Ormilitarism
الذهاب إلى القناة على Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
إظهار المزيد7 272
المشتركون
+324 ساعات
-107 أيام
-7730 أيام
أرشيف المشاركات
7 271
MV-75 daha əvvəl V-280 Valor adlanırdı və Bell şirkəti tərəfindən FVL proqramından əvvəlki Joint Multi-Role Technology Demonstrator çərçivəsində hazırlanmışdı. Valor 2013-cü ildə ictimaiyyətə təqdim olunub, ilk uçuşunu isə 2017-ci ilin dekabrında həyata keçirib. Beş il ərzində V-280 200 saatdan çox uçuş edib. Sınaqların nəticələrinə əsasən, ABŞ ordusu 2022-ci ilin dekabrında Sikorsky və Boeing komandası tərəfindən hazırlanmış SB-1 Defiant sürətli helikopteri deyil onu müsabiqənin qalibi seçib.
MV-75 üzrə işlərin sürətləndirildiyini ABŞ ordusunun baş qərargah rəisi general Rendi Corc açıqlayıb. O, bunu Ukraynaya son səfəri ilə əlaqələndirərək, orada baş verənləri döyüş texnologiyaları və taktikalarının sürətli təkamülünə nümunə kimi qiymətləndirib. Eyni zamanda 10-cu Dağ Diviziyasının (10th Mountain Division) tərkibində yaradılmış və tam şəkildə PUA-larla təchiz olunmuş ilk bölməni də xatırladıb. Məhz bu kontekstdə MV-75-in daha erkən müddətdə qoşunlara verilməsi qərarı izah edilib.
Maraqlıdır ki, amerikalılar elə həmin “ukrayna təcrübəsi”nə əsaslanaraq, ordu aviasiyasının ixtisar edilməsinin zəruriliyi qənaətinə gəlmişdilər. İndi isə eyni təcrübədən çıxış edərək onun mümkün qədər tez yenidən silahlanmasının vacibliyi nəticəsinə gəliblər. Halbuki bu iki yanaşma bir-birinə, ümumilikdə, zidd sayılır.
Pilotlu ordu aviasiyasının modernləşdirilməsi ilə paralel olaraq, aviasiya briqadaları da yenidən təşkil ediləcək və onların tərkibinə iri ölçülü pilotsuz uçuş aparatları daxil ediləcək. Söhbət 3, 4 və 5-ci sinif PUA-lardan gedir. Son iki sinfə aid aparatların kütləsi 600 kq-dan çoxdur və onlar təyinatı və uçuş hündürlüyünə görə fərqlənirlər. Məsələn, beşinci sinfə demək olar ki, beş tonluq kəşfiyyat-zərbə MQ-9 Reaper daxildir.
Yəni ABŞ ordusu belə bir nəticəyə gəlib ki, kiçik PUA-lar piyada və digər yerüstü bölmələrin tərkibində fəaliyyət göstərəcək, orta və iri PUA-lar isə ixtisaslaşmış aviasiya birləşmələrinin tərkibində yer alacaq.
7 271
ABŞ ordusu yenidən silahlanmağa tələsir
ABŞ Ordusunun Ordu Aviasiyası (AA) ilk Bell MV-75 konvertoplanını cari ilin sonuna qədər alacaq. Əvvəllər Future Vertical Lift (FVL) proqramı çərçivəsində ilk nümunənin 2030-cu illərin əvvəllərində təhvil verilməsi planlaşdırılırdı. ABŞ Ordusunun qərargahı bu sürətləndirməni Rusiya–Ukrayna müharibəsinin təcrübəsinin qiymətləndirilməsi ilə izah edir.
7 271
EA-37B əsasən hava və quru əməliyyatları zamanı düşmənin koordinasiyasını dağıtmaq, qərarvermə sürətini azaltmaq və döyüş sahəsində texnoloji üstünlük yaratmaq üçün istifadə olunur.
7 271
+1
ABŞ-ın L3Harris şirkəti tərəfindən hazırlanmış EA-37B Compass Call elektron müharibə təyyarəsi Bermudadan qalxaraq ABŞ Avropa Komandanlığının (EUCOM) məsuliyyət zonasına daxil olub. Yəqin ki, ordanda Yaxın Şərqə gələr
EA-37B Compass Call.
EA-37B, Gulfstream G550 biznes-jeti platforması üzərində qurulmuş, ABŞ Hərbi Hava Qüvvələrinin yeni nəsil elektron hücum təyyarəsidir. O, köhnə EC-130H Compass Call təyyarələrini əvəz etmək üçün hazırlanıb.
Düşmənin taktiki və operativ rabitə kanallarını, data ötürülməsini və komanda-idarəetmə şəbəkələrini sıradan çıxarır.
Hava hücumundan müdafiə radarlarının fəaliyyətini pozaraq hava əməliyyatları üçün “koridor” yarada bilir.
GPS və digər peyk naviqasiya sistemlərinin effektivliyini azaldır.
Reaktiv platforma olduğu üçün daha sürətli, daha uzaq məsafədə və aşağı risklə fəaliyyət göstərə bilir.
ABŞ və NATO-nun digər ISR və zərbə platformaları ilə real vaxtda məlumat mübadiləsi aparır.
7 271
Digər mənbələrdə isə onun hələku Oman dənizi ətrafında olduğu bilinir. Sabaha tam şəkildə əraziyə daxil olar.
7 271
Sədəcə İsrailin Channel 13 telekanalının məlumatına görə, USS Abraham Lincoln təyyarədaşıyan zərbə qrupu Aralıq dənizinə (CENTCOM-un məsuliyyət zonasına) daxil olub xəbəri verilir.
7 271
Səudiyyə Ərəbistanına məxsus dövlət xəbər kanalı Al Arabiya-nın məlumatına görə, ABŞ Hərbi Hava Qüvvələri Yaxın Şərqdə bir neçə gün davam edəcək hazırlıq təliminə başlamağa hazırlaşır. Təlimin məqsədi regionda döyüş aviasiyasını yerləşdirmək və uzunmüddətli şəkildə təmin etmək qabiliyyətini nümayiş etdirməkdir.
7 271
Ukraynanın “Flaminqo”ları
Ukrayna “Flaminqo”sunun (FP-5 Milanion) genişmiqyaslı PR-təqdimatından və gündə bir raket istehsalı, perspektivdə isə sutkada yeddi raket buraxılışı barədə bəyanatlardan 5 ay sonra cəmi 4 təsdiqlənmiş tətbiq faktı mövcuddur. Bu epizodlarda ümumilikdə təxminən 9 raket istifadə olunub.
2025-ci ilin yazında Krım istiqamətində 1 raketin sınaq buraxılışı. Bu faktı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü Dmitri Lixovoy mətbuat konfransında təsdiqləyib. Ehtimal olunur ki, bu, 30 aprel – 1 may gecəsi baş verən buraxılış olub və raket MiG-31BM qırıcısı tərəfindən vurulub.
30 avqust 2025-ci ildə Krımda FTX-nin sərhəd xidməti obyektinə zərbə. Buraxılan üç raketdən ikisi hədəfə çatıb: biri binaya dəyib, digəri isə pier yaxınlığında partlayıb.
23 sentyabr 2025-ci ildə “Belqorod frez zavodu”na zərbə. Bildirilir ki, 4 raket tətbiq edilib, lakin onlardan yalnız biri müəssisəyə çata bilib. Vurulan “Flaminqo”lardan birinin qalıqları sonradan aşkar edilib.
13 noyabr 2025-ci ildə Oryolda İES-ə 1 “Flaminqo” raketi ilə zərbə cəhdi. Raket şəhər üzərində HHM sistemi tərəfindən uğurla məhv edilib.
Ola bilsin ki, ictimaiyyətə açıqlanmayan ayrı-ayrı buraxılışlar da olub. Lakin Fire Point şirkətinin rəhbərliyi özü yalnız dörd döyüş tətbiqi faktını açıqlayıb.
Bundan əlavə, “Flaminqo” raketinin 3000 km-ə qədər elan edilən maksimal uçuş məsafəsi hələ də təsdiqini tapmayıb. Məlum olan bütün tək-tək tətbiq halları yalnız Rusiyanın sərhədyanı ərazilərinə — Krım, Belqorod, Oryol istiqamətlərinə aiddir. Ən uzaq halda bu məsafə təxminən 250 km olub.
Ukraynada anonsdan təxminən yarım il, IDEX-2025 sərgisində təqdimatdan isə demək olar ki, bir il keçməsinə baxmayaraq, “Flaminqo” raketlərinin real istehsal tempi ayda cəmi bir neçə ədədi keçmir.
7 271
+1
Kiyevə S-400 ZRK sisteminə məxsus 48N6DM zenit raketləri ilə zərbələr endirilib. Bu raketlər yerüstü hədəflərin vurulması üçün istifadə olunub.
İndeksi və istehsal tarixi 19 dekabr 2025-ci il olan raketlərdən birinə aid qalıqlar Ukrayna paytaxtının küçələrində aşkar edilib. 48N6DM raketləri hava hədəflərini 250 km-ə qədər məsafədə məhv edə bilir və 180 kq kütləyə malik parçacıq-fuqas döyüş başlığı daşıyır.
7 271
ABŞ şirkəti Shield AI tərəfindən hazırlanan V-BAT tipli PUA-lar Cənubi Koreya şirkəti LIG Nex1 tərəfindən istehsal olunan L-MDM sinifli idarəolunan “hava-yer” raketlərini atmaq imkanına sahib olacaq.
V-BAT kəşfiyyat PUA-sıdır və kanallı vint sxemi ilə hazırlanıb. Bu, vertikal qalxma və enişi təmin edir. Yəni uçuş-enmə zolağına ehtiyac qalmır.
Dronun əsas xüsusiyyətlərindən biri yüksək səviyyədə avtonomluğudur. Hivemind proqram kompleksi sayəsində aparat operatorun minimal iştirakı ilə missiyaları icra edə bilir.
2024-cü ilin iyunundan etibarən V-BAT yalnız Ukrayna bölmələri tərəfindən kəşfiyyat məqsədilə istifadə olunur. 2025-ci ilin yanvarında Kiyevdə şirkətin ofisi açılıb və burada dron operatorları üçün məsləhət və təlimlər keçirilir.
7 271
Quamdan təxminən 100 mil şimal-şərqdə yerləşən Tinian adasında aparılan torpaq bərpası işlərinə dair yeni tikinti xəritələri yayımlanıb.
Mövcud tikinti planına əsasən, Tinian Hərbi Hava Bazası ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri üçün ən böyük və müasir aviabazalardan birinə çevriləcək. Bazada bombardmançı, qırıcı və müxtəlif təminat təyyarələri üçün 250-dən çox dayanacaq yerinin yaradılması nəzərdə tutulur. Gələcəkdə Çinlə mümkün münaqişə zamanı bu baza əsas əməliyyat və çıxış nöqtələrindən biri olacaq.
7 271
Fransa Hərbi Dəniz Qüvvələri tərəfindən 22 Yanvarda həyata keçirilmiş əməliyyata dair yeni görüntülər yayımlanıb. Görüntülər İspaniya ilə Mərakeş arasında, Cəbəllütariq boğazına yaxın ərazidə, Qərbi Aralıq dənizində Rusiyanın “kölgə donanması”na aid olan, bayraqsız xam neft tankeri M/T GRINCH-in saxlanılması və müsadirəsini əks etdirir.
7 271
Yanvarın 8-dən 9-na keçən gecəyə aid olduğu iddia edilən yeni görüntülər.
Tehranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvünün pikap avtomobilinin arxa hissəsindən anti-rejim etirazçılarına avtomatik silahla atəş açması.
7 271
ABŞ ilə İran arasında Yaxın Şərqdə gərginliyin artmağa davam etdiyi bir vaxtda, ABŞ Ordusu bölgəyə əlavə hava hücumundan müdafiə sistemləri köçürməyə hazırlaşır.
ABŞ rəsmilərinin bildirdiyinə görə, bunlara əlavə MIM-104 “Patriot” zenit-raket batareyaları və THAAD (Terminal High Altitude Area Defense) ballistik raket əleyhinə müdafiə sistemləri daxildir.
7 271
Danimarka Kral Ordusu 1000 nəfərlik rotasiya əsaslı bir qüvvə formalaşdırmağa hazırlaşır.
Bu qüvvə Danimarkaya yerləşdiriləcək. Ona Hərbi Hava Qüvvələri ilə Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarə və gəmilər də əlavə olunacaq.
Artıq 1-ci Briqadadan olan 300 hərbçi Kangerlussuaq və Nuuk şəhərlərinə çatıb. Onlarla yanaşı, Fransa Ordusunun elit dağ piyada bölməsi olan “Chasseurs Alpins” tərkibindən onlarla hərbçi də bölgədə yerləşdirilib.
7 271
Yanvarın 8-nə aid görüntülər
İranın paytaxtı Tehranda anti-rejim etirazları zamanı təhlükəsizlik qüvvələrinin motosikletlərlə səki boyunca hərəkət edən insanlara hücum etməsi. Kadrlar zamanı əməkdaşlardan birinin “Başına vur!” dediyi eşidilir.
7 271
Pituffik Kosmik Bazası (Pituffik Space Base) Qrenlandiyadakı ABŞ-a məxsus yeganə hərbi bazadır. Əvvəllər Tule aviabazası (Thule Air Base) kimi tanınırdı və 1951-ci ildə ABŞ ilə Danimarka arasında bağlanmış saziş əsasında yaradılmışdı. 2020-ci ildə baza ABŞ Hərbi Hava Qüvvələrinin tərkibindən çıxarılaraq Kosmik Qüvvələrin tabeliyinə verilib, 2023-cü ildə isə indiki adını alıb.
Baza infrastrukturu ekstremal Arktika şəraitinə uyğunlaşdırılıb. Uçuş-enmə zolaqlarının, sükanlama yollarının və dayanacaqların təmizlənməsi üçün geniş qar təmizləmə texnikası parkı mövcuddur.
Bazanın 3 kilometr uzunluğundakı uçuş-enmə zolağı ağır təyyarələri, o cümlədən C-17 hərbi-nəqliyyat təyyarələrini qəbul edə bilir. Burada iri radiolokasiya kompleksləri, o cümlədən qitələrarası ballistik raketlərin erkən aşkarlanması üçün RLS, həmçinin çoxkanallı peyk rabitə sistemi yerləşir. Baza əsasən kosmik obyektlərin və raket buraxılışlarının izlənməsi üçün nəzərdə tutulub. Toplanan məlumatlar NORAD-a və ABŞ Kosmik Komandanlığına ötürülür. Bundan əlavə, baza Arktikada hava daşımaları və qüvvələrin yerləşdirilməsi üçün mühüm logistika mərkəzi rolunu oynayır.
NORAD-ın açıqlamasında Qrenlandiyaya göndəriləcək aviasiyanın konkret növləri, eskadrilyaların adları və dəqiq tarixlər göstərilmir. Komandanlığın özünə məxsus aviaparkı yoxdur. NORAD ABŞ Hərbi Hava Qüvvələri, ABŞ Milli Qvardiyası və Kanada Kral Hərbi Hava Qüvvələrindən əməliyyat tabeliyinə verilən təyyarələri “inteqrasiya” edir.
Adətən NORAD tapşırıq çərçivəsində F-15 Eagle, F-16 Fighting Falcon, F-35 Lightning II və CF-18 Hornet qırıcılarından (Kanada HHQ) istifadə edir. Bundan başqa, E-3 Sentry AWACS təyyarələri və KC-135 Stratotanker yanacaq doldurma təyyarələri də cəlb olunur.
Qrenlandiyada taktiki aviasiyanın yerləşdirilməsi ABŞ-a şimal okean marşrutlarını nəzarətdə saxlamaq imkanı verəcək.
Eyni zamanda istisna deyil ki, Pituffik bazasına təyyarələrin yerləşdirilməsi amerikalıların Qrenlandiyanı səssiz şəkildə işğal etməsinin ilk addımıdır. Tramp uzun müddətdir bunu arzulayırdı və görünür, artıq bu arzunu reallaşdırmağa başlayır.
