cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

🇦🇿 İslama_Səyahət 🇦🇿

Sadəcə olaraq linklər göndərilir, və o linklərə daxil olmaqla bizim ilahiyyatçımızın çəkdirdiyi videoları izləyə biləcəksiniz. Məqsəd,faydalanmaq. Və ələ xüsus da kanalda gözəl videolar, ara-ara da, hədislər paylaşılır. Allah sizləri qorusun!

إظهار المزيد
لم يتم تحديد البلدلم يتم تحديد اللغةالفئة غير محددة
مشاركات الإعلانات
645
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Allahın Salamı olsun. Əzizlər, sizdən xahışım bundan ibrarətdir ki, inistagramda bu namərd adı yazmaqla bu üzdən irağı spamlayın. Şərəfsiz Allahın adından istifadə edərək bütün hesabları oğurluyur. Və hal-hazırda mənim hesabımıda oğurladı. Allah belə insanları həm bu dünyada həm də o biri dünyada məhv və rüsvay etsin.
إظهار الكل...
Beləliklə❗Bugündən etibarən: - Dini ibadət yerləri - məscidlər fəaliyyətini bərpa edir; - İdman zallarının fəaliyyəti bərpa edilir; İri ticarət mərkəzləri, "Mall"lar açılır; - Çimərliklərin fəaliyyəti bərpa edilir.
إظهار الكل...
1.07 KB
إظهار الكل...
Hacı Baqir Mənsuri -Xudahafiz ey anam bacım

إظهار الكل...
Allah Allah Bu Hüseyn kimdi belə şahlıq edir

Peyğəmbər (s) ilk andan çətin bir cihada başladı və bu cihadı 23 il davam etdirdi 🔸 İmam Əli (ә) Nәhcül-bәlağәdә buyurur ki, fitnәlәr hәr tәrәfdәn xalqı sıxırdı, dünyagirlik, şәhvәtpәrәstlik, zülm, tәcavüz, insanların daxilindә әxlaqi qәbahәtlәr, güclülәrin heç bir şeydәn çәkinmәdәn zәiflәrә tәcavüzü baş alıb gedirdi. Bu tәcavüz yalnız Mәkkәdә vә Ərәbistan yarımadasında deyildi, o dövrün әn üstün sivilizasiyaları olan Böyük Roma İmperiyasında vә İran şahәnşahlığında da mövcud idi. Tarixә baxın; tarixi zülmәt bәşәrin bütün hәyatını bürümüşdü. Bu әzәmәtli güclә birgә mübarizә aparmaq, dayanmadan vә tәsәvvürolunmaz fәaliyyәtlәr göstәrmәk peyğәmbәrliyin vә ilahi vәhyin ilk saatlarından başlandı. İlahi vәhy dә hәmişә yararlı torpağa verilәn tәmiz su kimi o hәzrәtin müqәddәs qәlbinә nazil olur, ona qüvvә bәxş edirdi. Vә o bu dünyanı möhtәşәm bir dәyişikliyin başlanğıcına çatdırmaq üçün әlindәn gәlәni etdi vә mәqsәdinә çatdı. © İmam Xamenei 📚 "250 yaşlı insan"
إظهار الكل...
O can verdikdə mən onun yanında idim. O özündən getdi. Ayıldıqda mənə belə dedi: "Ey Əbu Bəsir, sənin dostun (İmam Sadiq) bizə verdiyi zəmanətə əməl etdi". Sonra rəhmətə getdi. Allah ona rəhmət etsin." Mən həccə getdikdə İmam Sadiqin (ə) yanına getdim. Onun yanına daxil olmaq üçün icazə istədim. İcazə verdikdə yanına daxil olduğum halda bir ayağım onun otağında, digəri isə dəhlizdə olduğu halda mənə belə buyurdu: "Ey Əbu Bəsir, sənin dostuna verdiyimiz sözə əməl etdik". (əl-Kafi, cild 1, səh 474-475.) [08.06 17:24] Ya HUSEYN: *《🕋》 Mələklərin salavat-salamı Allahın salavat-salamı kimidir?* هُوَ الَّذِي يُصَلِّي عَلَيۡكُمۡ وَ مَلَائِكَتُهُ *Sual:❔* Allah tərəfindən salavatın mənası bağışlamaq və rəhmət göndərməkdir. Rəhmət və bağışlamaq isə mələklərin işi deyil. Onda mələklərin salavatının mənası nədir? *Cavab:❕* Sözsüz, mələklərin duaları Allah dərgahında qəbul olur. Deməli, mələklər insanlar üçün Allahdan bağışlanmaq və rəhmət dilədikdə, sanki onların özləri Allahla rəhmət və məğfirətdə şərik olurlar. ❶ _“Sizi zülmətdən nura çıxartmaq üçün mələkləri ilə birlikdə sizə salavat göndərən Odur”._ *(Əhzab, 43)* [08.06 17:24] Ya HUSEYN: *《🧕🏽》 HİCAB* ☆•••☆•••☆•••☆ *_Hicab, təzəliyini və sağlamlığını qoruyub saxlayan meyvə qabığına bənzəyir._* Nə qədər ki, qadınlarda bu hicab və iffət var təravət, gözəllik, yenilik və sağlamlıqdan bəhrələnirlər. *_Amma hicabı açan kimi sağlamlıq və gözəllik də aradan gedir._* *Allahın vacib buyurduqlarından biri də hicabı qorumaqdır ki, bir çox mənəvi, ictimai, ailəvi, ruhi və hətta cismi mənfəətlərlə doludur.* Bu yazı öz keçmiş metoduna əsasən yalnız çox qısa şəkildə cismani zərərlərə işarə edir. *《💁🏻‍♀️》 Hicabsızlığın cismi zərərləri* _Hicabsızlar üçün mütəmadi olaraq vəhşicəsinə cinsi təcavüzlərə məruz qalmaqdan, qətldən və bəzən müqavimət göstərdikdə kobudcasına döyülməkdən artıq zərər nə ola bilər._ Bəzən də bu təcavüzlərin sonu xəstəliklərlə nəticələnir. *Statistik məlumatlara görə İsveçdə qadın hər 20 dəqiqədən bir döyülərək yaralanır və hər 3 saatdan bir təcavüzə məruz qalır.* *《🧕🏽》 Hicablı qadınlar üçün cinsi və cismi təhlükəsizlikdən artıq hansı faydaları bəyan etmək olar?*
إظهار الكل...
[08.06 17:24] Ya HUSEYN: *🔲 Bəxtin mənası nədir?* *🔲 Bəxt və tale deyilən bir anlamın olması həqiqətdirmi?* _Bu sözlər iki mənada işlənə bilər._ *☑️ 1) Səbəbsiz bir şeyin baş verməsi* _Bu məna fəlsəfə elmi baxımında qəbul olunmur. Çünki fəlsəfə elmi hər bir hekayənin, hadisənin, olayın baş verməsində ondan öncə səbəbin olmasını isbat edir._ _Yəni dünyada baş verən hər bir felin bir səbəbi vardır. Amma bu səbəblərin hamısı xoşa gələn deyildir. Mümkündür bu səbəblərin içində ədalətsiz və ədalətli səbəblər olsun. Amma bu səbəblərin baş verməsi xüsusi bir təfəkkürün nişanəsidir._ Yəni: A). İctimaiyyətdə ədalətsizliyin baş verməsi hüquqlara uyğun əməl olunmamasından xəbər verir. B). Rahatlıq və asudəlik tələb etmək ruhiyyəsi ictimaiyyətdə olan bəzi insanların şans və bəxt kəlmələrindən bəhrələnməklərinə səbəb olur. C). Bəzi zalım hakimlər bəxt və şans təbliğ etməklə insanlara mövcud olan vəziyyətin onların qüdrətindən xaric olduğunu təlqin etmək istəyirdilər. Yəni hakimiyyətin bu günkü vəziyyəti taleyimizdir deyirdilər. Onlar bu işlə xalqın etirazlarının qarşısını almaq istəyirdilər. *☑️ 2) Allahın alın yazısı* Bu məna qəbul olunacaq qədər insanlar arasında özünə yer almışdır. Yəni bütün müvəffəqiyyətlər insanın çalışmağı ilə bərabər Allahın iradəsi ilə baş verir. Bu yerdə ictimaiyyətdə olan insanların istedadları böyük əhəmiyyət kəsb edir. Cəmiyyətdə olan fərqlərin sirri də elə bundadır. [08.06 17:24] Ya HUSEYN: *🗓 Təqvim.* ☀️ Bu gün *2⃣- Çərşənbə axşamı* 🌙 Hicri qəməri:  27 Şəvval 1442. 🌍 Miladi:  8 İyun 2021. ☀️Bu günün zikrləri. 📿 *Ya ərhəmər-rahimin* (100dəfə). *Menasi* (Merhametlilerin en merhametlisi (olan Allah) demektir.) - یا اَرْحَمَ الرّاحِمین 📿 *Ya Əllahu ya Rəhmanu* (1000 dəfə). *Menasi* (Pak və münəzzəhsən ey Allah, ucasan Ey Rəhman) - یا الله یا رحمان 📿 *əl-Lətif* (100 defe) *Menasi* (Işlərin incəliklərini bilən.) -اللطيف      *📃• Sabah və axşam içindən yalvararaq və qorxaraq yüksək olmayan yüngül bir səslə Allahı zikr et. Qafillərdən olma.*              *«🕋» Ə'raf suresi.·aye. 205* [08.06 17:24] Ya HUSEYN: Əbu Bəsir belə deyir: "Mənim bir qonşum var idi. O, sultanın arxasınca gedən biri idi. Çoxlu pul əldə etmişdi. O, məclis təşkil edər və ora hamını yığardı. Orada şərab içərdi və (bu işləri ilə) mənə əziyyət verərdi. Onun özünə dəfələrlə şikayət etdim. Axırda israr etdikdən sonra mənə belə dedi: "Mən bəlaya giriftar olmuş biriyəm. Sən isə sağlam birisən. Əgər mənim dərdimi öz dostuna (İmam Cəfər Sadiqə) desən, ümid edirəm ki, Allah məni sənin vasitəçiliyin ilə xilas edər". Əbu Bəsir deyir: "Onun bu sözü mənim ürəyimə toxundu. İmam Sadiqin (ə) yanına getdikdə onun halını İmama (ə) ərz etdim. İmam Sadiq (ə) buyurdu: "Sən Kufəyə qayıtdıqda o, sənin yanına gələcək. Ona belə deyərsən: "Cəfər ibn Muhəmməd deyir ki, sən etdiyin işləri tərk et, mən sənə Allahın səni cənnətə salacağı barədə zəmanət verirəm". Mən Kufəyə qayıtdıqda, bu şəxs də məni ziyarətə gələn insanlarla bərabər gəldi. Camaat gedəndə mən bu şəxsi saxlayıb ona belə dedim: Mən sənin halını İmam Sadiqə (ə) danışdım. O, mənə dedi ki, "Sən Kufəyə qayıtdıqda o, sənin yanına gələcək. Ona belə deyərsən: "Cəfər ibn Muhəmməd deyir ki, sən etdiyin işləri tərk et, mən sənə Allahın səni cənnətə salacağı barədə zəmanət verirəm". Əbu Bəsir deyir: "O ağladı və mənə belə dedi: "Səni and verirəm Allaha, Əbu Əbdullah (İmam Sadiq) sənə bu sözləri dedi?" Mən and içdim ki, İmam o sözləri mənə deyib. O, "kifayətdir" - dedi və getdi. Bir neçə gün sonra o, mənim yanıma adam göndərdi və məni öz yanına çağırdı. Mən onun yanına getdikdə o, evinin arxasında paltarsız halda idi. Mənə belə dedi: "Ey Əbu Bəsir, Allaha and olsun, evimdə nə vardısa, hamısını çıxartmışam və hal-hazırda gördüyün haldayam". Əbu Bəsir deyir: "Mən qardaşlarımızın yanına getdim və onun geyinməyi üçün paltarlar yığdım. Sonra az bir müddət keçmişdi ki, o, mənim yanıma adam göndərərək xəstə olduğunu bildirdi. Mən onun yanına mütəmadi olaraq getməyə başladım və onu müalicə edirdim. Onun ölüm vaxtı gəldi.
إظهار الكل...
إظهار الكل...
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.