Ormilitarism
الذهاب إلى القناة على Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
إظهار المزيد7 300
المشتركون
-324 ساعات
-217 أيام
-6830 أيام
أرشيف المشاركات
7 302
+9
2023-cü ilin aprel-may aylarında Vayominq ştatında keçirilmiş “Agile Chariot” təlimlərindən
Ssenarilərdən biri, 123-cü xüsusi taktiki eskadrilyanın tərkibində olan CCT və PJ xüsusi təyinatlı hərbçilərin iştirakı ilə həyata keçirilmiş və sonradan düşmən ərazisinin dərinliyində real döyüş şəraitində icra olunan xilasetmə əməliyyatı olmuşdur.
Təlim çərçivəsində ştatın dağlıq ərazisində yerləşən yol üzərində müvəqqəti sahə aerodromu qurulmuşdu. Buraya MC-130J Commando II təyyarəsi eniş edərək 160-cı xüsusi əməliyyatlar aviasiya alayına məxsus MH-6M Little Bird helikopterlərini gətirmişdi. Helikopterlər bir neçə dəqiqə ərzində boşaldılıb uçuşa hazır vəziyyətə gətirilmiş, bundan sonra PJ axtarış-xilasetmə qrupları vurulmuş pilotun olduğu əraziyə doğru hərəkət etmişdi.
Təlimin tam foto materiallarında həmçinin MQ-9 Reaper pilotsuz uçuş aparatı və A-10 Thunderbolt II təyyarəsinin MC-130J Commando II vasitəsilə sahə şəraitində yanacaqla təmin olunması görüntüləri də yer alır.
7 302
CSEL klassik radio kimi işləmək əvəzinə birbaşa hərbi peyk rabitə şəbəkəsinə qoşulur. Pilot mövqeyini dəyişəndə cihaz vasitəsilə çox qısa müddətli, şifrələnmiş məlumat siqnalları ötürür. Bu siqnallar millisaniyələr ərzində göndərildiyi üçün onları aşkar etmək və mənbəyini müəyyənləşdirmək olduqca çətin olur.
Məlumat ötürülməsi tək tezlik üzərindən deyil, çoxsaylı tezliklər arasında bölünərək həyata keçirilir. Bu isə siqnalın qarşı tərəfdən həm tutulmasını, həm də oxunmasını demək olar ki, mümkünsüz edir. Yalnız xüsusi şifrələmə açarlarına malik olan tərəf bu parçalanmış məlumatları birləşdirərək pilotun dəqiq koordinatlarını müəyyən edə bilir.
Bundan əlavə, siqnalların strukturu mülki GPS cihazlarının yaydığı məlumatlara bənzədiyi üçün düşmən tərəfindən diqqətdən kənarda qala bilər.
7 302
ABŞ pilotlarının əlaqə yaratdığı sistem.
CSEL
Boeing tərəfindən hazırlanmış bu cihaz pilotun jiletinə bərkidilən kiçik və möhkəm qurğudur. Katapultdan sonra üzərində qalır və dərhal işləməyə başlayır. Radio ilə danışmaq əvəzinə, qısa şifrələnmiş siqnallar göndərir.Olduğu yeri, vəziyyətini və “yaralıyam” və ya “düşmən yaxınlıqdadır” kimi mesajları dəyişən tezlik siqnalları vasitəsilə ötürür. Əsas məsələ budur: səs yoxdur, asan izlənə bilən siqnal yoxdur. Cihaz hərbi peyklərlə əlaqə qurur, real vaxtda məlumatları xilasetmə qruplarına ötürür və eyni zamanda pilotun səssiz və gizli qalmasına imkan verir. Yalnız xilasetmə əməliyyatı yaxınlaşanda rejimi dəyişir və helikopterlərin və ya təyyarələrin dəqiq mövqeni tapmasına imkan yaradır.
7 302
+2
Fərqləndirməyi bacarmaq üçün bir çox helikopter düşürülməsi videolarına eləcədə raket buraxılışlarındakı uğursuzluq videolarına baxmaq lazımdır.
Bu şəkillər helikopterlər üçün bir misaldır.
7 302
İnternetdə yayılan “xilas etmə əməliyyatları zamanı vurulan” helikopterin görüntüsü.
Bu raket uğursuz raket buraxılışıdır. ZRK və ya Balistik raket.
7 302
Qırmızı dairələrdə maşının uşaq oturacaqlarını bərkitmək üçün olan dəmirlər , ox ilə isə qoltuq altı dediyimiz hissənin profili işarələnib.
7 302
Mediada yayılan və xilasetmə əməliyatında yanıb deyilən “Amerikalı kəllə sümüyü” şəklinə baxış :
7 302
Yəni yankelər böyük ehtimal təyyarəni itirməyi gözə alaraq hərəkətə keçib. Buna görədə 30-35 tonluq (boş) təyyarənin batacağını torpağa hesab edib 10-11 tonluq təyyarəni hazır saxlayıblar.
متاح الآن! بحث تيليغرام 2025 — أهم رؤى العام 
