cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

Hesen_Eskeri_derneyi

Niyyətimiz vəhdət yaradıb İslamı təbliğ etmək və Əhli-beytə xidmət üçün çalışmaqdır. Fəaliyyətimizi instagram, facebook, youtube və rəsmi saytımızdan izləyə bilərsiniz. www.heseneskeri.az https://t.me/Hesen_Eskeri_derneyi

إظهار المزيد
مشاركات الإعلانات
202
المشتركون
لا توجد بيانات24 ساعات
+17 أيام
+130 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Photo unavailableShow in Telegram
İmam Həsən Əskərinin (ə) şəhadəti münasibətilə bütün müsəlmanlara başsağlığı veririk!
إظهار الكل...
✅ Həzrət Muhəmmədin (s) səbir və dözümü ✔️ İlahi peyğəmbərlərin (onların hamısına Allahın salamı olsun) həyatlarına qısaca bir nəzər saldıqda görürük ki, onların hamısı tövhid (Allahın bir olması) və insanları düz yola yönəltməkdə tarixin ən çətin maneələri ilə üzbəüz olmuşlar. Odur ki, hədisdə oxuyuruq: ان اشد الناس بلاء الانبياء “İnsanların ən ağır bəla və çətinliklərə məruz qalanları Peyğəmbərlərdir.” 📚 əl-Kafi 2-ci cild 252-ci səhifə ☑️ Bəli, bu həqiqətdir ki, İlahi peyğəmbərlər tarixin ən çətin giriftarçılıqlarına məruz qalmışlar. Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd –səllAllahu əleyhi və alih- isə bütün başqa peyğəmbərlərdən daha çox çətinlik, sınaq və bəlalarla üzbəüz olmuşdur. Belə ki, o həzrət özü bu barədə buyurur: ما اوذی نبی مثل ما اوذيت “Heç bir peyğəmbər mənim qədər əziyyət çəkməmişdir.” 📚 Kəşful qummə 2-ci cild 537-ci səhifə 🔷 Lakin həzrət Muhəmmədin (s) ona üz tutmuş çətinliklər dağı qarşısında, eləcə də onun müqəddəs hədəfləri yolunda çoxlu sayda maneələrin qarşısında göstərdiyi səbir və dözümü o həzrətin bütün düşmənlərini və müxaliflərini dizə çökdürdü. 🟢 Allah-taala sevimli peyğəmbərinin səbir və müqavimət ruhiyyəsinin qüvvətlənməsi üçün bəzən buyururdu: فاصبر كما صبر اولوا العزم من الرسل “Peyğəmbərlərdən əzm (və səbat) sahibləri olanların səbir etdiyi kimi, sən də (Allah yolunda çətinliklərə, əziyyətlərə) səbir et.” (Qurani-kərim Əhqaf surəsi 35-ci ayə) 🔰 Həzrət Muhəmməd (s) dəyərli kəlamlarının birində kafirlərin həzrət Əbu Talibin yanına gələrək ondan peyğəmbərin İlahi vəhyi təbliğ etməsini dayandırmağı tələb etdiklərini o həzrətə çatdırmasını istəyərkən, o həzrət özünün hədəf və məqsədlərinə çatmaq yolunda göstərdiyi səbat, müqavimət və dəmir iradəsini göstərərək əmisinə buyurdu: ياعم! والله لو وضعوا الشمس فی يمينی والقمر فی يساری علی ان اترك هذا الامر حتی يظهره الله او اهلك فيه، ماتركته “Ey əmi. And olsun Allaha, əgər onlar günəşi mənim sağ əlimə, ayı isə mənim sol əlimə versələr (yəni bütün dünya səltənətini mənə verməyə razı olsalar) belə, Allahın mənim dinimi qalib edəcəyi ya da bu yolda canımı tapşıracağım zamana qədər mən səmavi dəvətimdən əl çəkməyəcəyəm.” 📚 əs-Sirətun nəbəviyyə, İbn Hişam. 1-ci cild 284-cü səhifə 🌐 Məhz buna görədir ki, həzrət Muhəmməd (s) bütün çətinliklərə dözməklə, həmçinin özünün səbir və müqaviməti ilə İslam dininin haqq din olduğunu bütün dünyaya elan edə bildi. Müxtəlif çətinliklər, xoşagəlməz hadisələr, cismi və ruhi əziyyətlər, saysız böhtanlar və iftiralar, o cümlədən; sehirbaz, məcnun, kahin, falçı, şair kimi ittihamların qarşısında, əsas iki amil ilə, yəni hədəfə olan inam, o hədəfə çatma yolunda müqavimət və mətinlik ilə onların hamısına dözə bildi. 📝 Əmirəlmöminin Əli əleyhissalam bu barədə buyurur: اشهد ان محمدا عبده ورسوله دعا الی طاعته وقاهر اعداءه جهادا عن دينه، لايثنيه عن ذلك اجتماع علی تكذيبه والتماس لاطفاء نوره “Şəhadət verirəm ki, həzrət Muhəmməd –səllAllahu əleyhi və alih- Onun bəndəsi və peyğəmbəridir. İnsanları Allaha bəndəçiliyə dəvət etdi və Allahın düşmənləri ilə din yolunda mübarizə edərək onları məğlub etdi. Düşmənlərin bir yerə toplaşaraq o həzrəti yalançı saymaqları onu (insanları düz yola yönəltmək və İslam dinini bütün dünyaya çatdırmaq) yolundan yayındıra bilmədi. Onların (İslam) nurunu söndürmək üçün olan səylərini nəticəsiz qoydu.” 📚 Nəhcül bəlağə 190-cı xütbə https://t.me/Hesen_eskeri_derneyi
إظهار الكل...
Hesen_Eskeri_derneyi

Niyyətimiz vəhdət yaradıb İslamı təbliğ etmək və Əhli-beytə xidmət üçün çalışmaqdır. Fəaliyyətimizi instagram, facebook, youtube və rəsmi saytımızdan izləyə bilərsiniz. www.heseneskeri.az

https://t.me/Hesen_Eskeri_derneyi

👍 2
Photo unavailableShow in Telegram
28 səfər -14 sentyabr - Əziz Peyğəmbərimiz Həzrət Muhəmmədin (s) şəhadəti münasibəti ilə bütün Əhli-beyt (ə) aşiqlərinə başsağlığı deyirik.
إظهار الكل...
😢 1
Photo unavailableShow in Telegram
🖤 Başınızı dik tutun, ey əziz Şiələr❗️ Bu gün Beynəlxalq Birlik Və Vəhdət günü , Ümümdünya Şiələrinin qələbə günüdür ❗️ Çünki, bizim Əba Abdullah əl-Hüseyn ibni Əli ibn Əbu Talib əleyhis-salam kimi azadlıqsevər, hürriyyət məslək və tolerantlıq missiyalı , Liderimiz ,Rəhbərimiz, Sərvərimiz , Ərbabımız var ❗️ Zahirdə, Həzrət İmam Hüseyn əleyhis-salamın şəhadətinin 40 - cı günü, lakin, batində hər kəsin dildiyi kimi, küfr və nifaq üzərində qələbənin il dönümü günüdür❗️ ✅ Şiələrin əsil həqiqəti budur❗️
إظهار الكل...
😢 1
Photo unavailableShow in Telegram
📕 Ərbəin ziyarətnaməsindən bir məqam. "(Allahım! İmam Hüseyn əleyhissalam) canını Sənə fəda etdi, təki Sənin bəndələrini (insanları), cəhalətdən və azğınlıq çaşqınlığından xilas etsin." ✅ İmam (ə) bəşəriyyət üçün ən xeyirxah insandır. 🟢 İmamın (ə) bütün məqsədi insanlara nicat vermək və onları hidayət etməkdir. 💠 İmam (ə) bütün varlığını Allah yolunda verir ki, insanların şüurları çiçəklənsin və cəhalətdən xilas olsunlar.
إظهار الكل...
Photo unavailableShow in Telegram
Bu gün İmam Rza (ə)-ın şəhadət günüdür. (Bir rəvayətə əsasən). Əhli-beyt ardıcıllarına başsağlıqı veririk!🏴
إظهار الكل...
Photo unavailableShow in Telegram
24 avqust İmam Həsən Müctəbanın (ə) şəhadət günüdür. Bu münasibətlə başda Zəmanə İmamı Məhdi (ə.f) olmaqla bütün Əhli-Beyt sevənlərinə təsliyət ərz edirik.
إظهار الكل...
Photo unavailableShow in Telegram
İmam Hüseynin (ə) əziz qızı Xanım Rüqəyyənin (s.ə) şəhadəti münasibətilə bütün Əhlibeyt (ə) aşiqlərinə başsağlığı veririk!
إظهار الكل...
Photo unavailableShow in Telegram
Muhərrəm 9-cu gün 🏴🏴
إظهار الكل...
Photo unavailableShow in Telegram
Muhərrəm 8-ci gün 🏴🏴
إظهار الكل...
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.