Level Up
الذهاب إلى القناة على Telegram
Dostlarınızı dəvət üçün link https://t.me/LevelUptelegram Əlaqə: @elnaraeyyubova Layihələr Təcrübə proqramları Könüllülüklər Ödənişsiz eventlər Faydalı kurslar Vakansiyaları Xarici proqramlar və sair, əlaqəli məlumatların paylaşıldığı platforma.
إظهار المزيد6 428
المشتركون
لا توجد بيانات24 ساعات
-207 أيام
-9430 أيام
أرشيف المشاركات
6 428
🥳 MOF Agency SMM üzrə Təcrübə Proqramı elan edir!
Tələblərimiz :
- Fərqli, qeyri-adi və kreativ düşüncə
- Problem həll etmək bacarığı
- Səmimi və xoş ünsiyyət bacarığı
- Qrammatik normalara riayət
- Analiz etmək bacarığı
- Komanda ilə işləmə bacarığı, ideyaların paylaşılması, brainstorming-də aktiv iştirak
- Təşəbbüskarlıq
İş saatları : Öyrənənə qədər işlədirik :) – Part time
Müddət : 1 ay
Nə kimi imkanlar bəxş edirik :
- Real iş mühitində bolluca təcrübə qazanmaq
- Təcrübədən sonra işlə təmin olunma imkanı
- Təcrübəni təsdiq edən rəsmi sertifikat
- Əyləncəli komanda ilə iş
+ Ofisimiz parkın yanındadır :)
Qeyd edək ki, bu proqrama 2 şəxs seçiləcək və bu şəxslər arasından 1-i MOF Agency-də işlə təmin olunacaq.
Proqrama qoşulmaq üçün öz CV-nizi markofuniagency@gmail.com elektron poçt ünvanına yönləndirə bilərsiniz.
6 428
Avstriyada könüllülük proqramı (Xərclər qarşılanır)
Location: Salzburg, Austria
Project name: Volunteering at FS1
Hosting organisation: FS1 Community TV
Sending organisation: “Common Sense” Youth Organisation
Number of volunteers: 1 volunteer between 18-30 years old (Only Azerbaijani citizenship)
Project period – 01/02/2023 to 31/01/2024 (12 months)
Deadline: 13th of November 2022
https://csyo-az.org/2022/10/08/imz0810/
6 428
❗️ Təyyarə bələdçisi olmaq istəyənlərin nəzərinə! Vakansiya var.
⠀
✅ Vəzifə öhdəlikləri:
- Hava gəmisində sərnişinlərin təhlükəsizliyini, operativ ilkin tibbi yardım göstərilməsini və yüksək səviyyəli xidməti təmin etmək;
- Hava gəmisinin göyərtəsində sərnişinlərin xoş qarşılanması üçün gözəl şərait yaratmaq;
- Sərnişinlərə qarşı xeyirxah olmaq və onlara qayğı göstərmək;
- Hava gəmisində sərnişinləri düzgün məlumatlandırmaq və davranış qaydalarına riayət etmək.
⠀
✅ Namizədə olan tələblər:
⠀
- Təhsili/ixtisası: orta-ixtisas təhsili;
- Dil bilikləri: azərbaycan dili - əla, ingilis dili – yaxşı.
⠀
✅ Şəxsi keyfiyyətlər:
⠀
- Komandada işləmək bacarığı;
- Ünsiyyətcillik;
- Məsuliyətlilik;
- Stressə davamlılıq.
⠀
✅ Üstünlüklər:
⠀
-Digər dil biliyi arzuolunandır.
⠀
✅ Xüsusi tələblər:
Yaş həddi-18 yaşından 30 yaşınadək;
Boyu 165 sm-dən az və 180 sm-dən çox olmayan xanımlara və boyu 170 sm-dən az və 185 sm-dən çox olmayan bəylərə üstünlük verilir.
⠀
⌚️ İş rejimi:
- Daxili intizam qaydalarına əsasən
⠀
💰 Əmək haqqı: ştat cədvəlinə uyğun olaraq.
⠀
🤝 Qeyd olunan tələblərə uyğun namizədlər “Azərbaycan Hava Yolları” QSC-nin İnsan Resursları Baş İdarəsinə həftə içi saat 11:00-dan 13:00-dək yaxınlaşa bilərlər. Namizədlərin özləri ilə CV, şəxsiyyət vəsiqəsinin əsli və surətini (bəy namizədlərin hərbi bileti və ya əvəzləyici sənədi də olmaqla) gətirməyi xahiş olunur.
⠀
📍 Ünvan: Heydər Əliyev Beynəlxalq Aeroportu, Terminal 2 (yerli reyslərin həyata keçirildiyi və ya “köhnə terminal” adlandırılan bina), Şimal girişi, 2-ci mərtəbə, İşə qəbul şöbəsi.
6 428
Şirkət: Balli Bisi
Vəzifə: İR üzrə təcrübəçi ( Recruiting )
Balli Bisi şirkəti İnsan Resurları departamentində “İşə Qəbul” ( Recruiting) üzrə 3 aylıq ödənişli təcrübə proqramı elan edir. İşləmək arzusunda olan, öyrənməyə həvəsli, praktiki biliklərini artırmağa maraqlı olan şəxslər aşağıdakı tələblərə uyğun olduğu təqdirdə vakansiyaya müraciət edə bilərlər.
Tələblər
· Bakalavr ( İqtisadiyyat,Psixologiya,Sosiologiya,Menecment sahəsi üzrə ali təhsil arzuolunandır)
· Təcrübə tələb olunmur
· Yaş aralığı 20 - 30
· Azərbaycan dili – yazı və danışıq mükəmməl, Rus və ya İngilis dili üstünlükdür
· MS office programları (Word, Excel ) orta səviyyədə
· Güclü kommunikasiya bacarığı (izah edə bilmə, məlumatı düzgün ötürə bilmə, fikirlərini əsaslandıra bilmə bacarığı)
· Məsuliyyət götürə bilmə və ya gördüyü işin məsuliyyətini dərk etmə bacarığı
· Öz səviyyəsində problemləri həll etmə və ya həlli yolları təklifləri verə bilmə bacarığı
· Dəqiqlik, Punktuallıq;Komanda ilə effektiv çalışma bacarığı
İş qrafiki
İş saatı: 09:00 - 18:00 (6.gün 16:00)
Ünvan: Akim Abbasov 39 ( İnşaatçılar ms)
Ə.h: 300 AZN ( Təcrübə müddəti başa çatdıqdan sonra artan əmək haqqı )
Maraqlanan namizədlər mövzu yerində “İR təcrübəçi” yazmaqla öz CV-lərini hr@ballibisi.az ünvanına göndərə bilər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər intervyuya dəvət olunacaqlar.
6 428
🗣💫Psixoloq, pedaqoq , təhsil işçilərinin və psixologiya ilə maraqlanan hərkəsin iştirak edə biləcəyi
"PSİXOLOQ, PEDAQOQ VƏ TƏHSİL İŞÇİLƏRİNİN İNKİŞAF FORUMU" NA dəvətlisiniz‼️
🗓Forum 27 noyabr saat 12:00-da
➡️Bakı şəhəri , İnşaatçılar prospekti 12 ünvanında Mogan hoteldə keçiriləcək.
🇦🇿🇹🇷Azərbaycanın və Türkiyənin ən təcrübəli, öz sahəsində sözünü demiş 6 peşəkar mütəxəssisi (psixoloq, pedaqoq, nitq təlimçiləri) günümüzün ən aktual problemlərinə aydınlıq gətirəcəklər.
✅Mütəxəssislər:
📌Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzinin təsisçi direktoru, ailə uşaq psixoloqu, təlimçi Vüsalə Əmiraslanova. @vusale_emiraslanova
📜Mövzu: "Uşaq və yeniyetmələrdə davranış pozuntuları. CBT ilə davranış pozuntularının korreksiyası".
📌Uzman psixoloq, təlimçi Sevim Çetin.
psk.sevimcetin
📜Mövzu: "Sənət terapiyası nədir?"(Oyun və sənət terapiyası)
📌Azərbaycan Dövlət Pedaqoji Universitetinin "İbtidai təhsilin pedaqogikası kafedrasının baş müəllimi, Pedaqogika üzrə fəlsəfə doktoru Gülşən Eminova.
📜Mövzu: " Müasir müəllimin başlıca xüsusiyyətləri. Bacarıq və vərdişləri"
📌Diksiya akademiyasının təsisçi və direktoru, nitq təlimçisi Cəlalə Nəzəroğlu. @celale_natiqqizi
📜Mövzu: " Danışsan görünəcəksən - Danış! "
📌Yaşam Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq, EMDR terapevt, təlimçi Nərgiz Hüseynova.
@nergiz_huseynova_psixoloq
📜Mövzu: "EMDR terapiya ilə uşaq və yeniyetmələrdə travmaların aradan qaldırılması".
📌"ÜTÜ" ( Ünsiyyətin Təkmilləşdirilməsi Üsulları) proqramının rəhbəri, natiqlik və ünsiyyət bacarıqları üzrə təlimçi. Zaur Cahangirov. @zaurizm
📜Mövzu: " Ünsiyyət bacarıqları"
💰Təlim Ödənişlidir: 35 azn
🎁Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzinin əvvəlki təlimində iştirak edənlər üçün 30 azn.
👩🎓Tələbələr üçün 25 azn.
💳💶Ödəniş online və canlı şəkildə ola bilər.
🎫Biletlər onlinedir.
📝Proqram:
⏰11:30-12:00 Qeydiyyat
⏰12:00-14:00 I hissə.
⏰14:00-14:30 Coffee break
⏰15:00-17:00 II hissə
⏰17:00-17:30 Sual - cavab
⏰17:30-18:00 Sertifikatların təqdimatı.
🎁Hədiyyəli viktorina
📲Əlaqə nömrəsi: +994702309254 (whatsapp)
📍Ünvan: Bakı şəhəri, İnşaatcılar prospekti 12 Mogan Hotel.
6 428
Övladına sənət öyrət! Necə? Taskool sizə bu imkanı yaradır:
Sizə özəl, endirimli "valideyn" promokodu ilə mühəndislik kursunu ayda 50 yox, 35 AZN-ə əldə edərək övladlarınızı sevindirə bilərsiniz 🤗
6 428
ABŞ-ın Azərbaycandakı Səfirliyi 2023-cü il üçün SUSI Scholar Proqramına müraciət prosesinin açılışını elan edir.
❗ Namizədlər orta karyeralı, adətən 30-50 yaş arası, yüksək motivasiyalı və təcrübəli alim və mütəxəssislər, ümumiyyətlə, ali təhsil müəssisələrindən və ya tədqiqat yönümlü təşkilatlardan olmalıdır. Namizədlər yüksək səviyyədə ingilis dili biliyini nümayiş etdirməlidirlər
🗓 Müraciət üçün son tarix 3 noyabr 2023-cü ildir.
💰 Proqram bütün xərcləri qarşılayır
▶ Daha ətraflı: https://az.usembassy.gov/susi-scholars/
6 428
2022-ci ilin son #KOBFest sərgi-satış yarmarkası 14-15 oktyabr tarixlərində Bakı Bulvarı ərazisində təşkil olunacaq. #KOBİA məhsul və xidmətlərini geniş auditoriyaya təqdim etmək istəyən #sahibkarlıq subyektlərini sərgi-satış yarmarkasında iştiraka dəvət edir.
Son müraciət tarixi 10 oktyabr saat 18:00-dır: https://bit.ly/3e900Oo
Ətraflı məlumat üçün: https://bit.ly/3VfeFs6
6 428
Azercell istedadlı və çalışqan gəncləri “Tələbə Təqaüd Proqramı”na dəvət edir! 🎓
Bu layihə karyera yolunda özünü inkişaf etdirmək istəyən bacarıqlı və savadlı tələbələrə bələdçi olmaq, onlara innovasiyalar dünyasının dərinliklərini öyrətmək məqsədi daşıyır.
Proqrama İT, Kibertəhlükəsizlik, Biznes Analitikası, Data Science və Marketinq üzrə sahələrdən sənə uyğun olan sfera üzrə müraciət et, karyera yolunun ilk mərhələsində peşəkar Azercell komandasının təcrübəsindən yararlan!
➡Ətraflı: www.azercell.jobs
Kanal: https://t.me/LevelUptelegram
6 428
Yeni vakansiyalar:
1. Maliyyə nəzarətçisi - https://bit.ly/3SM19up
2. İnsan resursları üzrə mütəxəssis - https://bit.ly/3rYe4O9
3. Keyfiyyətə təminat üzrə kiçik mütəxəssis - https://bit.ly/3VaO7Ie
4. Mühasib - https://lnkd.in/dDsZVV9i
5. Kargüzarlıq şöbəsinin müdiri - https://bit.ly/3CcKfOm
6. Əməliyyatlara nəzarət şöbəsinin mütəxəssisi - https://bit.ly/3SPS6bU
7. Layihə meneceri - https://bit.ly/3Eoejcr
8. Təchizat şöbəsinin müdiri - https://bit.ly/3fR7Yw5
Kanal: https://t.me/LevelUptelegram
6 428
🎟️Sadəcə 5 AZN.🎉
🤵♀️ Təlimçi: Psixopedaqoq Gövhər İmanli
📌 Mövzu: Karyera Planlaması
🚩 Məkan: Zoom Meeting
📆 Tarix: 13 oktyabr
🕙 Saat 21:00
📜 İştirakçılar sonda elektron sertifikatla təltif olunacaq.
Qeydiyyat üçün: wa.me/+994516919114 (WhatsApp)
6 428
Biznes və Peşəkar Assosiasiyaların nəzərinə!
Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) əsas icraçısı olduğu və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirdiyi “USAID Gələcəyin Assosiasiyaları” layihəsi AMFA, “Finance and Social İnnovation Consulting” (FSIC) MMC və Əlil Təşkilatları İttifaqı (ƏTİ) daxil olmaqla yerli və beynəlxalq təşkilatların Konsorsiumu tərəfindən həyata keçirilir.
Layihə Azərbaycanda biznes və peşəkar assosiasiyaların bacarıqlarını artıraraq, ölkənin iqtisadi inkişafında rolunu gücləndirməyi hədəfləyir.
Üç il icra olunacaq layihə çərçivəsində on beş assosiasiyanın üzvlərə daha yaxşı xidmət göstərmək məqsədi ilə bilik və bacarıqları artırılaraq, öz fəaliyyətlərini təkmilləşdirməyə imkan yaradılacaq və hər il beş assosiasiyaya kiçik subqrantlar təqdim olunacaq.
Maliyyə dəstəyi assosiasiyaların inkişafına töhfə verən fəaliyyətlərə, o cümlədən üzvlük inkişafı, maliyyə dayanıqlılığı, xidmətlər, idarəetmə və digər seçilmiş prioritet sahələri gücləndirmək üçün təqdim olunacaqdır.
Subqrant vasitəsilə maliyyələşdirilə bilən fəaliyyətlərin növlərinə aşağıdakılar daxildir:
Təşkilati sistemlərin, alətlərin və proseslərin (Strateji Planlaşdırma/İdarəetmə/İdarəetmə Strukturu/Üzvlük və s.) tətbiqi və təkmilləşdirilməsi, məsələn:
Konsaltinq xidmətindən istifadə edərək, təşkilatın Strateji və ya Fəaliyyət Planının hazırlanması;
Assosiasiyanın veb saytının hazırlanma və ya təkmilləşdirilməsi;
Üzvlük kampaniyasının inkişafı;
Digər müvafiq və ya təşkilati dəstək.
Proqramların və xidmətlərin inkişafı nümunələri:
Üzvlər arasında sorğu keçirərək və ya müzakirə üçün fokus qrupların təşkili nəticəsində yeni proqram və xidmətlərin tədbiqi;
Yeni təlim proqramlarının hazırlanması;
Digər müvafiq proqram və xidmətlər.
Satınalma və maliyyə idarəçiliyinin gücləndirilməsi nümunələri:
Daxili prosedurların təkmilləşdirilməsi və inkişaf etdirilməsi;
Xarici auditin aparılması;
Digər müvafiq maliyyə idarəetmə dəstəyi.
Assosiasiyaların seçimində sorğu, müsahibə, fokus qrup müzakirələri, ikinci dərəcəli məlumatların təhlili və digər üsullardan istifadə olunacaq. Seçim 7 peşəkar ekspert və layihə konsorsiumundan ibarət olan seçki komitəsi tərəfindən həyata keçəcək. İlkin araşdırmanın nəticələrinə əsasən, konsorsium Azərbaycanda biznes və peşəkar assosiasiyalar üçün ilk dəfə hərtərəfli təlim proqramını tərtib və istifadə edəcək.
Layihədə iştirak etmək üçün aşağıda göstərilən qaydalara uyğun bizə müraciət etməyiniz xahiş olunur:
Keçidə daxil olub , “Layihədə iştirakla bağlı uyğunluq və seçim meyarları” ilə taniş olmaq.
Keçiddə yerləşən müraciət ərizəsini dolduraraq təqdim etmək.
Keçiddə yerləşən siyahıdan sənədləri toplamaq və skan versiyasını təqdim etmək.
Keçiddə yerləşən formada subqrantı əldə edib istifadə etdiyiniz tədqirdə assosiasiyanız hansı dəyişiklər və ya yenilikləri əldə edəcəkdir, bu barədə maksimum bir səhifəlik Strateji plan hazırlayıb təqdim etmək.
Keçiddə yerləşən formada subqrantın istifadəsinə dair Fəaliyyət planını hazırlayıb təqdim etmək.
https://drive.google.com/uc?export=download&id=1JTdqZQL7fB_8yQEBZi5AH8ceE_khjBUX
Bütün tələb olunan sənədlərin surətlərini və doldurulan formaları 14 oktyabr 2022 il tarixinə kimi tam şəkildə hazırlayıb administration@amfa.az elektron ünvanına göndərməyiniz xahiş olunur. Emailin ad (başlıq) hissəsində “USAİD Gələcəyin Assosiasiyaları” qeyd olunması xahiş olunur.
Kanal: t.me/genclerindostlari
6 428
SMM Manager Təcrübə Proqramı
https://lnkd.in/eQdaFG-9
Erkən inkişaf müəlliməsi təcrübə proqramı
https://lnkd.in/eEFDuzht
Kanal: https://t.me/LevelUptelegram
6 428
🎟️Sadəcə 5 AZN.🎉
🤵♀️ Təlimçilər: Hacer Doğaner Keklik və Salim Akkök
📌 Mövzu: Zihin haritaları
🚩 Məkan: Zoom Meeting
📆 Tarix: 16 oktyabr
🕙 Saat 21:00
📜 İştirakçılar sonda elektron sertifikatla təltif olunacaq.
Qeydiyyat üçün: +994705992637 (WhatsApp)
6 428
📢 Kibertəhlükəsizlik karyerası və üstünlükləri ilə bağlı məlumat əldə edə, sizi maraqlandıran suallara cavab tapa biləcəyiniz “CyberSecurity Bootcamp” ilə karyera yolunuz – mövzusunda infosessiya baş tutacaq.
Təlimçi Vüsal Salmanlı:
Kibertəhlükəsizlik üzrə mütəxəssis
DEFSCOPE şirkətinin direktoru
INSECO-nun həmtəsisçisi
Sirius şirkətinin (ABŞ) aparıcı məsləhətçisi
📆 8 oktyabr
⏰ 16:00
ASAN İnnovativ İnkişaf Mərkəzi (Zaur Nudirəliyev 79)
☎ 050 221 47 77
https://docs.google.com/forms/d/e/1FAIpQLScsb9QrEIPGbdkiOlwRgYUr3yztA-P6DT4MZm24NIQXJmj91g/viewform
6 428
Qrin kart üçün qeydiyyat sabah başlayır
Ətraflı məlumat qrupda var👇🏻
https://www.facebook.com/groups/1023545688252411/?ref=share
6 428
“Əziz Şuşa, sən azadsan” inşa müsabiqəsi
https://edumap.az/7437-eziz-susa-sen-azadsan-insa-musabiqesi
6 428
_*Hey sən🙋🏻♀️🙋🏻♂️⚡*_
_*Xaricdə təhsil almaq istəyirsən?*_
*Amma necə edəcəyini, hardan başlayacağını bilmirsən?!😕*
Əgər sən də xaricdə təhsil almaq, işləmək,bu sahədə mütəxəssisləşən insanlar vasitəsilə suallarına cavab tapmaq istəyirsənsə,doğru ünvandasan📌
*"Xaricdə təhsil forumu"* məhz bu suallarına cavab tapmağın üçündür💃🏻
*Bundan öncə qeyd etdiklərimizdən əlavə bu forum sənə nə təklif edir?🤔*
✅Xaricdə təhsil almış təcrübəli şəxslərlə bir araya gəlmək;
✅ Xaricdə təhsillə bağlı suallarınıza cavab tapa bilmək;
✅Sponsorlardan maraqlı və faydalı hədiyyələr;
✅ Spikerlərin faydalı çıxışları;
✅Əyləncəli oyunlar;
✅Lunch və coffee breaklər;
✅Online sertifikat
✅ 900 nəfərlik səmimi auditoriya
Bildirmək istərdik ki, *forumun yaradıcısı* Toğrul Ələkbərdir.
Toğrul bəy ABŞ-da Fullbright təqaüd xətti ilə işçilərin təhsili və inkişafı magistr dərəcəsinin sahibi, karyera planlaması, fərdi inkişaf üzrə mentor və təlimçidir. Öncədən AAA-nın sədri, Dərs Evinin biznesin inkişafı meneceri kimi çalışmışdır. Toğrul Ələkbər həmçinin Xaricdə Çörək, addim.at, ixtisas.az, Career Guide, PiqmentKlub layihələrinin rəhbəridir.
Qeyd edim ki, bu mövzuda ölkədə keçirilən ilk tədbir də 3 il öncə komandamız tərəfindən keçirilmiş (Xaricdə Təhsil Forumu 2019) və bu il keçiriləcək tədbir o forumun davamıdır.
https://m.facebook.com/groups/188289155084137/permalink/536782490234800/
*2019-cu ildə keçirilən forum barədə geri dönüşləri buradan oxuya bilərsiniz💛*
*Qeydiyyat və tədbirlə bağlı hər hansı bir sualınız yaranarsa,*
http://wa.me/+558760778
əlaqə saxlaya bilərsiniz 😊
