cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

پاسخ به شبهات فضای مجازی

إظهار المزيد
مشاركات الإعلانات
1 011
المشتركون
لا توجد بيانات24 ساعات
-47 أيام
-1930 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

🔴Şübhə
Həzrəti Adəm həcc əməllərini yerinə yetirdi və təvaf etdi.Bundan illər sonra Həzrəti İbrahim Kəbə evini tikdi?!!
🔵Cavab 🔹Qur'an ayələri və Əhli beytdən olan hədislərə əsasən Kəbə evi Həzrəti İbrahimdən (ə) qabaq yəni Həzrəti Adəm (ə)-ın zamanında bərpa olmuşdur. 📌Misal üçün İbrahim surəsində,Həzrətin belə sözü var: ♻"Ey Rəbbimiz,həqiqətən mən övladlarımdan bəzisini Sənin möhtərəm və toxunulmaz evinin yanında əkinsiz bir dərədə sakin etdim ki..."{İbrahim 37} 🔹Bu şərif ayədə bəyan olunur ki,İbrahim (ə) südəmər oğlu İsmail (ə) və həyat yoldaşı Hacərlə Məkkəyə gəldikləri zaman Kəbə evindən izlər qalmışdır. 🔹Ali-İmran surəsində də bəyan olunub: ♻"Şübhəsiz,insanlar üçün qoyulmuş ilk ev,həmin Bəkkədəkidir ki,xeyir və bərəkət dolu və aləmdəkilər üçün hidayət vasitəsidir."{Ali-İmran 96} 🔹Buna görə aydın olur ki,Allaha pərəstiş və ibadət mərkəzi tikilməsi Həzrəti İbrahim (ə) zamanında tikilməmişdir,bəlkə Həzrəti Adəm (ə) zamanında olmuşdur. 🔹Nəhcül-bəlağənin məşhur qasiə xütbəsində də Həzrəti Əli (ə) buyurmuşdur: 🔹"Məgər eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın keçmişləri,Adəmin zamanından bu dünyanın son nəfərinə kimi,nə ziyanı olan və nə də xeyir verən,nə görən və nə də eşidən (müqəddəs Kə’bənin tikildiyi) daşlarla sınadığını görmürsünüz?! Beləliklə, həmin daşları Özünün «Beytul-haram»ıetdi.Ora Allahın insanlar üçün dikəltdiyi bir evdir.Sonra Adəm əleyhis-salama və onun övladlarına ona tərəf yollanmalarını,üz tutmalarını əmr etdi."
📚Nəhcül-bəlağə,Qasiə xütbəsindən bir hissə.
ℹAyə və hədislərə istinadən Kəbə evi Həzrəti Adəmin əli ilə tikilmiş.Amma zaman keçdikcə və Nuh (ə)ın zamanında olan tufan ehtimalına görə xarab olmuş və Həzrəti İbrahim və övladı İsmail vasitəsi ilə bərpa olmuşdur. T.me/shubhelere_cavablar
إظهار الكل...
🔴Şübhə Müctəhidə təqlid etmək Peyğəmbər və İmamların zamanında olmamışdır. 🔵Cavab 🔸İslam hökmlərini bilmək üçün İslam tanıyana və fəqihə müraciət etməyin kökü İslamın əvvəl zamanlarına təsadüf edir. 🔹Bəzi alimlərin nəzərinə əsasən bu barədə iki ayə nazil olmuşdur: فَاسْأَلُوا أَهْلَ الذِّكْرِ إِنْ كُنْتُمْ لَا تَعْلَمُونَ 1⃣"Buna görə də əgər bilmirsinizsə,zikr əhlindən soruşun."¹ 🔸Düzdür bu ayənin kamil misdaqı İmamlardır amma nazil olma səbəbi buna ixtisas etmədiyi üçün biz din fəqihlərinidə buna şamil edə bilərik. وَمَا كَانَ الْمُؤْمِنُونَ لِيَنْفِرُوا كَافَّةً ۚ فَلَوْلَا نَفَرَ مِنْ كُلِّ فِرْقَةٍ مِنْهُمْ طَائِفَةٌ لِيَتَفَقَّهُوا فِي الدِّينِ وَلِيُنْذِرُوا قَوْمَهُمْ إِذَا رَجَعُوا إِلَيْهِمْ لَعَلَّهُمْ يَحْذَرُونَ 2⃣"Möminlərə hamılıqla köç etmələri yaraşmaz.Buna görə də,nə üçün onların hər bir cəmiyyətindən bir dəstə dərin elmi təhsil almaq üçün köç etmirlər ki,öz qövmlərini onlara tərəf döndükdə qorxutsunlar,bəlkə onlar çəkindilər."² "لِيَتَفَقَّهُوا" 🔹"Təfəqqəhu" Kəlməsi burada ümumən İslam maarifi və əhkamına şamildir.Yəni dində dərin düşüncə. Allah Rəsulu bəzi səhabələrini dinin əhkamını və təbliği üçün kənar məntəqələrə göndərirdi.Misal üçün Musab ibn umeyr və Məaz ibn Cəbəl gözəl nümunədir. ☑️O Həzrət buyurmuşdur: "Elmsiz fətva verməkdən çəkinin ki,mələklərin lənəti arxasıyca gələr."³ 🔸Bunlar gözəl nümunələrdir ki,Peyğəmbər və İmamların zamanında fəqihə müraciət etmək və İslamın əhkamını öyrənmək vardır.İmam Baqir və İmam Sadiqin zamanında isə bu daha da genişləndi və Həzrətlərin tələbələri digər məntəqələrə gedərək dini təbliğ etmişlər və bu həmin bizim təqlid məsələsidir. ☑️İmam Baqir Aban ibn təğlibə buyurub: اِجْلِس فى مسجد المَدينة و اَفتِ النّاسَ فَاِنّى اُحِبُّ اَنْ اَرى فى شيعَتى مِثْلَكْ ☑️"Mədinə məscidində əyləş və camaata fətva ver;Çünki Mən xoşlayıram ki,şiələrim arasında sənin kimiləri olsun."⁴ 🔹Bu məsələ İmamların zamanında Qeybəti suğraya qədər davam etdi.Yəni İmamlar bəzi yerlərə fəqihlər təyin etmiş və insanları onlara müraciət etməyə yönləndirmişlər. 🖇HƏVADİSUL VAQİƏ: ☑️İmam Zaman bu barədə öz naibi İshaq ibn Yəquba kulli bir qayda buyurur: … و اَمَا الْحَوادِثُ الواقِعَةُ فَارْجِعُوا فيها اِلى رُواةِ اَحاديثِنا فَاِنَّهُم حُجَّتى عَلَيْكُم و اَنَا حُجَّه اللّهِ عَلَيْهِم ☑️"Baş verəcək hadisələrdə Bizim rəvayətçilərimizə müraciət edin.Çünki onlar sizin üçün Mənim höccətim,Mən onlar üçün Allahın höccətiyəm."⁵ 🔹Bu üsul Qeybəti kübrada digər surətdə yəni ictihad yolu və təqlid kəlməsi ilə başladı və camei şərait fəqih və müctəhidlər suallara cavabdehliyi öz öhdələrinə götürdülər. 📚Mənbə; [1]📖Nəhl 43. [2]📖Tövbə 122. [3]📚Vəsailuş şiə,cild 27,bab 4 və 7. [4]📚müstədrəkul vəsail,cild 17,bab 11 [5]📚vəsailuş şiə,cild 27,bab 11: ikmalud din,səh 483. http://T.me/shubhelere_cavablar
إظهار الكل...
🔴Şübhə Peyğəmbər zamanında azanda "Əliyyən Vəliyullah" sözü deyilmirdi... 🔵Cavab 📌Əbuzər azanda "vilayətə" şəhadət verirdi: 📌Əhli-sünnə alimi Məraği Misri özünün “Əs-səlafətu fi əmril-xüləfa” kitabında bu barədə rəvayətlər qeyd edib.O Əbuzərin və Salmanın belə dediklərini nəql edib: 🔹1⃣-ci rəvayət (Əbuzərdən); "Bir şəxs Allah Rəsulunun yanına gəldi və dedi: Ey Allah Rəsulu Əbuzər azanda risalətə şəhadət verəndən sonra Əlinin vilayətinə şəhadət verir;Allah Rəsulu buyurdu: Elədir; Məgər Mənim Qədir xum günündə kəlamımı unutmusunuz ki,"Mən hər kəsin mövlasıyamsa,Əlidə onun mövlasıdır?!"¹ 🔸2⃣-ci rəvayət (Salmandan); "Bir şəxs Allah Rəsulunun yanına gəldi və dedi: Ey Allah Rəsulu,bir şey eşitmişəm ki,bu vaxta qədər eşitməmişdim.Allah Rəsulu buyurdu: O nədir ki?Cavab verdi: Salman öz azanında risalətə şəhadət verəndən sonra Əlinin vilayətinə şəhadət verir;Həzrət buyurdu: Gözəl şeyi eşitmisən !!"² 📌Buna görə demək olmaz ki,azanda 3cü şəhadəti demək bidətlərdəndir. 📚Mənbə; 1.Səlafətu fi əmril xüləfa,s 32. 2.Həmin,s 32. http://T.me/shubhelere_cavablar
إظهار الكل...
Repost from Şiə Təqvimi
🌷Ən böyük bayramlardan olan Qədir xumun təbliğində şərik olmaq istəyənlərə tövsiyələr: 🌹Ya Allah Bismillah deyib gec olmadan Peyğəmbərin əmrini əlimizdən gələn qədər edək. 🌹Allah şahiddir siz bu aşağıdakı işləri etməklə Qədir xum gününün təbliğçisi ünvanında Peyğəmbərin əmrini yetirmiş olarsınız. 🔸1⃣-Ailə qohum-əqrəba,dost-tanışa baş çəkməklə Qədir təbliğçisi ola bilər. 🔹2⃣-İş adamları və ticarətçilər Qədir xum günündə xüsusi endirimlə Qədir təbliğçisi ola bilər. 🔸3⃣-Taksi sürücüsü maşınında ehsan (şirniyyat,konfet) verməklə. 🔹4⃣- Nənə nəvələrinə Qədir xum hekayə,ə və nağılları danışaraq Qədirin təbliğçisi ola bilər. 🔸5⃣-Məscid camaatının imamı Qədir xum haqqında danışmaqla.. 🔹6⃣-Bir namaz əhli ehsan paylamaqla digərlərinə Qədir xum təbliğçisi ola bilər.. 🔸7⃣-Bir ana Qədir xum günü övladlarına qəşəng paltar hazırlamaqla təbliğçi ola bilər. 🔹8⃣-Bir ana övladının sevdiyi yeməyi hazırlamaqla Qədir xum təbliğçisi ola bilər. 🔸9⃣-Bir ana gözəl dini nəğmələr qoymaqla təbliğçi ola bilər. 🔹🔟-Bir ana ya Ata övladının səhvindən Qədir xum günü keçməklə təbliğçi ola bilər.. 🔸1⃣1⃣-Bir ata övladlarına hədiyyə hazırlamaqla. 🔹1⃣2⃣-Baba öz nəvələrinə hədiyyə verməklə. 🔸1⃣3⃣-Nənə qədir xum günü nəzir verməklə. 🔹1⃣4⃣-Kişilər gözəl paltar geyinməklə xüsusi ilə ağ geyinməklə. 🔸1⃣5⃣-Bir tələbə,şagird öz müəllimlərinə,tələbə və şagird dostlarına Qədir xum haqqında kitab,kağız,elamiyyə,disk və ya digər şeylər verməklə. 🔹1⃣6⃣-Bir Müəllim öz sinifində ya digər şəraitdə müsabiqələr təşkil etməklə. 🔸1⃣7⃣-Bir sosial şəbəkə işlədən Qədir xumla əlaqəli paylaşım etməklə. 🔹1⃣8⃣-Bir qohum,dost öz ətrafına hədiyyə etməklə. 🔸1⃣9⃣-Bir universitet müəllimi öz sinifində bir qədər bu haqda danışmaqla. 🔹2⃣0⃣-Heyətlər ya digər qrupla bu barədə məclislər təşkil etməklə. 🔸2⃣1⃣-Qocalar evinə ya uşaqlar evinə ya hər hansı bir idarələrə,maqazinlərə getməklə bir şey ehsan etməklə. 🔹2⃣2⃣-Salavat düşərgələri,çay,şirin su və ya digər şeylər yol kənarında,məktəb ya ayrı paylamaqla. 🔸2⃣3⃣-Bir şəxs tanımadığı konfet,şokolad verməklə. 🔹2⃣4⃣-Bir ailə başçısı ailəsinə hədiyyə,paltar digər şeylər almaqla. 🔸2⃣5⃣-Bir tələbə,şagirdi video hazırlamaqla. 🔹2⃣6⃣-Bir şəxs öz məhəlləsində,qonşularına ehsan paylamaqla.. 🔸2⃣7⃣-Bir şəxs öz maşınını,evini həyətini bu gün münasibətilə bəzəməklə. 🔹2⃣8⃣-Qohumlara qonaq getməklə,bu gün haqqında məlumat verməklə. 🔸2⃣9⃣-Bir şəxs məlumat hazırlamaqla, kağızda,ya kartda. 🔹3⃣0⃣-Bir şəxs yalnız bir gülüşlə.. T.me/Shia_teqvimi
إظهار الكل...
Şiə Təqvimi

Cəfəri məzhəbinin tarixindəki həssas məqamlar və hadisələr barəsində məlumat kanalı. @Talibi_qomnam

Repost from Şiə Təqvimi
Photo unavailableShow in Telegram
🌹🌹İslamın ən böyük bayramı olan Qədir xum günü münasibəti ilə hər bir əzizi təbrik edirəm.🌹🌹 📌Əziz İslam Peyğəmbərimiz bizə əmr etmişdir Qədir xumda olanlar,olmayanlara çatdırsın. ☑️Aşağıdakı məlumatı imkanınız olan qədər paylaşın.
إظهار الكل...
🔰#Şübhə_763 #Qədirxum ⛔️Şübhə
əbu bəkr və ömərin Həzrəti Əliyə qədir xumda təbrik demələri əhli sünnə mənbəsində gəlmişdir?!
✅Cavab ❗️Bu barədə müxtəlif rəvayətlər əhli sünnə mənbəsində nəql olunmuşdur ki,Əziz Peyğəmbərimiz Həzrəti Əlini "mövla" ünvanı ilə camaata seçdi,əbu bəkr və ömər Həzrəti Əlinin yanına gəlib belə dedilər: 🗯"Xoş olsun sənə Ey Əbi Talibin övladı,sübh və şam etdin o halda ki,hər imanlı kişi və qadının mövlası oldun."¹ ❗️fəxri razi nəql edir ki,ömər belə dedi: ➖"Xoş olsun sənə,sübh etdin o halda ki,mənim və hər imanlı kişi və qadının mövlası oldun."² 🗯xətib bağdadi nəql edərək deyir: ➖"Afərin,afərin sənə ey Əbu Talibin övladı,sübh etdin o halda ki,mənim və hər müsəlmanın mövlasısan."³ ❗️Digər əhli sünnə alimləri də bu dastanı nəql etmişlər o cümlədən:
📚Mənavi,feyzul qədir,s 217. 📚Təbəri,zəxairul uqba,s 68. 📚səvaiqul məhrəqə,s 107. 📚əl riyazul nəzrə,c 2,s 170.
❗️Əllamə Əmini Əl Qədir kitabında bu cərəyanı nəql edən təxminən 60 nəfər əhli sünnə alimləri və böyüklərindən nəql etmişdir ki,öz kitablarında qeyd etmişlər.⁴ 🔴Bu məsələ nişan verir ki,Qədir məsələsi xilafət məsələsindən başqa bir şey deyildir çünki,təbrik demək elə buna işarələrdən biridir.Çünki ümumi müsəlmanlara dostluğu elan etməkdə təbrik deyilmir.⁵ 📚Mənbə;
1.Müsnədi əhməd,c 4,s 281. 2.Təfsiri məfatihul ğeyb,67ci ayə. 3.tarixi bağdadi,c 7,s 290. 4.Əl Qədir,c 2,s 181. 5.Ayatul vilayət,Məkarim,s 44.
T.me/shubhelere_cavablar
إظهار الكل...
🔰#Şübhə_762 #Qədirxum ⛔️Şübhə
Niyə bu mühüm məsələdə,yəni İslam peyğəmbəri Həzrəti Əlinin imamətində "Mövla" kəlməsini işlədir ki,bu da təxminən 27 fərqli məna verir və maraqlıdır ki,bu 27 mənadan heç biri belə xəlifə,varis və ulil-əmr demək deyil!Ərəb dilində isə bu mühüm məsələ üçün çoxlu sözlər var idi: Malik,Ulil-Əmr, Sultan,Vali,Hakim,İmam və s.
✅Cavab 📌Mövla sözünün istifadəsi Quranın özündə başçı,rəhbər deməkdir və sünni alimləridə bu mənanı müəyyən etmişlər.Əllamə Əmini Əl Qədir kitabında bu barədə kamil bəhs etmişdir,biz qısa qeyd edirik: 📖Allah təala Hədid surəsi 15-ci ayədə buyurur: ➖"Odur ki,bu gün nə sizdən və nə də küfr edənlərdən fidyə qəbul edilməyəcəkdir.Sizin yeriniz oddur.Sizə ora daha layiqdir və ora pis dönüş yeridir."[ərəbidə "Məvləkum" kəlməsi işlənib] 📌Əhli sünnə alimləri bu ayədəki mövla kəlməsini layiqli,məsul,öhdəlik mənalarında təfsir etmişlər.¹ ✅Əllamə Əmini əhli sünnənin 27 nəfərindən ad aparmışdır ki,ayədə mövla sözünü məsul,ulil,qəyyum mənaları vermişlər.² ➖Əhli sünnədən 15 nəfərindən isə ad aparmışdır ki,mövla sözü ayədə qəyyum,öhdədar,məsul mənalarındadır.³ ➖Həmçinin əhli sünnə alimləri Allah təalanın bəqərə surəsi 286-da "Əntə mövlana" kəlməsini məsul,qəyyum mənalarında tutmuşlar. ➖Bu barədə olan ayələrin birini biz zikr etdik və mövla kəlməsinin başçı,qəyyum,məsul kimi mənalarda ərəb ədəbiyyatında işlənməsi rəsmən vardır və belə şübhə edənlər ərəb və Quran dilindən anlayışları az ya səhv olduğundan irəli gəlir. 📌Lakin niyə Peyğəmbər "mövla" kəlməsindən istifadə etmişdir: ➖Peyğəmbər Həzrəti Əlinin xilafəti bəyanında həm imam,həm xəlifə və həmdə vəsi kəlməsindən istifadə etmişdir. 1⃣İMAM: hakim nişaburi (əhli-sünnə) rəvayət edir ki,Peyğəmbər buyurub: "Vəhy yolu ilə Mənə gəlib ki,Əlinin 3 xisləti vardır; müsəlmanların seyyidi,müttəqilərin imamı və üzü nurluların rəhbəridir."⁵ ➖Hakim deyir bu hədis səhihdir. 2⃣XƏLİFƏ və VƏSİ: Təbəri nəql edir ki,Peyğəmbər Əli barəsində buyurub: "Həqiqətən bu şəxs Mənim sizin aranızda vəsim və xəlifəmdir,bəs onun əmrlərinə qulaq asın və ona itaət edin."⁶ 📌Bir neçə mənalı sözü müəyyən olan qərinədə işlətmək həm ərəb ədəbiyyatında işlədilmiş həmdə Qurani Kərimdə istifadə edilmişdir. 📌Əllamə Mir Hamid Hüseyn şərafətli "Əbəqatul ənvar" 30-dan çox qərinə və dəlil Mövla kəlməsi barəsində ki,məsul və başçılıqdır,gətirmişdir.⁷ ❗Bəzi mühəqqilər Peyğəmbərin "mövla" kəlməsini işlətməyi barəsində belə demişlər: 1⃣Peyğəmbər qədir xütbəsində Əlini öz vilayətinə tanıtmaqdan əvvəl Əhzab surəsi 6-cı ayə ilə onlara dəlil gətirir. "Peyğəmbər möminlərə özlərindən daha çox layiqdir" Bu ayədə işlənən kəlməyə yalnız və yalnız eyniköklü və həmməna mövla və vəli kəlməsidir. 2⃣Vəli kəlməsində xilafət və canişinlik mənasından əlavə dost və sevgi mənasıda vardır.⁸ 📚Mənbə;
1.Səhih buxari,c 4,s 1815;Təbəri,cameul bəyan,c 27,d 228;təftəzani,şərhul məqasid,c 5,s 273;quşçi,şərhul təcrid;Şafei,mətalibul rəsul,s 16;ibn cozi,əl təzəkkür,s 19;Maliki,fusulul muhummə,s 28;şəblənci,nurul əbsar,s 78. 2.Əl Qədir,c 2,s 296. 3.Həmin,s 301. 4.Səələbi,əl kaşif vəl bəyan,c 2,s 309. 5.Əl mustədrək,c 3,s 137. 6.tarixi təbəri,c 2,s 220. 7.Əbəqatul ənvar,c 9,s 10. 8.Şübəhati qədir,əsiri,c 2,s 132.
T.me/shubhelere_cavablar
إظهار الكل...
🔰#Şübhə_761 #Qədirxum ⛔️Şübhə
Əgər "İblağ" ayəsi Qədirlə bağlıdırsa,ondan əvvəlki ayələr nə üçün Qədirə aid deyil və ayənin sonunda nə üçün Allah kafir qövmü hidayət etməz deyir ki,Peyğəmbərin səhabələri ki,Qədiri inkar edirdilər,idilər!?
✅Cavab 1⃣Bəzən deyirlər ki,əvvəlki və sonrakı ayələr kitab əhli və onların xətaları haqqındadır,xüsusən də “Təfsirül-minar”ın müəllifi 6-cı cildin 466-cı səhifəsində bu məsələyə çox üstünlük vermişdir. ➖Lakin elə öz təfsirində biz işarə edirik ki,ayədən əvvəlki ya sonrakı məsələsinin mövzusunun əhəmiyyəti yoxdur,çünki: 🔶Birincisi: ➖Ayənin deyilişi və ondan əvvəlki və sonrakı ayələrlə fərqi açıq şəkildə göstərir ki,bu ayənin mövzusu əvvəlki və sonrakı ayələrdən fərqlidir. 🔶İkincisi: ➖Qurani Kərim məzmunu müəyyən fəsil və fəsillərə qruplaşdırılmış klassik kitab deyil.Bəlkə müxtəlif ehtiyac və hadisələrə görə nazil olmuşdur,ona görə də müşahidə edirik ki,Quran bir hadisə haqqında danışarkən,məsələn,bir fərii qaydanı qeyd edir,halbuki yəhudi və xristianlardan danışarkən müsəlmanlara üz tutur və onlara İslami əmrlərdən birini deyir. ➖Təəccüblü burasıdır ki,bu təəssübkeşlər deyirlər bu ayə besətin başlanğıcında nazil olub halbuki maidə surəsi Peyğəmbərin ömrünün sonlarında nazil olmuşdur və əgər desələr: ➖Bu bir ayə Məkkədə besətin əvvəlində nazil olub və sonradan bu surədə yer alıb,bizdə deyərik ki,bu zidd bir sözdür ki,siz deyirsiz,çünki bilirik ki,Peyğəmbər besətin əvvəlində nə yəhudilərlə nədə nəsranilərlə mübarizə etmişdir,buna görə bu ayə əvvəl və sonrakı ayələrdən ayrılır. ➖Bu ayənin Əmirəl-möminin vilayəti haqqında olduğuna görə təəssübkeşlərin hücumuna məruz qalmışdır amma halbuki buna oxşar ayələr ki,Qurani kərimdə vardır heç birinə belə diqqət etməmişlər.Buda İmamət və Vilayətlə düşmənlik edənlərin qərəzini bizə aydın göstərir. 2⃣Deyirlər ki,əgər bu ayə Həzrəti Əlinin xilafət və vilayətinə,qədir xum hadisəsinə bağlıdırsa,bəs niyə ayənin axırında Allah təala kafir qövmü hidayət etməz buyurur,bu hadisə ilə nə bağlılığı var ki?! 📌Bunun cavabında kifayətdir ki,küfr sözünün lüğətdə və həmçinin lisanul quranda mənası inkar,müxalifət və tərkdir,bəzən Allahı ya Peyğəmbərin nübuvvətinə aid olur və bəzəndə inkar ya müxalifət bəzi əmrlərə. 🔰Ali-İmran surəsi 97-ci ayədə Həcc barəsində oxuyuruq: 📖"Kim nankorluq etsə,(bilsin ki,)həqiqətən,Allahın aləmdəkilərə ehtiyacı yoxdur." ➖Bu ayədə "kəfərə" sözü işlənmişdir.(ərəb dilində yazılışda,amma nankorluq ya müxalifət tərcüməsi edilir.) 🔶Və yaxud Bəqərə surəsi 102-ci ayədə sehrbazlar və onlar ki,sehrə bulaşmışdılar,küfr kəlməsi işlənmişdir. 🔶İbrahim surəsi 22-ci ayədə görürük ki,şeytan qiyamətdə ona tabe olanlara nifrin edəcək və deyəcək mən sizin bu əməlinizə küfr edirəm.(Yəni müxalifəm) 📌Buna görə vilayət və rəhbərlik məsələsinə müxalif olanlara küfr kəlməsi işlənməsi təəccüblü deyildir. 📚Nümunə təfsiri,c 5,s 17. T.me/shubhelere_cavablar
إظهار الكل...
🔰#Şübhə_760 #Qədirxum ⛔️Şübhə
Şiənin rical kitabı Ricali Keşidə Həzrəti Əlinin imamət məsələsinin bir yəhudi olan abdullah ibn səbadan yayıldığını və o bu məsələni çıxartdığını yazmışdır....
✅Cavab 📌Həqiqətən insan Həzrəti Əlinin ع vilayətinə müxalif olan və inad edənlərə təəccüb edir ki,mötəbər və mütəvatir olan qəti nəqli dəlillər o cümlədən Qədir xum ki,İmamın imamətini və canişinliyi barədədir,bunları görməməzlikdən gəlir və deyir abdullah ibn səba idi ki,İmam Əlini ع camaata imam kimi tanıtmışdır... 🔶Şiə mənbələrində abdullah ibn səba barəsində olan qeydlər budur ki,o yəhudi idi və sonra islama gəldi və İmam Əli barədə qüluv (ğüluv - ilahlıq) etdi və deyirdi Əli,allahdır.İmam Əlidə ع onu tövbəyə dəvət etmiş və o tövbə etməmişdir və sonda mürtəd kimi onu edam etmişdir. ✔️[Əlbəttə bəzi mənbələrdə abdullah ibn səba xəyali bir fərd kimi qəbul olunur,misdaqı olmamışdır.] 🔰Mərhum Keşi İmam Baqirdən ع nəql edir: ➖"abdullah ibn səba özünün nübuvvətinə qail idi və deyirdi Əmirəl-möminin allahdır,bu mətləb Həzrəti Əliyə çatdı və Həzrət onu çağırdı və bu barədə ondan sual soruşdu,o dediklərini iqrar etdi və dedi sən allahsan,məndə peyğəmbər. ➖Həzrəti Əli ع buyurdu vay olsun sənə...dediklərinə tövbə et,abdullah ibn səba tövbə etməkdən boyun qaçırdı.Həzrəti Əli ع onu zindana saldı və 3 gün tövbə imkanı verdi lakin o,tövbə etmədi Həzrətdə onu edam etdi."¹ ☑️Şahid oluruq ki,bizim mənbədə abdullah ibn səba İmam Əlinin rübubiyyətinə iddiası var idi,imamətinə yox. ☑️Lakin əhli-sünnə Həzrəti Əlinin ع vilayət və imamətini boşlamaq üçün nəql,imamət və canişinliyi görməməzlikdən gələrək deyir abdullah ibn səba ilk şəxs idi ki,osmanın zamanında Həzrəti Əli ع üçün imamət iddiası etmiş və ondan qabaq heç kəs bu barədə söz deməmişdir. 🔰Mərhum Keşi bu rəvayəti nəql edəndən sonra Şiənin abdullah ibn səba barədə əqidəsini əhli sünnənin əqidəsinin nəqli ilə qeyd edir və deyir: ➖"Bəzi elm əhli (əhli sünnənin təəssübkeşləri) belə deyirlər ki,abdullah ibn səba yəhudi idi və sonea İslama gəldi..o,ilk şəxs idi ki,İmam Əliyə ع bəraət və düşmənlərinə küfr ittihamı etmiş və buna görə bu Şiə müxalifləri deyirlər şiənin əsli və rafizilik yəhudliyyətdən başlamışdır.³ 💠Deməli şübhə olunan məsələ yalnız Mərhum Keşinin əhli-sünnənin abdullah ibn səba haqqındakı bəyan etdiyi cümlələrdir ki,Şiə haqqında demişlər.Nəinki özü bu əqidədir. 📚Mənbə;
1.İxtiyarul mərifətil rical,c 1,s 323. 2.Vəsailuş şiə,c 28,s 336. 3.İxtiyarul mərifətil rical,c 1,s 324.
T.me/shubhelere_cavablar
إظهار الكل...
🔰Şübhə_759 #Qədirxum ⛔️Şübhə
Əgər Həzrəti Əli Qədirdə imamətə çatmışdırsa bəs necə əbu bəkrlə beyət etmiş və imamətindən keçmişdir?!
✅Cavab 📌Həzrəti Əlinin ع əvvəldən əbu bəkrə beyət etməməsində şiə ilə sünni arasında heç bir ixtilaf yoxdur,hətta Buxari və müslim nəql edir ki,Həzrəti Əli ع təxminən altı ay əbu bəkrə beyət etməkdən imtina edib.¹ 📌Lakin ilk beyətdən imtina etdikdən sonra Həzrəti Əli ع əbu bəkrlə beyət etmişdirmi fikri üstündə şiə alimləri arasında ixtilaf vardır. 🔶Şeyx Mufid yazır: ‌"Şiə mühəqqiq alimləri bu etiqaddadırlar ki,hətta İmam Əli ع bir an belə əbu bəkrə beyət etməmişdir."² 📌Digər nəzər budur ki,əbubəkr beyət almaq üçün İmam Əlinin ع evinə hücum etmiş və Həzrəti zorla beyət etməyə məscidə apartmışdır. 🔶Mərhum Təbərsi nəql edir: "ömər bir dəstə camaat ilə Həzrəti Əlinin ع evinə gəldilər və dedilər əbu bəkrlə beyət et.Zübeyr qılıncla onlara hücum etdi lakin məğlub oldu."³ 🔷İmam Sadiq ع buyurub: "İmam Əli ع köynəyi boynuna atılmış halda zorla onu çəkə-çəkə beyət üçün məscidə aparmışlar."⁴ 🔶İmam Baqir ع buyurub: "Həzrəti Əlini ع məscidə apardıqları zaman boynunda kəndir var idi."⁵ ❗️Digər rəvayətdə gəlmişdir: "ömər zərbə ilə evin qapısını qırdı və daxil oldular və Əlini köynəyi boynuna atılmış halda çölə çıxartdılar."⁶ 📌Əhli sünnə alimlərindən olan İbn Qutəybə nəql edir: 🔸"ömər bir qrupla Əlini çölə çıxardılar və əbu bəkrin yanına apardılar və ona dedilər beyət et əgər etməsən boynunu vurarıq."⁷ 📌Həzrəti Əmir Nəhcul bəlağədə də bu cərəyana işarə etmişdir və müaviyəyə xitab edərək yazıb: 🔹"Sən demisən ki,Məni bağlı dəvə kimi beyət etmək üçün çəkirdilər,And olsun Allaha istədin məzəmmət edəsən lakin mədh və səna etdin və Allah Rəsulunun istədiyini etdin lakin özün rüsvay oldun,bu iş bir müsəlman üçün eyib deyil ki,məzlum olsun ona görə ki,dinində şübhə etməsin və yəqinində şəkk etməsin."⁸ 🔰Nəticə olaraq Həzrəti Əli ع ikrah və icbar şəkildə əbu bəkrlə beyət etmişdir.Şeyx Kuleyni İmam Baqirdən ع nəql edir ki,buyurub: "Əli ikrah və təzyiq altında beyət etmişdir çünki köməyi yox idi."⁹ 🔹Mərhum Şərafuddin yazır: "İmam Əli bir cəhətdən istəyirdi ki,özünün haqqı olan və Peyğəmbərin onun xilafəti barəsindəki vəsiyyətə və nəqlinə ehtiram etsin və digər tərəfdən münafiq və pis düşüncəli insanlar ki,İslamın məhvi üçün pusquda idilər və mühacir və ənsar arasında ixtilaf salmaq istəyirdilər ki,onlara fürsət verməsin,bu dəlilə görə bir müddət beyətdən boyun qaçırdı ki,əvvəlcə Onun imamət və xilafəti isbat olunsun və sonra İslamın hifzi üçün və münafiqlərin şərrinin dəf olunması üçün beyətə addım atmışdır ki,2-ci cəhət baş verməsin." 📌Buna görə əgər İmamın məcbur beyətini qəbul etsək dəlil əsasında edirik ki,Mərhum Şərafuddin ona işarə etmişdir. 📚Mənbə;
1.Səhih buxari,c 6,s 396;səhih müslim,c 3,s 1380 2.Əl fusulul muxtarə,s 56. 3.Əl İhticac,s 43-47. 4.Əl ixtisas,s 274:bəsairul dərəcat,s 275. 5.Ricali Keşi,s 7. 6.Təfsiri Əyyaşi,c 2,s 67. 7.Əl imamət vəl siyasət,s 13. 8.Nəhcul bəlağə,məktub 28. 9.Əl Kafi,c 8,s 296. 10.Əl Müraciət,məktub 94.
T.me/shubhelere_cavablar
إظهار الكل...
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.