Level Up
الذهاب إلى القناة على Telegram
Dostlarınızı dəvət üçün link https://t.me/LevelUptelegram Əlaqə: @elnaraeyyubova Layihələr Təcrübə proqramları Könüllülüklər Ödənişsiz eventlər Faydalı kurslar Vakansiyaları Xarici proqramlar və sair, əlaqəli məlumatların paylaşıldığı platforma.
إظهار المزيد6 472
المشتركون
-624 ساعات
-127 أيام
-9730 أيام
أرشيف المشاركات
6 471
COP29 Gəncəyə gəlir! 🥳
“Qadınların Yaşıl Bacarıqlarının Artırılması: “Commonwealth” təcrübəsi əsasında” çərçivəsində "COP29 Gəncədə: Qadınlar və gənclərin yaşıl bacarıqlarının artırılması" layihəsi həyata keçirilir. 🌎
🔰Bu növ elanlardan xəbərdar olmaq üçün “LevEL Up” WP qrupuna qoşula bilərsiniz: https://chat.whatsapp.com/Ilvlg1AlOzG8Ry5UmkZx2a
Layihənin məqsədi qadınlar və gəncləri iqlim dəyişikliyinin onlarda yaratdığı çətinliklər barədə məlumatlandırmaq və onların yaşıl bacarıqlarını artıraraq yaşıl transformasiyaya təşviq etməkdir. ♻️
📆 Tarix: 26 oktyabr 12.30-19.00, 27 oktyabr 9.00-17.00
📍Məkan: Gəncə
📌 Layihədə iştirak ödənişsizdir, tam iştirak edənlər sertifikatla təmin olunur, qonaqlama və nəqliyyat xərcləri qarşılanmır.
❗Qeydiyyat üçün son tarix: 21 oktyabr, 2024
Qeydiyyat linki:
https://forms.gle/maH8m2NTQ68iyPHV9
#COP29 #Gəncə #yaşılbacarıqlar #3R
6 471
Azərbaycan Rsspublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və “Bir Könüllü” Tələbə Təşkilatının təşəbbüsü ilə ölkəmizdə ilk dəfə məktəblilərin sistemli şəkildə könüllü fəaliyyətə cəlb olunması məqsədi ilə həyata keçirilən proqrama qeydiyyat 31.10.2024-cü il tarixinə qədər davam edəcək.
🔰Bu növ elanlardan xəbərdar olmaq üçün “LevEL Up” WP qrupuna qoşula bilərsiniz: https://chat.whatsapp.com/Ilvlg1AlOzG8Ry5UmkZx2a
Proqrama qoşulan şagirdlər nə əldə edəcəklər?
Məktəblilərin şəxsi inkişafına dəstək verəcək müxtəlif mövzulu yay və qış düşərgələrinin təşkili;
Məktəbdaxili intellektual, sosialtipli müsabiqə və yarışların təşkili;
Məktəblilərin yerli icmaların inkişafı istiqamətində mövcud infrastrukturların yaxşılaşdırılması və ictimai xidmətlə bağlı layihələrə cəlb edilməsi;
Sən də əylənərək öyrənmək, yeni dostlar qazanmaq istəyirsənsə elə indi qeydiyyatdan keç: https://docs.google.com/forms/d/e/1FAIpQLSeTl4qEX5x1rYiAzaKKXzOOBbuFlLKe4QqnWYAwE5O-yvkPwQ/viewform
6 471
Ödənişsiz peşəkar təlimlərdən ilk sənin xəbərin olsun!🥳
Sadəcə səhifəni izləməyiniz kifayətdir.
🔗Səhifənin linki: https://www.facebook.com/profile.php?id=61564878045965&mibextid=LQQJ4d
Səhifədə paylaşılan təlimlərdə iştirak edərək CV-izi zənginləşdirə, yeni bacarıqlar qazana bilərsiniz!
6 471
SOSİAL İŞ VƏ İNCƏSƏNƏT adlı təlim keçiriləcək!
🔰Bu növ elanlardan xəbərdar olmaq üçün “LevEL Up” WP qrupuna qoşula bilərsiniz: https://chat.whatsapp.com/Ilvlg1AlOzG8Ry5UmkZx2a
Təlim Ritual Teatr Yaradıcılıq Labaratoriyası və Ubuntu Sosial İş Dərnəyinin təşkilatçılığı ilə həyata keçirilir.
Təlimçi Zamin Zəkiyev ( @zaminzeki ) sosial iş və sosial işin incəsənət sahəsində rolu mövzusunda çıxış edəcək.
⏰Tarix: 19 oktyabr, 12:00
📍Məkan: Ritual Art Space ( Süleyman Tağızadə 59 )
📥Qeydiyyat linki:
https://docs.google.com/forms/d/e/1FAIpQLSd_XHLmrKomfkxPWD4GNgo6ZPY-EU116DGUKPS0UWvA5cvGtQ/viewform
6 471
🇳🇱 Niderlandda qısamüddətli Avropa Həmrəylik Korpusu #ESC könüllülük layihəsinə iştirakçılar axtarılır!
🔰Bu növ elanlardan xəbərdar olmaq üçün “LevEL Up” WP qrupuna qoşula bilərsiniz: https://chat.whatsapp.com/Ilvlg1AlOzG8Ry5UmkZx2a
Layihə müddətində yaşayış, cib, səyahət (yol biletləri), yemək və nəqliyyat xərcləri tam olaraq qarşılanır.
Layihənin tarixləri: dekabr 2024 - yanvar 2025
Yeri: Eindhoven
Müraciət üçün kriteriyalar:
- 18-30 yaş aralığı
- orta səviyyədə ingilis dili (ən azı)
- müvafiq sahə üzrə işləmək həvəsi
➡️ Layihə haqqında ətraflı məlumat və müraciət üçün saytımıza keçid edə bilərsiniz.
📍 https://bfngo.az/elanlar/
➡️ Qeyd: Proqramda iştirak tam olaraq ödənişsizdir. Digər suallar üçün səhifənin mesaj bölümünə yaza bilərsiniz.
Yalnız müraciəti məqbul hesab olunan namizədlərlə əlaqə saxlanılacaq.
❗DİQQƏT: Yazılmasında hər hansı süni intellekt alətindən istifadə edilmiş müraciətlər nəzərə alınmayacaq.
❗Son müraciət tarixi: 20.10.2024, saat 23:59
#geleceyekorpu #EVS #volunteering #ESC #ErasmusPlus
6 471
Yeni vakansiyalar:
🔰Bu növ elanlardan xəbərdar olmaq üçün “LevEL Up” WP qrupuna qoşula bilərsiniz: https://chat.whatsapp.com/Ilvlg1AlOzG8Ry5UmkZx2a
1. Təcrübə proqramı - https://lnkd.in/eSbJ8dHk
2. Tədbir üzrə mütəxəssis - https://lnkd.in/e4i5S5g6
3. Təchizat və satınalma şöbəsinin müdiri - https://lnkd.in/e-SawMdW
4. Satış məsləhətçisi - https://lnkd.in/eEBMbJzE
5. Maliyyə riskləri bölməsinin mütəxəssisi - https://lnkd.in/eTFt5zcb
6. İngilis dili müəllimi - https://lnkd.in/eA6r5QhW
7. Kiçik şəbəkə inzabatçısı - https://lnkd.in/ebDesdHZ
8. PR, marketinq üzrə mütəxəssis - https://lnkd.in/eUHBXXke
9. Kreditlərin monitorinqi şöbəsinin baş mütəxəssisi - https://lnkd.in/euYK8anJ
10. Əczaçı - https://lnkd.in/eX3snZzG
6 471
#ASANKönüllüləri, qeydiyyatdan keçməyə tələsin!👇
🔰Bu növ elanlardan xəbərdar olmaq üçün “LevEL Up” WP qrupuna qoşula bilərsiniz: https://chat.whatsapp.com/Ilvlg1AlOzG8Ry5UmkZx2a
Asiya İnkişaf Bankı (AİB) Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və İqtisadiyyat Nazirliyi ilə birgə "Green Hackathon" proqramına müraciətlərin qəbulunu açıq elan edir.
Yaşıl texnologiyalar, ağıllı kənd təsərrüfatı, yaşıl enerji, yaşıl iqtisadiyyat sahələrində, eləcə də müxtəlif ekoloji problemlərin həlli istiqamətində texnoloji yanaşmalarını ortaya qoyan ideya müəllifləri komanda olaraq bu hakatona qoşula bilər. Proqramın məqsədi yuxarıda qeyd olunan sahələr üzrə innovativ və yaşıl həllər üzərində işləyən startaplara dəstək vermək və gənclər üçün beynəlxalq təcrübədən faydalanmaq imkanı yaratmaqdır.
Yekunda uğur qazanan ideya müəlliflərinə bilik və bacarıqlarını artırmaq imkanı əldə etmək üçün pul mükafatları təqdim olunacaq.
Proqram AİB-nin yerli texnoloji startapların inkişafına dəstək verən Texniki Yardım layihəsi çərçivəsində təşkil olunur. Texniki Yardım layihəsi Koreya Respublikasının E-Asiya və Bilik Tərəfdaşlığı Fondunun maliyyə dəstəyi ilə reallaşdırılır.
Müraciət üçün son tarix: 18 oktyabr, saat 23:59 (Bakı vaxtı).
Müraciət forması və ətraflı məlumat üçün: https://form.jotform.com/242750970947366
6 471
Siz universitetinizdə və ictimai fəaliyyətinizdə güclü liderlik bacarıqları və potensialı olan bir bakalavr tələbəsisiniz❓
🔰Bu növ elanlardan xəbərdar olmaq üçün “LevEL Up” WP qrupuna qoşula bilərsiniz: https://chat.whatsapp.com/Ilvlg1AlOzG8Ry5UmkZx2a
ABŞ Səfirliyi böyük məmnuniyyətlə 2025-ci ilin yay mövsümü üçün vətəndaş fəallığı mövzusunda SUSİ Tələbə Liderləri proqramını elan edir. Beş həftəlik proqram 24 iyun - 26 iyul 2025-ci il tarixləri arasında Sietldəki Vaşinqton Universitetində keçiriləcək.
📅 Müraciət üçün son tarix: 24 noyabr.
▶️ Proqram haqqında daha ətraflı məlumat əldə etmək üçün vebsaytımıza daxil olun: https://az.usembassy.gov/susi-students/
Kanal: https://t.me/genclerindostlari
6 471
Gələcəyinizi WAY ilə Formalaşdırın! 🌍
💡Bu təcrübə proqramı sizin üçün yeni təcrübə qazanmaq və peşəkar mühitdə bacarıqlarınızı inkişaf etdirmək üçün əla fürsətdir. Təcrübəni uğurla başa vurduqdan sonra rəsmi sertifikat və tövsiyə məktubları təqdim olunacaq, həmçinin sizin üçün bir çox fürsətlər yaradılacaq.
✈️ Təcrübəçilər arasında tətbiq ediləcək KPI-lara (Key Performance Indicators - Əsas Performans Göstəriciləri) əsasən ən aktiv təcrübəçi, təcrübə proqramı bitdikdən sonra xaricdə beynəlxalq tədbirdə iştirakı üçün dəstək göstəriləcək.
🖇️ Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz: https://forms.gle/bVrtFFJz45he1LQr5
🧐 Seçilmə proseduru:
1. Qeydiyyat linki ilə müraciət;
2. Müraciəti uğurlu olan şəxslərin şifahi müsahibəyə dəvət olunması;
3. Şifahi müsahibəni uğurla keçən gənclərin qrup müsahibəsinə dəvət olunması;
4. Seçilənlərin müəyyənləşdirilməsi və könüllü-təcrübə proqramına başlaması.
⏰ Müraciət üçün son tarix: 25 Oktyabr
6 471
“Araşdır, Öyrən, Öyrət - 5” layihəsinə start verilir! 🤩
🔰Bu növ elanlardan xəbərdar olmaq üçün “LevEL Up” WP qrupuna qoşula bilərsiniz: https://chat.whatsapp.com/Ilvlg1AlOzG8Ry5UmkZx2a
Əziz gənc, sən də araşdırma bacarığını inkişaf etdirmək, bu sahədə təcrübə qazanmaq, sosial həyatında öz yerini tutmaq istəyirsənsə, bu elan sənin üçündür!
✅️ Proqram 10 görüş olmaqla 2 ay müddətində davam edəcək;
✅️ 16-25 yaşarası şəxslər qoşula bilər.
🔻Öyrənəcəyimiz bilik və bacarıqlar:
- Özünüifadə;
- Təqdimat;
- Komandada işləmə;
- Jest və mimika vasitələrindən düzgün istifadə;
- İş və müsahibələrə hazırlıq;
- Öyrənməyi öyrətmə;
- Analiz edib qərarvermə və s.
Əsas məqsəd gənclərin asudə vaxtlarını daha səmərəli keçirmək, onları araşdırmaya və öyrənməyə sövq etmək, gənclərdə özünüifadənin düzgün yollarını inkişaf etdirmək, maarifləndirmək və onların müxtəlif sahələrdə şəhərin rifahında aktiv şəkildə iştirak etməsinə dəstək olmaqdır.
🔗Qeydiyyat linki: https://forms.gle/XYNgQafk2VfFxjAd9
📆Son müraciət tarixi: 20.10.2024
Sən də bizə qoşul, #araşdır, #öyrən, #öyrət! 😉
#AzGF #GİKM #Prolan #LənkəranAstaraGİKM #gənclərüçün
6 471
Türkiyədə uzunmüddətli könüllülük proqramı
🔰Bu növ elanlardan xəbərdar olmaq üçün “LevEL Up” WP qrupuna qoşula bilərsiniz: https://chat.whatsapp.com/Ilvlg1AlOzG8Ry5UmkZx2a
Long-term volunteering project in Turkiye! 🇹🇷
📎 Sending organization from Azerbaijan: "Common Sense" Youth Organization"
🖇️ Hosting organization: Sorged
📍 Location: #Yozgat, #Turkiye
🗓️ Project period: 01/11/2024 to 28/02/2025
❓ How to apply: Please read all the information clearly before filling out the application.
⏳ Deadline: 20/10/2024
ℹ️ More detailed information: https://csyo-az.org/en/2024/10/05/short-term-volunteering-project-in-turkey-2/
6 471
“Xəbər elementinin dayaq nöqtəsi-müsahibə “ mövzusunda təlim keçiriləcək.😍
🔰Bu növ elanlardan xəbərdar olmaq üçün “LevEL Up” WP qrupuna qoşula bilərsiniz: https://chat.whatsapp.com/Ilvlg1AlOzG8Ry5UmkZx2a
Təlim zamanı aşağıdakı mövzulara toxunulacaq:
🔹Müsahibə aparmaq bacarığı
🔹Müsahibə zamanı diqqət etməli olduğumuz məqamlar
🔹İnformasiya qaynaqları ilə necə işləməli?
🔹”Uğur kvadratı” anlayışı
🔹Xəbər araşdırması zamanı analitik yanaşma və məsuliyyət
Təlimdə PR üzrə mütəxəssis Mehin Vəliyeva spiker qismində çıxış edəcək. O, bakalavr təhsilini BDU-nin Jurnalistika fakültəsində tamamlamış, yerli və beynəlxalq ixtisas artırma proqramlarından məzun olmuşdur. Hazırda Balakhani Operating Company LTD şirkətində PR mütəxəssisi olaraq çalışır.
📜Təlimdə iştirak edəcək şəxslərə e-sertifikat veriləcək.
📆 20 oktyabr
⏰ 13:00
📍"GUYS Group" un ofisi
İştirakçı sayı məddudur. Bu səbəbdən iştirakınızdan 100% əmin olmadığınız halda iştirakla bağlı müraciət etməyin
Qeydiyyat linki: https://forms.gle/E2SspUgErJW3JG9o8
İştirak ödənişsizdir
6 471
Hoffman Co konsultinq şirkəti bəylər üçün Project Manager vəzifəsi üzrə 2 aylıq ödənişli (maaşlı) Təcrübə proqramı elan edir !
🔰Bu növ elanlardan xəbərdar olmaq üçün “LevEL Up” WP qrupuna qoşula bilərsiniz: https://chat.whatsapp.com/Ilvlg1AlOzG8Ry5UmkZx2a
Vəzifə öhdəlikləri:
Layihə üzrə təlimatları izləmək, icra etmək
Layihə üzrə zəngləri, mesajları qəbul etmək və yönləndirmək
Şirkət daxili sənəd dövriyyəsini təşkil etmək
Layihədə iştirak etmək, sonda report vermək
Təlimlərin təşkili, coffee break hazırlığı, təlim zalının hazırlığı
Layihədən faydalanmaq )
Namizədə tələblər:
Gülərüz, yaxşı ünsiyyət və əməkdaşlıq bacarığı, məsuliyyətli, optimist
Təcrübə: Tələb olunmur, müəyyən qədər olsa üstünlükdür.
Dil biliyi: Azərbaycan dili normal səviyyədə
Ofis proqramlarından normal səviyyədə bilik
İş saatları saat 2-9 aralığı
Namizəd Hoffman Co-da keçirilən yerli və beyənlxalq layihələrin təşkilatçılığında təcrübə qazanacaq. Seçiləcək namizəd keçirilən təlim, kamp kimi layihələrdə iştirak edəcək sertifikatlarla təltif olunacaq. Namizəd 2 ayı uğurlu başa vursa daimi işlə təmin olunacaq. Aylıq 350 Azn ödənəcək.
Müraciət etmək istəyənlər Project Manager İnternship subject hissəsinə qeyd edib, Cv-lərini info@hoffmantrustco.com ünvanına göndərə bilərlər. Qeyd niyə bu təcrübə proqramında iştirak etmək istəyirsiniz sualına qısa mail olaraq cavab göndərən namizədlərə üstünlük verileəcək.
6 471
Sahibkarlar üçün şad xəbər!
🔰Bu növ elanlardan xəbərdar olmaq üçün “LevEL Up” WP qrupuna qoşula bilərsiniz: https://chat.whatsapp.com/Ilvlg1AlOzG8Ry5UmkZx2a
16 oktyabrda aşağıdakı istiqamətlərdə ödənişsiz canlı (əyani) təlimlər keçiriləcək:
- "Maliyyələşdirmə mənbələri. Kapital cəlb etmə və investorlarla iş - Modul 3": https://forms.gle/Sccje83TNjVQ4NqJA
- "Sahibkar büdcəni necə idarə etsin? - Modul 1": https://forms.gle/BQV5NXCksEX7ZaKo6
- "İqlim dəyişikliyi və ekoloji çərçivə - Modul 1": https://forms.gle/iPq9u8FvLdC6SY4h8
- "Rəhbərlər üçün təchizat zənciri" - Modul 1: https://forms.gle/CJ6vkH8fV4GnSnMUA
- "Data analitikasına giriş" - Modul 1: https://forms.gle/FgCyPXAvvCYEtict8
Təlimlərdə iştirak üçün qeydiyyat formlarını doldurmağınız kifayətdir.
Suallarınız olduğu zaman aşağıdakı vasitələrlə bizimlə əlaqəyə keçə bilərsiniz:
Telefon: +994 55 919 45 85
Mail: baki@kobim.az
6 471
Sumqayıtda Hakaton Həyacanı!💡🚀
🔰Bu növ elanlardan xəbərdar olmaq üçün “LevEL Up” WP qrupuna qoşula bilərsiniz: https://chat.whatsapp.com/Ilvlg1AlOzG8Ry5UmkZx2a
İnnovasiya sahəsində bacarıqlarını sınamaq istəyirsən? Sumqayıtda baş tutacaq bu unikal Hakaton tam sənin üçündür!
26-27 Oktyabr 2024 tarixlərində keçiriləcək 2 günlük bu tədbir, texnoloji yeniliklərə maraq göstərən gəncləri bir araya gətirir. İdeyanı inkişaf etdir, komandanda birləş, və hakaton çərçivəsində rəqabət apar!
Qalibləri cazibədar mükafatlar gözləyir:
🥇 1-ci yer: 3000 manat
🥈 2-ci yer: 1500 manat
🥉 3-cü yer: 500 manat
Tədbir SUP.VC və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə keçirilir. İştirakçılar ideyalarını reallaşdırma şansı qazanaraq, Sumqayıtda innovasiya dalğasına qoşulacaqlar.
Son qeydiyyat tarixi: 24 Oktyabr
📅 Tarix: 26-27 Oktyabr 2024
📍 Məkan: Sumqayıt
📌 Qeydiyyat üçün: innostart.az
متاح الآن! بحث تيليغرام 2025 — أهم رؤى العام 
