuş mə
🎓📚 "2022-2026 Dövlət Proqramı" çərçivəsində təhsillərini xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində başa vurmuş məzunlarımızı tanıyaq! #ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətəhsil #bakalavriat #magistratura #dpiq #məzun

❗️📚✅ Dövlət Proqramı iştirakçısının elmi-tədqiqat nəticələri ABŞ Dövlət Departamentində dinlənilib "2022-2026 Dövlət Proqram
❗️📚✅ Dövlət Proqramı iştirakçısının elmi-tədqiqat nəticələri ABŞ Dövlət Departamentində dinlənilib "2022-2026 Dövlət Proqramı" çərçivəsində Amerika Birləşmiş Ştatları "University of Michigan-Ann Arbor" ali təhsil müəssisəsində "Dövlət siyasəti" ixtisası üzrə Magistratura səviyyəsində təhsil alan Raul Məmmədov, ötən il bir neçə tələbə yoldaşları ilə ABŞ Dövlət Departamenti üçün tədqiqat aparmaq hüququnu qazanmışdı. 12 aprel, 2024-cü il tarixində Raul Məmmədov tələbə yoldaşlarından ibarət qrupa rəhbərlik edərək, paytaxt Vaşinqtonda yerləşən Dövlət Departamentində "Şərqi Avropada Lüstrasiya Siyasətin İnsan Haqlarına Təsiri” mövzusunda aparılan tədqiqatlarının nəticələri haqqında təqdimatla çıxış edib. 👉🏻ƏTRAFLI #ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #proqramiştirakçıları #tələbəninuğuru

🎓📚 "2022-2026 Dövlət Proqramı" çərçivəsində təhsillərini xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində başa vurmuş mə
🎓📚 "2022-2026 Dövlət Proqramı" çərçivəsində təhsillərini xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində başa vurmuş məzunlarımızı tanıyaq! #ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətəhsil #bakalavriat #magistratura #dpiq #məzun

📚📖✅ "2022-2026 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı "University of Warwick"
📚📖✅ "2022-2026 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı "University of Warwick" ali təhsil müəssisəsində informasiya texnologiyaları ixtisas istiqaməti, “Kibertəhlükəsizlik mühəndisliyi” ixtisası üzrə magistratura səviyyəsində təhsil alan Canıbaba Hacızadə "Black Hat Europe 2023" adlı beynəlxalq kibertəhlükəsizlik konfransında iştirak üçün təqaüd proqramını qazanmış və konfransda iştirak etmişdir. 👉🏻ƏTRAFLI

📚🎓💬"2022-2026 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı "University of Bristol"
📚🎓💬"2022-2026 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı "University of Bristol" ali təhsil müəssisəsində "Neyroelm və təhsil” ixtisası üzrə magistratura səviyyəsində təhsil alan Günay Qocalı “Azərbaycan müəllimi” qazetinə müsahibə verib. Müsahibəni tam oxumaq üçün👇🏻 https://www.muallim.edu.az/news.php?id=29171

Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın “Warwick” Universitetində təhsil alan tələbələr ilə görüş keçirilib. #ElmVəTə
+3
Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın “Warwick” Universitetində təhsil alan tələbələr ilə görüş keçirilib. #ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #WarwickUniversty

ADNSU və Vorvik Universiteti arasında ikili diplom proqramının Rəhbər Komitə görüşü Vorvik universitetində keçirilmişdir. #El
+2
ADNSU və Vorvik Universiteti arasında ikili diplom proqramının Rəhbər Komitə görüşü Vorvik universitetində keçirilmişdir. #ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #ADNSU #WarwickUniversty #İkiliDiplomProqramı #DualDiplomaProgram

❓ “2022-2026 Dövlət Proqramı”na sənəd qəbulu hansı formada həyata keçirilir? ✅ 2024–2025-ci tədris ili üzrə “2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində sənəd qəbulu portal.edu.az üzərindən həyata keçirilir. Qeyd edək ki, sənəd qəbulu üçün son tarix 15 iyun 2024-cü il saat 23:59 müəyyən edilib. #ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətəhsil #bakalavriat #magistratura #dpiq #sənədqəbulu https://youtu.be/qMOxNYYU3rw?t=1

🎓📚 "2022-2026 Dövlət Proqramı" çərçivəsində təhsilini başa vurmuş Dövlət Proqramı məzunu Nicat Osmanlının Azərbaycan Respublikası Dövlət Televiziya kanalına (AZTV) müsahibəsi https://youtu.be/rP2gsMGjST4

ℹ️ Dövlət Proqramı İdarəetmə Qrupunun vətəndaş qəbulu təqdim edilən cədvəl əsasında həyata keçirilir. ⚠️ VACİB QEYD: Vətəndaş
ℹ️ Dövlət Proqramı İdarəetmə Qrupunun vətəndaş qəbulu təqdim edilən cədvəl əsasında həyata keçirilir. ⚠️ VACİB QEYD: Vətəndaş qəbuluna yazılmaq üçün hər həftənin cümə axşamı saat 12:00-a qədər qeydiyyatdan keçməyiniz mütləqdir. Vətəndaş qəbuluna yazılmaq üçün: edu.gov.az rəsmi veb səhifəsinə daxil olaraq müvafiq bölmə üzərindən qəbula yazıla bilərlər. #ElmVəTəhsilNazirliyi #EduAz #dpiq #XaricdəTəhsil #vətəndaşqəbulu

🎓📚 "2022-2026 Dövlət Proqramı" çərçivəsində təhsillərini xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində başa vurmuş mə
🎓📚 "2022-2026 Dövlət Proqramı" çərçivəsində təhsillərini xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində başa vurmuş məzunlarımızı tanıyaq! #ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətəhsil #bakalavriat #magistratura #dpiq #məzun

📚🎓💬"2022-2026 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı "London School of Econo
📚🎓💬"2022-2026 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı "London School of Economics" (LSE) ali təhsil müəssisəsində "Dövlət idarəetməsi” ixtisası üzrə magistratura səviyyəsində təhsil alan Aydan Abbasquliyeva “Azərbaycan müəllimi” qazetinə müsahibə verib. Müsahibəni tam oxumaq üçün 👉🏻keçid edin. #ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətehsil #bakalavriat #magistratura #dpiq #tələbəninfikri

ℹ️🎓 2024/2025-ci tədris ili üçün “2022-2026 Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili üzrə s
+1
ℹ️🎓 2024/2025-ci tədris ili üçün “2022-2026 Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili üzrə sənəd qəbulu davam edir. Sənəd qəbulu üçün son tarix 15 iyun 2024-cü il saat 23:59 müəyyən edilib. Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində qarşılanan xərclər aşağıdakılardır: • Təhsil xərcləri; • Viza və təhsil aldığı ölkədə qeydiyyat xərcləri; • Aylıq yaşayış xərcləri; • Tibbi sığorta xərcləri; • Beynəlxalq nəqliyyat xərcləri; • Bank və plastik kart xərcləri. #ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətəhsil #bakalavriat #magistratura #dpiq #dövlətproqramı #qarşılananxərclər

Həmrəylik və bərabərlik rəmzi olan Ramazan bayramınız mübarək!🌙 Allah ibadətlərinizi qəbul etsin! #ElmVəTəhsilNazirliyi #Edu
Həmrəylik və bərabərlik rəmzi olan Ramazan bayramınız mübarək!🌙 Allah ibadətlərinizi qəbul etsin! #ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətəhsil #bakalavriat #magistratura #dpiq #dövlətproqramı #ramazanbayramı #11ayınsultanı

Reytinq cədvəllərinə dair açıqlama ℹ️ ✅ Məlum olduğu kimi, 2024/2025-ci tədris ili üçün “2022-2026 Dövlət Proqramı” çərçivəsi
Reytinq cədvəllərinə dair açıqlama ℹ️ ✅ Məlum olduğu kimi, 2024/2025-ci tədris ili üçün “2022-2026 Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili üzrə sənəd qəbulu 13 noyabr 2023-cü il tarixində ictimaiyyətə elan edilmiş “2022-2026 Dövlət Proqramı” çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat və magistratura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı” əsas götürülərək həyata keçirilir. Bununla yanaşı, 2024/2025-ci tədris ilində "Times Higher Education", “QS World University Rankings” və “Academic Rankıng of World Universities (Shanghai)” reytinq sistemlərində yalnız "universitetlər üzrə top 10"da yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan, siyahıda yer almayan istənilən ixtisas sahəsi üzrə bakalavriat və magistratura proqramlarına qəbul almış şəxslər “2022-2026 Dövlət Proqramı”na müraciət edə bilərlər. 👉🏻ƏTRAFLI

Reytinq cədvəllərinə dair açıqlamaℹ️ Məlum olduğu kimi, 2024/2025-ci tədris ili üçün “2022-2026 Dövlət Proqramı” çərçivəsində
Reytinq cədvəllərinə dair açıqlamaℹ️ Məlum olduğu kimi, 2024/2025-ci tədris ili üçün “2022-2026 Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili üzrə sənəd qəbulu 13 noyabr 2023-cü il tarixində ictimaiyyətə elan edilmiş “2022-2026 Dövlət Proqramı” çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat və magistratura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı” əsas götürülərək həyata keçirilir. Bununla yanaşı, 2024/2025-ci tədris ilində "Times Higher Education", “QS World University Rankings” və “Academic Rankıng of World Universities (Shanghai)” reytinq sistemlərində yalnız "universitetlər üzrə top 10"da yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan, siyahıda yer almayan istənilən ixtisas sahəsi üzrə bakalavriat və magistratura proqramlarına qəbul almış şəxslər “2022-2026 Dövlət Proqramı”na müraciət edə bilərlər. 👉🏻ƏTRAFLI

🎓📃 Bakı Mühəndislik Universiteti (BMU) ilə İNHA Universitetinin birgə icra etdiyi tam dövlət təqaüdlü ikili diplom proqramı
+3
🎓📃 Bakı Mühəndislik Universiteti (BMU) ilə İNHA Universitetinin birgə icra etdiyi tam dövlət təqaüdlü ikili diplom proqramı (İDP) çərçivəsində təhsil alan 5 tələbə Koreya (Cənubi) Respublikasının sözügedən ali təhsil müəssisəsində 3 aya qədər davam edən tədqiqat proqramında iştirak edib. 👉🏻Ətraflı

Əziz tələbələr və məzunlar! Dövlət Proqramı İdarəetmə Qrupu ilə uğurlu karyeraya başlamaq üçün ilk addım atmağa hazırsınız❓ ✅
Əziz tələbələr və məzunlar! Dövlət Proqramı İdarəetmə Qrupu ilə uğurlu karyeraya başlamaq üçün ilk addım atmağa hazırsınız❓ ✅Məqsədimiz karyera qurmaq arzusunda olan tələbələrə müəssisənin müxtəlif struktur bölmələrinin işlərində yaxından iştirak edərək, təcrübə qazanmaq imkanı yaratmaqdır. Təcrübəniz müddətində siz komanda işi ilə tanış olacaq, təhsil sahəsində təcrübə qazanacaq və təcrübəli əməkdaşlarla birlikdə çalışaraq enerji dolu layihələrdə iştirak edəcəksiniz. İş qrafikiniz sərbəstdir. 3 ay müddətində davam edəcək könüllü təcrübə proqramının sonunda sizlərə tövsiyə məktubu təqdim olunacaq. Namizədlərdən CV-lərini “Könüllü” başlığı ilə Nuray.Ashrafli@edu.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur. Son müraciət tarixi🗓 10 aprel, 2024-cü il