cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

FİLManiya

filmlər, kitablar... 🎥 📚

إظهار المزيد
أذربيجان1 447الأذربيجانية1 285أفلام56 628
مشاركات الإعلانات
2 501
المشتركون
لا توجد بيانات24 ساعات
-47 أيام
-1930 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

03:15
Video unavailableShow in Telegram
...fahişə anasıyla birgə gürcü/abxaz müharibəsindən qaçan on iki yaşlı, görmə əngəlli Tedo atasının yanına, - öz məmləkətinnə qayıdır... ataya qayıdış fonunda ən yaxşı müharibəsiz müharibə filmlərindən biridir. Ovaşvilinin növbəti şedevrini izləmək üçün 🔻
إظهار الكل...
61.52 MB
👍 11 2🔥 2👌 1🍓 1
00:39
Video unavailableShow in Telegram
stabil/sabit, vərdiş halında yaşayan, tualet təmizləyən modern kahin haqqında bədii-vizual şedevr. o, hər səhər süpürgə səsinə oyanır. güllərini sulayır, üzünü qırxır, soyuq qəhvəsini içir və balaca, şirin maşınıyla parklardakı, küçələrdəki tualetləri təmizləməyə gedir. hər nahar fasiləsində eyni parkda, eyni oturacaqda oturur və həmişə sendviç yeyir. üstəlik, həmişə eyni ağacı müşahidə edir və köhnə fotoparatla o ağacın şəkillərini çəkir. iş saatı bitincə də eyni hamama gedir, eyni cür təmizlənir və hamamdan sonra velosipedi ilə həmişə getdiyi restorana gedir, restoranda da həmişə oturduğu yerdə oturur və həmişə eyni cür sifariş edir. həfədə bir dəfə də bara gedir. hə, eyni stulda oturur və yenə də həmişəki sifarişini verir. fəqət belə günlərin birində… izləmək və haqqında oxumaq üçün… 🔻
إظهار الكل...
26.34 MB
2🔥 2🥰 1🍓 1
01:10
Video unavailableShow in Telegram
🍓 Vim Vimdersin "mükəmməl günlər" (perfect days) filmi haqqında danışmışam. tezliklə
إظهار الكل...
29.03 MB
👍 7👏 2 1🤯 1🍓 1
01:29
Video unavailableShow in Telegram
İkinci Dünya müharibəsi vaxtı nazilərdən qaçan polşalı yəhudiləri kanalizasiyada gizlədən Soxanın hekayəsi... ...real hadisələr əsasında çəkilmiş film “Şindlerin siyahısı” filminin kirli variantı hesab edilir. “kirli” sifəti hadisələrin kanalizasiyada baş verdiyinə görə əlavə edilib. oğruyçun savaş əlverişli şəraitdir. o, qaranlıqdan, ölümdən canını götürüb qaçanların qaranlıqdan umduğu işığı pula çevirir... fəqət kanalizasiyaçı Soxa zamanla təmizlənir, qaranlıq onun içərisindəki mərhəməti üzə çıxarır və çarəsizlərin xilaskarına çevrilir ən yaxşı müharibə filmlərindən birini izləmək üçün 🔻
إظهار الكل...
59.84 MB
👍 4🔥 4 1👏 1🤩 1
00:53
Video unavailableShow in Telegram
Hirokazu Koreeda bu dəfə sevimli rejissorum Kurasavanın 1950-də çəkdiyi “Raşomon”a, cənublu əjdaha İnarritunun 2000-də çəkdiyi “Qancıq sevgi” filmlərinə uğurla “göz vurub”. fərqli ağızlar eyni hadisə haqqında fərqli cür danışırlar, fərqli gözlər eyni hadisəni fərqli cür görürlər. həqiqət dəyişmir, düzdür, bəs yaxşı müxtəlif şərhlər bizim kimliyimizə, əslimizə, taleyimizə necə təsir edir? o biri məhəllədə özünü təzə/təzə kəşf etməyə başlayan, hələ qadın, yaxud kişi olduğunu bilməyən azyaşlını atası aldadır. evin həm atası, həm də anası olan alkoqolik kişi döyə/döyə, danışa/danışa uşağın beyninə "donuz qurdu salır". bu biri məhəllədə oğlunun üstündə tir/tir əsən, onun şübhəli hərəkətləriylə "dolub" məktəbə, müəllimlərə hücum edən dul qadın. iki məktəbli, bizim analarımız bizim atalarımız və məktəb. məktəbli Minoko “canavar”a necə çevirilir? həqiqəti tapmaq üçün hansı bucaqdan baxmaq lazımdır? izləmək üçün 🔻
إظهار الكل...
13.28 MB
🍾 3🔥 2👍 1👏 1
05:00
Video unavailableShow in Telegram
"çiçəkli ayın qatilləri" torpaqdan ki neft fışqırmağa başladı, osagelər özlərindən çıxdılar... savadsız, biliksiz tayfa başladı bahalı geyinməyə, qır-qızıl almağa, yekə-yekə, hündür-hündür evlər tikməyə. bir növ, başladılar deməyə ki, qarğa, məndə qoz var. Qarğa da özünü çox gözlətmədi… və başladı neftanaziya… qətliam, soyqırım. qətllər araşdırılmırdı, ölüm işlərini pulla ört-basdır eləyirdilər və beləliklə, osage qızının malı-mülkü, neft quyuları avtomatik dul ərlərin adına keçirdi... filmi izləmək üçün 🔻
إظهار الكل...
121.69 MB
6🔥 1💋 1😘 1
05:07
Video unavailableShow in Telegram
təəssüf ki, bu müəllif haqqında bizim dildə heç bir məlumat yoxdur... bu film haqqında, bu müəllif haqqında belənçi sanballı material hazırlardığım üçün qürurluyam, filmi izləmək üçün rəy yerindəki keçiddən istifadə edə bilərsiniz 🔻
إظهار الكل...
121.47 MB
👍 7🔥 3👌 2❤‍🔥 1😁 1
00:55
Video unavailableShow in Telegram
Nuri Bilge Ceylan filmin sonunda yazıçını ova göndərir; qışın günündə, çöllükdə qulaqlarıyla oynayan dovşanı - yəni qorxaqlığın, cəsarətsizliyin simvolunu öldürdürtdürür. beləliklə, ssenari bədii/vizual həllini tapır: Aydın həqiqətlə üzləşir, içindəki dovşanı öldürür və etiraf edir,
إظهار الكل...
26.88 MB
👍 4🔥 1🤩 1
01:46
Video unavailableShow in Telegram
ən sevdiyim səhnələrdən biri, "qış yuxusu" filmi. Nuri Bilge Ceylan. 2014.
إظهار الكل...
18.40 MB
🦄 2
00:59
Video unavailableShow in Telegram
"keçmişi olmayan adam" filmiylə sənət siyahımın onluğuna daxil olmuş Aki Kaurismiyakinin sonuncu bədii/vizual şedevrini təqdim edirəm. film təsadüfən tanış olmuş orta yaşlı əyyaşla orta yaşlı qadının "finski" münasibətinin fonunda Rusiya/Ukrayna müharibəsindən, kütləvi bozlaşmadan, hər şeyin mənasını, ləzzətini itirməyindən bəhs edir. dekor 90-cı illəri xatırladır. radiolar, telefonlar, evlər, yollar, barlar, geyimlər, rənglər... bir növ, Aki hər şeyin formaca fərqli, mahiyyətcə eybi olduğuna işarə edir, yaxud belə də oxumaq olar: rejissor bu günün bozluğuna, mənasızlığına, texniki/sintetik münasibətlərinə keçmişin donunu geyindirir. içənlər içir, içməyənlər eləcə qrup/quru, vərdiş halında, hətta deyərdim, ayaqüstə kirayə qalırlar. şimalın soyuq iqlimi münasibətlərə, xarakterlərə də təsir edir, əlbəttə, fəqət zamanla bizim isti, mübarək insanlar da texnikiləşəcək, sintetikləşəcək və istilik, gözəllik ancaq rənglərdə, xatirələrdə qalacaq. izləmək üçün 🔻
إظهار الكل...
16.11 MB
8👏 4👍 1❤‍🔥 1
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.