cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

Gencexeber.az

Qadan alım, ay Gəncəm 😎💙 Gəncə və Gəncəlilərin bilməli olduğu bütün son xəbərlər və maraqlı məlumatlar burada. Sayt: https://gencexeber.az/ Instagram: https://www.instagram.com/gencexeber.az/ Facebook: https://www.facebook.com/Gencexeber.az

إظهار المزيد
مشاركات الإعلانات
18 182
المشتركون
-3024 ساعات
-527 أيام
+29630 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

  • Photo unavailable
  • Photo unavailable
Şəhər Prokurorluğunun keçmiş binasında təmir işləri gedir Söhbət şəhərin Mirəli Qaşqay küçəsində yerləşən binadan gedir. Əvvəllər şəhər Prokurorluğunun yerləşdiyi tikili bərpa olunur. Sakinlərin sözlərinə görə, binanın həm fasadında, həm də daxilində təmir işləri gedir. İlkin məlumata görə, burada Vəkillər Kollegiyası fəaliyyət göstərəcək. Qeyd edək ki, binanın üzərində Mədəniyyət Nazirliyi tərəfindən qorunduğu qeyd olunub.
إظهار الكل...
👍 4
Photo unavailable
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi “Gəncə KOB Evi”nin tikinti işləri” tender keçirib. Müsabiqənin qalibi “Aznof” MMC olub. Şirkətlə 2 milyon manatlıq müqavilə imzalanıb. Bildirilir ki, agentlik sözügedən tenderi dövlət satınalmaları portalından kənar elan edib. Qeyd edək ki, “Aznof” MMC 2010-cu ildə yaradılıb, nizamnamə kapitalı 50 manatdır.
إظهار الكل...
👍 1
Photo unavailable
Ölkəmizdə Tacikistan Mədəniyyəti Günləri başlayıb. Tədbirlərin ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına yeni töhfə olacağı bildirilir. Layihə çərçivəsində Nizami yurdunda konsert proqramı təşkil olunacaq. Burada Tacikistanın incəsənət ustaları çıxış edəcəklər. Tədbir 23 may tarixində saat 19:00-da Gəncə Dövlət Filarmoniyasında baş tutacaq.
إظهار الكل...
👍 4
01:01
Video unavailable
Gəncədə bir nəfər bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. 14 yaşlı Murad Allahverdiyevin yaxınları onun itkin düşdüyü barədə polisə müraciət ediblər. Daha sonra Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncəçayın Gülüstan qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə ilkin məlumat daxil olub. Əraziyə qurumun xilasediciləri cəlb ediliblər. Nəticədə itkin düşən yeniyetmənin cansız bədəni çaydan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Muradın çayda batdığı ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.
إظهار الكل...
😢 7🙏 2👍 1 1
01:51
Video unavailable
Səni məktəbdən ötürdüyüm yadındadır? Onda bir-birimizə söz vermişdik.. Həmin o məktəbdə olan, o saf sevginizi xatırlayırsız? 🎬 "Çətirimiz buludlardır"
إظهار الكل...
💔 8
Photo unavailable
Hadisə 2022-ci ildə olub. “Vindzor Kral Atçılıq Şousu”nda (At yarışları) Azərbaycandan göndərilən at Britaniya kraliçası II Elizabetin xoşuna gəlir. O, köməkçisini göndərərək atın qiymətini soruşur. Azərbaycandan gələn nümayəndə cavab verir ki, "Şöhrət” adlı Qarabağ atı və Qarabağ xalçası ona hədiyyə göndərilib. Kraliça sevinir və hədiyyələri qəbul edir. Kraliçaya hədiyyə olunan at Vindzor qəsrinə gətirilərək haqqında bütün məlumatlar əks olunan sertifikatla birlikdə yeni sahibinə təhvil verilir. Ancaq bir neçə ay keçsə də, atı yeni xidmətçilərdən heç kim əhliləşdirə bilmir. Axırda məlum olur ki, heyvana nə qədər qulluq göstərilsə də, o Vətən üçün darıxır. Sizcə, bu qənaətə necə gəlirlər?
إظهار الكل...
🤔 3👎 1
Photo unavailable
Gəncədə magistraturaya hazırlaşanlara fürsət yaradılıb. “Master ol” Tədris Mərkəzi 2 aylıq ödənişsiz dərslər keçirəcək. Dərslərə qoşularaq magistr hazırlığına əvvəldən başlamaqla imtahanda yüksək nəticə göstərmək olar. Məşgələ 2025-ci ildə imtahan verəcək şəxslər üçün nəzərdə tutulub.  15 iyun tarixindən başlayacaq dərslər onlayn şəkildə tədris ediləcək. Əyani dərslərin ilk qrupları isə 1 avqustdan start götürəcək. Qatılmaq istəyən şəxslər (050) 504 74 68 nömrəsi ilə əlaqə saxlamalıdırlar.
إظهار الكل...
👍 6 2
Photo unavailable
Gəncəli güləşçilər beynəlxalq yarışda uğur qazanıblar. Yunanıstanın Lutraki şəhərində güləş üzrə U-15 Avropa çempionatı keçirilib. Burada ölkəmizi təmsil edənlər arasında Nizami yurdunun yetirmələri də yer alıblar. Onlar Vətənə medallarla qayıdıblar. Güləşçilərimizin nəticələri aşağıdakı kimidir: ▪ İbrahim Həsənov – sərbəst güləş üzrə l yer (məşqçi Rauf Xəlilov); ▪ Ramal Məmmədoğlu – sərbəst güləş üzrə lll yer (məşqçi Arzu Rəhimov); ▪ Musa Tağıyev – sərbəst güləş üzrə lll yer (məşqçi Arzu Rəhimov); ▪ Əli Məmmədov – yunan-Roma güləşi üzrə lll yer (məşqçi Mehman Allahverdiyev). Bundan başqa, millimiz 140 xalla U-15 Avropa çempionatları tarixində ilk dəfə sərbəst güləş üzrə çempion olub.
إظهار الكل...
👍 9 2
Photo unavailable
Gəncə təmsilçisinin oyunçusu millidə məşq keçib. Söhbət “Kəpəz”in amputant komandasının üzvü Hüseyn Hüseynovdan gedir. Futbolçumuz yığmanın tərkibində Türkiyədə təlim-məşq toplanışında iştirak edib. O, gələn ay Fransada keçiriləcək Avropa çempionatına hazırlaşıb. Məşqlər iki həftəyə yaxın davam edib. Bundan başqa, amputantlardan ibarət milli komandamız yaxın günlərdə Qubada Türkiyə yığması ilə birlikdə növbəti dəfə toplanışda olacaq. Daha sonra seçmə komandamız Fransadakı Avropa çempionatına yollanacaq. Yığmamız yarışda Türkiyə, İrlandiya və İsraillə eyni qrupda mübarizə aparacaq.
إظهار الكل...
👍 6
Məsələyə münasibət bildirən Regional Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımov deyib ki, onlar məktəbin bir hissəsinin icarə haqqı ödənilməsi şərti ilə cari tədris ilinin sonunadək istifadə olunmasını təklif etsələr də, qarşı tərəf bu təklifi qəbul etməyib. Ona görə də məhkəmənin qərarını icra etmək məcburiyyəti yaranıb. İdarə rəisinin sözlərinə görə, qısa müddətdə məktəbin balansında olan musiqi alətləri və digər əşyalar yaxınlıqda olan başqa bir binaya köçürüləcək: “Məktəbin fəaliyyətinin dayandırması məsələsi, ümumiyyətlə, gündəmdə deyil".
إظهار الكل...
🙏 5 1😁 1