ar
Feedback
Dövlət Proqramı

Dövlət Proqramı

الذهاب إلى القناة على Telegram

Dövlət Proqramı çərçivəsində xaricdə təhsilin maliyyələşdirilməsi və beynəlxalq ikili diplom proqramları haqqında məlumatlar

إظهار المزيد
1 784
المشتركون
+124 ساعات
+47 أيام
+630 أيام
أرشيف المشاركات
🎓Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Vorvik Universitetinin birgə həyata keçirdiyi “Bərpa olunan enerj
🎓Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Vorvik Universitetinin birgə həyata keçirdiyi “Bərpa olunan enerji” ixtisası üzrə beynəlxalq ikili diplom magistr proqramı ilk məzunlarını uğurla yola saldı! ✅ Proqramın ilk buraxılışı üzrə 27 məzun təhsilini müvəffəqiyyətlə başa vurub. 📖 Proqram çərçivəsində tələbələr həm beynəlxalq səviyyəli akademik biliklərə yiyələnib, həm də real sənaye təcrübəsi qazanıblar. Onlar həmçinin Böyük Britaniyada təşkil olunan yay məktəbində iştirak ediblər. Tədris prosesi “Warwick Manufacturing Group” (WMG) tərəfindən təqdim olunan modullar, ADNSU-nun akademik kursları və dissertasiya mərhələsindən ibarətdir. 📌 Proqram “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində maliyyələşdirilir və ölkəmizdə bərpa olunan enerji sahəsində rəqabətdavamlı mütəxəssislərin yetişdirilməsini hədəfləyir. Daha ətraflı: https://dp.edu.az/az/news/4985

🎓 “2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Helsinki Universitetində kimya və molekulyar elmlər ixtisası üzrə m
🎓 “2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Helsinki Universitetində kimya və molekulyar elmlər ixtisası üzrə magistr dərəcəsi əldə etmiş Səma Məmmədova Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) tərəfindən dəstəklənən və qalibi olduğu Maria Sklodovskaya-Küri təqaüdü çərçivəsində biliklərini artırmağa davam edir. ⚛️ Bu proqram hər il dünya üzrə 100-150 nəfərdən ibarətolmaqla məhdud sayda qadın mütəxəssisin nüvə elmləri sahəsində inkişafını dəstəkləyir. 📚 Səma Dövlət Proqramı çərçivəsində magistratura pilləsi üzrə təhsilini tamamladıqdan sonra Maria Sklodovskaya-Küri təqaüd proqramının dəstəyi ilə təhsilini Helsinki Universitetində radiokimya və nüvə analitikası sahəsində davam etdirib. Daha ətraflı: https://dp.edu.az/az/news/4984

📢 Dövlət Proqramı ilə xaricdə təhsil almaq istəyən əziz gənclər! Sizi “2022-2028-ci illər üçün Dövlət Proqramı: Xaricdə təhs
📢 Dövlət Proqramı ilə xaricdə təhsil almaq istəyən əziz gənclər! Sizi “2022-2028-ci illər üçün Dövlət Proqramı: Xaricdə təhsildən dayanıqlı karyeraya” adlı tədbirə dəvət edirik! “2022-2028-ci illər üçün Dövlət Proqramı”nın təqdim etdiyi imkanlara dair tədbir zamanı siz proqrama müraciət şərtləri və seçim meyarları, sənəd hazırlığı və müraciət zamanı diqqət edilməli məqamlar, eləcə də qəbul prosesi və müsahibə mərhələsi haqqında ətraflı məlumat əldə edəcəksiniz. ℹ️ Tədbir əsasən ali təhsil müəssisələrinin bakalavr və magistr tələbələri, məzunlar və ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri üçün nəzərdə tutulub. 🗓️ 6 may, 15:00 📍 Bakı Konqres Mərkəzi 🔗Qeydiyyat üçün keçid: https://docs.google.com/forms/d/e/1FAIpQLSdVq7VTD7_Kr-d0dU9tAQ32S9fA4Caa_A5weCb_y00UA5aQSg/viewform?pli=1

💡 Uğur çox vaxt ilk cəhddə deyil, israrlı və məqsədyönlü addımların nəticəsində qazanılır. Dövlət Proqramına müraciət zamanı
💡 Uğur çox vaxt ilk cəhddə deyil, israrlı və məqsədyönlü addımların nəticəsində qazanılır. Dövlət Proqramına müraciət zamanı uğurlu nəticəni ilk yox, növbəti cəhdlərində əldə edənlər də var. 🎓 2023-2024-cü illərdə Böyük Britaniyanın “Lancaster” Universitetində data elmi ixtisası üzrə təhsil almış məzunumuz Humay Rzabəyli də məhz bu gənclərdəndir. 🖋️ Bu müsahibədə Humay öz təcrübəsini səmimi şəkildə sizinlə bölüşür. İlk müraciətində aldığı imtina cavabından sonra motivasiyasını necə qoruduğunu və ikinci cəhdə qədər öz üzərində hansı istiqamətlərdə çalışdığını açıqlayır. 🔗 Müsahibənin tam hissəsini oxumaq üçün linkə keçid edə bilərsiniz: https://dp.edu.az/az/news/4983

Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri vəzifəsinə yeni təyinat olub. Bu vəzifə hüquq elm
Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri vəzifəsinə yeni təyinat olub. Bu vəzifə hüquq elmləri üzrə fəlsəfə doktoru, dövlət idarəçiliyi sahəsində uzunmüddətli təcrübəyə malik Qədir Xəlilova həvalə edilib. Daha ətraflı: https://dp.edu.az/az/news/4982

📣 Dövlət Proqramı iştirakçıları üçün yeni imkan yaradılıb. 🌐 Portal.edu.az platformasında həyata keçirilmiş son yenilik nəticəsində Dövlət Proqramı iştirakçıları üçün məzun hesabatlarının təqdim edilməsi prosesi sadələşdirilmişdir. Artıq proqram iştirakçıları məzun hesabatlarını birbaşa şəxsi kabinetləri vasitəsilə onlayn şəkildə təqdim edə biləcəklər. Daha ətraflı: https://dp.edu.az/az/news/4980

🎓 Dövlət Proqramı iştirakçısı Aygün Səmədli məzunu olduğu universitetdə DP çərçivəsində qazandığı təcrübəni tələbələrlə bölü
🎓 Dövlət Proqramı iştirakçısı Aygün Səmədli məzunu olduğu universitetdə DP çərçivəsində qazandığı təcrübəni tələbələrlə bölüşüb. ℹ️ Azərbaycan Dövlət Neft və Sənaye Universitetində baş tutmuş görüşdə o, Dövlət Proqramına qəbul prosesi, İngiltərədə təhsil, DP-nin onun şəxsi və karyera inkişafındakı rolundan bəhs edib. Eyni zamanda proqram iştirakçılarının əldə etdiyi üstünlüklər və öhdəlikləri barədə təqdimat edib. 📌 Aygün Dövlət Proqramı çərçivəsində İngiltərənin “King’s College London” ali təhsil müəssisəsində təhsil menecmenti ixtisası üzrə magistr dərəcəsi alıb. Bundan əvvəl isə ADNSU-da MBA proqramını bitirib.

💬 Dövlət Proqramına müraciət qaydaları və seçim meyarları nələrdir? Namizədlərin xüsusi olaraq diqqət etməli olduqları məqam
💬 Dövlət Proqramına müraciət qaydaları və seçim meyarları nələrdir? Namizədlərin xüsusi olaraq diqqət etməli olduqları məqamlar hansılardır? 📢 24 aprel tarixində keçiriləcək onlayn məlumatlandırma sessiyası zamanı bizə ən çox ünvanlanan suallara, eləcə də sizi maraqlandıran xüsusi detallara toxunacağıq. 📅 Tarix: 24 aprel (cümə), saat 15:00 💻 Platforma: “Microsoft Teams” 📌 Qeyd: Vebinara mobil telefon vasitəsilə qatılmaq üçün “Microsoft Teams” tətbiqinin cihazınızda yüklü olması mütləqdir. 🔗Vebinara keçid linki: https://teams.microsoft.com/meet/41188344908054?p=3pcZ225VCH539vwfVc

🎓 Məzunlarımız nüfuzlu platformalarda iştirakları ilə fərqlənməyə davam edirlər! 📌 Dövlət Proqramı çərçivəsində Edinburq Un
🎓 Məzunlarımız nüfuzlu platformalarda iştirakları ilə fərqlənməyə davam edirlər! 📌 Dövlət Proqramı çərçivəsində Edinburq Universitetinin dövlət siyasəti ixtisası üzrə təhsilini başa vuran Cəvahir Ələkbərli XIII Qlobal Bakı Forumunda “Youth Speak, We Listen!” mövzusunda panel müzakirədə iştirak edib. ℹ️ Panel çərçivəsində müasir qlobal çağırışların həllində çoxtərəfliliyin əhəmiyyəti müzakirə edilib, gənclərin inklüziv və gələcəyə yönəlik beynəlxalq dialoqun formalaşmasındakı rolu vurğulanıb. ✔️ Paneldə həmçinin gənclərin yalnız dinlənilməsinin deyil, eyni zamanda gələcəyimizi formalaşdıracaq siyasət və həllərin hazırlanmasında aktiv iştirakının vacibliyi xüsusi qeyd olunub. Məzunumuzla fəxr edir və yaratdığı müsbət təsirin davamını arzulayırıq!

📌 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nəzdində Dövlət Proqramı İdarəetmə Qrupu və “Femida Könüllüləri” Təşkil
📌 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nəzdində Dövlət Proqramı İdarəetmə Qrupu və “Femida Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə Dövlət Proqramının təqdim etdiyi imkanlara həsr olunmuş görüş keçirilib. Tədbir çərçivəsində təşkil olunan panel müzakirədə Dövlət Proqramı İdarəetmə Qrupunun layihə rəhbəri Qədir Xəlilov, Dövlət Neft Fondunun Strateji layihələr departamentinin rəhbəri Əli Sultanlı və “2022-2028-ci illər üçün Dövlət Proqramı” məzunu Cavid Rəhimli iştirak edib. ℹ️ Panel müzakirə zamanı Dövlət Proqramı vasitəsilə xaricdə təhsil imkanları, müraciət və seçim mərhələləri, proqramın təqdim etdiyi üstünlüklər və gələcək karyera perspektivləri barədə iştirakçılara ətraflı məlumat verilib. Həmçinin Dövlət Proqramı çərçivəsində hüquq ixtisası üzrə xaricdə təhsilə dair iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 🌐 Daha ətraflı: https://dp.edu.az/az/news/4979

📢 Dövlət Proqramına müraciət qaydaları və seçim meyarları haqqında ətraflı məlumat əldə etmək istəyirsinizsə, diqqətiniz CBC
📢 Dövlət Proqramına müraciət qaydaları və seçim meyarları haqqında ətraflı məlumat əldə etmək istəyirsinizsə, diqqətiniz CBC FM Azərbaycanda olsun. 📌 Dövlət Proqramı İdarəetmə Qrupunun proqram iştirakçıları ilə iş üzrə mütəxəssisi Nərmin Bünyatova sənəd qəbulu və müsahibə mərhələsinə dair sualları cavablandıracaq. 📅 17 aprel, 08:00 🎙️ CBC FM Azərbaycan (102.7 FM)

🎓 “QS World University Rankings” reytinq sistemində 8-ci sırada yer alan “National University of Singapore”da Dövlət Proqram
🎓 “QS World University Rankings” reytinq sistemində 8-ci sırada yer alan “National University of Singapore”da Dövlət Proqramı çərçivəsində komputer elmləri ixtisası üzrə bakalavriat pilləsində təhsil alan tələbəmiz Cəlil Hüseynov yüksək akademik göstəriciləri ilə fərqlənib. ✅ O, akademik nəticələrinə əsasən fakültə üzrə ən yüksək göstəriciyə malik tələbələrin ilk 5 faizi sırasına daxil olaraq “Dekanın siyahısı” təltifinə layiq görülüb. Tələbəmizlə fəxr edir və parlaq nəticələrinin davamını arzulayırıq!

🎓 Dövlət Proqramı iştirakçısı Fərid Ədilov BMT-nin Uşaq Hüquqları Komitəsinə 2027–2031-ci illəri əhatə edən dövr üçün seçkil
🎓 Dövlət Proqramı iştirakçısı Fərid Ədilov BMT-nin Uşaq Hüquqları Komitəsinə 2027–2031-ci illəri əhatə edən dövr üçün seçkilərdə Azərbaycanın namizədi elan olunub. 18 müstəqil ekspertdən ibarət olan komitə "Uşaq hüquqları haqqında" Konvensiyanın icrasına nəzarət edir. Qeyd edək ki, səsvermə 23 iyun 2026-cı il tarixində BMT-nin baş qərargahında keçiriləcək. 📌 Esseks Universitetində sosiologiya və kriminologiya üzrə doktorant və müəllim köməkçisi olan təqaüdçümüz qadın parlamentarilərin qadınlara yönəlik siyasətlərə təsirini araşdırır. Fərid Ədilovun apardığı tədqiqat məişət zorakılığı, reproduktiv hüquqlar, erkən nikahlar və valideyn məzuniyyəti kimi mövzuları əhatə edir.

Tələbələrimiz nüfuzlu robot olimpiadasının növbəti mərhələsində!🏆 Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İ
Tələbələrimiz nüfuzlu robot olimpiadasının növbəti mərhələsində!🏆 Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) tələbələri “Fibonacci” Beynəlxalq Robot Olimpiadasının Azərbaycan mərhələsində müxtəlif kateqoriyalar üzrə yüksək nəticələr əldə ediblər. İDP-nin “Elektronika mühəndisliyi” ixtisasının III kurs tələbələri Hakim Musazadə və Tahirə Bəylərovanın təmsil olunduğu komandalar müxtəlif kateqoriyalar üzrə 1-ci yerə layiq görülüblər.🥇 Həmin ixtisasın III kurs tələbəsi Ülkər Rəhimlinin üzvü olduğu komanda isə yarışda 3-cü pillədə qərarlaşıb.🥉 Qeyd edək ki, olimpiadanın növbəti mərhələsi 22-26 aprel tarixlərində Türkiyənin Antalya şəhərində keçiriləcək. Tələbələrimizi təbrik edir və növbəti mərhələdə uğurlar arzulayırıq!🎉

⌛️Daha 500 gəncin xaricdə təhsil arzusunun reallaşması üçün geri sayım başlayır – Dövlət Proqramının müraciət mərhələsinin ba
⌛️Daha 500 gəncin xaricdə təhsil arzusunun reallaşması üçün geri sayım başlayır – Dövlət Proqramının müraciət mərhələsinin başlamasına 30 gün qaldı! 📑 15 aprel tarixində açıq elan olunacaq sənəd qəbulu üçün tələb olunan sənədlərin siyahısı ilə www.dp.edu.az saytına keçid edərək tanış ola bilərsiniz.

"Azərbaycan müəllimi" onlayn qəzeti məzunlarımızla həmsöhbət olub. Oxumaq üçün aşağıdakı linkə keçid edə bilərsiniz: https://muallim.edu.az/dovlet-proqrami-mezunlari-qlobal-tehsildenmilli-inkisafa

Bakı Konqres Mərkəzində Dövlət Proqramı İdarəetmə Qrupunun təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərba
Bakı Konqres Mərkəzində Dövlət Proqramı İdarəetmə Qrupunun təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) tərəfdaşlığı ilə “2022–2028-ci illər üçün Dövlət Proqramı”na dair məlumatlandırma sessiyası keçirilib. “Təhsilinlə fərqlən: Qlobal təcrübə, milli dəyər” adlı tədbirdə Dövlət Proqramı çərçivəsində təqdim olunan imkanlar, müraciət qaydaları və seçim meyarları barədə iştirakçılara ətraflı məlumat verilib. Açılış mərasimindən sonra keçirilən təqdimat hissəsində proqram mütəxəssisi və Dövlət Proqramı məzunları tərəfindən proqram haqqında geniş təqdimat edilib, həmçinin iştirakçıların sualları cavablandırılıb. Daha ətraflı: https://dp.edu.az/az/news/4974

photo content
+3

Dövlət Proqramı məzunları üçün ADA Universitetində “Qlobal təhsildən milli inkişafa” adlı karyera sərgisi keçirilib. Sərginin
+9
Dövlət Proqramı məzunları üçün ADA Universitetində “Qlobal təhsildən milli inkişafa” adlı karyera sərgisi keçirilib. Sərginin məqsədi dünyanın aparıcı universitetlərində təhsil almış gənclərin milli əmək bazarına inteqrasiyasını və onların potensialının ölkənin dayanıqlı inkişafına yönəldilməsini təmin etməkdir. Tədbirdə elm və təhsil nazirinin müavini Həsən Həsənli, ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə və əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev də iştirak ediblər. Çıxışlarda insan kapitalının inkişafı, beynəlxalq təcrübənin ölkəmizə transferi və məzunlar üçün yaradılan məşğulluq imkanlarına diqqət çəkilib. 40-dan çox dövlət və özəl qurumun təmsil olunduğu sərgidə Dövlət Proqramı məzunları işəgötürənlərlə birbaşa ünsiyyət quraraq gələcək karyera imkanlarını müzakirə etmək fürsəti əldə ediblər.

Bu gün Xocalı faciəsindən 34 il ötür. Soyqırımı qurbanlarının xatirəsini hər zaman yaşadacağıq.
Bu gün Xocalı faciəsindən 34 il ötür. Soyqırımı qurbanlarının xatirəsini hər zaman yaşadacağıq.