cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

Məsumlar_14 Official

Məqsədimiz dini yaymaqdır, İnstagram səyfəmiz👇 https://instagram.com/mesumlar_14.official YouTube kanalımız👇 https://www.youtube.com/@Mesumlar_14

إظهار المزيد
مشاركات الإعلانات
699
المشتركون
+724 ساعات
+257 أيام
+4630 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

5 İyul (28 Zil-hiccə) - Hicrətin 63-cü ilində Hirrə hadisəsinin baş verdiyi gündür. Bu hadisədə Yezid ibn Muaviyənin (lənətullahi əleyh) ordusuna Mədinə şəhəri halal edilmişdi. Besiret.az #İslamtarixindəbugün
إظهار الكل...
Photo unavailableShow in Telegram
#Təqvim
إظهار الكل...
İyul ayında olan bəzi əlamətdar günlər 1 İyul (24 Zil-hiccə) - Hicrətin 10-cu ilində Muhəmməd Peyğəmbərin (s) öz Əhli-beyti (əleyhimussəlam) ilə birgə Nəcranlı xristianlarla mübahilə üçün çıxdığı gündür (Mübahilə günü). 2 İyul (25 Zil-hiccə) - Mədinə şəhərində "Həl əta" (İnsan) surəsinin Əhli-beytin (əleyhimussəlam) şənində nazil olduğu gündür. 4 İyul (27 Zil-hiccə) - Hicrətin 210-cu ilində İmam Cəfər Sadiqin (əleyhissəlam) Ureyzi ləqəbi ilə tanınmış oğlu Əli ibn Cəfərin vəfat etdiyi gündür. 5 İyul (28 Zil-hiccə) - Hicrətin 63-cü ilində Hirrə hadisəsinin baş verdiyi gündür. Bu hadisədə Yezid ibn Muaviyənin (lənətullahi əleyh) ordusuna Mədinə şəhəri halal edilmişdi. 8 İyul (1 Muhərrəm) - Hicri tarixin başlandığı gün. Hicrətdən 3 il öncə Peyğəmbərin (sallallahu əleyhi və alih) Şi'bi Əbi Talib dərəsində (müşriklər tərəfindən) muhasirəsinin başlandığı gündür 9 İyul (2 Muhərrəm) - Hicrətin 61-ci ilində İmam Huseynin (əleyhissəlam) Kərbəlaya daxil olduğu gündür. 10 İyul (3 Muhərrəm) - Hicrətin 61-ci ilində Ömər ibn Sədin (lənətullahi əleyh) qoşunu ilə birgə Kərbəlaya daxil olduğu gündür. 16 İyul (9 Muhərrəm) - Tasua günü. Bu gün İmam Huseynin (əleyhissəlam) və əshabının mühasirəyə alındığı gündür. İmam Huseyn (əleyhissəlam) qardaşı Həzrət Əbulfəzl Abbası (əleyhissəlam) Ömər ibn Sədin (lənətullahi əleyh) qoşununa tərəf göndərərək döyüşü bir gün təxirə salmağı istəmişdir. (Red.) 17 İyul (10 Muhərrəm) - Aşura günü. Hicrətin 61-ci ilində Kərbəla qətliamının baş verdiyi və İmam Huseynin (əleyhissəlam) şəhid edildiyi gündür. 19 İyul (12 Muhərrəm) - Hicrətin 61-ci ilində Əhli-beytin (əleyhimussəlam) əsirlərinin Kufəyə daxil olduğu gün. 20 İyul (13 Muhərrəm) - Hicrətin 61-ci ilində (İmam Səccadın (əleyhissəlam) başçılığı ilə) Kərbəla şəhidlərinin cəsədlərinin dəfn olunduğu gün. 26 İyul (19 Muhərrəm) - Hicrətin 61-ci ilində Əhli-beytin (əleyhimussəlam) əsirlərinin Kufədən Şama yola düşdüyü gündür. 29 İyul (22 Muhərrəm) - Hicrətin 37-ci ilində İmam Əmirəl-mumininin (əleyhissəlam) Siffeynə çatdığı gündür. 30 İyul (23 Muhərrəm) - Hicrətin 1427-ci ilində İmam Həsən Əskərininin və İmam Hadinin (əleyhiməssəlam) hərəmlərinin partladıldığı gündür. 14/07/2023 tarixində, həftənin bazar günü, Bakı vaxtı ilə saat 18:55-da ay əqrəb bürcünə daxil olur. 17/07/2023 tarixində, həftənin çərşənbə günü, Bakı vaxtı ilə saat 05:25-də ay əqrəb bürcündən çıxır. İmam Sadiq (əleyhissalam) buyurur: "Hər kim Ay Əqrəb bürcündə olduqda səfər etsə və ya evlənsə, xeyir görməz" (Şeyx Hürr Amili, Vəsailuş-şiə, c. 11, səh. 367). Qeyd edək ki, qəməri aylar yalnız hilalın (ayın) şəri yolla sübut olması ilə başlayır. Qeyd: Burada qeyd olunan əlamətdar günlər Ayətullah Seyid Əli Sistaninin Nəcəf ofisinin nəşr etdiyi təqvimə əsaslanır. Besiret.az #Təqvim
إظهار الكل...
#السلام_ای_شه_بی_قرینه #کربلا #حسینچی #بهزاد_حسنی #ریتم 🆔@turki_noohalar
إظهار الكل...
dr.haj-behzadhasani-ahari@asalam ey shah bi garina.mp327.17 MB
#سس_دوشوب_عرصه_پیکاره #عباسیه #ریتم #بهزاد_حسنی 🆔@turki_noohalar
إظهار الكل...
dr.haj-behzadhasani-ahari@alamdar abolfazl.mp322.71 MB
شاخسی خوانی 🎤حاج #پدرام_بهان_فر زبانحال خانوم لیلا
إظهار الكل...
مداحان تبریز _ .mp32.61 MB
Öləm Hüseyn 2023.mp33.98 MB
Bəzi rəvayətlərə əsasən mübahilə Zil-hiccə ayının 24-də, yaxud 25-də, o zaman Mədinə şəhərinin kənarında yerləşən Peyğəmbər məscidində baş vermişdir ki, hazırda şəhərin içərisində yerləşir. Həmin yerdə «Məscidül-icabə» adlı bir məscid də tikmişlər. Bu məscidlə Məscidün-Nəbinin arası təqribən iki kilometrdir. “MÜBAHİLƏ”NİN ƏHƏMİYYƏTİ “Mübahilə” hadisəsi İslam Peyğəmbərinin (s) risalət və peyğəmbərliyinin doğru və haqq olduğunu göstərən aydın bir nişanə və dəlildir. Çünki Allahla qəti və mənəvi əlaqəsi olmayan şəxsin belə təhlükəli işə razı olması mümkün deyildir. Peyğəmbəri-Əkrəm (s) çəkinmədən müxaliflərinə deyir ki, gəlin, birlikdə dua edib Allahdan yalançıları rüsvay etməsini diləyək. Bunun mənası odur ki, sözsüz, mənim nifrin və qarğışım sizi tutacaq və siz bunun nəticəsini görəcəksiniz! Şübhəsiz, belə bir meydana girmək asan iş deyil; əgər qarğış Allah dərgahında qəbul olunmasa və qarşı tərəf cəzasına çatmasa, bu özü böyük rüsvayçılıq olar. Heç bir ağıllı insan qarşı tərəfin məğlub olacağına inanmadan belə bir işə əl atmaz. Məhz bu səbəbdən də, rəvayətlərdə deyildiyi kimi, mübahilədən söz düşdükdə, Nəcran xristianları Peyğəmbəri-Əkrəmdən (s) bir qədər fikirləşmək üçün möhlət istədilər. Onlar Peyğəmbərin (s) özü ilə gətirdiyi şəxslərin yalnız dörd nəfərdən ibarət olduğunu, səs-küy salmadan, qəti inam və xatircəmliklə vəd edilmiş yerə gəldiyini gördükdə, dəhşətə gələrək mübahilədən boyun qaçırdılar və o həzrətin haqq olduğuna inanmaqla əzabdan amanda qaldılar. Digər tərəfdən bu ayə Peyğəmbərin (s) Əhli-beytinin (Əli, Fatimə, Həsən və Hüseynin (ə)) yüksək məqama malik olduğunu göstərən ən aydın və möhkəm sübutdur. Şübhəsiz, ayədə qeyd olunan “əbnaəna” (oğullarımız) sözündə məqsəd imam Həsən və imam Hüseyn (ə), “nisaəna” (qadınlarımız) sözündə məqsəd Fatimeyi-Zəhradır (ə.s). “Ənfüsəna” (özümüz) sözünə gəldikdə isə, şübhəsiz məqsəd təkcə Peyğəmbəri-Əkrəmin (s) özü deyil. Çünki ayədə “özümüzü dəvət edək” ifadəsi vardır ki, əgər yalnız Peyğəmbər (s) nəzərdə tutulsaydı, onda insanın öz-özünü dəvət etməsinin heç bir mənası olmazdı. Buna əsasən, yeganə yol budur ki, belə deyək: “Məqsəd Əlidir (ə)!” “Mübahilə” ayəsinin təfsirində nəql olunan məşhur bir hədis insanın diqqətini özünə daha çox cəlb edir. Hədisdə deyilir: “Bir gün xəlifə Məmun Abbasi imam Rzadan (ə) “Baban Əli ibn Əbi Talibin (ə) Peyğəmbərin (s) xəlifəsi olmasına dəlilin varmı?” – deyə soruşduqda, Həzrət buyurdu: “Ənfüsəna” ayəsi (buna dəlildir).” Məmun dedi: “Əgər “nisaəna” olmasaydı (sözün düz olardı!)” İmam Rza (ə) buyurdu: “Əgər “əbnaəna” olmasaydı (sən deyən olardı)!” Əllamə Təbatəbai bu qısa və eyni zamanda mənalı sözləri şərh edərək yazır: “İmam Rzanın (ə) “ənfüsəna” ayəsinə istinad etməsinin səbəbi budur ki, Allah-Taala Əlini (ə) Peyğəmbərin (s) canı və nəfsi kimi tanıtdırmışdır. Buna əsasən, Əli (ə) xilafət və imamət məqamına hamıdan layiqdir, risalət və peyğəmbərlikdən başqa hər bir məqamında Peyğəmbərlə (s) eynidir. Məmunun cavabı isə buna bir növ irad idi. Belə ki, ayədə qeyd olunan “nisaəna” (qadınlarımız) sözü göstərir ki, “ənfüsəna” sözü Peyğəmbərin (s) canı və nəfsi kimi şəxsi deyil, ümumi olaraq “ricaləna” (kişilərimiz) mənasını bildirir. İmam Rza (ə) da növbəti cavabı ilə bildirir ki, “ənfüsəna” “kişilərimiz” mənasını daşısaydı, artıq “əbnaəna” (oğullarımız) sözünə ehtiyac olmazdı. Çünki oğullar ifadəsi də kişi cinsinə daxildir. Buna əsasən, ayədəki “ənfüsəna” sözü “kişilərimiz” mənasında deyil. (“Əl-mizan”, 3-cü cild, səh. 230, “mübahilə” ayəsinin təfsiri.) “Biharul-ənvar” kitabında nəql olunur ki, Məmun imam Rzaya (ə) dedi: “Ola bilər ki, “ənfüsəna” (özümüz) sözü başqasına yox, yalnız Peyğəmbərin (s) özünə aid olsun.” İmam Rza (s) buyurdu: “Məgər insan özünü bir işə çağıra bilərmi? Peyğəmbər (s) Fatimə (ə.s), Həsən və Hüseyndən (ə) əlavə, Əlini (ə) də çağırdı. Buradan məlum olur ki, Əli (ə) Peyğəmbərin (s) canı və nəfsi kimidir!” (“Biharul-ənvar”, 10-cu cild, səh. 350) Maide.az Maarif bölümü #Paylaşaq #İmamRzaHədisləri
إظهار الكل...
132-ci xütbə Azeri İmam Əli əleyhis-salamın (Allah-təalaya şükr və Onun bəzi sifətlərinə işarə etdiyi) xütbələrindəndir. Azeri Şükr edirik Allaha, aldığı, verdiyi, ehsan etdiyi və sınadığı hər bir şey üçün. [1] Odur hər gizlin şeydən agah və hər sirri, fikri bilən, sinələrdə gizlənənləri, gözlərin oğrun-oğrun baxdıqlarını görən (xırdanı və bütövü, aşkarı və gizlini əhatə edən). Şəhadət verirəm ki, Ondan başqa Allah yoxdur və Məhəmməd (səlləllahu əleyhi və alih) Onun tərəfindən seçilən və peyğəmbərlik veriləndir. Elə bir şəhadət ki, aşkarı gizlini ilə və ürək dillə razıdır (dildə deyib ürəkdə inanmayanlardan deyilik). Azeri [Bu xütbənin (dünyanın vəfasızlığı barədə və təqvaya, pərhizkarlığa dair vəsiyyətin olduğu) bir hissəsidir :] Allaha and olsun, çox mühüm mətləbdir. Həqiqətdir, haqdır, oyun və zarafat deyil, doğrudur, yalan deyil. Bu mühüm mətləb çağırdığına eşitdirən, qovduğunu tələsdirən ölümdən başqa bir şey deyil. Camaatın çoxluğu (onların sərvəti, hökmranlığı və bər-bəzəkləri) səni aldatmasın. Səndən əvvəl olan və var-dövlət toplayıb yoxsulluqdan, kasıbçılıqdan uzaq duran, uzun-uzadı arzular bəsləyərək işin sonuna əmin olan və ömrünün başa catacağını güman etməyən şəxsə ölümün necə çatdığını, onu vətənindən oğurladığını, istirahət yerindən çıxardığını, ölüm çubuqlarında (tabutda) daşındığını, camaatın onu bir-birinin əlindən aldığını, çiyinlərinə götürərək barmaqları ilə saxladıqlarını görmüsən. Azeri Görmədinizmi, çoxlu arzularda olanların, möhkəm binalar tikərək çox var-dövlət toplayanların gor evində necə yaşadıqlarını, yığdıqlarının zay olduğunu, mallarının irs sahiblərinə çatdığını, arvadlarının başqalarına ərə getdiklərini? Nə yaxşı işlərini (ibadət və bəndəliklərini) artıra, nə də pis işlərinə (törətdikləri günaha) görə üzrxahlıq edib razılıq uma bilirlər. (Çünki öləndən sonra tövbə və qayıdış qəbul edilmir.) Hər kim təqvanı və pərhizkarlığı ürəyinin şüarına çevirdisə, xeyir əməllərdə başqalarından önə keçdi və əxlaqını xilas etdi. Təqvanın, pərhizkarlığın bəhrələrini qənimət bilin və cənnəti nəsibiniz edən işlər görün. Çünki dünya qalmağınız və yaşamanız üçün yaradılmayıb. Əbədi məkanda (axirətdə) sərf etmək üçün özünə yol azuqəsi toplamaqdan ötrü bir keçiddir. Belə ki, (ondan köçməyə) tələsənlərdən olun (çünki onda süstlük qəflətə və mənzil başından qalmağa səbəb olur) və ayrılmaq üçün atlarınızı hazırlayın (nicat tapıb getməyə hazır olmaq üçün Allahın və Peyğəmbərin göstərişlərinə əməl edin). Azeri Qeydlər : [1] Çünki Allahın istədiyi hər bir şey hikmətə, məsləhətə uyğundur və bu bir nemətdir. Buna görə də bütün hallarda Ona şükr etmək lazımdır. #NəhcülBəlağə
إظهار الكل...
00:28
Video unavailableShow in Telegram
Əziz izləyicilər, Aşağıdakı kateqoriyada olan Çooox gözəl kanallar tapmışam. Vaxt azdır, Abunə olmağa tələsin. Hazırladı: https://t.me/brics_az
إظهار الكل...
2.42 MB
🏴 MƏRSIYƏLƏR
🏴 MOIZƏLƏR
🏴 HƏDISLƏR
🏴 FƏTVALAR
🏴 DİNİ SUAL CAVAB
🏴 XƏBƏRLƏR
🏴 FILMLƏR
🔸 KLASÖR TOPLU 🔸
🌐 DÜNYA XƏBƏRLƏRI 🌐
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.