Ormilitarism
الذهاب إلى القناة على Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
إظهار المزيد7 302
المشتركون
-324 ساعات
-217 أيام
-6830 أيام
أرشيف المشاركات
7 303
İran polisi vurulan F-15E təyyarəsinin ekipajını axtaran iki ABŞ HH-60W Jolly Green II helikopterinə atəş açır.
7 303
Son 3 gündür ABŞ-də baş verənlər:
• Ədliyyə naziri Pam Bondi vəzifəsindən azad edildi.
• ABŞ Ordusunun Baş Qərargah rəisi Rendi Corc istefaya göndərildi.
• ABŞ Ordusunun Təlim və Transformasiya üzrə komandanı general Devid Hodne istefaya göndərildi.
• ABŞ Ordusunun Şəxsi Heyətlə İş üzrə rəisi general-mayor Uilyam Qrin istefaya göndərildi.
Milli Təhlükəsizlik naziri Tulsi Qabbard, Ticarət naziri Houvard Lutnik, Əmək naziri Lori Çavez Deremer və FBI rəhbəri Kaş Patelin isə yaxın günlərdə istefaya göndəriləcəyi iddia edilir.
7 303
Newsmax-a görə, bu gün Cənubi İran üzərində vurulan ABŞ-a məxsus F-15E Strike Eagle təyyarəsinin ekipaj üzvlərinin axtarışında iştirak edən ABŞ Hərbi Hava Qüvvələrinə aid HH-60G “Pave Hawk” axtarış-xilasetmə helikopterlərindən biri əməliyyat zamanı zədələnmiş ola bilər.
Həmin helikopterin İran ərazisindən Cənubi İraqa keçərkən arxasınca tüstü izi ilə uçduğu müşahidə olunub.
7 303
Bu video bir çox kanallarda “Tehransa atəşləndikdən sonra düşən balistik raket “ olaraq paylaşılsa da, bu ya uzun mənzilli RYAS yada və çox böyük ehtimalla ZRK dır ki, vurulduqdan sonra alışaraq uçub.
7 303
Hizbullahın Livanda İran istehsalı olan Misagh-1 DZRK ilə İsrailə məxsus AH-64 Apache helikopterini vurmaq cəhdi.
Raket yuxarıdan keçsə də, “Apache” təhlükədən qaçaraq mövqeyini tərk edib.
7 303
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16CJ təyyarəsi İran/İraq hava məkanından çıxarkən 7700 kodunu aktiv edib. Bu, fövqəladə vəziyyətinin universal kodudur və ekipajın ciddi bir problem ilə üzləşdiyini göstərir.
7 303
İranda xilasetmə əməliyyatında iştirak edən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus A-10 Thunderbolt II hücum təyyarəsinin yaxın çəkilişi.
Təyyarədə ən azı iki AIM-9 “hava-hava” raketi quraşdırılıb ki, bu da hücum təyyarəsinin anti-dron konfiqurasiyasında istifadə olunduğunu göstərir.
Vurulmuş pilotların vəziyyəti hələ məlum deyil. Ayrı-ayrı iranlı nəşrlər onların əsir götürüldüyünü yayımlayırlar, lakin bunu təsdiqləmirlər.
Amerikalılar isə rəsmi olaraq heç bir açıqlama vermirlər.
7 303
İranlılar ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-15E pilotlarını axtaran HC-130J Combat King II təyyarəsi və HH-60G Pave Hawk helikopterlərinə atəş açırlar.
7 303
Görüntülər İranın İze şəhəri ərazisindəki körpüdən çəkilib. Bu şəhər İraqla həmsərhəd olan Xuzistan əyalətində yerləşir.
7 303
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus A-10 Thunderbolt II hücum təyyarəsi də vurulmuş F-15E pilotlarının axtarış aparıldığı ərazidə müşahidə olunub.
Amerikalılar xilasetmə qüvvələrini qorumaq üçün əməliyyat bölgəsinə getdikcə daha çox qüvvə cəlb etməyə davam edirlər.
7 303
İran üzərində vurulmuş F-15E pilotlarının xilas edilməsi əməliyyatına F-35 qırıcıları və MQ-9 Reaper pilotsuz uçuş aparatları da qoşulub.
7 303
Ggörünür ki, amerikalılar vurulmuş pilotlarını axtarmaq və xilas etmək üçün risk etməyə və ciddi qüvvələr cəlb etməyə hazırdırlar.
Aydındır ki, iranlılar da qəza yerinə bütün mövcud qüvvələri cəlb etməyə başlayacaqlar ki, pilotları amerikalılardan əvvəl ələ keçirsinlər və onların axtarışına mane olsunlar, eyni zamanda xilasetmə qüvvələrini də vurmağa cəhd etsinlər. Buna görə hazırda hər iki tərəf üçün zamanla yarış müşahidə olunur.
7 303
İranlılar ABŞ-a məxsus F-15E təyyarəsindən katapult edən pilotlardan birinə aid oturacağı tapıblar, lakin pilotun özü tapılmayıb.
Ya o artıq xilasetmə qrupları tərəfindən götürülüb, ya da hələ haradasa gizlənir.
F-15E Strike Eagle təyyarələrində də istifadə olunan Advanced Concept Ejection Seat II (ACES II) katapult oturacağıdır.
7 303
CSAR (Combat Search and Rescue) əməliyyarları xüsusi təyinatlılar və xüsusi təyinatlı aviasiya ilə aparılır.
متاح الآن! بحث تيليغرام 2025 — أهم رؤى العام 
