ar
Feedback
Ormilitarism

Ormilitarism

الذهاب إلى القناة على Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

إظهار المزيد
7 296
المشتركون
-424 ساعات
-87 أيام
-6430 أيام
أرشيف المشاركات
ABŞ, İranın xam neft ixracatının təxminən 90%-nin keçdiyi Fars körfəzindəki əsas terminal olan Xarq adasının ələ keçirilməsi
ABŞ, İranın xam neft ixracatının təxminən 90%-nin keçdiyi Fars körfəzindəki əsas terminal olan Xarq adasının ələ keçirilməsi imkanlarını müzakirə edib. Belə bir əməliyyatın keçirilməsi üçün ABŞ-ın on minlərlə əsgərə və onların bölgəyə köçürülməsi üçün aylarla vaxta ehtiyacı olmayacaq, buna görə də əməliyyatı nisbətən kiçik xüsusi təyinatlı qüvvələr, hava-desant qoşunları və dəniz piyadaları ilə qısa müddətdə planlaşdırmaq və həyata keçirmək mümkündür.

İsrail Müdafiə Qüvvələri İranın mərkəzindəki İsfahan şəhərində yerləşən 8-ci qırıcı aviabazasında İran Hərbi Hava Qüvvələrinə
İsrail Müdafiə Qüvvələri İranın mərkəzindəki İsfahan şəhərində yerləşən 8-ci qırıcı aviabazasında İran Hərbi Hava Qüvvələrinə məxsus bütün F-14A Tomcat qırıcılarının məhv edildiyini elan edib.

İsrailin Negevdə ehtimal edilir ki, iki AN/TPY-2 radarı var. Onlardan biri Yəmənə, digəri isə İrana tərəf yönəldilib. İran Ne
İsrailin Negevdə ehtimal edilir ki, iki AN/TPY-2 radarı var. Onlardan biri Yəmənə, digəri isə İrana tərəf yönəldilib. İran Negevi hədəf alan ən azı bir orta mənzilli ballistik raket (MRBM) zərbəsi endirib. Senzura səbəbindən onların nəyi hədəf aldığını və ya zərbənin uğurlu olub-olmadığını bilmək imkanımız yoxdur.

Tehran asidik yağıntılar müşahidə edilib. Əsasən küləklər İran daxilindəki çirkli hava axınını ancaq İran daxilində paylayır.
+1
Tehran asidik yağıntılar müşahidə edilib. Əsasən küləklər İran daxilindəki çirkli hava axınını ancaq İran daxilində paylayır. Qonşulara təsir etmir.

Ukrayna Sting dron əleyhinə dronun Şahed dronunu vurması.

İranın Buşehrdəki Hərbi Dəniz Qüvvələrinin bazasında anbar və təmir sahələrinin vurulmasının nəticələri.
+1
İranın Buşehrdəki Hərbi Dəniz Qüvvələrinin bazasında anbar və təmir sahələrinin vurulmasının nəticələri.

8 Mart Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə səhifəmizi izləyən xanımları eləcədə hər birinizin ailə fərdlərindəki qadın
8 Mart Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə səhifəmizi izləyən xanımları eləcədə hər birinizin ailə fərdlərindəki qadınları təbrik edirik!

Bitdi

Nüvə partlayışı zamanı tədbirlər : Çöldə (Açıq Havada):
Partlayış işığını görən kimi, dərhal çuxur bir yerə, divar dibinə və ya daldalanacaq bir yerə uzanın. Qollarınızı başınızın üzərində birləşdirin! (Gözləriniz yumulu olmalı və ya işığı görməməlidir). Dizlərinizi qarnınıza doğru çəkib qapanın. Bədəninizin açıq yerlərini örtün. Bu vəziyyətinizi işıq, yandırıcı hava dalğası və dağıntılar sona çatana qədər qoruyun (1 dəqiqə). Sonra qalxıb təşvişə düşmədən ən yaxın sığınacağa yönəlin unutmayın sığınacağa girməzdən əvvəl məsafədən aslı olaraq 30-60 dəqiqə vaxtınız var. Ağzınızı və burnunuzu tozlara qarşı bir parça, paltar hissəsi və s. ilə qoruyun. Sığınacağa girməzdən əvvəl geyimlərinizdəki tozu mütləq çırpın, süpürün. Ehtiyac olarsa, dəyişin. Əllərinizi, üzünüzü, saçlarınızı və digər açıq qalmış yerlərinizi mütləq yuyun.
Evdə və ya iş yerində
Uzanın, qapanın, örtünün Şüşə qırıqlarından və düşən əşyalardan qorunmaq üçün arxanızı pəncərəyə çevirin. Masa, çarpayı, divan altına və ya arxasına uzanın. Təhlükə keçdikdən sonra birbaşa sığınacağa getmək üçün yuxarıda qeyd olunan hazırlıqları görün.
Sizin yenədə 30-60 dəqiqə vaxtınız olacaq.

Əsas məsəlı zaman Zaman, radioaktiv təhlükəni təbii yolla yox edən yeganə amildir. Radioaktiv parçalanma sığınacaqda da, açıq havada da eyni sürətlə baş verir. Bu prosesin ən mühüm xüsusiyyəti, parçalanmanın ilk saatlarda çox sürətli olması, zaman keçdikcə isə yavaşlamasıdır. Təhlükənin başlanğıc vaxtı partlayışdan 1 saat sonra qəbul edilir. 7x10 Qaydasına görə, vaxt hər 7 dəfə artdıqda, radiasiya şiddəti 10 dəfə azalır. Nümunə Hesablama: Əgər partlayışdan 1 saat sonra radiasiya şiddəti 1000 R/saat olarsa:
H + 7 saatda: Şiddət 10 dəfə azalaraq 100 R/saat olar. H + 49 saatda (təxminən 2 gün): Şiddət 100 dəfə azalaraq 10 R/saat olar. H + 343 saatda (təxminən 2 həftə): Şiddət 1000 dəfə azalaraq 1 R/saat olar. H + 3 ayda: Şiddət cəmi 0.1 R/saat səviyyəsinə düşər.
Nəticə: Radiasiyanın ən öldürücü olduğu ilk 48 saat ərzində sığınacaqdan çıxmamaq həyat qurtarar. İki həftəlik müddət isə radiasiyanın təhlükəsiz səviyyəyə enməsi üçün kritik zaman kəsiyidir.

Maneə Radioaktiv yağıntıdan qorunmaq üçün insanla şüalanma mənbəyi arasında nə qədər çox yarı qalınlıq (radiasiyanı 50% azald
Maneə Radioaktiv yağıntıdan qorunmaq üçün insanla şüalanma mənbəyi arasında nə qədər çox yarı qalınlıq (radiasiyanı 50% azaldan təbəqə) varsa, təhlükə bir o qədər azalar. Yağıntı zamanı yayılan qama şüaları ani radiasiyaya nisbətən daha az aktivdir. Buna görə də, qalıq təsirlərdən qorunmaq üçün tələb olunan yarı qalınlıq ölçüləri aşağıdakı kimidir: Polad: 1,8 sm Beton: 5,6 sm Kərpic, daş, çiy kərpic və sıxılmış torpaq: 7 sm Yumşaq (boş) torpaq: 8 sm Sığınacaq nə qədər çox yarı qalınlıq təbəqəsi ilə əhatə olunarsa, içəridəki şəxsləri bir o qədər etibarlı qoruyar. Uzunmüddətli qorunma üçün bu qalınlıqların qat-qat artırılması şüalanma dozasını minimuma endirir.

Qorunma tədbirləri 1. Məsafə prinsipi Nüvə təhlükəsizliyində canlı orqanizmlə radioaktiv mənbə (və ya çirklənmiş ərazi) arasındakı məsafə müühafizədə həlledici rol oynayır. Radiasiya şüalsmasının böyük hissəsi ən yaxın çevrədən yayılır:
Radiasiya şiddətinin 1/3-i cəmi 4 metr radiuslu dairədən, yarısı (1/2-i) 7,5 metr radiuslu dairədən, 3/4-ü isə 30 metr radiuslu dairədən gəlir.
Bunu qorunma baxımından belə izah etmək olar:
Əgər mənbədən 4 metr uzaqdasınızsa, şüalanmanın 1/3-indən; 7,5 metr uzaqdasınızsa yarısından; 30 metr uzaqdasınızsa isə 3/4-ündən qorunmuş sayılırsınız.
Təsəvvür edin ki, ərazidə radiasiya şiddəti 240 R/saatdır. Başqa heç bir mühafizə vasitəsi olmayan bir şəxs: Mənbədən 4 metr uzaqlıqda bir saatda 160 R doza qəbul edər. 7,5 metr uzaqlıqda bir saatda 120 R doza qəbul edər. 30 metr uzaqlıqda bir saatda cəmi 60 R doza qəbul edər. Bu səbəbdən radiasiya yağıntısından qorunmaq üçün sığınacaq seçərkən binanın yuxarı mərtəbələri deyil, zirzəmi; kənarda yerləşən otaqlar deyil, binanın tam mərkəzindəki otaq seçilməlidir. Bu, həm yuxarıdan (damdan), həm də yanlardan (divarlardan) olan məsafəni artıraraq qəbul edilən dozanı minimuma endirir.

Radioaktiv Zəhərlənmə və Xəstəlik Mərhələləri.
Radioaktiv zəhərlənmə nüvə şüalanma mənbələrinin orqanizmə daxil olması ilə baş verir. Bu, üç yolla baş verə bilər: Hava ilə ağciyərlərə daxil olma. Çirklənmiş qida və suyun qəbulu. Açıq yaralar vasitəsilə birbaşa qana keçmə.
Bu vəziyyətdə mənbə artıq bədənin daxilində olduğu üçün şüalanma daxildən və fasiləsiz baş verir. İnsanın daxili orqanları bütün mühafizə vasitələrindən məhrum qalır. Şüalanmanın orqanizmdə yaratdığı fəsadlar toplanan dozadan asılıdır. Bu isə rentgenlə ölçülür.
75 R-ə qədər: Təhlükəsiz qəbul edilə bilən miqdar. 75 R: Müharibə şəraitində icazə verilən limit. 150 R: Xəstəliyin ilk əlamətlərinin başladığı hədd. 300 R: Ölüm riskinin başladığı kritik nöqtə. 450 R: İnsanların yarısı (50%) üçün öldürücü doza. 600 R: Mütləq (100%) ölüm dozası.
Xəstəlik adətən bu ardıcıllıqla kəskinləşir:
Halsızlıq, iştahsızlıq və əzginlik. Ürəkbulanma və baş gicəllənməsi. Şiddətli baş ağrıları və qusma. Yüksək qızdırma və qanlı ishal. Simptomların kəsilməməsi və ölüm.

Radioaktiv Yağıntının Xüsusiyyətləri Nüvə partlayışından sonra yaranan radioaktiv tozların özünə məxsus və təhlükəli xüsusiyyətləri vardır:
1. Qalıcıdır Radioaktiv hissəciklər düşdükləri yerdən təmizlənə bilsə də, onların radioaktivliyini süni şəkildə yox etmək və ya parçalanma sürətini artırmaq mümkün deyil. Hətta bu tozları yandırmaq belə təhlükəni aradan qaldırmır. 2. İstiqaməti əvvəlcədən bilinmir Yağıntının hara düşəcəyi tamamilə partlayış anındakı meteoroloji şəraitdən, xüsusilə 20-30 min metr yüksəklikdəki küləklərin istiqamətindən asılıdır. Bu səbəbdən təhlükənin hara yönələcəyini əvvəlcədən dəqiq proqnozlaşdırmaq qeyri-mümkündür. 3. Geniş əraziləri əhatə edir Ani təsirlər mərkəz ətrafında müəyyən radiusda məhdudlaşsa da, radioaktiv yağıntı külək vasitəsilə partlayış yerindən yüzlərlə kilometr uzağa yayıla bilər. Qonşu ölkədə baş verən partlayış belə küləyin istiqaməti ilə sizin ərazinizə təhlükə gətirə bilər. 4. Duyğu orqanları ilə hiss edilmir Radioaktiv hissəciklər o qədər kiçikdir ki, onları gözlə görmək, səsini eşitmək, qoxusunu və ya dadını hiss etmək mümkün deyil. Təhlükənin varlığını və dərəcəsini müəyyən etmək üçün yalnız xüsusi radiasiya ölçən cihazlardan istifadəö olunur. 5. Öldürücüdür Bu yağıntı canlı hüceyrələri ionlaşdıraraq onlarım strukturunu pozur və ağır radiasiya xəstəliyinə, nəticədə isə ölümə səbəb olur. 6. "7x10" Qaydasına görə parçalanır Radiasiya səviyyəsi zaman keçdikcə azalır (parçalanır). Bu proses "7x10" qaydası ilə izah olunur: vaxtın hər 7 dəfə artması radiasiya şiddətini 10 dəfə azaldır.. 7. Təhlükə partlayışdan 30-60 dəqiqə sonra başlayır Tozların havaya qalxıb yenidən yerə enməsi üçün müəyyən vaxt lazımdır. Partlayışdan sonra yaranan bu 30-60 dəqiqəlik fasilə, insanların sığınacaqlara çəkilməsi və hazırlıq görməsi üçün həyati əhəmiyyət kəsb edən qızıl vaxtdır.

Qalıq Təsirlər (Radioaktiv Yağıntı) Bu təhlükənin yaranması üçün nüvə bombasının yer səthində və ya yerə yaxın partladılması
Qalıq Təsirlər (Radioaktiv Yağıntı)
Bu təhlükənin yaranması üçün nüvə bombasının yer səthində və ya yerə yaxın partladılması mütləq şərtdir. Hava partlayışı: İkinci Dünya Müharibəsi zamanı Hiroşima və Naqasaki şəhərlərinə atılan 20 kilotonluq bombalar 305 metr (1000 fut) hündürlükdə partladıldığı üçün hava partlayışı hesab olunur və ciddi radioaktiv yağıntı yaratmamışdır. Kritik hündürlük: 20 kilotonluq bir bomba üçün yağıntı yarada biləcək maksimum hündürlük cəmi 180 metrdir. Əgər partlayış bu hündürlükdən yuxarıda baş verərsə, radioaktiv toz hissəcikləri yerə enmək əvəzinə atmosferə dağılır.

Təzyiq (Blast) Nüvə partlayışı zamanı yaranan nəhəng istiliyin havanı sürətlə itələməsi nəticəsində yaranan bu təsir ümumi enerjinin 45%-ni təşkil edir. Təzyiq dalğası iki fazadan ibarətdir: əvvəlcə hava kütləsi mərkəzdən kənara doğru itələnir, sonra isə yaranan boşluğu doldurmaq üçün soyuq hava geri hücum edir. Birinci dalğada yıxılmayan binaların çoxu məhz bu ikinci faza zamanı dağılır. Təzyiq Təsirinin Xüsusiyyətləri:
Sürəti: Digər təsirlərdən fərqli olaraq işıq sürəti ilə deyil, səs sürəti (340 m/s) ilə yayılır. Bu nisbi yavaşlıq açıq sahədə olanlara nüvə işığını gördükdən sonra sığınacaq tapmaq üçün bir neçə saniyə vaxt qazandırır. Dağıdıcı Gücü: Çox böyükdür. Məsələn, 20 kilotonluq bir bomba gilli torpaqda 90 metr radiusunda və 12 metr dərinliyində çuxur (krater) açır. 10 meqatonluq bombada isə bu kraterin dərinliyi 51, radiusu 660 metrə çatır. Dolayı Yanğınlar: Dağılan binalarda elektrik qısaqapanmaları, qaz sızmaları və mövcud ocaqların ətrafa səpələnməsi nəticəsində çoxsaylı yanğınlar başlayır.

Qama Şüalarının Xüsusiyyətləri:
Sürətli və Hissedilməz: İşığın sürəti ilə yayılır, duyğu orqanları ilə hiss edilmir. Hüceyrə Dağıdıcı: Canlı hüceyrələri ionlaşdıraraq ölümcül xəstəliklərə səbəb olur. Qama şüalarını heç bir maneə tamamilə dayandıra bilmir, lakin onların şiddətini azaltmaq mümkündür. Maddə nə qədər sıxdırsa, şüanı bir o qədər yaxşı zəiflədir. Şüanın təsirini 50% azaltmaq üçün lazım olan material qalınlığına "yarı qalınlıq" deyilir. Müxtəlif materiallar üçün yarı qalınlıq ölçüləri: Qurğuşun üçün 1,25 sm, polad üçün 3,75 sm, beton üçün 12,5 sm, sıxılmış torpaq, kərpic, daş və briket üçün 15 sm, ağac materialları üçün 20–25 sm, su üçün isə 33 sm qalınlıq tələb olunur

Ani Nüvə Radiasiyası Nüvə partlayışından dərhal sonra yaranan və öldürücü gücə malik olan radiasiya əsasən dörd elementdən ib
Ani Nüvə Radiasiyası Nüvə partlayışından dərhal sonra yaranan və öldürücü gücə malik olan radiasiya əsasən dörd elementdən ibarətdir. Bunların hər birinin nüfuz etmə qabiliyyəti və təhlükə dərəcəsi fərqlidir:
Alfa Zərrəcikləri: Müsbət yüklüdürlər. Təsir məsafəsi cəmi bir neçə santimetrdir və nüfuz etmə qabiliyyəti yoxdur. Beta Zərrəcikləri: Mənfi yüklü kiçik ionlardır. Təsir məsafəsi 4-5 metrdir, nüfuz etmə qabiliyyəti yoxdur. Neytronlar: Elektrik yükü olmayan bu zərrəciklər digər maddələri süni şəkildə radioaktivləşdirə bilər. Təsir məsafəsi 100 metrdən bir qədər çoxdur. Qama (Gamma) Şüaları: Ani radiasiya dedikdə ağıla gələn əsas təhlükədir. Yüksək tezlikli elektromaqnit dalğalarıdır, kütləsizdir və çox güclü nüfuz etmə qabiliyyətinə malikdir.

Ani Təsirlər: İşıq və İstilik
Nüvə partlayışının ilk saniyələrində yaranan iki mühüm fiziki təsir 1. İşıq Bu işıq Günəşdən bir neçə dəfə parlaqdır və hətta buludlu havada belə partlayışın baş verdiyini dərhal xəbər verir. Təsiri baxıldıqda məsafədən asılı olaraq 15–45 dəqiqəlik müvəqqəti korluğa səbəb olur. Şəffaf olmayan hər hansı bir maneə (hətta nazik kağız vərəqi belə) işıqdan qorunmaq üçün kifayətdir. Öldürücü gücü olmadığı üçün ümumi enerji balansında ayrıca faizlə göstərilmir. 2. İstilik Şüalanması İstilik işıq ilə eyni vaxtda yayılır və açıq sahədəki insanlar üçün son dərəcə təhlükəlidir. İşığın sürəti ilə hərəkət edir, davamlıdır və ətraf mühitdə temperaturu anidən yüksəldərək genişmiqyaslı yanğınlara səbəb olur. Məsafə artdıqca şiddəti azalır. Cisimlərin daxilinə nüfuz etmə qabiliyyəti yoxdur. Şəffaf olmayan hər hansı maneə istiliyin qarşısını ala və ya təsirini azalda bilər. Lakin maneənin özünün yanma qabiliyyəti nəzərə alınmalıdır

Nüvə Silahlarının Təsirləri və Bölgüsü Nüvə partlayışı zamanı mərkəzi temperaturu Günəşdən 2-3 dəfə yüksək olan nəhəng bir atəş topu yaranır və bütün dağıdıcı təsirlər buradan yayılır. Bu təsirlər iki əsas qrupa bölünür:
1. Ani Təsirlər (İlk 1 dəqiqə ərzində): Bura işıq, istilik, ani radiasiya, təzyiq (blast) və elektromaqnit impuls (EMP) daxildir. 2. Qalıq Təsirlər (Radioaktiv sərpinti): Partlayışdan 30-60 dəqiqə sonra başlayır. Nüvə partlayışının ümumi enerjisinin faizlə paylanması aşağıdakı kimidir: • 45% - Təzyiq (Blast): Əsas dağıdıcı güc, binaların və strukturların dağılmasına səbəb olur. • 35% - İstilik və İşıq: Yanğınlar və müvəqqəti/daimi korluq yaradan təsir. • 15% - Qalıq Təsir: Uzunmüddətli radioaktiv sərpinti. • 5% - Ani Nüvə Radiasiyası: İlk dəqiqədə yayılan yüksək enerjili şüalanma.