cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

Vətən🇦🇿

Qana və torpaqa sadiq qalın,qanda - irqin qüdrəti, torpaqda - ataların mezari var.

إظهار المزيد
أذربيجان1 452الأذربيجانية1 275السياسة13 389
مشاركات الإعلانات
2 462
المشتركون
-224 ساعات
-137 أيام
-5130 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov EDNews TV-nin efirində regional və qlobal siyasi gündəmin aktual məsələləri ilə bağlı fikirlərini bölüşüb. 🌐 Vətən
إظهار الكل...
Rusiya Xankəndidə niyə konsulluq açmaq istəyir? - Fərhad Məmmədov ilə MÜSAHİBƏ

Ednews TV - nin bugünki qonağı Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru və politoloq Fərhad Məmmədovdur. Politoloq ilə müsahibədə Rusiya Xankəndidə yaxın vaxtlarda baş konsulluğun hansı məqsədlərə xidmət etdiyi?, Çinin Aİ - də yüksələn reputasiyası və ABŞ - ın zəifləyən diplomatiyası, erməni keşiş Baqratın üsyanın arxaplanı və Qəzza böhranın həlli perspektivləri, Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahunun həbsi qərarı kimi mövzular danışıldı. Daha ətraflı video - müsahibədən izləyə bilərsiniz: #azerbaycan #video #ednews #armenia #geopolitics

TikTok-a qadağa Türkiyə parlamentinin Milli Müdafiə Komissiyasının təsdiq etdiyi Türkiyə silahlı qüvvələrinin üzvləri ilə bağlı bir sıra qanunlara dəyişiklik edilməsini nəzərdə tutan qanun layihəsində yer alıb. Qeyd olunur ki, əsgərlər kazarma və əməliyyat bölgələrindən bəzi görüntüləri sosial mediada paylaşaraq təhlükəsizlik riskini gündəmə gətirib. İş yerlərində mobil telefondan istifadənin ciddi təhlükəsizlik problemləri yaratdığı diqqətə çatdırılıb. 🌐 Vətən
إظهار الكل...
👍 3
Aİ-Çin münasibətləri: Əməkdaşlıq, rəqabət, yoxsa qarşıdurma? (II hissə) Mayın əvvəllərində Aİ-Çin münasibətlərində əlamətdar hadisə baş verib. Çin sədri Si Cinpin Avropa turu çərçivəsində Fransa, Macarıstan və Serbiyaya səfər edib. Tədbirlər proqramının kifayət qədər geniş olması ilə yadda qalan bu səfər beş illik fasilədən sonra baş tutub. Bu illər ərzində isə tərəflər arasındakı ayırıcı xətlər daha da dərinləşib. Həmin xətləri aşağıdakı kimi təsvir etmək olar: - Qərb və qeyri-Qərb. Burada tərəflər hələ də ikiqütblü dünya nizamı paradiqmasından çıxış edirlər. Aİ və Çinin Ukrayna münaqişəsinə dair mövqelərinə nəzər saldıqda, bu ayırıcı xətt daha aydın görünür. ABŞ və Aİ Çini Rusiya ilə əməkdaşlıqdan çəkinməyə çağırır. Lakin buna baxmayaraq, Pekinlə Moskva arasındakı işbirliyi getdikcə daha da dərinləşir. Belə şəraitdə Qərb və qeyri-Qərb arasındakı məsafə artır, Çin Rusiya ilə birgə mövcud dünya nizamını dəyişməkdə daha çox ittiham edilir ki, bu da Aİ ilə Çin arasında yeni siyasi-iqtisadi razılaşmaları mümkünsüz edir. - Aİ qurumları və üzv ölkələr. İlk xətt əsasən Aİ tərəfindən qabardılırsa, ikinci xətt başlıca olaraq Çin tərəfindən formalaşdırılır. Pekin Aİ-nin ümumi institutlarında qeyri-Qərb ölkələrinə qarşı ayırıcı münasibəti sezdiyi üçün bu təsisatlarla əlaqələrini xeyli azaldıb. Çin Avropa ilə münasibətlərdə yuxarıdan aşağıya deyil, aşağıdan yuxarıya doğru hərəkəti seçib. Belə ki, hazırda Şərq nəhəngi birbaşa Brüssellə deyil, Paris və Budapeşt kimi Avropanın digər paytaxtları ilə əlaqələrə üstünlük verir. Əlbəttə ki, Macarıstanın, hətta Fransanın belə Aİ-nin “risklərin azaldılması” kimi ümumi yanaşmasını dəyişəcəyi real deyil. Amma Çin ümid edir ki, onun bir sıra Avropa ölkələrilə əlaqələri strateji xarakter alarsa, həmin ölkələr bu əlaqələri ümumavropa həmrəyliyinə qurban verməyəcəklər. Qərbin Çin dilemması ABŞ Çinlə münasibətlərdə “ayırma” (de-coupling) prinsipini irəli sürərək Pekini bütün fəaliyyət sahələri üzrə uzunmüddətli rəqib kimi görür. Aİ isə Çinlə əlaqələrini “risklərin azaldılması” (de-risking) konsepsiyası üzərində qurur. Brüssel Pekinlə mümkün sahələrdə qarşılıqlı əməkdaşlığı davam etdirməyə, bu əməkdaşlığı özü üçün daha təhlükəsiz etməyə, itkilərə məruz qalmadan mövcud işbirliyindən faydalanmağa çalışır. Çinlə bağlı fərqli yanaşmalar Aİ-yə üzv ölkələr arasında da özünü göstərir. Avropa dövlətlələrinin bir qismi Pekinlə münasibətlərdə məsafə saxlamağın tərəfdarı olsalar da, digər bir qismi əksinə, əməkdaşlığı daha da genişləndirməyin lehinədir. Aİ-nin hədəfləri, Çinin məqsədləri Aİ Çinlə münasibətlərdə ilk növbədə iqtisadi dividendlər əldə etməyi hədəfləyir. Həmçinin, Brüssel qlobal iqlim dəyişikliyi şəraitində ekoloji gündəm, eləcə də elmi-texnoloji inkişaf məsələlərində Çinlə əlaqələrdən faydalanmağa çalışır. Çin üçün Aİ-nin öz strateji subyektliyini artırması çox vacibdir. Pekin Aİ-nin tam şəkildə ABŞ-ın təsiri altına düşməsini istəmir, Qərb düşərgəsində daxili ziddiyyətlərin və Çinlə əməkdaşlıq meyillərinin saxlanmasına çalışır. Belə ki, Şərq ölkəsinin sonrakı inkişafı üçün açıq Avropa bazarı, investisiya imkanları, Aİ-nin daha üstün elmi-texnoloji bazasından yararlanmaq imkanı vacibdir. Səfərin nəticələri Çin liderinin Avropaya səfəri, ilk olaraq Pekinin regiona böyük marağının göstəricisidir. Düzdür, bu səfərin ciddi qlobal nəticələrə səbəb olması mümkünsüz olsa da, o, Aİ-Çin münasibətlərində daha aktual elementləri və prioritetləri müəyyənləşdirmək üçün önəmli idi. Çin sədrinin Paris, Belqrad və Budapeştdəki görüşləri bir daha təsdiq etdi ki, Pekin Aİ ilə strateji dialoq əvəzinə, hələ də kompromisə hazır olan ayrı-ayrı Avropa ölkələrilə əlaqələri tərcih edir. Həmçinin, Si-Cinpinin Avropa turu Qərb və Aİ daxilindəki ziddiyyətləri bir daha üzə çıxardı, Aİ ilə Çin arasında əməkdaşlıq tendesiyalarının hələ də saxlanmasını təsdiqlədi. Bununla yanaşı, səfər ayırıcı xətlərin olduğu kimi qalmasını və onları aşmaq üçün tərəflərdən heç birinin ciddi təşəbbüs göstərməməsini nümayiş etdirdi. 🌐 Vətən | @cssc_cqtm
إظهار الكل...
Photo unavailableShow in Telegram
🇹🇷🇹🇷🇦🇿 Azərbaycan Ordusunun Baş Qərargah rəisi türkiyəli həmkarı ilə görüşüb “EFES - 2024” çoxmillətli təlimində iştirak etmək məqsədilə Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak ilə görüşüb. Görüşdə hərbi və hərbi-texniki əməkdaşlığn cari vəziyyəti müzakirə edilib, həmçinin qarşılıqlı təcrübə mübadiləsi məqsədilə birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi vurğulanıb. 🇦🇿 @UDudaka
إظهار الكل...
👍 3 1
Bu, Rusiya tərəfindən Azərbaycana edilən qəribə bir təklifdir: bəlkə səhv salıblar? “O da var ki, paritet konsulluqların sayı ilə götürülməməlidir. Xarici ölkənin ərazidəki vətəndaşlarının sayı ilə, başqa sözlə, onlarla görülməsi real görülməli olan işlərlə ölçülməlidir. Qarşı tərəf nəzərə almalıdır ki, Rusiya ərazisində yaşayan Azərbaycan vətəndaşlarının sayı da çoxdur...” “Hesab edirəm ki, Azərbaycan tərəfi bu məsələnin müzakirəsi zamanı cəmiyyətdən ünvanlanan sualları, yəni Xankəndində Rusiyanın baş konsulluğun açılmasının məqsədi barədə sualları qarşı tərəfə verəcəkdir. Adətən konsulluğun vəzifəsi mənsub olduğu ölkənin vətəndaşları olan xarici ölkələrdə həmin vətəndaşlara xidmətlər göstərməkdir. Ancaq əgər, məsələn, Azərbaycanda yaşayan ruslar, Azərbaycan vətəndaşıdırlarsa, onlara konsulluq yurisdiksiyası düşmür”. Bunu Rusiyanın Xankəndində şəhərində baş konsulluq açmaq niyyətini rəsmən ifadə etməsi məsələsinə münasibət bildirərkən Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov söyləyib. “Hər halda bu, Rusiya tərəfindən Azərbaycana edilən qəribə bir təklifdir. Bəlkə səhv salıblar? Moskva hesab edir ki, guya Azərbaycanla bir-birinin ərazisindəki konsulluqların sayı məsələsində disbalans var, paritet pozulub. Yəni Azərbaycanın Rusiyanın iki şəhərində baş konsulluğu olsa da, Rusiyanın ölkəmizin ərazisində yalnız Bakıda səfirliyi və konsulluğu var, baş konsulluğu yoxdur. Amma o da var ki, paritet konsulluqların sayı ilə götürülməməlidir. Xarici ölkənin ərazidəki vətəndaşlarının sayı ilə, başqa sözlə, onlarla görülməsi real görülməli olan işlərlə ölçülməlidir. Qarşı tərəf nəzərə almalıdır ki, Rusiya ərazisində yaşayan Azərbaycan vətəndaşlarının sayı da çoxdur. Son rəsmi məlumatlara görə, şimal qonşumuzun ərazisində 630 mindən çox vətəndaşımız yaşayır. Azərbaycanda isə uzun müddətə yaşayan Rusiya vətəndaşlarının sayı çox azdır. Onların da əksəriyyəti, çox güman ki, Bakıdadır. Bakıda isə bu ölkənin, dediyimiz kimi, səfirlik və konsulluğu daimi fəaliyyət göstərir və onlar viza, pasport, lazımi arayışlar verilməsi və s. məsələri həll edirlər”, -deyə davamında keçmiş XİN rəhbəri bildirib. “Dövlətlərarası siyasi məsələlərə gəldikdə, bunlar səfirliklərin diplomatları vasitəsilə həyata keçirilir. Azərbaycanın siyasi idarəçiliyi də paytaxtımız Bakıdadır. Əgər xarici ölkə kimi Rusiyanın ölkəmizin regionlarına marağı varsa, onun Azərbaycandakı səfiri, diplomatları ya özləri ayrıca, ya da Xarici İşlər Nazirliyinin diplomatik korpus üçün təşkil etdiyi turlar vasitəsilə bölgələrimizə, o cümlədən işğaldan azad edilmiş Qarabağa, həmçinin Xankəndinə də səfər edə bilərlər. Hesab edirəm ki, bu mənasız bir məsələdir və baş tutmayacaq”, -deyə sabiq baş diplomat vurğulayıb. 🌐 Vətən
إظهار الكل...
👍 8
01:53
Video unavailableShow in Telegram
🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿 28 May-Müstəqillik Günü Bayramınız Mübarək! 🌐 Vətən
إظهار الكل...
14👍 2👎 1
00:32
Video unavailableShow in Telegram
Qazax rayonunun azad olunan dörd kəndində Azərbaycan Bayrağı qaldırılıb. Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülən Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərində Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırılıb, Dövlət Himni oxunub. Qeyd edək ki, Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə aparılan işlər nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən olunub. Bununla da Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin - Bağanıs Ayrımın, Aşağı Əskiparanın, Xeyrımlının və Qızılhacılının ərazilərinin (6,5 kvadratkilometr) Azərbaycana qaytarılması təmin edilib. 🌐 Vətən
إظهار الكل...
🫡 7 4👍 1
Repost from CSSC Baku
İran-İsrail qarşıdurması: Son eskalasiyanın nəticələri barədə... Aprelin 1-də iranlı general Məhəmməd Rza Zahedi və İran İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Qüds Qüvvələrinin xüsusi təyinatlılarının bir neçə yüksək rütbəli zabiti İsrailin hava zərbələri nəticəsində məhv edildi. Bununla da Təl-Əviv İranla qarşıdurmanın səviyyəsini daha da yüksəltdi. İran tərəfi demək olar ki, dərhal hücumun cavabsız qalmayacağını bildirdi və bu cavabın ağır olacağı barədə xəbərdarlıq etdi. İsrailə nəyə görə əlavə eskalasiya lazım idi? İsrailin bu addımını həm xarici siyasətdə hazırda ölkənin qarşısında duran hədəflər, həm də sırf Netanyahu hökumətinin maraqları zəruri edirdi. Həmin məqamları aşağıdakı kimi ümumiləşdirmək olar: - İsrailə görə, məhz Zahidi “uzun illərdir ki, İİKK-nın və Qüds Qüvvələrinin Suriya və Livanda etdiyi hər şeyə cavabdeh” idi. - İİKK zabitlərinə göstərmək lazım idi ki, onlar hətta İran ərazisində belə təhlükəsizlik və toxunulmazlıq zonasında ola bilməyəcəklər. - İsrail İrana başa salmaq istədi ki, Təl-Əviv Tehranın “proksi oyununu” qəbul etməyəcək və İranda İsrail ilə bağlı qərar qəbul edənlər şəxsi məsuliyyət daşıyacaqlar. - İsrailin hərəkəti münaqişənin qəsdən genişləndirilməsinə hesablanmışdı. Təl-Əviv ümid edirdi ki, müharibənin coğrafi baxımdan genişləndirilməsi ABŞ və digər Qərb müttəfiqlərini aktiv əməliyyatlara qoşulmağa məcbur edə bilər. - Davam edən müharibə Benyamin Netanyahuya hökumətini hakimiyyətdə saxlamağa və Baş nazir vəzifəsində qalmağa imkan verir. - İsrail bu eskalasiya ilə İsrail İranın nüvə obyektlərinə zərbəni legitimləşdirmək məqsədinə nail olmağa çalışdı və bu legitmliyi təkcə Qərbdən deyil, həm də ərəb ölkələrindən ala bildi. Müxtəlif tərəflər, fərqli mövqelər İranın İsrailə cavab zərbəsinin nəticələri sonuncu üçün paradoksal oldu. Belə ki, Təl-Əviv zərbənin qarşısını mükəmməl şəkildə almaqla qisas üçün daha az legitimlik əldə etdi. Hücum nəticəsində İsrailə dəyən ziyan cüzi oldu. İrana cavabın necə olacağına İsrailin müharibə kabineti qərar vermədi. Cavab tədbirləri üçün bir neçə mümkün ssenari amerikalılarla razılaşdırılaraq müzakirə edildi. Belə hesab edilir ki, İsrailin İrana daha böyük zərbə vurmaqla bağlı təhdidləri Qəzzada daha geniş fəaliyyət azadlığı əldə etmək üçün Netanyahu hökuməti tərəfindən Qərbə qarşı şantaj kimi istifadə olundu. ABŞ hakimiyyəti hesab edir ki, Qəzzada hərbi əməliyyatlar başa çatdıqdan sonra oktyabrın 7-dən əvvəl mövcud olan vəziyyətə qayıtmaq mümkün olmayacaq. Hərbi həll yolu ilə yanaşı, Qəzza probleminin siyasi həlli də zəruri olacaq. Çünki siyasi həll olmadan artıq təhlükəsizlik həlli də mümkünsüz görünür. Hazırda bir çox Qərb tərəfdaşları bəyan edirlər ki, ABŞ balanssız hərəkət edir, İsraili çox dəstəkləyir, ona həddindən artıq manevr azadlığı verir. İran rəhbərliyi hesab edir ki, Amerika donanmasını regiona gətirən 7 oktyabr hadisələri ABŞ-ın Yaxın Şərq işlərinə müdaxiləsini artırdı və hazırda İranın regional strategiyasına maneədir. Rəylərini aldığımız İsrailli ekspertlər iddia edirlər ki, bu yaxınlara qədər Tehran Rusiya və Ukrayna, Ermənistan və Azərbaycan, İran və İsrail qarşıdurmalarını bir araya gətirməyə çalışırdı. Lakin sentyabrın 19-da Azərbaycanın uğurlu və ildırımsürətli hərbi əməliyyatları, oktyabrın 7-də isə HƏMAS-ın uğursuz hücumu, ABŞ tərəfindən hərbi qüvvələrin bölgəyə yeridilməsi - bütün bunlar İran rejiminin planlarını xeyli dəyişdi. Hazırda Tehran qəti şəkildə gərginliyin artmasını istəmir. Rusiyaya gəlincə, təmasda olduğumuz israilli ekspertlər iddia edirlər ki, Kreml hazırda İrana çox ehtiyacı olduğundan İsrail əleyhinə açıqlamalar verir, lakin eyni zamanda Təl-Əvivi belə yanaşmasının müvəqqəti olduğuna inandırmağa çalışır. Öz növbəsində, Netanyahu hökuməti də Moskvanı qəzəbləndirməməyə və bu istiqamətdə vəziyyəti daha da gərginləşdirməməyə səy göstərir. Mövzu ilə bağlı daha ətraflı: https://cssc.az/az/view/2/54/
إظهار الكل...
İran-İsrail qarşıdurması: Son eskalasiyanın nəticələri barədə... | CSSC

Aprelin 1-də iranlı general Məhəmməd Rza Zahedi və İran İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Qüds Qüvvələrinin xüsusi təyinatlılarının bir neçə yüksək rütbəli zabiti İsrailin hava zərbələri nəticəsində məhv edildi. Bununla da Təl-Əviv İranla qarşıdurmanın səviyyəsini daha da yüksəltdi. 2020-ci ilin yanvarında İranın xarici hərbi və kəşfiyyat əməliyyatlarına nəzarət edən Qüds Qüvvələrinin rəhbəri Qasım Süleymaninin ABŞ tərə

🤔 2👎 1
Repost from CSSC Baku
Şimal-Cənub nəqliyyat dəhlizi: Bakı-İrəvan rəqabəti Yaxın zamanlarda Azərbaycanın iştirakı ilə həyata keçirilən qlobal əhəmiyyətli layihələrdən biri olan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin (INSTC) inkişafı üzrə mühüm yeniliklər gözlənilir. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev sözügedən nəqliyyat dəhlizi çərçivəsində daha bir möhtəşəm layihənin icrasına başlanılacağını elan edib. Digər tərəfdən isə INSTC çərçivəsində Hindistan və Ermənistan arasında İrandan keçən ticarət yolunun cari ilin may ayına kimi açılması gündəmdədir. INSTC: İştirakçılar və marşrutlar 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin təməli qoyulub. İndiyədək 13 ölkə (Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman, Rusiya, Tacikistan, Türkiyə, Ukrayna) sözügedən Sazişi ratifikasiya edib. INSTC əsasən Hindistandan və İran Körfəzi regionundan yüklərin Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasına hesablanıb. Hazırda Şimal-Cənub nəqliyyat dəhlizi əsasən üç istiqamət üzrə inkişaf edir: - Şərq marşrutu - Mərkəzi Asiyadan keçməklə; - Mərkəz marşrutu - Xəzər üzərindən keçməklə; - Qərb marşrutu - Azərbaycandan və ya Ermənistandan keçməklə. Azərbaycanla yanaşı INSTC-nin Qərb marşrutuna Ermənistan da iddialıdır. INSTC üzrə Hindistan, İran, Ermənistan, Gürcüstan, Qara dəniz multimodal marşrutunun elan edilməsilə İrəvan dəhlizin Qərb marşrutu uğrunda Azərbaycanla rəqabət iddialarını ortaya qoyub. Lakin Ermənistan strateji dəhlizin ölkə ərazisindən keçməsini istəsə də, bu istiqamətdə kifayət qədər real əməli fəaliyyətlər həyata keçirə bilməyib. Ermənistan - ən məhdud marşrut Ermənistan üzərindən keçən yeni multimodal marşrut hazırda INSTC-nin ən zəif və ən məhdud ötümə imkanı olan marşrutudur. Belə ki: - Ermənistan üzərindən keçən marşrut əsasən dəniz+avtomobil yolu kombinə daşımaları nəzərdə tutur ki, bu da bahalı variant sayılır. Dağlıq relyefə görə, İrandan gələn və Ermənistanın cənubu ilə şimalını birləşdirəcək dəmiryol xəttinin çəkilişi isə səmərəsiz hesab olunur. - Ermənistanın İranla cəmi bir (Aqarak), Gürcüstanla dörd sərhəd keçid məntəqəsi (Bavra, Qoqovan, Baqrataşen, Privolnoe) mövcuddur. Ölkədə istər avtomobil, istərsə də dəmiryolları ilə bağlı vəziyyət heç də ürəkaçan deyil. 2009-cu ildə 556 km-lik Şimal-Cənub avtomobil yolunun tikintisinə başlanılıb və ötən 15 il ərzində yolun cəmi 31 kilometri (5,5%) çəkilib. Halbuki, məhz bu yol ölkənin şimalı (Gürcüstanla sərhəd) ilə cənubunu (İranla sərhəd) birləşdirməli, Ermənistan və Gürcüstan ərazisindən keçməklə Qara dənizə və Avropa ölkələrinə çıxışı təmin etməlidir. Dəmir yollarına gəlincə, Ermənistandan qonşu ölkələrə istiqamətlənən dörd dəmiryol xəttindən üçü fəaliyyətsizdir. - Yeni multimodal marşrutun Ermənistandan sonrakı növbəti dayanacağı olan Gürcüstanda da dəhlizin normal fəaliyyəti üçün müəyyən məhdudiyyətlər mövcuddur. Böyük həcmli yük axınları üçün ölkənin liman infrastrukturunun genişləndirilməsinə ehtiyac var. Bununla yanaşı, Gürcüstan və Rusiya arasındakı dəmir yolu əlaqəsi tamamilə kəsilib. Hazırda Gürcüstanı Rusiya ilə yalnız bir avtomobil yolu əlaqələndirir (Şimali Lars) ki, bu yol da hava şəraiti ilə əlaqədar tez-tez bağlanır. Azərbaycan - daha yaxşı alternativ Günümüzdə fəaliyyət göstərən və öz imkanlarını genişləndirən Azərbaycan üzərindən keçən yollar INSTC-nin Qərb istiqaməti üçün Ermənistan marşrutuna nisbətdə daha yaxşı alternativdir. Çünki: - Yalnız bir yoldan, özü də dağlıq ərazilərdən keçən avtomobil yolundan asıllıq dəhlizin dayanıqlığına ciddi şübhələr yaradır. - Ermənistandan fərqli olaraq, Azərbaycanda INSTC-nin məhsuldar fəaliyyəti üçün lazım olan infrastruktur bazası artıq mövcuddur. Sadəcə mövcud infrastrukturu bir qədər genişləndirməklə təkmilləşdirmək lazımdır ki, hazırda ölkəmizdə həm İran, həm Rusiya, həm də Gürcüstan istiqamətində müvafiq işlər aparılır. Daha ətraflı: https://cssc.az/az/view/2/53
إظهار الكل...
Şimal-Cənub nəqliyyat dəhlizi: Bakı-İrəvan rəqabəti | CSSC

Yaxın zamanlarda Azərbaycanın iştirakı ilə həyata keçirilən qlobal əhəmiyyətli layihələrdən biri olan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin (INSTC) inkişafı üzrə mühüm yeniliklər gözlənilir. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev sözügedən nəqliyyat dəhlizi çərçivəsində daha ​​bir möhtəşəm layihənin icrasına başlanılacağını elan edib. Rusiyaya səfəri zamanı dövlət başçısı məsələ ilə bağlı həmkarı

👍 3
00:53
Video unavailableShow in Telegram
🔴İrəvanda keçirilən qondarma “soyqrım” yürüyüşü zamanı Azərbaycan və Türkiyə bayraqları yandırılıb. 🌐 Vətən
إظهار الكل...
🤬 12