ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

Insanoid

Insanoid

الذهاب إلى القناة على Telegram

📈 نظرة تحليلية على قناة تيليجرام Insanoid

تُعد قناة Insanoid (@insanoidcom) في القطاع اللغوي الأذربيجانية لاعباً نشطاً. يضم المجتمع حالياً 19 869 مشتركاً، محتلاً المرتبة 11 580 في فئة الأخبار والوسائط والمرتبة 201 في منطقة أذربيجان.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 19 869 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 06 نوفمبر, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار -339، وفي آخر 24 ساعة بمقدار -11، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: موثّقة (مؤكدة رسمياً من تيليجرام)
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 2.82‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 2.49‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 560 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 494 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 4.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
“Bizimlə əlaqə: https://t.me/insanoidxeber Sayt: insanoid.com Instagram: www.instagram.com/_insanoid_ Facebook: www.facebook.com/insanoidcom Tiktok: https://www.tiktok.com/@insanoid.com YouTube: https://www.youtube.com/@insanoidcom”

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 07 نوفمبر, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة الأخبار والوسائط.

19 869
المشتركون
-1124 ساعات
-687 أيام
-33930 أيام
أرشيف المشاركات
Insanoid
19 867
❕Ölmüş ulduzun ətrafında iki böyük halqa aşkar edilib Astronomlar Yerdən təxminən 1600 işıq ili uzaqlıqda yerləşən, ömrünün s
❕Ölmüş ulduzun ətrafında iki böyük halqa aşkar edilib Astronomlar Yerdən təxminən 1600 işıq ili uzaqlıqda yerləşən, ömrünün son mərhələsinə çatmış ulduzun ətrafında iki böyük halqa aşkar ediblər. Ağ cırtdan adlanan bu ulduzun ətrafındakı halqaların keçmişdə onun ətrafında dövr edən planetlərin qalıqlarından yarandığı ehtimal olunur. Alimlərin sözlərinə görə, belə halqalar ilk dəfədir ki, ağ cırtdan ulduzun ətrafında müşahidə edilir. Bu kəşf Günəşin milyardlarla il sonra necə dəyişəcəyini anlamağa kömək edə bilər. @insanoidcom

Insanoid
19 867
🇺🇸 ABŞ Oman körfəzində yük gəmisini sıradan çıxarıb “CENTCOM”un məlumatına görə, noyabrın 7-də Sent-Kits bayrağı altında üzən gəmi dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, İrana qarşı tətbiq olunan dəniz blokadasını yarmağa çalışıb. ABŞ hərbi təyyarəsi ekipaja hədəf alınacaq hissələrdən uzaqlaşmaq göstərişi verdikdən sonra gəminin arxa hissəsinə zərbə endirib. @insanoidcom

Insanoid
19 867
🇵🇱 Krakovda silahlı hücumda şübhəli bilinən şəxsin evində üç meyit tapılıb Polşanın Baş naziri Donald Tusk bildirib ki, Krakovda altı nəfərin öldüyü silahlı hücumla bağlı şübhəlinin evində iki qadın və bir kişinin meyiti aşkarlanıb. Onların şübhəlinin yaxın ailə üzvləri olduğu ehtimal edilir. @insanoidcom

Insanoid
19 867
🇷🇺 Putin İran rəsmisini Moskvaya gətirmək üçün şəxsi təyyarəsini Tehrana göndərdi Rusiya Prezidenti Vladimir Putinin İranın
🇷🇺 Putin İran rəsmisini Moskvaya gətirmək üçün şəxsi təyyarəsini Tehrana göndərdi Rusiya Prezidenti Vladimir Putinin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezaini Moskvaya gətirmək üçün şəxsi təyyarəsini Tehrana göndərdiyi bildirilir. Bu barədə “İranlı jurnalistin gündəliyi” “Telegram” kanalı məlumat yayıb. Məlumata görə, görüş zamanı Putin İrana Rusiya və Çin arasındakı əməkdaşlıq səviyyəsində dəstək vəd edib. @insanoidcom

Insanoid
19 867
‼️İranın Qeşm adasında və Cask şəhərində partlayışlar olub “Fars” xəbər agentliyinin məlumatına görə, Hörmüzgan əyalətində baş verən partlayışların səbəbi və dəqiq yeri hələ məlum deyil. İran xəbər agentliyi rəsmi mənbələrin Caskdakı partlayışları təsdiqlədiyini bildirib. @insanoidcom

Insanoid
19 867
❕Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun yüksək dağlıq ərazilərində qar yağışı müşahidə olunub. Rayonun Batabat yaylağı, dağ kəndləri və Biçənək ərazisi qar örtüyünə bürünüb. Yağan qar bölgədə füsunkar qış mənzərəsi yaradıb. @insanoidcom

Insanoid
19 867
+1
❕Fransada yenidən genişmiqyaslı etirazlar keçirilir Qiymət artımına və həyat səviyyəsinin aşağı düşməsinə qarşı aksiyalara həmkarlar ittifaqları, tələbə təşkilatları və “sarı jiletlilər” qoşulub. Həmkarlar ittifaqları təxminən 250 min, Daxili İşlər Nazirliyi isə 146 min nəfərin aksiyalara qatıldığını bildirib. Asayişi qorumaq üçün ölkə üzrə 70 min polis və jandarm səfərbər edilib. @insanoidcom

Insanoid
19 867
❗️İsrail Prezidenti İsxak Hersoq “Yaşar” partiyasının sədri Qadi Ayzenkota hökuməti formalaşdırmağı tapşıracağını açıqlayıb. Bu barədə prezident administrasiyasına istinadən “Ynet” məlumat yayıb. Bildirilib ki, müxalifət lideri Ayzenkot sabah yəhudi dövlətinin prezident iqamətgahında keçiriləcək səlahiyyətlərin təhvil-təslim mərasiminə dəvət olunub. Qeyd olunub ki, səlahiyyətlərin Ayzenkota verilməsindən sonra onun yeni hökuməti formalaşdırmaq üçün 28 günü olacaq. Zərurət yaranarsa, ölkə prezidenti qanunvericiliyə uyğun olaraq bu müddəti daha 14 gün uzada bilər. @insanoidcom

Insanoid
19 867
🗣Hikmət Hacıyev: “Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır” Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “X” sosial şəbəkəsində paylaşımında qeyd olunub. “Altı il əvvəl Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli,müdrik liderliyi ilə və şəhidlərimiz qanı bahasına torpaqlarımız işğaldan azad edildi, otuz ilə yaxın davam edən Qarabağ və Şuşa həsrətinə son qoyuldu. Bu gün doğma Şuşada qalib dövlətin vətəndaşı kimi dayanmaq misilsiz bir duyğudur. Allah şəhidlərimizə rəhmət eləsin! Qarabağ Azərbaycandır!”, - Prezdentin köməkçisi bildirib. @insanoidcom

Insanoid
19 867
🗣Hikmət Mirzəyev şəhid övladları ilə görüşüb Vətən Müharibəsi Qəhrəmanı, Quru Qoşunlarının komandanı, general-polkovnik Hikm
+5
🗣Hikmət Mirzəyev şəhid övladları ilə görüşüb Vətən Müharibəsi Qəhrəmanı, Quru Qoşunlarının komandanı, general-polkovnik Hikmət Mirzəyev Zəfər Günü tədbirləri çərçivəsində şəhid övladları ilə görüş keçirib. Görüş zamanı general-polkovnik şəhidlərin Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan danışıb, onlarla bağlı xatirələrini uşaqlarla bölüşüb. Hikmət Mirzəyev şəhid övladlarına təhsil və gələcək həyatlarında uğurlar arzulayıb. Görüşün sonunda uşaqlara hədiyyələr təqdim olunub. @insanoidcom

Insanoid
19 867
‼️İranın Qeşm adasında iki partlayış olub İran xəbər agentliyinin məlumatına görə, partlayışlar ölkənin cənubundakı Hörmüzgan əyalətinə bağlı adanın şərqində baş verib. @insanoidcom

Insanoid
19 867
🇦🇿🇦🇿🇦🇿 Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur! 2020-ci ilin 8 noyabrında 44 gün davam edən Vətən müharibəsi nəticəs
🇦🇿🇦🇿🇦🇿 Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur! 2020-ci ilin 8 noyabrında 44 gün davam edən Vətən müharibəsi nəticəsində Şuşa şəhəri işğaldan azad edildi və bu gün Azərbaycanda Zəfər Günü və Şuşa şəhəri günü kimi qeyd olunur. 27 sentyabr 2020-ci ildə başlayan müharibə müddətində Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri ilə yanaşı, Zəngilan və Xocavənd rayonlarının bir neçə qəsəbəsini, yüzlərlə kəndi və mühüm strateji yüksəklikləri düşməndən azad etdi. 10 noyabr 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanan üçtərəfli bəyanat müharibənin başa çatdığını və Azərbaycanın tarixi qələbəsini rəsmiləşdirdi. Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla təsis edilib. Bu gün hər il ölkə üzrə böyük sevinc, minnətdarlıq və vətənpərvərlik ruhu ilə qeyd olunur. @insanoidcom

Insanoid
19 867
🇦🇿Vətən müharibəsinin xronikası: 8 oktyabr • Şuşa şəhəri işğaldan azad edilib. @insanoidcom
🇦🇿Vətən müharibəsinin xronikası: 8 oktyabr • Şuşa şəhəri işğaldan azad edilib. @insanoidcom

Insanoid
19 867
🇦🇿🇹🇷Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Bu barədə Türkiyə Prezident Administrasiyasın
🇦🇿🇹🇷Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məlumat yayıb. Bildirilib ki, Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Zəfər Günü münasibətilə Qarabağa səfər edəcək. Səfər çərçivəsində iki ölkə prezidentinin ikitərəfli görüşü keçiriləcək. Görüşdə Azərbaycan-Türkiyə əməkdaşlığının müxtəlif istiqamətləri, eləcə də regional və qlobal məsələlər müzakirə olunacaq. @insanoidcom

Insanoid
19 867
❕Ronalduya görə təyyarələrdə 7C oturacağı satışdan çıxarılıb Niderlandın “Transavia” aviaşirkətinin Kriştianu Ronaldunun doğu
❕Ronalduya görə təyyarələrdə 7C oturacağı satışdan çıxarılıb Niderlandın “Transavia” aviaşirkətinin Kriştianu Ronaldunun doğulduğu Funşal şəhərinə uçuşlarda 7C nömrəli oturacağı satışdan çıxardığı bildirilir. Şirkətin açıqlamasına görə, bu qərar futbolçunun CR7 ləqəbi ilə əlaqədardır. Qeyd edək ki, Funşal hava limanı da Ronaldunun adını daşıyır. Yayılan məlumatlara əsasən, 41 yaşlı futbolçu noyabrın 5-də Portuqaliya millisindəki karyerasını başa vurduğunu açıqlayıb. Ronaldu milli komandanın heyətində 234 oyun keçirərək 146 qol vurub. O, Portuqaliya yığması ilə Avropa çempionatının və UEFA Millətlər Liqasının qalibi olub. @insanoidcom

Insanoid
19 867
🚨 Ölənlərin sayı altıya çatıb Hadisə nəticəsində 15 nəfər yaralanıb. @insanoidcom

Insanoid
19 867
❕Polşa polisi Krakovda silahlı hücum törədən şəxsin Polşa vətəndaşı olduğunu açıqlayıb. @insanoidcom

Insanoid
19 867
🇪🇸 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb 🇦🇿 Noyabrın 6-da Sevilya şəhərində 8 No
+1
🇪🇸 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb 🇦🇿 Noyabrın 6-da Sevilya şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş aksiya keçirilib. Şəhərin məşhur İspaniya meydanında yerləşən “Visente Traver” fəvvarəsi bayrağımızın mavi, qırmızı və yaşıl rənglərinə bürünüb. @insanoidcom

Insanoid
19 867
❕Türkiyədə imam hava limanında vəfat edib Türkiyənin Konya şəhərində 68 yaşlı keçmiş imam Abdullah Özkan Məkkəyə yola düşməzdən əvvəl hava limanında dünyasını dəyişib. 180 nəfərlik ümrə ziyarətçisi qrupunu müşayiət edən Özkan dua edərkən qəfil huşunu itirərək yerə yıxılıb. Xəstəxanaya çatdırılan şəxsin həyatını xilas etmək mümkün olmayıb. @insanoidcom

Insanoid
19 867
🇦🇿 Prezident İlham Əliyevin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşıb. @insanoidcom