ar
Feedback
Ormilitarism

Ormilitarism

الذهاب إلى القناة على Telegram

1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır

إظهار المزيد
7 272
المشتركون
+324 ساعات
-107 أيام
-7730 أيام
أرشيف المشاركات
+9
Sınaqlar zamanı İsrailin Iron Fist aktiv mühafizə kompleksinin FPV-dronlara, süzən döyüş sursatlarına, RPG qumbaralarına, TƏİR və kamulativ mərmilərinə qarşı işləmə prosesi nümayiş etdirilib.

ABŞ-a biraz daha çox qüvvə lazımdır. Mövcud say hələdə yetərli deyil.

“Fars körfəzi İrana və regionun qonşu dövlətlərinə aiddir. ABŞ-ın bölgəmizdən çıxmasının vaxtı çatıb; əks halda bunun nəticələri ilə üzləşəcək.” SEPAH Hərbi-Dəniz Qüvvələrinin komandanı Əlirza Tənqsiri

“ ‘Məhdud zərbə’ anlayışı illüziyadır. ABŞ tərəfindən istənilən məkanda və istənilən səviyyədə həyata keçiriləcək hər hansı hərbi əməliyyat müharibənin başlanğıcı kimi qiymətləndiriləcək. Cavab dərhal, hərtərəfli və misli görünməmiş olacaq. Təl-Əvivin mərkəzi, təcavüzkar qüvvələr və onları dəstəkləyən bütün tərəflər hədəfə alınacaq.” — Ayətullah Xamaneinin müşaviri Əli Şamxani

2025-ci ilin dekabrında Küveytdə keçirilən Sky Shield 25 təlimləri zamanı ABŞ Ordusu pilotsuz uçuş aparatlarına qarşı yeni mo
+3
2025-ci ilin dekabrında Küveytdə keçirilən Sky Shield 25 təlimləri zamanı ABŞ Ordusu pilotsuz uçuş aparatlarına qarşı yeni mobil mübarizə sistemi olan EAGLS (Electronic Advanced Ground Launcher System) kompleksini təqdim edib. EAGLS C-UAS sistemi hədəflərin məhv edilməsi üçün APKWS II raketlərindən istifadə edir.

18–26 yanvar tarixləri arasında ABŞ Yaxın Şərqə 41 ədəd C-17A Globemaster III hərbi-nəqliyyat təyyarəsi və 1 ədəd ağır C-5M S
18–26 yanvar tarixləri arasında ABŞ Yaxın Şərqə 41 ədəd C-17A Globemaster III hərbi-nəqliyyat təyyarəsi və 1 ədəd ağır C-5M Super Galaxy daşınması edib. Ən real ehtimal ondan ibarətdir ki, bu təyyarələrin göyərtəsində HHM komponentləri, zenit raketləri və aviasiya üçün əlavə yüksək dəqiqlikli silahlar daşınır.

Bu səbəbdən İran üçün mümkün olan bütün regional müttəfiqləri prosesə cəlb etmək mühüm əhəmiyyət daşıyır ki, onlar ABŞ-ı yayındırsın və ABŞ-ın müxtəlif hədəflərinə daha yaxın məsafədən zərbələr endirsinlər. İraqdakı ən böyük pro-İran silahlı qruplaşmalardan biri olan “Kataib Hizbullah” artıq bütün “Müqavimət Oxu”nu total müharibəyə hazırlaşmağa çağırıb. Onların fikrincə, İran 40 ildən artıqdır ki, məzlumlara yardım edib və indi İrana kömək etməyin vaxtıdır. Trampın Yaxın Şərqdə daha bir uzunmüddətli hərbi kampaniyaya qoşulmaq istəyi böyük ehtimalla yoxdur. Buna görə də yeni münaqişə baş verərsə, İran üçün həlledici məsələ zərbəyə tab gətirmək və yalnız ABŞ bazaları və hərbi gəmilərlə məhdudlaşmadan, lazım olduğu qədər cavab zərbələri endirmək olacaq.

Dəniz blokadası yaratmaq cəhdi də mümkündür. Amma əgər İran özünün uzun illərdir izlədiyi strategiyaya sadiq qalaraq ABŞ və onun müttəfiqləri ilə əlaqəli bütün yüklər üçün Hörmüz boğazını və Fars körfəzini bağlasa, ABŞ yenə də birbaşa İran ərazisindəki hədəflərə zərbə endirmək dilemması ilə üz-üzə qalacaq. Döyüş əməliyyatları başlayacağı təqdirdə, ABŞ böyük ehtimalla regiondakı əsas qüvvələrini İrandan mümkün qədər uzaqda saxlamağa çalışacaq. Məsələn, təyyarədaşıyan gəmi İranın gəmiəleyhinə ballistik və qanadlı raketlərinin əksəriyyətindən qorunmaq üçün ən azı bir neçə yüz kilometr məsafədə fəaliyyət göstərəcək. Nümunə olaraq, 2025-ci ilin yazında husilərlə döyüşlər zamanı ABŞ aviadaşıyıcısı Yəməndən təxminən 800 km uzaqlıqda hərəkət edirdi. İranın 1000 km-dən artıq mənzilli gəmiəleyhinə raketləri mövcuddur, lakin onların sayı xeyli azdır. Bununla paralel olaraq, ABŞ regionda İrana yaxın yerləşən hərbi bazalarını HHM və RƏM vasitələri ilə maksimum dərəcədə qorumağa çalışacaq.

ABŞ (İsrail) üçün İrana qarşı yeni aqressiya ssenarilərinin müxtəlif variantları açıq saxlanır. İrana uzunmüddətli hücum təhd
ABŞ (İsrail) üçün İrana qarşı yeni aqressiya ssenarilərinin müxtəlif variantları açıq saxlanır. İrana uzunmüddətli hücum təhdidi ilə təzyiq göstərmək cəhdi mümkündür ki, bu da İranı daim hücum gözləntisi vəziyyətində saxlayar, qoşunları tükəndirər və iqtisadiyyata mənfi təsir edər. Lakin bu ssenari ABŞ-ın regionda uzun müddət gücləndirilmiş hərbi qruplaşma saxlamasını tələb edəcək.

Ukrayna 2026-cı ildə 7 milyondan çox dron istehsal etməyi planlaşdırır. Lakin Ukrayna müdafiə nazirinin müavini Sergey Boyevi
Ukrayna 2026-cı ildə 7 milyondan çox dron istehsal etməyi planlaşdırır. Lakin Ukrayna müdafiə nazirinin müavini Sergey Boyevin bildirdiyinə görə, bu planların həyata keçirilməsi üçün Qərbdən əlavə maliyyələşdirməyə ehtiyacı var. Xatırladaq ki, 2024-cü il üçün Ukrayna təxminən 1 milyon dron almağı planlaşdırırdı, 2025-ci il üçün isə müxtəlif təyinatlı artıq 4,5 milyon pilotsuz uçuş aparatının alınması nəzərdə tutulmuşdu.

Kubaya dair son materiallarda Kuba prezidentinin HHM qüvvələrinin briqadalarından birinə səfəri zamanı “Kvadrat” ZRK üçün nəz
+2
Kubaya dair son materiallarda Kuba prezidentinin HHM qüvvələrinin briqadalarından birinə səfəri zamanı “Kvadrat” ZRK üçün nəzərdə tutulmuş nəqliyyat-doldurma maşını kadra düşüb. Şəkil 2-də isə Kuba prezidentinin 2P25 özüyeriyən buraxılış qurğusunun içində olan bir şəxslə əl sıxdığı görünür. TZN maşınının əsası köhnə ZİL-131 deyil, yeni Rusiya istehsalı olan Ural NEXT şassisidir. Bu avtomobillərin Rusiya tərəfindən göndərilən dəstlər əsasında Kubada istehsalına 2018-ci ildən başlanılıb. “Kvadrat” üçün klassik 2T7M TZN məhz ZİL-131 bazasında hazırlanmışdı. Yeni TZN, köhnə variant kimi, üç ədəd 3M9 raketi daşıyır. Lakin açıq-aşkar görünür ki, ZRK üçün TZN-in təkər bazasının dəyişdirilməsi faydalı addım olsa da, kompleksin müasir havadan hücum vasitələrinə qarşı aktuallığını artırmır.

Kuba televiziyasının kadrlarında antikvar zenit toplarından başqa başqa maraqlı məqamlar da görünür. Məsələn, kommersiya təyi
Kuba televiziyasının kadrlarında antikvar zenit toplarından başqa başqa maraqlı məqamlar da görünür. Məsələn, kommersiya təyinatlı kvadrokopterlər. Onlardan döyüş meydanında bölmələrin taktiki ehtiyacları üçün tətbiqi məşq edilir, yoxsa sadəcə poliqonda digər tapşırıqların və məşqlərin icrasına obyektiv nəzarət vasitəsi kimi istifadə olunur demək çətindir.

Son günlər Kuba televiziiyası ölkə üzrə keçirilən təlimlər barədə çoxlu materiallar yayımlayır. Kadrlar müxtəlif silah və hər
Son günlər Kuba televiziiyası ölkə üzrə keçirilən təlimlər barədə çoxlu materiallar yayımlayır. Kadrlar müxtəlif silah və hərbi texnikanı əks etdirir. Onların arasında tamamilə nadir nümunələr də var. Məsələn, burada 1939-cu il istehsalı olan 37 mm-lik avtomatik zenit topu (61-K) göstərilir. 1940–1970-ci illərdə SSRİ bu tip zenit toplarını Kuba da daxil olmaqla müxtəlif ölkələrə geniş şəkildə tədarük edirdi. Kubada onların bir qismi bu günə qədər qorunub saxlanılıb. Təlim keçən şəxslərin mülki geyimdə olmasından görünür ki, söhbət ehtiyat ərazi müdafiə qüvvələrindən gedir.

Türkiyə İranda mümkün ən pis ssenariyə hazırlaşır və yeni qaçqın axınının qarşısını almaq üçün sərhədin İran tərəfində bufer
Türkiyə İranda mümkün ən pis ssenariyə hazırlaşır və yeni qaçqın axınının qarşısını almaq üçün sərhədin İran tərəfində bufer zona yaradılmasını nəzərdən keçirir. Ankara miqrantların Türkiyəyə keçməsinin qarşısını almaq niyyətindədir və artıq sərhədi divarlar, xəndəklər, müşahidə qüllələri, dronlar və nəzarət sistemləri ilə gücləndirib.

Starmer Trampın tarif təhdidlərinə baxmayaraq Çinə səfər edir Böyük Britaniyanın baş naziri Kir Starmer ABŞ prezidenti Donald
Starmer Trampın tarif təhdidlərinə baxmayaraq Çinə səfər edir Böyük Britaniyanın baş naziri Kir Starmer ABŞ prezidenti Donald Trampın mümkün ticarət tarifləri ilə bağlı təhdidlərinə rəğmən Çinə rəsmi səfərə hazırlaşır. Səfərin məqsədi London–Pekin münasibətlərini yenidən canlandırmaq, ticarət və investisiya sahəsində əməkdaşlığı genişləndirməkdir.

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus RC-135 təyyarələri üçün xidmətdə olan cəmi üç təlim təyyarəsindən biri olan TC-135W “Strato
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus RC-135 təyyarələri üçün xidmətdə olan cəmi üç təlim təyyarəsindən biri olan TC-135W “Stratolifter” təlim təyyarəsi Böyük Britaniyadakı RAF Mildenhall bazasından havaya qalxaraq Qətərdə yerləşən Əl-Udeyd aviabazasına istiqamət alıb. TC-135 təyyarəsi dünən Nebraska ştatındakı Offutt Hərbi Hava Bazəsindən Birləşmiş Krallığa gəlib və böyük ehtimalla Yaxın Şərqə şəxsi heyətin daşınması üçün istifadə olunur.

Çoxları düşünür ki, İranın zəifləməsi Azərbaycan üçün müsbət olar. Amma böyük müharibə İranın içində ciddi qarışıqlıq yarada
Çoxları düşünür ki, İranın zəifləməsi Azərbaycan üçün müsbət olar. Amma böyük müharibə İranın içində ciddi qarışıqlıq yarada bilər. Belə vəziyyətdə Tehran daxili problemlərin günahını xaricdə axtarar. Diqqəti yayındırmaq üçün qonşulara qarşı ittiham ritorikasını artıra bilər. Yəni Azərbaycan real addım atmadan belə, ittiham hədəfinə çevrilə bilər. Buda öz davamında dini və milli mövzular üzərindən çaşdırıcı çağırışlar yayılmasına şərait yarada bilər.

Bir sözlə qəlyan çəkən şir qəlyanın çəkməyə davam eləsə daha məsləhətlidir.

Humanitar və sosial risklər İran daxilində genişmiqyaslı müharibə qaçılmaz olaraq humanitar böhran yaradacaq: Şimal bölgələrindən (xüsusilə Azərbaycan sərhədinə yaxın ərazilərdən) qaçqın axını riski yarana bilər. Radikal çağırışlar və informasiya müharibəsi region ölkələrinə, o cümlədən Azərbaycana da sıçraya bilər. Azərbaycan üçün bu ssenari sərhəd nəzarətinin gücləndirilməsi və daxili sabitliyin qorunmasını əsas məsələ halına gətirər.