Dövlət Proqramı
الذهاب إلى القناة على Telegram
Dövlət Proqramı çərçivəsində xaricdə təhsilin maliyyələşdirilməsi və beynəlxalq ikili diplom proqramları haqqında məlumatlar
إظهار المزيد1 745
المشتركون
+124 ساعات
-47 أيام
-1730 أيام
أرشيف المشاركات
1 745
🎓📚 "2019-2023 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı "University of Strathclyde" ali təhsil müəssisəsində mühəndislik ixtisas istiqaməti “Elektronika və elektrik mühəndisliyi” ixtisası üzrə magistratura səviyyəsində təhsil alan Fuad Hacıyev magistr diplom layihəsini uğurla başa vurmuşdur.
İxitsas dərslərində fəal iştirakı və yüksək göstəriciləri ilə fərqlənən Fuad Hacıyev Professoru tərəfindən şirkətdə «Industrial MSc project» layihəsində təcrübə proqramına dəvət almışdır.
Təcrübə proqramı çərçivəsində 3-4 aylıq müddətdə Fuad Böyük mühəndislərlə birgə işləyərək layihəni başa vurmaq və buna əsasən diplom işini yazmaq şansı qazanmışdır.
#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətehsil #bakalavriat #magistratura #dpiq #akademikuğur
1 745
🎓💬 "Öz təcrübəmdən deyə bilərəm ki, xaricdə təhsil ilk olaraq yaşadığın ölkənin, şəhərin, və yaxınlarının insana yaratdığı komfort zonadan çıxmağına şərait yaradır. Mənə elə gəlir ki, bu dəyişiklik də inkişafa, daha çox həyat təcrübəsi toplamağa səbəb olur.
Məsuliyyətlərini, öhdəliklərini daha yaxşı başa düşməyə və fərqində olmağa başlayırsan. Fərqli mədəniyyətə, təhsil səviyyəsinə, bilik və bacarıqlara malik olan tələbələrlə birlikdə oxumaq, təcrübə bölüşmək, Avropanın, Amerikanın top universitetlərinin müəllimlərindən elm öyrənmək böyük şans və gələcək uğurların təməlidir.
Bu məsələdə maliyyələşmə, təcrübənin bölüşdürülməsi, imkanların öyrənilməsi baxımından Xaricdə Təhsil Dövlət Proqramı hər birimiz üçün böyük fürsətlər yaradır. Faydalanmaq isə hər birimizdən asılıdır."
#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətehsil #bakalavriat #magistratura #dpiq #tələbəninfikri
1 745
📚🎓💬 "2022-2026 Dövlət Proqramı" çərçivəsində Danimarka Krallığı "Technical University of Denmark" ali təhsil müəssisəsində “İnsan mərkəzli süni intellekt” ixtisası üzrə magistratura səviyyəsində təhsil alan Çimnaz Kərimli Dövlət Proqramı çərçivəsində xaricdə təhsil ilə bağlı fikilərini bölüşdü:
1 745
Elm və təhsil naziri Emin Əmrullayev:
"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2024–2025-ci tədris ili üzrə sənəd qəbuluna 1 mart tarixindən start veriləcək. Sənəd qəbulu üzrə son müraciət tarixi 15 iyundur"
#ElmvəTəhsilNaziri #dpiq #TəhsilTV #DövlətProqramı #XaricdəTəhsil #sənədqəbulu
1 745
📚🎓 Magistratura təhsil səviyyəsi üçün "2022-2026 Dövlət Proqramı"na qəbul şərtləri.
Ətraflı məlumat üçün: www.dp.edu.az
#ElmVəTəhsilNazirliyi #dpiq #EduAz #bakalavr #magistratura
1 745
📢❗️ Təhsil masası: 2022-2026-cı illər üzrə Dövlət Proqramı – #Canlı 🔴
https://www.youtube.com/watch?v=r-XUzJDsVJE
1 745
❗️📢 2024–2025-ci tədris ili üzrə “2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində sənəd qəbulu portal.edu.az üzərindən elan edildi.
1 745
Bu gün saat 15:00-da ''Təhsil masası''nda “2022–2026-cı illər üçün Dövlət Proqramı”na 2024–2025-ci tədris ili üzrə qəbul barədə suallar cavablandırılacaq.
Mövzu ilə bağlı sualınızı bu postun “Rəy” bölməsində, eləcə də canlı yayım zamanı qeyd edə bilərsiniz.
Yayıma keçid👇🏻
https://www.youtube.com/@tehsiltvaz
#ElmVəTəhsilNazirliyi #EduAz #TəhsilTV #XaricdəTəhsil #dpiq #TəhsilMasası
1 745
DİQQƏT!📢
2024–2025-ci tədris ili üzrə “2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində sənəd qəbulu başlayır
Qeyd edək ki, "2022-2026 Dövlət Proqramı" çərçivəsində sənəd qəbulu portal.edu.az üzərindən aparılacaqdır.
Daha ətraflı məlumat👇
https://dp.edu.az/az/news/3731
1 745
"2022-2026 Dövlət Proqramı" çərçivəsində təhsillərini xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində başa vurmuş məzunlarımızı tanıyaq!
#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətəhsil #bakalavriat #magistratura #dpiq #məzun
1 745
Bakı Mühəndislik Universitetində (BMU) “Mühəndis hazırlığında nəzəri biliklərlə yanaşı praktiki bacarıqların rolu” mövzusunda sərgi-təqdimat keçirilib.
Universitetin Avtomatika, telekommunikasiya və energetika kafedrasının 5 illiyinə həsr olunmuş tədbirdə professor-müəllim heyəti və tələbələr, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Daha ətraflı məlumat keçiddən əldə oluna bilər.
1 745
"2019-2023 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı "City University of London" ali təhsil müəssisəsində texniki və texnoloji ixtisası üzrə doktorantura səviyyəsində təhsil alan Sevinc Teymurova “City University of London”un tələbələri ilə birgə Elm və Təhsil Nazirliyi tərəfindən Bakıda təşkil olunmuş STEAM festivalında iştirak etmiş və təhsil aldığı universitetin tələbələri ilə birlikdə birinci yerə layiq görülmüşdür.
STEAM festivalı və tələbələrin qalibiyyəti haqqında universitet xüsusi məqalə hazırlayıb və öz media resursunda yayımlamışdır.
👉🏻ƏTRAFLI
#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətehsil #bakalavriat #magistratura #dpiq #doktorantınuğuru
1 745
"2022-2026 Dövlət Proqramı" çərçivəsində Kanadanın "University of Toronto" ali təhsil müəssisəsində "Computer Science" ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alan Riyad Vəliyev Dövlət Proqramına müraciət və qəbul mərhələlərində yaşadığı təcrübədən danışdı.
#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətehsil #bakalavriat #magistratura #dpiq #iştirakçınındilindən
1 745
"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"na dair məlumat.
🔗ƏTRAFLI
#ElmVəTəhsilNazirliyi #dpiq #EduAz #bakalavr #magistratura #sənədlər
1 745
"2022-2026 Dövlət Proqramı" çərçivəsində təhsillərini xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində başa vurmuş məzunlarımızı tanıyaq!
#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətəhsil #bakalavriat #magistratura #dpiq #məzun
1 745
28 fevral 2024-cü il tarixində "2022-2026 Dövlət Proqramı" çərçivəsində xaricdə bakalavriat və magistratura təhsilinə dair canlı məlumat sessiyası həyata keçiriləcək.
Qeyd edək ki, məlumat sessiyasında proqrama dair ətraflı məlumat verilərək izləyiciləri maraqlandıran suallar cavablandırılacaq.
📌Məlumat sessiyasına dair detallar:
Mövzu: Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili;
Saat: 16.00;
Platforma: Dövlət Proqramının rəsmi İnstagram səhifəsi.
#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətehsil #bakalavriat #magistratura #dpiq #məlumatsessiyası
1 745
Bakalavriat təhsil səviyyəsi üçün "2022-2026 Dövlət Proqramı"na qəbul şərtləri.
Ətraflı məlumat üçün: www.dp.edu.az
#ElmVəTəhsilNazirliyi #dpiq #EduAz #bakalavr #magistratura
1 745
☘️ Bu gün Novruzun ilk çərşənbəsi - Su çərşənbəsidir. 💧
İlk çərşənbəniz mübarək!
1 745
"2022-2026 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı “University of Oxford” ali təhsil müəssisəsində “Dövlət idarəetməsi” ixtisas istiqaməti üzrə magistr təhsili alan Ləman Əhmədova “UK Cyber 9/12 Strategy Challenge 2024” yarışmasının Virtual mərhələsinin qalibi olub.
Qeyd edək ki, 21 fevral tarixində baş tutan yarışmada Ləman Əhmədova təhsil aldığı universitetdən olan tələbə yoldaşları ilə birgə "Team Resilience" komandası adı altında iştirak edib.
👉🏻ƏTRAFLI MƏLUMAT
1 745
"2022-2026 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı “University of Glasgow” ali təhsil müəssisəsində “Təhsil” ixtisas istiqaməti üzrə magistr təhsili alan Fidan Hacıyeva və universitetdə təhsil alan digər tələbələr tərəfindən Xocalı faciəsinin anım tədbiri təşkil edilib.
#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətehsil #bakalavriat #magistratura #dpiq #26Fevral #Xocalı #XocalıSoyqırımı
