Ormilitarism
الذهاب إلى القناة على Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
إظهار المزيد7 299
المشتركون
-424 ساعات
-47 أيام
-6730 أيام
أرشيف المشاركات
7 299
Çexiyanın Pardubitse şəhərində İsrailin Elbit Systems şirkəti ilə əlaqəli müdafiə obyektində yanğın baş verib və ciddi ziyan dəyib.
“Zəlzələ Fraksiyası” adını daşıyan qrup məsuliyyəti üzərinə götürərək, obyektin İsrailin silah sənayesinə aid olduğunu bildirib və gələcəkdə daha çox əməliyyatların olacağını işarə edib.
Rəsmilər hadisəni mümkün sabotaj kimi araşdırır.
7 299
İran İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələri komandiri Esmail Qaani deyir ki, “müqavimət oxu” güclənir və ABŞ və İsrailə qarşı daha çox əməliyyatlar gözlənilir.
O, İslam dünyasında cəbhələr üzrə birlik olmasını əsas güc hesab edir.
7 299
Latviyada bir Azərbaycanlı gənc Rusiyaya 200.000 dollarlıq Starlink terminalı satdığı üçün həbs edilib.
7 299
Şotlandiyadakı Birləşmiş Krallığın Faslane nüvə sualtı gəmi bazasına daxil olmağa cəhd edən 34 yaşlı kişi və 31 yaşlı qadın saxlanılıb.
Kişinin İran mənşəli olduğu güman edilir. Onlar bazaya daxil ola bilməyib və şübhəli hərəkətlərinə görə həbs olunublar.
Rəsmilər casusluqla bağlı hələ təsdiq üçün erkən olduğunu bildirir.
7 299
Zelenskiy:
Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt və İordaniyada 228 ukraynalı ekspert yerləşdirilib.
7 299
Belarus ABŞ nümayəndəsi ilə aparılan danışıqlardan sonra 250 siyasi məhbusu azad edib. Azad edilənlər arasında fəallar, jurnalistlər və müxalifət nümayəndələri var.
Bunun müqabilində ABŞ əsas iqtisadi sektorlar üzrə, xüsusilə kalium ixracı, iri banklar və maliyyə nazirliyi ilə bağlı sanksiyaları yumşaldıb.
7 299
CENTCOM İranın Hörmüz boğazı yaxınlığındakı Həccəabad bazasında yeraltı tunel girişlərinə və raket buraxılış mövqelərinə endirilən zərbələrin görüntülərini yayıb.
Zərbələrdə böyük ehtimalla 5,000 funtluq GBU-72 tipli bunker əleyhinə bombalardan istifadə olunub.
Həccəabad (Eagle 44) Hörmüz boğazı yaxınlığında yerləşən, möhkəmləndirilmiş yeraltı İran bazasıdır və qırıcı təyyarələri, pilotsuz uçuş aparatlarını və raket sistemlərini qorumaq üçün inşa edilib.
7 299
Daha əvvəl göndərilmiş 31-ci ekspedisiya dəstəsi ilə birlikdə ABŞın Yaxın Şərqdə təxminən 5000 dəniz piyadası və 4000 dənizçisi olacaq.
Bu sayı yeni əldə etdim.
Bu qüvvə genişmiqyaslı quru əməliyyatı üçün kifayət etmir, lakin İranın sahilyanı adalarına kiçik desant əməliyyatı keçirmək və ya Hörmüz boğazının qorunması üçün artıq yetərli hesab olunur.
7 299
ABŞ Dəniz Piyadaları Korpusunun 11-ci ekspedisiya dəstəsi (MEU)
Tərkibinə USS Boxer universal desant gəmisi, həmçinin USS Comstock və USS Portland desant-dok gəmiləri daxildir. Bu gəmilər texnika ilə birlikdə 2200 dəniz piyadası daşıyır.
Aviasiya komponentinə F-35B qırıcıları, AH-1Z Viper, UH-1Y Venom və CH-53E Super Stallion helikopterləri, eləcə də MV-22B Osprey konvertoplanları daxildir.
7 299
+6
KXDR mediası xəbər verir ki, ölkədə atəş hazırlığı təlimləri və kiçik taktiki səhra məşqləri zamanı yeni “Çхонма/Чонма-20” tankının aktiv müdafiə kompleksinin sınaqları həyata keçirilib.
360 dərəcə sektorda təhdidlərin aşkar edilməsi və qiymətləndirilməsi sistemi yoxlanılıb. Həmçinin kompleksin müxtəlif tank əleyhinə idarəolunan raketləri və PUA-ları məhv etmə qabiliyyəti də test edilib.
7 299
+1
Rusiyaya məxsus Ka-52 helikopteri Ukraynanın FPV dronu ilə vurulduqdan sonra məcburi eniş edib və yanıb.
7 299
İsveçrə İsrail–ABŞ ilə İran arasındakı münaqişə fonunda neytrallığını əsas gətirərək ABŞ-a silah ixracını dayandırıb.
Hökumət bildirib ki, münaqişədə iştirak edən ölkələrə silah ixracına hazırda icazə verilə bilməz.
7 299
Ukrayna Qətərə təxminən 12 ədəd Mirage 2000 qırıcısı qarşılığında dron əleyhinə dəstək təklif edib.
Danışıqlar dayanıb. Qətər bu təyyarələri verməyə hazır deyil və razılaşma çıxılmaz vəziyyətdə qalıb.
7 299
Bu arada yankelər F117 hadisəsindən sonra heç bir təyyarələrinə vurula bilməz deməyiblər.
7 299
F-35 sadəcə bir qırıcı təyyarə deyil, ABŞ hərbi yenilməzliyinin və təkəbbürünün simvolu idi. İstənilən göz üçün görünməz və istənilən gücdən üstün olduğu iddia edilən texnoloji bir simvol; lakin Allahın əli onların əllərindən üstündür.
Bu simvol dünyada ilk dəfə vuruldu, lakin bunu Allah etdi. Bu, bir nizamın çökmə anı idi.
7 299
ABŞ Qəşm adasındakı İran İnqilab Keşikçiləri Korpusunun tunel kompleksini vurub.
Səthdə görünən ziyanlar (kraterlər, yaxınlıqdakı obyektlərə dəymiş zərbələr) olsa da, möhkəmləndirilmiş yeraltı tunelləri məhv edə bilməyib və ya daxil ola bilməyib. Yəni əsas vasitələr ehtimal ki, sağ qalıb.
Tunel girişləri yaxınlığında kraterlər yaranıb, lakin çökmə və ya dərin nüfuz əlamətləri yoxdur.
Yeraltı kompleks (qayıqlar, raketlər, dronlar üçün istifadə olunur) hələ də əməliyyat qabiliyyətinə malik və ya təmir edilə bilən vəziyyətdədir.
متاح الآن! بحث تيليغرام 2025 — أهم رؤى العام 
