cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

Aqro Azərbaycan

📰 Xəbərlər 📍 Maraqlı məlumatlar ✍️ Əlaqə: @agro_admin0 ❗Reklam qəbul olunur.

إظهار المزيد
مشاركات الإعلانات
644
المشتركون
-124 ساعات
-47 أيام
+1430 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

🌤 Hava haqqında İyulun 15-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 35-40 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.
إظهار الكل...
🇷🇺🌾 Rusiya buğda və arpa satışında dünya lideri olub. Kənd təsərrüfatı mövsümünün ilkin nəticələrinə görə Rusiya buğda və arpa ixracında dünya lideri olub. Bu barədə “TASS” agentliyi Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyinə istinadla yazır. Nazirliyin departament direktoru Aleksandr Malovun sözlərinə görə, Rusiya buğda və arpa ixracında birinci yeri tutub. Hazırda Rusiya Federasiyası dünyanın 160-dan çox ölkəsinə məhsul ixrac edir. @agro_azerbaycan
إظهار الكل...
Azərbaycan nümayəndə heyəti Macarıstanın aqrar sahədə fəaliyyət göstərən təhsil müəssisələri və şirkətlərin fəaliyyəti ilə tanış olub. https://www.agro.gov.az/az/news/1207242
إظهار الكل...
🌦 Hava haqqında İyulun 13-15-də bölgələrdə gözlənilən fasilələrlə küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı və narıncı xəbərdarlıq verilib. Sarı xəbərdarlığa uyğun olaraq Naxçıvan, Babək, Şahbuz, Kəngərli, Samux, Şəmkir, Ağstafa, Tovuz, Daşkəsən, Göygöl, Zaqatala, Qax, Şəki, Balakən, Zərdab, İmişli, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Yevlax, Bərdə, Tərtər, Ağdam, Biləsuvar, Neftçala, Salyan, Hacıqabul, Qobustan, Cəlilabad, Lerik, Yardımlıda şərq küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Narıncı xəbərdarlığa əsasənisə Ordubad, Culfa, Goranboy, Gəncə, Mingəçevir rayonlarında şərq küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.
إظهار الكل...
Qaxda indiyədək 445 hektar sahədə təkrar qarğıdalı əkilib. Bu il Qax rayonunda taxıl biçini başa çatmış ərazilərdə 450 hektardan çox sahədə təkrar qarğıdalı əkininin aparılması nəzərdə tutulur. Bu günədək Ləkit, Qorağan, Tasmalı və Qaxingiloy kəndlərinin ərazilərində 445 hektar sahədə dən və yaşıl yem üçün təkrar qarğıdalı əkilib və hazırda bu istiqamətdə iş davam etdirilir. Təkrar qarğıdalı əkininə görə hazırda fermerlərə dövlət tərəfindən hər hektara 100 manat subsidiya ödənilir. Təkrar əkinlər aqroekoloji, həm də iqtisadi baxımdan səmərəlidir. Mütəxəssislər hesab edirlər ki, respublikada mal-qaranın qüvvəli və yaşıl yemə olan tələbatını tam təmin etmək üçün təkrar əkinlərdən istifadə vacib sayılır.
إظهار الكل...
🇦🇿🌾 Azərbaycanda biçin prosesinin yekun mərhələsi başlayıb. Sahələrdən 2468767 ton məhsul yığılıb. Təsərrüfatı Nazirliyində taxıl biçininin təşkili ilə bağlı yaradılmış operativ qərargahın məlumatına görə, iyunun 10-dək ölkə üzrə taxıl zəmilərinin 77,2 faizində biçin tam başa çatıb. Sahələrdən 2 468 767 ton məhsul yığılıb, taxıl üzrə orta məhsuldarlıq 31,6 sent/ha təşkil edir. Hazırda əsas biçin prosesi buğda sahələrində gedir. Bugünədək ölkə üzrə buğda sahələrinin 66,1 faizində biçin aparılıb. Biçin başa çatmış 387613 hektar sahədən 1 307 992 ton buğda yığılıb. Hazırda buğda üzrə orta məhsuldarlıq 33,7 sentner təşkil edir. Arpa sahələrində də biçin prosesi tam yekunlaşmaq üzrədir. Hazırda yalnız yüksək dağlıq ərazilərdə yerləşən əkin sahələrində arpa biçini aparılır. Arpa üzrə orta məhsuldarlıq 29,5 sentnerə çatıb. @agro_azerbaycan
إظهار الكل...
👍 1
Photo unavailableShow in Telegram
Gədəbəydə Aqrar Biznes Festivalı keçirilib.
إظهار الكل...
🇦🇿🌾 Taxıl zəmilərinin 73 faizində biçin başa çatıb. Sahələrdən 2,3 milyon tondan artıq məhsul yığılıb. Respublikada taxıl biçini davam edir. Kənd Təsərrüfatı Nazirliyində taxıl biçininin təşkili ilə bağlı yaradılmış operativ qərargahın məlumatına görə, iyulun 7-dək ölkə üzrə taxıl zəmilərinin 73 faizində biçin başa çatıb. Artıq payızlıq arpa sahələrinin 91 faizində, buğda sahələrinin isə 60 faizində biçin tam yekunlaşıb. Bu mövsüm mexanizatorlar tərəfindən 385 783 hektar arpa sahəsi, 351 548 hektar buğda sahəsi biçilib. Biçin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 43 min hektar artıqdır. Hazırda arpa üzrə orta məhsuldarlıq 29.7 sent/ha, buğda üzrə orta məhsuldarlıq isə 34 sent/ha təşkil edir. İndiyədək biçin aparılmış 737 331 hektar sahədən 2 341 831 ton məhsul yığılıb ki, bunun da 1 196 958 tonu buğda, 1 144 873 tonu arpadır. Respublikanın 23 rayonunda biçin həcmi 90 faizi keçib, Bərdə, Neftçala və Naftalanda biçin tam başa çatıb. Hazırda taxıl üzrə ən yüksək məhsuldarlıq Hacıqabul rayonunda qeydə alınıb - 51.4 sent/ha. Orta məhsuldarlıq Ağdam, Ağcabədi, Bərdə, İmişli, Saatlıq, Sabirabad, Salyan rayonlarında da kifayət qədər yüksəkdir. Ümumilikdə 21 rayonda taxıl üzrə orta məhsuldarlıq göstəricisi ümumrespublika göstəricisindən yüksəkdir. @agro_azerbaycan
إظهار الكل...
1
İyulun 9-na gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 32-37 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65%, gündüz 40-45% olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.
إظهار الكل...
🇰🇿 🦗 Qazaxıstanlı fermerlər çəyirtkəyə qarşı 2 milyon hektar sahəyə dərman vurublar. Qazaxıstanda 2 milyon hektar sahədə çəyirtkələrə qarşı kimyəvi müalicə aparılıb. EastFruit yazır ki, bu, proqnozlaşdırılan həcmin 77,4%-ni təşkil edir. TürküstanCambıl bölgələrində mühafizə tədbirləri tam başa çatdırılıb. Bu barədə Nazirlər Kabinetində keçirilən operativ qərargahın iclasından sonra hökumətin mətbuat xidmətindən məlumat verilib. Abay, Atırau, Şərqi Qazaxıstan, Qərbi QazaxıstanQızılorda vilayətlərində italyan çəyirtkəsinə qarşı mübarizə işləri tamamlanıb. Eldala.kz xəbər verir ki, AkmolaŞimali Qazaxıstan vilayətlərində işlərə başlanılıb. “Ötən həftə Aktobe və Kostanay vilayətlərində leysan yağışlar və güclü külək səbəbindən monitorinqlər və kimyəvi müalicələr dayandırılıb. İş çərşənbə-cümə axşamı başlayacaq. Regionlara pestisidlər tədarük edilir, lazım gələrsə, əlavə avadanlıq göndəriləcək”, - deyə hökumətdən bildiriblər. @agro_azerbaycan
إظهار الكل...
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.