🏴Əhli-Beyt Eşqinin Əhli.🏴
الذهاب إلى القناة على Telegram
səɴ ʏᴀʟɴıᴢ ᴀʟʟᴀʜᴀ ɪʙᴀᴅəᴛ ᴇᴛ ᴠə şᴜ̈ᴋᴜ̈ʀ ᴇᴅəɴʟəʀᴅəɴ ᴏʟ!” 𝟹𝟿:𝟼𝟼
إظهار المزيد1 167
المشتركون
+524 ساعات
+47 أيام
-1130 أيام
أرشيف المشاركات
‼️Bəziləri deyir: “Hicabınızı da götürün, gedin Ərəbistana! Başqa ölkədə yaşayın!”
Bəs niyə getməliyik? Niyə öz vətənimizdə öz inancımıza uyğun yaşamaq üçün başqa ölkəyə köçməliyik? 🇦🇿
Biz bu torpağın övladlarıyıq! Bizim də bu ölkədə yaşamağa, təhsil almağa, işləməyə, gələcəyimizi qurmağa haqqımız var. Hicablı olmaq bizi bu vətənin vətəndaşı olmaqdan məhrum etmir. Başımızdakı örtük bizi azərbaycanlı olmaqdan çıxarmır, əksinə, biz də bu xalqın bir parçasıyıq.
Azərbaycan müsəlman ənənələri olan, əhalisinin böyük hissəsi özünü müsəlman hesab edən bir ölkədir. Burada nə qədər hicablı ana, bacı, şəhid anası, şəhid xanımı, şəhid bacısı və şəhid qızı var! Onların övladları bu torpaq uğrunda canlarından keçiblər. İndi bizə deyilməlidir ki, inancımıza uyğun yaşamaq istəyiriksə, öz vətənimizi tərk edək? Bəs bu torpaq yalnız hicabsızlarınmı vətənidir?
Vətən sevgisi insanın başındakı örtüklə ölçülmür! Hicablı qadın da bu ölkəni sevir, onun inkişafını istəyir, onun gələcəyi üçün çalışır, onun ağrısını və sevincini bölüşür. Bizim də arzularımız, məqsədlərimiz, təhsil almaq, peşə sahibi olmaq və cəmiyyətə fayda vermək hüququmuz var. Niyə bir qadın yalnız hicabına görə seçim qarşısında qalmalıdır?
Biz heç kimə öz inancımızı zorla qəbul etdirmək istəmirik. Hər kəsin seçiminə, düşüncəsinə hörmət edilməsini istəyirik. Necə ki, heç kimə zorla hicab taxdırılmasını müdafiə etmirik, eləcə də hicablı qadının hicabını çıxarmağa məcbur edilməsini qəbul etmirik. Azadlıq yalnız bizimlə eyni düşünənlər üçün deyil, hər kəs üçün olmalıdır!
Əgər kimsə hicablı qadını görmək istəmirsə, bu, onun şəxsi münasibətidir. Amma şəxsi münasibətlər başqasının təhsilinə, gələcəyinə və hüquqlarına maneəyə çevrilməməlidir. İnsanları geyiminə görə ayırmaq, onları öz ölkəsində yad kimi hiss etdirmək nə ədalətdir, nə də qarşılıqlı hörmət.
Biz Ərəbistana qarşı deyilik, heç bir ölkəyə qarşı düşmənçiliyimiz yoxdur. Amma niyə öz vətənimizdə yaşamaq haqqımızı qorumaq əvəzinə başqa ölkəyə getməliyik? Bizim də bu ölkədə doğulmağa, yaşamağa, oxumağa və öz dəyərlərimizlə gələcəyimizi qurmağa haqqımız var.
Hicab bizim üçün sadəcə bir parça deyil. O, inancımızın, Allah qarşısındakı məsuliyyətimizin və mənəvi seçimimizin bir hissəsidir. Bizim üçün dəyərli olanı başqası əhəmiyyətsiz hesab edə bilər, amma bu, həmin dəyəri həyatımızdan silmək haqqını ona vermir.
Bir şeyi unutmayaq: Vətən insanları bir-birinə bənzədiyi üçün deyil, fərqli insanları ilə birlikdə yaşaya bildiyi üçün vətəndir.
Biz bu ölkənin düşməni deyilik. Biz bu ölkənin qızlarıyıq, bacılarıyıq, analarıyıq! Biz də burada yaşamaq, oxumaq və öz inancımızla var olmaq istəyirik.
Bizim tələbimiz ayrılıq deyil, ayrı-seçkiliyin olmamasıdır. Münaqişə deyil, qarşılıqlı hörmətdir. İmtiyaz deyil, haqqımızın qorunmasıdır.
Hicabımıza görə bizə “gedin” deməyin! Biz də bu vətənin övladlarıyıq. Bizim də yerimiz öz vətənimizdədir! 🇦🇿
Hazırladı: XanımZəhraKənizi🧕
https://t.me/islam_ashegee
Dinlə dövlət ayrıdırsa?
Xalqımız niyə müsəlman adını daşıyır?
Açıq aydın körpələri Allahın dinindən ayırıb əxlaqsızlığa cəlb etmək istəyirlər bunların fikri islamı aradan aparıb gələcək nəsli özləri kimi zalım qövm yetişdirməkdir !
https://t.me/islam_ashegee
❗ DİQQƏT ❗
Hicab düşmənlərinin məhvə və naümidliyə düçar olması, Haqqın Batil üzərində qələbə çalması üçün saat 15:00-da Aşura ziyarətnaməsini oxuyub, Kərbəla qəhrəmanı Xanım Zeynəbə (s.ə.) hədiyyə edir, savabını isə İmam Zaman Ağamıza (ə.f.ş.) təqdim edirik.
Qürbətən iləllah! 🤲🖤
https://t.me/islam_ashegee
💫یا علی𝕏ə𝕪𝕣𝕦𝕝-𝔹ə𝕣𝕚𝕪𝕪ə ☫💫
🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸
*Yəbnəl Həsən (ə.f.) hərayə gəl*
🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸
💫💫💫💫💫💫💫💫💫💫💫
https://whatsapp.com/channel/0029VbC3wXO0rGiVRDROAi06
Bizim etirazımızla nə olacaq? Deməyin !
Paylaşımlar edərək, rəy bildirərək siz də hicab qadğasına öz etirazınızı bildirin !
Allahın sizin kimi kafirlərə göndərəcəyi, dəhşətdən gözlərinizin bərəlib qalacağı o cəza gününü səbirsizliklə gözləyirik !
https://t.me/islam_ashegee
Hicab uğrunda bizlərə dəstək göstərən hər kəsə dərin minnətdarlığımızı bildiririk. Allah hər birimizi Hicab uğrunda müvəffəq eləsəin !
https://t.me/islam_ashegee
🔰Qardaşlarımız tərəfindən belə bir təşəbbüs irəli sürülüb
Başda şəhid ailələrimiz olmaqla, bütün inanclı xalqımızın diqqətinə!
Hicablı məktəblilərimizin təhsildən kənarda qalmaması və təhsil hüququnun qorunması üçün hazırlanan müraciəti imzalayaraq dəstək olun.
✍️ İmzalayın və paylaşın:
https://www.change.org/hicab-ve-tehsil-azadligi
Linkə daxil olaraq ad soyadınızı yazaraq imzanızı ata bilərsiniz
Belə ana bacılarımız varsa hicabı bu məmləkətdə qadağa edə bilməyəcəklər, inşallah.
https://whatsapp.com/channel/0029Vb7rIZnDjiOZNQ0NYz3g
Ya Məhdi (ə.f), bizləri bağışla... Bağışla ki, nəfsimizin istəklərinə ayırdığımız vaxt və sevgi qədər Səni istəyib, Səni arzulaya bilmədik.
https://t.me/islam_ashegee
Hicab və Şəhid haqqı
Görəsən, hicab qadağasını çıxaranlar bizim əziz şəhidlərimizdən utanırlarmı? 🥀
O şəhidlər ki, onları yetişdirən anaları hicablı idi. Onların həyat yoldaşları, bacıları və qızları hicablıdır. Onlar öz canlarını, namuslarını, qeyrətlərini və Vətənlərini qorumaq üçün bu yolda şəhid oldular.
İnanmıram ki, o şəhidlər məhşər günü öz haqlarını hicab qadağasını çıxaranlara və bu qadağaya səssiz qalanlara halal etsinlər. Çünki şəhidin qanı yalnız torpağın qorunması üçün axmadı. O qan bizim dəyərlərimizin, namusumuzun, qeyrətimizin və müqəddəs bildiyimiz dəyərlərin qorunması üçün də axdı.
Bu gün hicaba əl uzatmaq, onu qadağan etmək və ya hicablı qadının haqqını görməzdən gəlmək şəhidlərin əmanətinə qarşı məsuliyyətsizlikdir.
Hicab sadəcə bir parça deyil. Hicab bir qadının Allah qarşısında itaəti, iffəti və inancıdır. Onu məcburiyyətlə çıxarmaq deyil, ona hörmət etmək lazımdır.
Hicab şəhidin qanından sonra düşmən üçün ikinci böyük qorxu mənbəyidir. Ona görə də hicabınızdan möhkəm yapışın. Qorxmayın, utanmayın və haqqınızdan geri çəkilməyin.
Çadra, hicab deyərkən nə qədər şəhid getdi... 🥀
Bu əmanəti qorumaq bizim də məsuliyyətimizdir.
Allah bütün şəhidlərimizə rəhmət etsin, məqamlarını uca etsin və bizə onların yoluna layiq yaşamağı nəsib etsin. 🤲🏻
https://t.me/islam_ashegee
Haqsızlıq qarşısında əyilməyin; çünki haqqınızla bərabər şərəfinizi də itirərsiniz.!
https://t.me/islam_ashegee
“Allah şübhəsiz, Ona yardım edənə yardım edəcəkdir. Həqiqətən Allah qüvvətli və yenilməzdir”.
وَلَيَنْصُرَنَّ اللَّهُ مَنْ يَنْصُرُهُ ۗ إِنَّ اللَّهَ لَقَوِيٌّ عَزِيزٌ
(Həcc surəsi ayə 40)
https://t.me/islam_ashegee
Hicaba olan qadağalara səssiz qalmayaq.Bu Allahın qanunu və bizim haqqımızdır.Heç kəs bunu qadağa edə bilməz.
Nəzərinizə çatdıraq ki,bu məsələ bir ovuc xalq düşməni tərəfindən çıxıb ki,xalqı nəzərə almadan bunu tətbiq etmək istəyirlər.
Bizlər gərək bu məsələdə son dərəcə ayıq-sayıq olaq və birliyimizi qoruyaq.
Biz müqavimət göstərsək əmin olun ki,Allahın köməyi bizə çatacaq.Çünki Allah bizimdlədir.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنْ تَنْصُرُوا اللَّهَ يَنْصُرْكُمْ وَيُثَبِّتْ أَقْدَامَكُمْ
Ey iman gətirənlər! Əgər siz Allaha, Onun dininə kömək göstərsəniz, O da sizə kömək edər və addımlarınızı möhkəmləndirər. (Həzrəti Məhəmməd surəsi 7)
❓ Hicabı ləğv etməkdə hədəf nədir?
Qərb qadınının fəsad bataqlığına girməsi ailə institutunun məhvinə gətirib çıxardı. Hicabı ləğv etməklə qadın elmdə, siyasətdə, yaxud ictimai fəaliyyətlərdə inkişaf etmədi. Bunların hamısı hicab və iffətlə də mümkün idi. Biz İslam quruluşunda bunu sınaqdan çıxardıq. Hicabı ləğv etmək iffəti məhv etməyə, İslam cəmiyyətində həyanı sıradan çıxarmağa müqəddimə idi və insanları çox güclü cinsi amillə məşğul etməkdən ötrü həyata keçirildi.
Şəhid Rəhbər Ayətullah Xamenei (r)
https://t.me/islam_ashegee
Tezliklə hicab qadağalarının bitməsi ümüdi ilə....
https://t.me/islam_ashegee
Kərbəla ziyarəti
"Əməl dəftərimi əlimə verdilər.Səhifəni vərəqlədim. Səhifənin yuxarısında yazılmışdı:
“Kərbəla ziyarəti”
İçim sevinclə doldu. Bu ziyarət mənim üçün çox önəmli və mənəvi idi. Həmin səfəri bütün detalları ilə xatırladım.
Amma... dəhşətli bir şey baş verdi. Gördüm ki, həmin ziyarət və onun savabları silinməyə başladı...
Dərhal dedim:
“Niyə silindi?! Mən axı bu səfəri sırf İmam Hüseynə (ə) eşq üçün etmişdim!”
Gənc cavab verdi:
“Düzdür, ziyarətin özü gözəl və ixlaslı idi. Amma… həmin səfər zamanı bir mömini incitmişdin.”
O an həmin hadisə yadıma düşdü.
Səfər zamanı ziyarətə gəlmiş sadə bir gənc, izdihamın içində tələsik məzarın önünə keçmək istədi. Mən isə əsəbiləşib ona sərt davrandım. O gənc heç nə demədən geri çəkildi, amma mən özümü haqlı sanmışdım.
Gənc dedi:
“Allahın bir dostunu incitmək – ziyarətin savabını puç edir. Sənin səmimi ziyarətin, həmin əməlinlə silindi…”
Təəssüf içində dedim:
“Yəni bir acı söz, belə böyük bir ibadəti yox edə bilər?!”
Gənc gülümsədi və Qurandan bu ayəni oxudu:
“Əgər ibadətdən sonra insanları incitsəniz, verdiyiniz sədəqə də, ziyarət də puç olar.”
📚Axirətdə üç dəqiqə,səh 14
Şəhidlərin pak ruhuna salavat zikr edək.
https://t.me/islam_ashegee
✅ Kanalın linkini başqaları ilə paylaşaraq, kanalımıza dəstək ola bilərsiniz.
