Rufat Huseynzade
الذهاب إلى القناة على Telegram
Salam dostum, tez-tez qarşıma faydalı resurslar çıxır, istəyirəm ki, sənin də xəbərin olsun. Ona görə də bu kanalda qarşıma çıxan, maraqlı hesab etdiyim resursları ( təqaüd və təcrübə proqramları, kurslar, pdf kitab və film saytları və s.) paylaşacam.
إظهار المزيد1 886
المشتركون
-124 ساعات
-27 أيام
-1930 أيام
أرشيف المشاركات
1 886
Ailənizdə 1-ci kursu uğurla başa vurmuş tələbə varsa, bu proqram onların marağını çəkə bilər. Proqram ilk dəfə keçirilir və kifayət qədər perspektivli görünür.
Layihə Almaniyanın və dünyanın ən nüfuzlu universitetlərindən biri olan TUM (Technical University of Munich) ilə birgə həyata keçirilir. Proqram haqqında ətraflı məlumat, iştirak şərtləri və müraciət qaydaları saytında təqdim olunub.
Yalnız 60 nəfər seçiləcək, buna görə maraqlananların vaxtında müraciət etməsi tövsiyə olunur.
Ətraflı məlumat və müraciət:
https://www.azsetedu.az/
1 886
Bu dəfəki podkast qonağım Uzaq Asiyadan - Çində, Zhejiang University-də magistratura təhsili alan Xəyal Abdulladır.
Xəyalla podkastımızda: Uzaq Asiyada, xüsusilə Çində təhsil alma marağının necə yarandığından, universitet dönəmində Çin dilini öyrənmə prosesindən və bu dili bilməyin üstünlüklərindən danışdıq. Eyni zamanda bakalavr və magistratura təhsili üçün niyə məhz Çini seçdiyini, ilk getdiyi dövrdə qidalanma mühitinə uyğunlaşma prosesini, bakalavr təhsilini necə dəyərləndirdiyini bölüşdü.
Bundan əlavə, Çində qatıldığı maraqlı sosial aktivliklərdən, iştirak etdiyi təcrübə proqramlarından, tələbələr üçün təxmini yaşam xərclərindən, qəbul prosesində iştirak etdiyi onlayn müsahibələrdən və müraciət zamanı istifadə etdiyi akademik göstəricilərdən ətraflı bəhs etdik.
Qeyd edim ki, Xəyal bakalavr təhsilini Zhejiang Gongshang University-də tamamlayıb. Hazırda isə dünya universitetlərinin sıralamasında TOP 50-də yer alan Zhejiang University-də International Master of Finance ixtisası üzrə ikinci kurs tələbəsidir və HTP təqaüdü ilə təhsil alır.
Düşünürəm ki, həm bakalavr, həm də magistratura təhsilini Çində almış biri kimi Xəyalın təcrübəsi bu ölkədə təhsil almaq istəyən gənclər üçün olduqca faydalı və öyrədici olacaq.
Podkastın tam versiyasına aşağıda yerləşdirdiyim linkə keçid edərək baxa bilərsiniz.
https://youtu.be/HXP2iGwHmEA?si=9VfCozTRBKkVCKkC
Xoş izləmələr! 💙
1 886
Bu dəfəki podkast qonağım Uzaq Asiyadan - Çində, Zhejiang University-də magistratura təhsili alan Xəyal Abdulladır.
Xəyalla podkastımızda: Uzaq Asiyada, xüsusilə Çində təhsil alma marağının necə yarandığından, universitet dönəmində Çin dilini öyrənmə prosesindən və bu dili bilməyin üstünlüklərindən danışdıq. Eyni zamanda bakalavr və magistratura təhsili üçün niyə məhz Çini seçdiyini, ilk getdiyi dövrdə qidalanma mühitinə uyğunlaşma prosesini, bakalavr təhsilini necə dəyərləndirdiyini bölüşdü.
Bundan əlavə, Çində qatıldığı maraqlı sosial aktivliklərdən, iştirak etdiyi təcrübə proqramlarından, tələbələr üçün təxmini yaşam xərclərindən, qəbul prosesində iştirak etdiyi onlayn müsahibələrdən və müraciət zamanı istifadə etdiyi akademik göstəricilərdən ətraflı bəhs etdik.
Qeyd edim ki, Xəyal bakalavr təhsilini Zhejiang Gongshang University-də tamamlayıb. Hazırda isə dünya universitetlərinin sıralamasında TOP 50-də yer alan Zhejiang University-də International Master of Finance ixtisası üzrə ikinci kurs tələbəsidir və HTP təqaüdü ilə təhsil alır.
Düşünürəm ki, həm bakalavr, həm də magistratura təhsilini Çində almış biri kimi Xəyalın təcrübəsi bu ölkədə təhsil almaq istəyən gənclər üçün olduqca faydalı və öyrədici olacaq.
Podkastın tam versiyasına aşağıda yerləşdirdiyim linkə keçid edərək baxa bilərsiniz.
https://youtu.be/HXP2iGwHmEA?si=9VfCozTRBKkVCKkC
Xoş izləmələr! 💙
1 886
Bu dəfəki qonağım Ramiz Hüseynzadə oldu
Ramizlə söhbətimizdə onun UFAZ-da bakalavr təhsilini necə dəyərləndirdiyindən, xaricdə təhsil alma qərarının necə formalaşdığından danışdıq. Bir sıra TOP universitetdən qəbul almasına baxmayaraq niyə Fransanı seçdiyini, PSL University-də təhsil aldığı dövrdə qazandığı təcrübələri və Fransadakı təhsil sistemini müzakirə etdik.
Eyni zamanda Ramiz gələcək planları, doktorantura üzrə Politecnico di Milano seçimi və karyera hədəfləri haqqında da maraqlı fikirlərini bölüşdü.
Düşünürəm ki, magistr və doktorantura təhsilini xaricdə almaq istəyən gənclər üçün bu podkast həm maraqlı, həm də öyrədici olacaq.
Podkastın tam versiyasını aşağıdakı link vasitəsilə YouTube kanalımdan izləyə bilərsiniz.
https://youtu.be/FV6GS5b6JBk?si=M9EUa8pCBiQ8mRO-
Hər kəsə xoş izləmələr! 💙
1 886
Gənc Sahibkar Bootcampı üçün müraciətlər açıqdır.
15–30 yaş arası gənclər üçün nəzərdə tutulan EmpowerMe: Gənc Sahibkar Bootcampı 15–30 Aprel 2026 tarixləri arasında onlayn keçiriləcək. Proqram gənclərin sahibkarlıq və rəqəmsal bacarıqlarını inkişaf etdirməyi və onları beynəlxalq startap ekosisteminə hazırlamağı hədəfləyir.
Bootcamp ərzində iştirakçılar:
Biznes modeli və bazar araşdırması
MVP və prototip hazırlığı
Maliyyə planlaşdırması
Pitch deck və investor təqdimatları
mövzularında təlim və mentorluq dəstəyi əldə edəcəklər.
Seçilmiş startaplar həmçinin aşağıdakı imkanları əldə edəcəklər:
2 aylıq Beynəlxalq Akselerasiya Proqramına qatılmaq imkanı
Türkiyədə keçiriləcək Demo Day-də iştirak edərək ümumi dəyəri $17,500 olan biznes inkişafı hədiyyə kartları uğrunda yarışmaq imkanı
Entrepreneurship World Cup müraciəti üçün Habitat Assosiasiyası tərəfindən istiqamətləndirmə dəstəyi
📅 Bootcamp tarixləri: 15, 17, 20, 22, 27, 29, 30 Aprel 2026
⏳ Son müraciət tarixi: 10 Aprel 2026
1 886
Bu dəfəki qonağım hazırda Imperial College London universitetində Aeronautical Engineering ixtisası üzrə 1-ci kursda Dövlət Proqramı təqaüdü ilə təhsil alan tələbəmiz Adil Səttarov oldu.
Adilin xaricdə təhsilə gedən yolu, videoda da qeyd etdiyi kimi, uşaqlıqdan özünə verdiyi “niyə?” sualı ilə başlayıb.
Məhz bu sual onu 9-cu sinifdə “Niyə mən də bacarmayım?” motivasiyası ilə hərəkətə gətirib. Həmin il olimpiada qalibi ola bilməsə də, məqsədindən vaz keçməyib və 10-cu, 11-ci siniflərdə Respublika Fənn Olimpiadaları və Azərbaycan Astronomiya Olimpiadalarında ümumilikdə 3 gümüş və 1 qızıl medal qazanıb.
Daha sonra xaricdə təhsil istiqamətində atdığı əsas addımlardan biri bp şirkəti ilə həyata keçirdiyimiz təqaüd proqramımızın elanını görüb müraciət etməsi oldu. Seçildikdən sonra isə bu yol daha da sürətlənib.
Davamı şərhdə ⬇️
1 886
Növbəti podkast qonağım hazırda Bilkent University-də Molecular Biology and Genetics ixtisası üzrə 3-cü kursda təhsil alan tələbəmiz Zəhrabəyimdir.
Zəhrabəyimlə söhbətimizdə biologiyaya marağının necə formalaşmasından, biologiya olimpiadalarına necə və nə zaman hazırlaşmağa başlamasından, müraciət prosesində universitet və təqaüd proqramlarına qəbul olmaq üçün keçdiyi mərhələlərdən, iştirak etdiyi müsahibələrdən və bunun nəticəsində qazandığı təcrübələrdən, eləcə də 2024-cü ildə yenidən TOP universitetlərdən qəbul almasına baxmayaraq təhsilini niyə Bilkent University-də davam etdirməyi seçməsindən danışdıq.
Eyni zamanda onun 3 illik universitet təcrübəsi, tələbə həyatı və bu müddətdə qazandığı dəyərlərlə bağlı bir çox maraqlı mövzuya toxunduq.
Düşünürəm ki, Türkiyədə təhsil almağı planlaşdıran gənclər üçün olduqca faydalı və maraqlı bir söhbət alındı.
Zəhrabəyimə təhsil və karyera yolunda bol uğurlar arzulayıram.
1 886
Növbəti podkast qonağım Xizri Saxrayev oldu.
Xizri ilə söhbətimiz iki hissədən ibarət oldu:
- Birinci hissədə tələbə Xizri,
- İkinci hissədə isə müəllim Xizri ilə danışdıq.
Birinci hissədə Xizrinin informatika olimpiadalarına hazırlaşmaq qərarının necə formalaşmasından, bu sahəyə olan marağından, əldə etdiyi olimpiada uğurlarından, TOP universitetlərə qəbullarından və ölkəmizdə ADA Universitetində bakalavr təcrübəsindən bəhs etdik.
Düşünürəm ki, Xizrinin hekayəsi gənclər üçün güclü motivasiya mənbəyidir. Hər kəs həyatının müəyyən mərhələsində istədiyi nəticəyə dərhal çatmaya bilər. Elə bu anlarda insanın yoluna davam etməsi və əldə etdiyi təcrübəni dəyərə çevirməsi xüsusi önəm daşıyır. Xizrinin hekayəsində də bu yanaşmanı aydın görürük. O, xaricdə bakalavr təhsili almaq arzusunu fərqli bir istiqamətdə reallaşdıraraq, bu gün TOP universitetlərdə təhsil ala biləcək potensiala sahib olan şagirdlərə yol göstərir və onların gələcəyinə töhfə verir.
Davamı şərhdə ⬇️
1 886
Növbəti podkast qonağım 2 qat tələbəmiz Əjdər Allahverdiyevdir 😀
2020-ci ildə onunla birlikdə Ankara Universitetindən Hüquq (Law) ixtisası üzrə qəbul almışdıq. 2024-cü ildə isə Əjdər Stockholm University-dən International Commercial Arbitration Law ixtisası üzrə magistr proqramına qəbul oldu.
Podkastımızda onun bakalavr və magistr təhsili dövründə Türkiyə və İsveçdə əldə etdiyi təhsil təcrübələrindən, iştirak etdiyi sosial fəaliyyətlərdən və internship proqramlarından geniş şəkildə danışdıq.
Əjdərin iştirak etdiyi fəaliyyətlər:
- Modern Course of GATS (MSG)
- JESSUP və Vismood proqramları
- 2022-ci ildə Sloveniyada Avropa Gənclər Parlamenti
- 2023-cü ildə Yunanıstanda ELSA Summer School – Arbitraj üzrə
- Internship: Türkiyədə ELSA traineeship proqramı
Davamı şərhdə⬇️
1 886
“Bir Könüllü” Tələbə Təşkilatı və “Pathtomath” Tələbə Riyaziyyatçılar Klubunun birgə təşkilatçılığı ilə 4–9 fevral 2026-cı il tarixlərində Quba rayonunda tələbələr üçün qış düşərgəsi – MathCamp 2026 təşkil ediləcək.
🎯 Düşərgənin əsas məqsədi:
Tələbələr arasında ali riyaziyyata marağı artırmaq;
Riyaziyyatın yeni texnologiyalar və süni intellekt sahələrində tətbiqi barədə məlumatlandırmaq;
Yaz tətili dövründə tələbələrin riyazi biliklərini gücləndirmək.
📝 Qeydiyyat:
Ətraflı məlumat və qeydiyyat üçün link:
🔗 https://forms.gle/PaUfiLSFVfVrEum28
📌 Qeyd: Düşərgədə iştirak etmək istəyən tələbələr 16 yanvar 2026-cı il tarixinədək qeydiyyatdan keçməlidirlər.
👥 Düşərgədə kimlər iştirak edə bilər?
Riyaziyyat, fizika və texniki ixtisaslar üzrə bakalavriat səviyyəsində təhsil alan III və IV kurs tələbələri;
Magistratura və doktorantura səviyyəsində təhsil alan tələbələr.
Davamı şərhdə ⬇️
1 886
Növbəti podkast qonağım tələbəmiz, Elay Məmishov oldu.
Söhbətimiz Elayın həm olimpiada təcrübələrini, həm TOP universitetlərə hazırlıq prosesinin incəliklərini, eyni zamanda universitet dövründə qarşısına qoyduğu məqsədləri əhatə edir.
Söhbətimizdə:
1️⃣ Olimpiada təcrübəsi və tövsiyələri:
Elay ilə məktəb illərində riyaziyyat fənni üzrə qatıldığı olimpiadalar, qazandığı medallar və proses haqqında danışdıq. Xüsusilə aşağı sinif şagirdləri üçün olimpiadalara effektiv hazırlıqla bağlı tövsiyələrini bölüşdü və həmçinin istifadə etdiyi materiallar barədə faydalı məlumatlar paylaşdı.
2️⃣ TOP universitetlərə qəbul prosesi:
Elayın akademik hazırlıq dövrü, əldə etdiyi nəticələr (SAT, IELTS və s.) və bu yolda şagirdlərə tövsiyələri barədə söhbət etdik.
3️⃣ KAIST-də planlaşdırdığı təhsil həyatı:
Gələcək akademik-sosial planları haqqında dəyərli fikirlərini bölüşdü.
Davamı şərhdə ⬇️
1 886
Bu dəfə qonağım FLEX proqramı çərçivəsində Amerikada təhsil alan tələbəmiz Rəsul Əsədli oldu.
Rəsul sosial aktivliklər, layihələr və beynəlxalq proqramlarda iştirakı ilə seçilən tələbələrimizdəndir. Onunla söhbətimizdə qatıldığı tədbirlərdən, akademik və şəxsi inkişafına töhfə verən fəaliyyətlərdən, həmçinin xaricdə təhsil prosesində topladığı təcrübələrdən danışdıq.
Podkast ərzində müxtəlif yay məktəbləri, olimpiadalar, startaplar, könüllülük proqramları və xaricdə təhsil prosesində ona fayda verən addımları müzakirə etdik.
Düşünürəm ki, sosial aktivliklər axtaran və müxtəlif TOP universitetlərdə təhsil almağı planlayan şagirdlər, hal-hazırda təhsilini davam etdirən həmçinin məzun olmuş tələbələr bu söhbətdən özlərinə uyğun çox dəyərli nüanslar tapa biləcəklər.
Videonun tam versiyasına aşağıda yerləşdirdiyim keçid linkindən baxa bilərsiniz.
https://youtu.be/mNvFFdFD3UY?si=pxKO1frPdZ8Tgtan
Hər kəsə xoş izləmələr! 💙
1 886
Növbəti podkast qonağım tələbəmiz, İbrahim Kərimli oldu.
Bu dəfəki podkast söhbətimiz İbrahimin həm akademik, həm də olimpiada təcrübələrini əhatə edir.
Söhbətimiz əsasən üç istiqamətdədir:
1️⃣ Olimpiada təcrübəsi və tövsiyələri.
Ibrahim ilə məktəb illərində riyaziyyat fənni üzrə qatıldığı olimpiadalar, qazandığı medallar və proses haqqında danışdıq. Xüsusilə aşağı sinif şagirdlərinə olimpiadalara effektiv hazırlıqla bağlı tövsiyələrini bölüşdü və həmçinin o, istifadə etdiyi materiallar barədə də faydalı məlumatlar paylaşdı.
2️⃣ Xarici universitetlərə qəbul prosesi.
İbrahimin akademik hazırlıq dövrü, əldə etdiyi nəticələr (SAT, IELTS və s.) və bu yolda şagirdlərə tövsiyələri barədə söhbət etdik.
3️⃣ KAIST-də təhsil həyatı.
İbrahim hazırda təhsil aldığı KAIST universitetindəki akademik mühit, kampus həyatı, təcrübələri və gələcək akademik-sosial planları haqqında dəyərli fikirlərini bölüşdü.
Davamı şərhdə ⬇️
1 886
Nizami Ganjavi International Center is proud to announce that the applications for the young leaders of the XIII Global Baku Forum are now open!
The Young Leaders Program (YLP) is a unique opportunity for young people to present their concerns about the current state of international society to today’s and yesterday’s leaders. The YLP aims to create an environment where young people from diverse backgrounds can cross-pollinate ideas, share insights and gain new perspectives to create actionable outcomes to push the world forward. Young people between the age of 18-35 from different backgrounds and professionally active in any field from politics and policymaking, social, humanitarian, economic, environmental, and legal spheres to entrepreneurship, innovations, and science who have the potential to positively impact their communities and the wider world are welcome to apply.
To submit your application, please send your Resume and Cover Letter to info@nizamiganjavi-ic.org by December 21.
1 886
‼️Boston Consulting Group (BCG) #Summer #Internship #2026 — #Applications Now #Open!
Dreaming of shaping the future, pushing your limits, and making real impact at one of the world’s top #consulting firms? This is your chance. Join #BCG for an unforgettable #10-week #summer #internship starting #July 1, #2026.
We're searching for #ambitious, #curious, and #high-performing #students from fields like: #business, #engineering, #sciences, #economics, #finance, and beyond who are ready to tackle real challenges and grow alongside world-class teams.
#Who can apply?
2nd, 3rd, or 4th-year Bachelor’s students
1st or 2nd-year Master’s students
Application deadline: January 31, 2026
Step into the world of consulting and gain hands-on experience working with brilliant minds at #BCG. This is where your journey begins.
#Apply #today and start building the career you’ve always envisioned!
https://shorturl.at/BizYU
1 886
#SOCARHackathon2025-ə qeydiyyat başladı!
13-14 dekabr 2025-ci il tarixlərinda SOCAR-in Bakı Ali Neft Məktəbində "SOCAR Hackathon 2025" tədbiri keçiriləcəkdir.
#Hakatonun məqsədi SOCAR-ın innovasiya gündəliyinə uyğun süni intellekt və məlumat mühəndisliyi üzrə yeni texnoloji həllər hazırlamaq, həmçinin gəncləri yaradicı, praktiki həllər üzərində işləməyə təşviq etməkdir.
Hakaton iki istiqamət üzrə keçiriləcək:
1 Süni intellekt Mühəndisliyi (Al Engineering): I yazısı məlumatlarının emalı
2 Melumat Mühəndisliyi (Data Engineering): Seysmik məlumatlarin bərpası
* İştirakçlar komandalər şəklində (an çox 3 nəfər) müraciət edə bilərlər.
ilkin seçim mərhələsində komandaların motivasiya məktubu, CV-ləri və texniki bacarıqları nəzərə alinacaq.
* Seçilmiş komandalar 48 saat ərzində SOCAR-in təqdim etdiyi real məlumat bazaları üzərində işləyərək texnoloji həllər hazırlayacaqlar.
Mükafat fondu (hər istiqamət üzrə):
1-ci yer -4,000 AZN
2-ci yer - 2,000 AZN
3-cü yer -1,000 AZN
Qeydiyyat üçün:
https://shorturl.at/gGUXt
1 886
Növbəti podkast qonağım Amerikanın TOP universitetlərindən biri olan UC Berkeley ( TOP 5) universitetində təhsil alan Leyla Ağayeva oldu.
Leyla ilə söhbətimizdə xaricdə, xüsusilə Amerikada təhsil almaq qərarının necə yarandığından, hələ 14 yaşında olarkən Columbia University-də qatıldığı Summer School təcrübəsindən, orta məktəbdə oxuyarkən artıq 10-cu sinifdə məktəb daxili klublarda aktiv iştirakından və prezident olaraq fəaliyyətindən, məktəb dönəmində yazdığı “Ətraf mühitin miqrenə təsiri” adlı məqaləsi və digər fəaliyyətlərin qəbul prosesinə təsiri haqqında ətraflı danışdıq.
Podkastda həm də UC Berkeley universitetinin Dövlət Proqramının siyahısında olmamasına rəğmən necə qalib olması, müraciət esselərində seçdiyi suallar, qəbul aldığı universitetlərin müsahibələri və həmin proseslərin detalları haqqında danışdıq.
Düşünürəm ki, son dərəcə maraqlı və faydalı bir podkast alınıb.
https://youtu.be/6866mgHp4tE?si=8ZTiIzvpeM_H5A16
Hər kəsə xoş izləmələr! 💙
1 886
Növbəti podkast qonağım Dövlət Proqramı ilə hal-hazırda dünyanın ən yaxşı universitlərindən biri olan Duke Universitetində 2-ci kursda təhsil alan tələbəmiz Abuzər Xudaverdiyeva oldu.
Düşünürəm ki, Abuzərlə olan söhbətimiz nəinki gənclər, hətta valideynlər üçün də son dərəcə maraqlı və faydalı olacaq. Valideynlərinin xaricdə təhsil mövzusunda tərəddüdlərinə baxmayaraq, qızlarının yanında olaraq onu dəstəkləmələri məni xüsusilə sevindirdi.
Podkastımızda onun Bakalavr təhsil ilini necə dəyərləndirdiyindən və iştirak etdiyi sosial fəaliyyətlərdən danışdıq:
SOCAR və IBM-in ortaq layihəsi “Gənc İstedadlar”
Azercell-in “Tələbə Proqramı”
Təhsil Nazirliyinin “Maarifçi Tələbə-Məzun Proqramı”
Duke Universitetinin Summer School proqramı
Bundan əlavə, xaricdə təhsil alma qərarının necə formalaşdığı, Dövlət Proqramının və universitetlərin müsahibə prosesləri haqqında da geniş söhbət etdik. Abuzər həmçinin Amerikada təhsil almaq istəyən gənclərə öz tövsiyələrini bölüşdü.
Davamı şərhdə⬇️
متاح الآن! بحث تيليغرام 2025 — أهم رؤى العام 
