cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

Ayətullah Sistani Sual Cavab

🔉Bu kanaldan sizi maraqlandıran şər'i sual və cavabları oxuya bilərsiniz Nəzərinizə çatdıraq ki, Kanalda yayımlanan suallara Ayətullah Sistaninin fətvalarına uyğun cavab verilir. ✔Dost Kanallar. ✅ @mersieler_noheler

إظهار المزيد
لم يتم تحديد البلدلم يتم تحديد اللغةالفئة غير محددة
مشاركات الإعلانات
296
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

🌙 Məhərrəm ayının hilalı. ▪️ Ayətullah Sistaninin dəftərxanasından verilən rəsmi məlumata əsasən bu gün (20 avqust) Zil-hiccə ayının 30-u, sabah isə (21 avqust) əzalı Məhərrəm ayının əvvəlidir. ▪️ Allah Təala əzadarlıqlarımızı ali dərəcədə qəbul etsin və bizləri İmam Hüseynin (ə) həqiqi davamçılarından qərar versin, İnşaallah...
إظهار الكل...
↪️↪️↪️ ⭕Telegram T.me/Noker313
إظهار الكل...
İslam Dini

Bismillahir Rəhmanir Rəhim... Salam və Salavat Olsun Sonuncu Peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə Və Onun Ailəsinə, Pak Əhli-Beytə (ə). Allahın Salamı Olsun İslam Yolunu Gedənlərə Və İslama Doğru Gələnlərə... Əlaqə Üçün: @sukur313

✍Şəri Sual Cavab ❓SUAL: Qədir Xum gününün orucu Ayətullah Sistaninin nəzərinə əsasən müstəhəbdirmi? Yoxsa rəca qəsdi ilə tutmaq lazımdır. ✅CAVAB: Qədir Xum gününün orucu müstəhəbdir. Bəzi rəvayətlərə əsasən Qədir Xum günü oruc tutmağın savabı Allah dərgahında qəbul olunmuş 100 Həcc və 100 Ümrənin savabına bərabərdir. 📙Ayətullah Seyyid Əli Hüseyni Sistani (h) @sheri_suallar
إظهار الكل...
✍Şəri Sual Cavab ❓Sual:Dini videolara və yaxud Moizələrə arxa fonda musiqi əlavə etmək olar mı? ✅Cavab:Haram musiqi olmadığı halda icazə verilir 📙Ayətullah Seyyid Əli Hüseyni Sistani (h) @sheri_suallar
إظهار الكل...
✍Şəri Sual Cavab ❓SUAL: Mən bu gün qurban kəsə bilmədim. Əgər sabah kəssəm İsmayıl qurbanı sayılırmı? ✅CAVAB: Qurban kəsməyin vaxtı "Mina"da (Həccdə) olmayan şəxslər üçün bayram günündən başlayaraq üç gün müddətində davam edir. Bu üç gün ərzində kəsilərsə İsmayıl qurbanından sayılır. 📙Ayətullah Seyyid Əli Hüseyni Sistani(h)
إظهار الكل...
#qurban 🐏 Müstəhəb qurbanın hökümləri: 1⃣ Qurban kəsməyə imkanı olan şəxs üçün qurbanlıq heyvan kəsmək tə'kidli müstəhəbdir, və almağa imkanı olan lakin heyvan tapa bilməyən şəxsə müstəhəbdir ki, onun qiyməti qədər sədəqə versin. Əgər qiymətlər müxtəlif olsa ən az qiyməti götürüb sədəqə vermək kifayətdir. 2⃣ İnsanın özünün və ailəsinin adından bir heyvan kəsməsi caizdir. Həmçinin bir heyvanı bir neçə adamla bir yerdə kəsmək də caizdir, xüsusən əgər heyvan qıtlığı olsa və qiymətlər baha olsa. 3⃣ Qurban kəsmək üçün ən fəzilətli vaxt gün çıxandan sonra və bayram namazının vaxtı keçəndən sonra başlayır və "Mina"da (Həccdə) 4 gün, başqa yerlərdə isə 3 gün davam edir. Amma yaxşı olar ki, Minada birinci 3 günlükdə kəsilsin, digər yerlərdə isə bayram günü kəsilməsi müstəhəbdir. 4⃣ Gərəkdir ki, qurban dəvə, inək (və ya camış) yaxud qoyun (və ya keçi) olsun. Və vacib ehtiyat budur ki, dəvə ən azı 5 yaşlı, inək ən azı 2 yaşlı, qoyun isə ən azı 7 aylıq olsun. 5⃣ Vacib qurbanda olan şərtlər müstəhəb qurbana aid deyil. Ona görə də kor, ayağı əyri, qulaqları kəsik, quyruğu kəsik və bunun kimi eyibi olan heyvanı qurban kəsmək caizdir. Amma yaxşı olar ki sağlam, nöqsanı olmayan, kök heyvan kəssin. Və insanın özü tərbiyə etdiyi heyvanı kəsməsi məkruhdur. 6⃣ Qurban kəsən şəxs heyvanın üçdə bir hissəsini özünə götürə və ya ailəsinə yedizdirə bilər, həmçinin caizdir ki, digər üçdə bir hissəsini istədiyi möminə hədiyyə etsin, və yaxşı olar ki, qalan üçdə bir hissəsini müsəlman fəqirlərə sədəqə versin. 7⃣ Qurbanın cildini (dərisini) sədəqə vermək müstəhəbdir, dərini qəssaba muzd olaraq vermək məkruhdur, və onu məsələn səccadə kimi qərar vermək və ya onunla ev avadanlığı almaq caizdir. 8⃣ Qurbanlıq əqiqə (dünyaya gəlmiş uşaq üçün kəsilən qurbanlıq) əvəzinə kifayət edir. Buna görə də kimin əvəzinə qurban kəsilsə əqiqə əvəzinə kifayət edər (və yenidən əqiqə qurbanı kəsməyə ehtiyac yoxdur.) 📚 Ayətullah Sistaninin dəftərxanasının rəsmi saytı. sistani.org
إظهار الكل...
✍Şəri Sual Cavab SUAL: Bilirəm ki, bir ədəd dörd rəkətli qəza namazım var amma bilmirəm ki, zöhr namazıdır yoxsa əsr namazı yoxsa xiftən namazı. Bu halda nə etməliyəm? ✅ CAVAB: Zöhr, əsr və xiftən namazları arasında "Ma fiz-zimmə" qəsdi ilə bir ədəd dörd rəkətli namaz qılsanız kifayətdir. Yəni, "Allah yanında zöhr, əsr və ya xiftən namazlarından hansının qəzası mənə vacibdirsə o namazı qılıram" deyə niyyət edib bir ədəd dörd rəkətli namaz qılsanız kifayətdir. Bu namazı səsli və ya səssiz qılmaq arasında ixtiyar sahibisiniz. 📙Ayətullah Seyyid Əli Hüseyni Sistani (h)
إظهار الكل...
🔵 Ayətullah Seyid Əli Sistaninin Nəcəf şəhərində yerləşən ofisi dəyərli möminlərin nəzərinə çatdırır ki, bu şənbə günü günəş batdıqdan sonra Şəvval ayının hilalı haqqında axtarış edilib. İraq və onun qonşuluğundakı məntəqələrdə ayın adi gözlə görülməsi sabit olmayıb. Baxmayaraq ki, növbəti gecə (may ayının 24-dən 25-ə keçən gecə) ayın yüksəkdə və çox aydın şəkildə görülməsi ehtimal olunur. Lakin bu, onun 2 gecəlik olduğunu bildirmir. Cənab Seyid Əli Sistaninin fətvasına əsasən hər bir məntəqədə ayın əvvəli onun həmin məntəqə və ya ətrafındakı ərazilərdə adi gözlə görülməsinin mümkünlüyünə bağlı olduğundan və yaxınlaşdırıcı cihazlar yaxud dünyanın digər hissələrində görülməsi ilə ayın əvvəlinin sabit olmamasına görə sabah, yəni bazar günü mübarək Ramazan ayının sonu və bazar ertəsi Fitr bayramı günüdür. 🔵 Allah təaladan hamının xeyir əməllərini qəbul etməsini, bayramlarını bərəkətli qərar verməsini və bu sevincli günün bütün müsəlmanlara xeyir, bolluq və bərəkət gətirməsini istəyirik. Həqiqətən də, O, eşidən və (dualara) cavab verəndir. 📚 Seyid Əli Sistaninin Nəcəful-Əşrəf şəhərindəki ofisi.
إظهار الكل...
إظهار الكل...
Misbahul Huda

📞 Adminlə Əlaqə: 🔘 @SadiqRustamli313 🔘 @Shahin_Aliyev_313 _____________ İnstagram Səhifəmiz:

https://instagram.com/_misbahul_huda_

Telegram Kanalımız:

https://t.me/HidayetCiragi313

Whatsapp Kanalımız:

https://chat.whatsapp.com/EKj4PxNEbipFBYcfxOOXjK

📖 Məsələ 1914. Əgər insan orucun onun üçün önəmli zərəri (adətən dözülməz olan zərər) olduğuna əmindirsə, yaxud belə bir zərərin mövcudluğunu ehtimal edirsə və bu ehtimal onda qorxu hissi yaradırsa, ehtimalı aqil insanların nəzərində əsaslı olduğu təqdirdə oruc tutması vacib deyil. Hətta əgər sözügedən zərər ölüm, yaxud cana qarşı cinayət (məsələn, hər hansı bir üzvün itirilməsi) ilə nəticələnəcəksə, onun oruc tutması haramdır. Orucun vacib olmaması məsələsində onun hər hansı bir xəstəliyin, yaxud zərərin meydana gəlməsinə səbəb olması ilə onun güclənməsinə, yaxud müalicə (həlli) müddətinin uzanmasına səbəb olması arasında heç bir fərq yoxdur. Qeyd etmək lazımdır ki, yeni həddi-büluğa çatan qızlar və eləcə də digər şəxslər üçün mübarək ramazan ayında oruc tutmaq önəmli dərəcədə zərərli olduğu və onların xəstələnməsinə səbəb olduğu, yaxud xəstələnməkdən qorxduqları təqdirdə xəstələrlə əlaqədar hökmlər onlara da şamil olur. Ancaq əgər oruc tutmağın onlar üçün zərəri yoxdursa, bununla belə,məsələn, günün uzun olması, yaxud havanın hərarətinin yüksək olması səbəbi ilə orucu sonadək tutmaq onlar üçün həddən ziyadə çətindirsə və bu çətinlik adətən dözülməzdirsə, mütləq (ümumi) Allaha yaxınlaşmaq niyyəti ilə(2) oruc tutmalı və şiddətli zəiflik, yaxud güclü susuzluq hissi səbəbi ilə mübarək ramazan ayının orucunu davam etdirmək onlar üçün həddən ziyadə çətinləşdikdə su içə və qida qəbul edə bilərlər. Lakin vacib ehtiyata əsasən, qida və maye qəbulunda zərurət miqdarı ilə kifayətlənməli və günün qalan hissəsi ərzində də orucu pozan hərəkətlərdən çəkinməlidirlər. Hərçənd, istənilən halda qida və maye qəbulu ilə onların orucu batil olur. Əgər onlar yüksək kalorili səhər yeməyi, yaxud gün ərzində fiziki fəaliyyətin azaldılması və ya daha artıq istirahət kimi orqanizmin müqavimətini möhkəmləndirən normal üsullardan yararlanmaqla həddən ziyadə zərər və çətinlik çəkmədən mübarək ramazan ayının orucunu tuta bilərlərsə, mütləq belə etməlidirlər. 📚Geniş izahlı şəriət məsələləri cild.1 m.1914 t.me/sheri_suallar @sheri_suallar
إظهار الكل...
Ayətullah Sistani Sual Cavab

🔉Bu kanaldan sizi maraqlandıran şər'i sual və cavabları oxuya bilərsiniz Nəzərinizə çatdıraq ki, Kanalda yayımlanan suallara Ayətullah Sistaninin fətvalarına uyğun cavab verilir. ✔Dost Kanallar. ✅ @mersieler_noheler

اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.