cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

Technology Az

Hər kəsə Salamlar! Technology Az səhifəsinə xoş gəlmisiniz. Kanalda Texnologiya ilə bağlı lazımi məlumatlar paylaşılacaq. Paylaşımlar təhsil məqsədlidir. Reklam, təkliflər və əməkdaşlıq üçün: @TechnologyAz_Contact_Bot

إظهار المزيد
مشاركات الإعلانات
2 110
المشتركون
-224 ساعات
-227 أيام
-10230 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Photo unavailable
Azərbaycan Silahlı Qüvvələri - 106 il 🇦🇿 Daim Var Ol, Hər Zaman Yaşa!
إظهار الكل...
2
Photo unavailable
Dəyərli Technology Az səhifəsinin izləyiciləri. Sizləri Qurban bayramı münasibətilə təbrik edirəm, uzun ömür, can sağlığı, işlərinizdə və həyatınızda daima uğurlar arzu edirəm. Qurban bayramınız mübarək!
إظهار الكل...
2
Photo unavailable
Üçrəngli bayrağınla məsud yaşa! Müstəqillik günümüz mübarək! 🇦🇿
إظهار الكل...
👍 5❤‍🔥 3
Photo unavailable
Əşyaların İnterneti (IoT) necə işləyir? Hər kəsə Salamlar. Bu gün sizlər üçün əşyaların interneti (IoT) ekosisteminin necə işlədiyini göstərən bir təsvir tapdım. İstərdim siz də fikirlərinizi bölüşəsiniz. Sizcə bu ekosistemin böyüməsində mühüm faktorlar nələrdir? © TECHNOLOGY AZ
إظهار الكل...
👍 3
Dələduzların cinayət metodu - saxta saytlar Salam Dəyərli Technology Az səhifəsinin izləyiciləri! Keçən dəfə qeyd etdiyim kimi bu gün qısa formada Sosial şəbəkələrdə son dövrlərdə istifade olunan kibercinayətkarlıq metodlarından bəhs etmək istəyirəm. Bugünkü hissədə son dövrlərdə ölkəmizdə ən məşhur metoddan bəhs etmək istəyirəm. Dövlət saytlarına bənzər saxta ödəniş saytları yaratmaqla Son dövrlərdə ən çox istifadə olunan metoddur. İstər Asan Xidmət, istər Azərpoçt adı ilə hazırlanan saxta saytlar vasitəsilə kart məlumatları ələ keçirilir. Amma saxta sayta məlumat daxil olunan mərhələyədək dələduzlar Sosial Mühəndislik-dən istifadə edirlər. Belə ki, nömrələrə istər mesaj göndərərək, istər bəzən zəng yolu ilə onlar hədəf şəxsi aldadırlar. Amma bundan qorunmaq metodu çox sadədir. Siz yönləndirildiyiniz saytın domen adına baxmaqla saxta olmasını təyin edə bilərsiniz. Məsələn : Azərpoçt saytının original adresi azerpost. az - dır. Azərpoçtla bağlı yönləndirildiyiniz saytın domen hissəsində bu saytdan fərqli ad gördükdə qətiyyən ora heç bir məlumatınızı daxil etməyin. Ümumiyyətlə isə tanımadığınız ünvandan gələn heç bir linkə, hətta tanıdığınız şəxslərdən gələn heç bir şübhəli linkə keçid etməyin. ©️TECHNOLOGY AZ
إظهار الكل...
👍 3
Kibertəhlükəsizlik və İnformasiya təhlükəsizliyinin fərqləri nələrdir? Hər kəsə Salamlar! Bu postumuzda sizlərə bəzən bir-biri ilə qarışdırılan bu anlayışlar arasındakı fərqi izah edəcəm. Əvvəlcə İnformasiya təhlükəsizliyi barədə qısa məlumat verim. İngiliscə qısa olaraq InfoSec kimi ifadə olunur. İnformasiya təhlükəsizliyi müxtəlif daşıyıcılarda - bulud yaddaşında, serverlərdə və adi çap kağızlarında saxlanıla bilən məlumatların qorunması üsullarını əhatə edir. Kibertəhlükəsizlik anlayışı isə rəqəmsal məlumatların internetdə təhlükəsizliyinin təmin edilməsini, oğurluqdan qorunmasını nəzərdə tutur. Yəni bu o deməkdir ki, İnformasiya təhlükəsizliyi həm fiziki, həm də rəqəmsal məlumatların təhlükəsizliyini əhatə edirsə, kibertəhlükəsizlik isə yalnız rəqəmsal məlumatların təhlükəsizliyini təmin edir. Postu bəyənərək dəstək ola bilərsiniz. Qeyd edim ki, bəyənmək üçün postun üzərinə 2 dəfə toxunmağınız kifayət edir. ©️TECHNOLOGY AZ
إظهار الكل...
👍 3
Photo unavailable
NAT nədir? Hər kəsə Salamlar! Bu gün NAT barədə qısa formada bəhs edəcəm. Network Address Translation (NAT) bir çox xidmət təminatçıları və şəxsi istifadəçilər tərəfindən real IP ünvanlarının olmaması problemini həll etmək və İnternetə qoşulmuş yerli şəbəkələrin təhlükəsizliyini təmin etmək üçün istifadə olunur. Məsələn, bir şirkətin məhdud sayda IP ünvanları var, lakin İnternetə çıxışa ehtiyacı olan yerli IP ünvanları olan daha çox sayda kompüter var. Bu problemi həll etmək üçün yerli şəbəkədəki kompüterlərə yalnız bir xarici real IP ünvanından istifadə edərək İnternetlə qarşılıqlı əlaqə yaratmağa imkan verən NAT istifadə olunur. NAT yerli IP ünvanı əvəzinə xarici ictimai IP ünvanını əvəz etməklə bu problemi həll edir. ©️TECHNOLOGY AZ
إظهار الكل...
👍 4
Photo unavailable
10 May — Ümumilli Lider Heydər Əliyevin anadan olduğu gündür. Ulu Öndər Heydər Əliyevi Sevgi və Ehtiramla Anırıq!
إظهار الكل...
👍 3 1
Photo unavailable
Əşyaların İnterneti (IoT) hansı elementlərdən ibarət olduğunu göstərən diaqram. ©️TECHNOLOGY AZ
إظهار الكل...
👍 3 1
Pass the Hash hücumundan necə qorunmaq olar? Hər kəsə Salamlar! Bu postumuzda sizlərə bu hücumdan necə qorunmaq olar ondan bəhs etmək istərdim. 1) Parolları güclü və qarışıq formada qoyun. Parolların uzunluğu, böyük-kiçik hərf, rəqəm və xüsusi işarələrdən istifadə olunması kimi kriteriyalar olmalıdır. Güclü şifrələr brute force hücumlarına qarşı daha təhlükəsizdir. 2) Parolları müəyyən müddət ərzində dəyişin. Parolların dəyişdirilməsi köhnə şifrəniz qırılsa belə təhlükəsizlik qorunmuş olacaq. 3) Şəbəkə təhlükəsizliyini artırmaq. Şəbəkə trafikini izləmək, şübhəli vəziyyətləri müəyyənləşdirmək və əngəlləmək üçün firewal-lar, antivirus proqramları və şəbəkə trafikini izləyən toollar istifadə olunmalıdır. ©️TECHNOLOGY AZ
إظهار الكل...
👍 3
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.