Ormilitarism
الذهاب إلى القناة على Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
إظهار المزيد7 296
المشتركون
-424 ساعات
-87 أيام
-6430 أيام
أرشيف المشاركات
7 283
İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani:
Birləşmiş Ştatlar öz məqsədlərinə nail olmadığı üçün indi çabalayır və çırpınır.
Trampın səhv etdiyini və İsrail tərəfindən aldadıldığını etiraf etməsi daha yaxşı olardı.
7 283
ABŞ Yaxın Şərqə Ukraynada 1000-dən çox "Shahed" dronunu vuran "Merops" dron əleyhinə sistemini göndərir.
7 283
"Bizim Azərbaycanla heç bir problemimiz yoxdur. Lakin İrana qarşı hər hansı plan və ya uçuşlar həmin ölkənin ərazisindən həyata keçirilərsə, biz Azərbaycana adekvat cavab verəcəyik".
- Əli Laricani
7 283
ABŞ Silahlı Qüvvələri Bəhreyn ərazisindən HIMARS vasitəsilə İrana raket zərbələri endirir.
7 283
Birdən qarşınıza çıxsa bu 5 il əvvəl olub. Yanan USS Banhome Richarddır. Modernzasiya təmiri zamanı yanıb.
7 283
Təsdiqləndi.
İran tərəfindən "Xorrəmşəhr-4" (Khorramshahr-4) orta mənzilli ballistik raketlərinin tərkibində İsrailə atılan kasetli sub-sursatlar tapılıb.
7 283
ABŞ-ın İrana qarşı əməliyyat zamanı təsdiqlənmiş hallar üzrə maliyyə itkilərinin hesablanması 2,52 milyard dollara çatıb.
Qətərdə 1,1 milyard dollar dəyərində AN/FPS-132 Raket Hücumundan Müdafiə Xəbərdarlıq Sistemi (SPRN) RLS-i;
BƏƏ-də THAAD kompleksinin tərkibində olan 500 milyon dollar dəyərində AN/TPY-2 RLS-i;
Küveytdə ümumi dəyəri 282 milyon dollar olan 3 ədəd F-15E Strike Eagle zərbə qırıcısı;
Küveytdə ümumi dəyəri 30 milyon dollar olan 3 ədəd AN/GSC-52B peyk rabitə terminalı;
Bəhreyndə ümumi dəyəri 20 milyon dollar olan 2 ədəd AN/GSC-52B peyk rabitə terminalı;
İordaniyada THAAD kompleksinin tərkibində olan 500 millyon dollar dəyərində AN/TPY-2 RLS-i;
İranda ümumi dəyəri 90 milyon dollar olan 3 ədəd MQ-9 Reaper pilotsuz uçuş aparatı.
7 283
Ukraynanın kəşfiyyat dronu tərəfindən lentə alınmış, bu gün səhər saatlarında Donetsk hava limanı istiqamətində ATACMS və SCALP raketləri ilə endirilən zərbələrin kadrları.
7 283
+3
İranın Hörmüzqan sahil əyalətində vurulmuş, silahlanmasında ən yeni versiya AGM-114R Hellfire II raketləri olan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus MQ-9 Reaper PUA-sının qalıqları.
Yeni AGM-114R Hellfire II raketləri çoxməqsədli döyüş başlığına malikdir. Müşahidə edilən hədəfin növündən asılı olaraq uçuş zamanı rejimi (kumulyativ, qəlpəli-fuqas və ya gecikdirilmiş partlayış) dəyişmək mümkündür. Bu isə artıq raketin fərqli modifikasiyalarından istifadə etmək zərurətini aradan qaldırır və tək bir modellə kifayətlənməyə imkan verir.
7 283
Bu arada bu axşam atıkacaq raket sayı az olsa bilin ki, Pezeşkian əllərində raket az qaldığı üçün bu çıxışı edib.
Çünki dünən 40-50 civarı imiş.
7 283
Bizim səmimiyyətimizi göstərən daha bir fakt.
Hərbi texnikanı qorumaq üçün onun üç tərəfinə torpaq qalağı yığırlar ki, buna ruslar "obvalovka" deyir. Bu zaman yalnız radarların antenası yuxarıda qalır. Bizim İran sərhədindən 10-12 km aralıda yerləşən HHM texnikamızın "obvalovka"sı yalnız Ermənistan tərəfədir, İran sərhədi tərəfi isə tamamilə açıqdır.
Halbuki İran ərazisindən onlara rahatca artilleriya atəşi açmaq olar.
7 283
Naxçıvanda həmin əraziyə yaxın zenit raket divizionu yerləşir və aerodrom İran sərhədindən cəmi 10 km aralıdadır. Sərhədi keçib həmin terror hücumunu törətmək üçün "Araş-2" PUA-sına ən qısa yolla təxminən 200 saniyə (3 dəqiqə 20 saniyə) vaxt lazımdır.
Bu, oradakı zenit raket divizionu üçün çox asan hədəfdir, lakin bir şərtlə ki, hava nəzarət radarı İran sektoruna daimi nəzarət həyata keçirsin.
Prezident İlham Əliyevin bu sərt çıxışı və İran rəhbərliyini şərəfli olmağa çağırması məhz bu məsələ ilə bağlıdır. Bu, eskalasiya yaratmaq və ya "öhdəliklərimdən azadam" demək deyil. Prezident qeyd etdi ki, mən götürdüyüm öhdəlikləri yerinə yetirəcəyəm, lakin artıq bir nömrəli döyüş hazırlığında olacağam və günahkarların cəzalandırılmasını inadla tələb edəcəyəm.
7 283
Əgər bu xahiş 90-cı illərdə edilsəydi, köhnə texnika ilə sektoru kəsmək çox çətin olardı, lakin müasir texnikamız buna tam imkan verir. Bu cür xahişi yerinə yetirmək üçün isə tərəf müqabilinə tam güvənmək lazımdır, çünki dünyada heç bir beynəlxalq qanun belə bir tələbi irəli sürməyə əsas vermir.
Elə düşünülür ki, İran müdafiə naziri heç bir problem yaranmayacağına dair əminlik verərək bu xahişi Prezident İlham Əliyevdən etmişdi. Prezident də Azərbaycanın birmənalı və səmimi münasibətini göstərmək üçün orduya bu icazəni vermişdi. Necə deyərlər, "heç qardaş qardaşa belə şeyi keçməz".
متاح الآن! بحث تيليغرام 2025 — أهم رؤى العام 
