cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

❤ÜMİD YERİ❤

Kanalın açılma tarixi 12 iyun 2020

إظهار المزيد
مشاركات الإعلانات
1 182
المشتركون
-124 ساعات
-67 أيام
+3830 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

إظهار الكل...

👍 2🥰 1
İmam Əli əleyhis-salam (günahı tərk etmək barəsində) buyurmuşdur: Əgər Allah (insanları peyğəmbərlər vasitəsi ilə) Ona qarşı günah və itaətsizlik etməkdən çəkindirməsəydi də, nemətlərinə şükr üçün Ona qarşı günah işlətməmək vacib olardı. (Çünki ağıl baxımından həm söz, həm də əməllə nemətə görə şükr etmək vacibdir. Buna görə də itaət və şükrün zərurət və tələblərindən olan günahın tərk edilməsi də vacib olacaqdır.) Nəhcül-Bəlağə Hikmət 282 https://t.me/son_umid ❤️ ÜMİD YER❤️
إظهار الكل...
❤ÜMİD YERİ❤

Kanalın açılma tarixi 12 iyun 2020

👍 4
إظهار الكل...
TikTok · sevimli_din

sevimli_din adlı kullanıcının gönderisine göz atın.

👍 2🥰 1
İmam Əli əleyhis-salam (gözəl xasiyyətlərə həvəsləndirərək) buyurmuşdur: Keçmiş zamanlarda mənim Allah yolunda (Əbuzər Qəffari və ya Osman ibn Məz’un adlı) bir qardaş və dindaşım var idi ki, dünyanın onun gözündə kiçik olması, onu mənim gözümdə böyüdürdü. Qarnı ona hakim deyildi. Beləliklə, tapmadığı şeyi arzulamır, tapanda isə onu çox işlətmirdi. Günün çoxunu sakit idi (danışmırdı), danışanda isə danışanlara qalib gəlir (başqasının danışmasına yer qoymurdu) və soruşanların susuzluqlarını (elm suyundan olan moizə və öyüd-nəshətlə) yatırdardı. (Allaha itaət və bəndəlik, xalqla səbrlilik nəticəsində) zəifləmiş, əldən düşmüşdü və onu zəif sanırdılar. Amma (hər hansı bir işdə) səy və təlaş etmək zamanı çatanda qəzəbli aslan və çox zəhərli səhra ilanı (kimi) idi. (İşi mütləq yerinə yetirir və ya düşməni məğlub edirdi; biri ilə mübahisə edəndə səbrsizlik etməzdi. Vaxtından qabaq) qazının yanına gedənə kimi dəlil-sübut gətirməzdi (dəlilini qazının yanına getdikdən sonra açıqlayardı. Bu, insanın nəzər və düşüncəsinin düzlüyünə bir dəlildir); bənzərində bəhanə yeri tapdığı işlərdə, şəxsin üzr və bəhanəsini eşitməyincə heç kəsi məzəmmət etməzdi (və bu üsul, ədalət və insafın zərurətlərindəndir); sağalmayınca (düçar olduğu) xəstəlikdən (heç kəsə) şikayətlənməzdi (sağalandan sonra da şikayətlənmək üçün deyil, başına gələnlərdən xəbərdar etmək məqsədi ilə deyərdi). Dediyini edərdi və etməyəcəyini deməzdi (çünki düzlük və doğruluğu öz şüarı etmişdi). Əgər sözdə ona qalib gəlirdilərsə də, sükutda məğlub edə bilmirdilər onu. (Yersiz danışıq və söhbətlərdə sakit idi.) Danışmaqdansa qulaq asmağa həris idi (faydalanmağı söyləməkdən üstün tutardı). Əgər qəflətən (düşünülmədən) ona iki iş üz tutsaydı, onların hansının nəfsi istəyə daha yaxın olmasına baxar və onunla müxalifət edərdi. Odur ki, siz də bu sifət və xislətlərə yiyələnin və onlara rəğbət göstərin. Əgər onların hamısına gücünüz çatmırsa, bilin ki, azı əldə etmək çoxu tərk etməkdən daha yaxşıdır. (Buna görə heç olmasa həmin xüsusiyyətlərin bəzilərinə də olsa yiyələnin.) Nəhcül-Bəlağə Hikmət 281 https://t.me/son_umid ❤️ ÜMİD YER❤️
إظهار الكل...
❤ÜMİD YERİ❤

Kanalın açılma tarixi 12 iyun 2020

👍 2 1
İmam Əli əleyhis-salam (itaətsizliyin ziyanı barəsində) buyurmuşdur: Allah bir bəndəni (günahı nəticəsində) alçaldanda elm və biliyi ona qadağan edər. Nəhcül-Bəlağə Hikmət 280 https://t.me/son_umid ❤️ ÜMİD YER❤️
إظهار الكل...
❤ÜMİD YERİ❤

Kanalın açılma tarixi 12 iyun 2020

👍 3🥰 2
İmam Əli əleyhis-salamdan qəzavü-qədər (onun necəliyi) barəsində sual soruşdular. O Həzrət (onun barəsində düşünməkdən çəkindirərək belə) buyurdu: O, qaranlıq bir yoldur, onunla getməyin (ki, şübhələr nəticəsində onların həllində aciz və sərgərdan qalar, yolunuzu azarsınız); dərin bir dənizdir, ona daxil olmayın (ki, müxtəlif düşüncələrdə qərq olarsınız); Allahın sirridir, özünüzü onda (onu aydınlaşdırmaq üçün) əziyyətə salmayın (ki, xeyir görməz və bir yerə çatmazsınız). Nəhcül-Bəlağə Hikmət 279 https://t.me/son_umid ❤️ ÜMİD YER❤️
إظهار الكل...
❤ÜMİD YERİ❤

Kanalın açılma tarixi 12 iyun 2020

👍 4🥰 1
İmam Əli əleyhis-salam (şadlığa ürək bağlamamaq barəsində) buyurmuşdur: Ruzigar xalqın «xoş halına» dediyi hər bir şey üçün bir pis gün gizlədib. (Zəmanə insanda gördüyü nemətə paxıllıq edər və onu, onun əlindən alar. Buna görə də ağıllı adam dünyanın şadlıqlarına ürək bağlamaz və rahat oturmaz.) Nəhcül-Bəlağə Hikmət 278 https://t.me/son_umid ❤️ ÜMİD YER❤️
إظهار الكل...
❤ÜMİD YERİ❤

Kanalın açılma tarixi 12 iyun 2020

👍 4🥰 2
Photo unavailableShow in Telegram
Gördüyünüz bu məqbərə dağıdılmamışdan öncə belə görsənirdi. Bu məqbərə kimə məxsusdur? @toplu_admini
إظهار الكل...
A) İmam Həsən (ə)
B) Xanım Xədicə (ə)
C) İmam Baqir (ə)
İmam Əli əleyhis-salam (işi vaxtında yerinə yetirməyən şəxsin məzəmmətində) buyurmuşdur: Kimi tələsdirirlərsə (ölümü tez çatırsa) möhlət istəyir (ki, ibadət və bəndəlik etsin), kimə möhlət verirlərsə və tələsdirmirlərsə (ömrü uzundursa, ölümün) təxirə düşməsi ilə («vaxtım var və gələcəkdə yerinə yetirərəm», deyib) bəhanə axtarır (bu günün işini sabaha saxlayır). Nəhcül-Bəlağə Hikmət 277 https://t.me/son_umid ❤️ ÜMİD YER❤️
إظهار الكل...
❤ÜMİD YERİ❤

Kanalın açılma tarixi 12 iyun 2020

🥰 2👍 1
İmam Əli əleyhis-salam (elmin bəhanə yollarını bağlaması barəsində) buyurmuşdur: Elm və (dinin hökmlərini) bilmək («Allah kərimdir, rəhimlidir, bizim əziyyət çəkməyimizə və bəndəlik etməyimizə ehtiyacı yoxdur» deyən) bəhanə axtaranların yolunu bağlayır. (Buna görə də din, kitab və Peyğəmbərlə tanış olan şəxsin bəhanəsi qəbul deyil.) Nəhcül-Bəlağə Hikmət 276 https://t.me/son_umid ❤️ ÜMİD YER❤️
إظهار الكل...
❤ÜMİD YERİ❤

Kanalın açılma tarixi 12 iyun 2020

👍 3
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.