Ormilitarism
الذهاب إلى القناة على Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
إظهار المزيد7 265
المشتركون
-824 ساعات
-167 أيام
-8630 أيام
أرشيف المشاركات
7 264
Trump bildirib ki, ABŞ-a daxil olan son məlumatlara görə İranda kütləvi öldürmələr və edamlar dayandırılıb və hazırda əlavə edam planı yoxdur.
7 264
İranda ixtişaşlar oldu aləm qarışdı ara yerdə 74 ölkənin vizasını ləğv elədi ABŞ.
Olan yenə bizə oldu
7 264
Daxili çevriliş cəhdi üçün yatmış hüceyrələrin oyanması, hakimiyətə sızmış agentlərin xüsusi əməliyatı kimi ssenarilər hazırda daha real görünür.
7 264
Mövcud vəziyyəti yuxarıda izah etmişəm ABŞ-ın əməliyyatı necə edəcəyi dəqiq deyil hətda edəcəyi də, dəqiq deyil.
7 264
Kim deyir ki zərbə endiriləcək kim deyir ki işğal olacaq bilin ki sadəcə atır və hansı tutar-tutar oynayır.
7 264
Qatar və Havaydan qalxan tankerlər ola biləcək mümkün yerdəyişmələrin kordinasiyası üçün nəzərdə tutulub. Havaydan qalxanlar əsasən daha iri həcmli hava vasitələrinə yanacaq dəstəyi verib indiyədək. Qatardan qalxanlar isə digər regionlardan cəlb edilən daha kiçik hava vasitələrinə.
7 264
Tomahawk raket esminesləri və ya sualtı qayıqları İran üçün əsas təhlükə sayılmırlar.
7 264
İran xəbərdarlıq edib ki, əgər ABŞ İrana hücum edərsə, ABŞ-ın Yaxın Şərqdə müttəfiqlərinin ərazisində yerləşən Amerika hərbi bazalarını vuracaq.
7 264
Rza Pəhləvi:
Silahlı qüvvələrin şəxsi heyəti üçün xüsusi bir mesajım var: Siz İranın milli ordususunuz, İslam Respublikasının ordusu deyilsiniz.
Vaxtınız çox qalmayıb. Mümkün qədər tez xalqın tərəfinə keçin.
7 264
Tramp bildirib ki, ABŞ İranda hazırda baş verən hadisələrin davam etməsini istəmir. Onun sözlərinə görə, etirazların olması bir məsələdir və bu, başa düşüləndir. Amma minlərlə insanın öldürülməsi və edamların həyata keçirilməsi artıq qəbuledilməzdir. Tramp vurğulayıb ki, bu cür addımlar İran üçün yaxşı nəticələnməyəcək.
7 264
Səudiyyə Ərəbistanı, Oman və Qətər ABŞ-nin Tehran barədə xəbərdarlıq etməsindən sonra, Tramp Administrasiyasına qarşı gizli şəkildə lobbiçilik aparıblar.
Wall Street Journal-a danışan Ərəb Körfəzi rəsmilərinin sözlərinə görə, bu ölkələr İran rejimini devirməyə yönəlmiş mümkün cəhdin neft bazarlarını sarsıdacağından və nəticədə ABŞ iqtisadiyyatına zərər verəcəyindən narahatdırlar.
Ərəb Körfəzi dövlətləri İranın vurulmasının Hörmüz boğazından keçən neft tanker daşımalarını poza biləcəyindən ehtiyat edirlər. Dünya üzrə neft daşımalarının təxminən beşdə biri məhz bu boğazdan keçir. Səudiyyə rəsmiləri isə mümkün münaqişədə iştirak etməyəcəklərinə və amerikalıların hava məkanlarından zərbələr üçün istifadə etməsinə icazə verməyəcəklərinə dair Tehrana təminat veriblər. Məqsəd ABŞ-ın hərbi addımlarından uzaq durmaq və müharibənin qarşısını almaqdır.
7 264
İddialara görə İranın müxtəlif şəhərlərində davam edən hökumət əleyhinə etirazlar zamanı 500-dən çox İran hərbi və təhlükəsizlik qüvvəsi öldürülüb. Ən əhəmiyyətli toqquşmalardan bəziləri paytaxt Tehran şəhərində baş verib.
7 264
Jurnalist: Bu səhər İrana demisiniz ki, kömək yoldadır — bununla nə demək istəyirdiniz? Siz bunu aydınlaşdıra bilərsiniz?
Tramp: Siz bunu özünüz tapmalısınız.
7 264
İslam İnqilabı Keşikçiləri Korpusunun Hava-Kosmik Qüvvələrinin komandanı:
Son müharibə nəticəsində yaranan zərəri aradan qaldırmışıq və qüvvələrimiz tam döyüş hazırlığı vəziyyətindədir.
Biz müdafiə baxımından tam imkanlara malikik və bizə qarşı ediləcək istənilən riskli addım qətiyyətli və güclü cavabla qarşılanacaq.
7 264
İranın Kəşfiyyat Xidməti bildirib ki, qonşu ölkədən ölkəyə gətirilə böyük miqdarda casusluq və sabotaj avadanlığı (o cümlədən Starlink terminalları) ələ keçirilib.
Bildirilir ki, avadanlıq son etirazlar olan vilayətlərdə paylanmaq üçün nəzərdə tutulub.
Əldə edilən avadanlıqlar arasında 100 uzaqmənzilli qəbul edici, 50 BTS siqnal gücləndirici, 743 5G modem və 799 smartfon var.
7 264
İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani:
Biz İran xalqının əsas qatillərinin adlarını açıqlayırıq:
1- Tramp
2- Netanyahu
