ar
Feedback
Level Up

Level Up

الذهاب إلى القناة على Telegram

Dostlarınızı dəvət üçün link https://t.me/LevelUptelegram Əlaqə: @elnaraeyyubova Layihələr Təcrübə proqramları Könüllülüklər Ödənişsiz eventlər Faydalı kurslar Vakansiyaları Xarici proqramlar və sair, əlaqəli məlumatların paylaşıldığı platforma.

إظهار المزيد
6 479
المشتركون
+124 ساعات
-167 أيام
-9630 أيام
أرشيف المشاركات
Nəqliyyat könüllüləri qeydiyyat formu Gənc dostlar! Siz "Nəqliyyat" könüllüsü olaraq Azərbaycanın nəqliyyat sahəsinin inkişafına öz töhfənizi verəcək, müxtəlif layihələrin təşkilində yaxından iştirak edəcək və bacarıqlarınızı bölüşmək üçün yeni mühit qazanacaqsınız! 🔰Bu növ elanlardan xəbərdar olmaq üçün “LevEL Up” Telegram kanalına qoşula bilərsiniz: https://t.me/LevelUptelegram Maraqlı tədbirlər, sərgilər, yarışlar, səfərlər haqqında məlumatlar əldə etmək üçün bizə qoşulun: https://chat.whatsapp.com/HZBf8H0rdUgFRRrPhah6Lx Proqram müddətində könüllülərin müvafiq sahələrdə təcrübə qazanması üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təşkil ediləcəyi təlim və layihələrdə iştirakı nəzərdə tutulur. Könüllü fəaliyyəti 3 ay müddətində davam edəcək. Fəaliyyətini uğurla başa çatdıran və öz öhdəliklərini müvəffəqiyyətlə yerinə yetirən könüllülər Proqramın sonunda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən təltif olunacaqlar. Könüllü olmağa, inkişaf etməyə, yeni təcrübələr əldə etməyə tələsin! Müraciət üçün son qeydiyyat tarixi: 15.09.2025 Qeydiyyat: https://docs.google.com/forms/d/e/1FAIpQLSdQ8p3dVkNayyvukum40cfHMXfmoGZ4vqG3huvRJSbJl-cBmg/viewform

“#POLİQON" üçün geri sayım başlayır! 📣 Əziz gənclər, Qarabağ Zəfərinin 5-ci ilinə həsr olunan “POLİQON” gənclərin hərbi-vətənpərvərlik düşərgəsinə qeydiyyatı açıq elan edirik! 🤩 🔰Bu növ elanlardan xəbərdar olmaq üçün “LevEL Up” Telegram kanalına qoşula bilərsiniz: https://t.me/LevelUptelegram Peşəkar hərbiçilərin iştirakı ilə hərbi simulyativ formatda keçiriləcək düşərgədə iştirak etmək, ilkin hərbi biliklərə yiyələnmək, fiziki dözümlüyü artırmaq və yeni dostlar qazanmaq istəyirsənsə, bu fürsəti qaçırma. 🏕 Düşərgə sentyabrın 4-dən 7-dək Gənclər və İdman Nazirliyinin dəstəyi və “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə Göygöl Olimpiya İdman Kompleksində keçiriləcək. 📌 Düşərgədə yalnız 17-25 yaş aralığında fiziki hazırlıqlı gənclər iştirak edə bilər (2025-ci il ərzində digər düşərgələrdə iştirak etmiş şəxslər və həqiqi hərbi xidmət keçmiş şəxslər iştirak edə bilməyəcək). 📌 Qeydiyyatdan keçən şəxslər növbəti mərhələyə uğurla keçdikləri halda müsahibə mərhələsinə dəvət olunacaqlar. 🔗 Qeydiyyat üçün link: https://docs.google.com/forms/d/1Q5yQ8pnU9uEMe-bhrJXIh18cIMWqum8jhqTVWp7_rOo/viewform?edit_requested=true&fbclid=PAQ0xDSwMJtxhleHRuA2FlbQIxMAABp2s6XsgXDWpDc36Wz18miH1xF-Aij2h_A-xI0cBOJWk_0lzmpGRTfUQDI2Xj_aem_q4pTz0_5BTEXZrjDkbRwTA 🗓 Son müraciət tarixi: 22.08.2025, saat 20:00

Hörmətli Bağlantılarım,aşağıdakı vakansiyalar üzrə peşəkar namizədlərin axtarışındayam. 1.İnsan resursları üzrə kiçik mütəxəssis ( xanım namizəd,əh 500+bonus) 2.1C üzrə Müəllim ( kişi namizəd,əh 500) 17:30-22:00 3.Direktor köməkçisi (əh 800,rus dili mütləqdir) 4.Kontent menecer ( əh 500+bonus) 📌Hər vakansiya üzrə minimum 1 il təcrübə tələb olunur. İş qrafiki 5günlük,09:00-18:00dur. Nahar şirkət tərəfindən təmin olunur. Ünvan: Sabunçu rayonu,Bakıxanov qəsəbəsi Uyğun namizədlər vakansiya adını qeyd etməklə CV-lərini Narmin.Nasirova@venta.az ünvanına göndərə bilər. 📩 🔰Bu növ elanlardan xəbərdar olmaq üçün “LevEL Up” Telegram kanalına qoşula bilərsiniz: https://t.me/LevelUptelegram

“İnsan Resursları” Təcrübə Proqramı Biz, İnsan resursları sahəsində bilik və təcrübəsini artırmaq istəyən işsiz şəxslər və ya yeni məzunlar üçün təcrübə proqramı təşkil edirik. Bu proqram çərçivəsində real iş şəraitində insan resursları prosesləri ilə tanış olunmasını və peşəkar bacarıqların inkişaf etdirilməsini təmin edirik. İş barədə məlumat: ✓ Aylıq Əmək Haqqı: 100 - 200 AZN ; ✓ Müddət: 2 ay; ✓ İş rejimi: 5 günlük, Həftə içi 4 saat ✓ Peşəkar İnsan Resursları təlimçisindən öyrənmək fürsəti və təcrübə mübadiləsi; ✓ Sertifikat və gələcək iş imkanları; ✓ Rahat və dəstəkləyici iş mühiti; Təcrübə müddətində öyrənəcəksiniz: ✓ İnsan Resurslarının əsasları və vəzifələri; ✓ Müəssisənin kadr uçotunun qurulması və aparılması; ✓ İşə qəbul prosesləri və namizəd seçimi; ✓ Əmək qanunvericiliyinin əsasları; ✓ İşçi sənədləşməsi və daxili idarəetmə; ✓ Əmək və Məşğulluq Altsistemində (ƏMAS) icra edilən əməliyyatlar; ✓ Bütün əmrlərin və ərizələrin hazırlanması; ✓ Əmək haqqı və tabel cədvəllərinin hazırlanması; ✓ Son haqq hesabların hesablanması; Tələblər: ✓ İnsan Resursları prinsipləri haqqında ilkin biliklərə malik olmaq üstünlükdür; ✓ İnsan Resursları, Psixologiya, İqtisadiyyat və ya əlaqəli sahədə təhsil almış şəxslərə və ya yeni məzunlara üstünlük verilir; ✓ Azərbaycan dilində yazılı və şifahi kommunikasiya bacarığı arzuolunandır; ✓ Hal-hazırda işsiz olan və VÖEN olmayan şəxslər; ✓ İnsan Resursları sahəsində karyera qurma Ünvan: Bakı şəhəri, 28 may, N.Nərimanov Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini “İnsan Resursları Təcrübə Proqramı” yazısı ilə 20.08.2025- ci il tarixinədək bngroup175@gmail.com imeylinə və ya 055 228 78 43(Watsapp) nömrəsinə göndərilməsi xahiş olunur.

Əziz gənclər, sizə möhtəşəm xəbərimiz var! "The Clue Bureau" - fərdi təşəbbüskar komandası yepyeni və unikal layihə üçün könüllü qəbuluna start verir. Əgər detallarla işləməyi sevirsənsə və unudulmaz, macəra dolu layihənin yaradıcı heyətinə üzv olmaq istəyirsənsə bu təklif tam sənə görədir. Elə indi qeydiyyatdan keç və bu sirli macəranı bizlə birgə kəşf et! 🔰Bu növ elanlardan xəbərdar olmaq üçün “LevEL Up” Telegram kanalına qoşula bilərsiniz: https://t.me/LevelUptelegram 🗓️ Son müraciət tarixi: 20 avqust 2025 Qeydiyyatdan keçmək üçün linkə toxunun: https://www.instagram.com/thecluebureau?igsh=dDdvNmlxcXIxa3dv

📚 Sdgt Kitab Klubu – Sizi Axtarırıq! Birlikdə kitab oxumaq, oxuduqlarını ürəyin istəyən kimi bölüşmək və dərin müzakirələrə qoşulmaq istəyirsinizsə — bura tam sizlikdir! 🎯 Nə edəcəyik? Hər ay bir kitab seçəcəyik, oxuyacağıq və görüşüb müzakirə edəcəyik. Sizi təkcə dərin və maraqlı söhbətlər yox, həm də əyləncəli oyunlar və sürprizlər gözləyir! 🔰Bu növ elanlardan xəbərdar olmaq üçün “LevEL Up” Telegram kanalına qoşula bilərsiniz: https://t.me/LevelUptelegram ✨ Əgər: • Daha çox kitab oxumaq üçün motivasiya axtarırsınızsa, • Fərqli mövzularda düşünmək və danışmaq istəyirsinizsə, • Yeni dostluqlar qurmaq və ən əsası həyata yeni bir baxış bucağı ilə baxmaq istəyirsinizsə — Sizi SDGT Kitab Klubunda görməkdən məmnun olarıq! 📖 İlk ayın kitabı: “İnsan nədir?” — Mark Twain Gəlin insanın həqiqətən öz iradəsi və mənəvi düşüncələri olan bir varlıq yoxsa iradəsiz və öz təbiətindən kənara çıxa bilməyən bir maşın olduğunu birlikdə seçək?! 🗓️ Tarix: 30 avqust 🕒 Saat: 12:00 📍 Məkan: Sumqayıt Gənclər Evi 📌 Qeyd: Gələcək ay oxumaq və müzakirə etmək istədiyin kitabı yazmağı unutma. 🔗Qeydiyyat üçün link: https://forms.gle/2oH9sggXGhZSo6i16

Şəhid Məhəmmədəli İbrahimli İnkişaf Proqramı na qeydiyyat başlayıb. İnkişaf proqramı çərçivəsində iştirakçılara: 📌 Karyera və şəxsi inkişaf sahələrində təlimlər 📌 İxtisas sahəsinə uyğun peşəkar mentorların dəstəyi 📌 Ekspertlərlə görüşlər və şəbəkələşmə imkanı təqdim olunacaq. https://www.linkedin.com/posts/elnaraeyyubova_iaovnkiagnafproqramaft-maldhaldmmalddaldliiaovbrahimliiaovnkiagnafproqramaft-activity-7359563093351301121-64ra?utm_medium=ios_app&rcm=ACoAACJo32gBZY9aivNUGL0yBLXj3ACPHXOzdOg&utm_source=social_share_send&utm_campaign=copy_link

Sparking Change: Enhancing Community Impact in European Solidarity Corps Activities- Gənc işçilər, Təlimçilər, Gənclik kouçları 🔰Bu növ elanlardan xəbərdar olmaq üçün “LevEL Up” Telegram kanalına qoşula bilərsiniz: https://t.me/LevelUptelegram 📍Məkan: Leuven, Belçika Tarix: 3-7 Noyabr 2025 ⏳Son müraciət tarixi: 20 Avqust 2025 ⏬Ətraflı məlumat üçün: https://www.salto-youth.net/tools/european-training-calendar/training/sparking-change-enhancing-community-impact-in-european-solidarity-corps-activities.13505/ 🔗Daha çox fürsət üçün: https://chat.whatsapp.com/BVproAcrKcF594ZqUASpjq?mode=ac_t

Team volunteering project in Turkiye! 📎 Sending organization from Azerbaijan: "Common Sense" Youth Organization" 🔰Bu növ elanlardan xəbərdar olmaq üçün “LevEL Up” Telegram kanalına qoşula bilərsiniz: https://t.me/LevelUptelegram 🖇 Hosting organization: TURKIYE TAEKWONDO FEDERASYONU 📍 Location: #Ankara, #Türkiye 🗓 Project period: 30/08/2025 to 17/09/2025 ❓ How to apply: Please read all the information clearly before filling out the application. ⏳ Deadline: 06/08/2025 23:59 ℹ More detailed information: https://csyo-az.org/2025/08/04/team-volunteering-project-in-turkiye-3/ 🔗For more opportunity: https://chat.whatsapp.com/H6PIQWtDydtDMLeelgqQwv

Kimya Mühəndisliyi sahəsində təhsil almış və Əla Kommunikasiya bacarıqlarına sahib olan gənc namizədlər axtarışındayıq. Vakansiyamız istehsalat proseslərinin rəqəmsallaşdırılması, transformasiyası və optimizasiya həllərinin tədbiq olunma istiqamətlləri ilə bağlıdır. Maraqlanan namizədlər bu e-mail ünvanına CV-rini göndərə bilərlər: nigar.mukhtarova@caspianic.com 🔰Bu növ elanlardan xəbərdar olmaq üçün “LevEL Up” Telegram kanalına qoşula bilərsiniz: https://t.me/LevelUptelegram

🚀 *Mövzu:* *Karyera Xətaları – Gənclərin Etdiyi Səhvlər* 📅 *Tarix:* 16 Avqust ⏰ *Saat:* 20:00 🎤 *Təlimçi:* *Sevinc Burzuyeva* 👩🏻‍💼 *Karyera Məsləhətçisi, Təlimçi* 📍 *Təşkilatçı:* *Məqsəd Zəfərin Başlanğıcıdır (MZB) Təşkilatı* 🔖 *Rəsmi Sertifikatlı* 📌 *Qoşulmaq üçün:* https://chat.whatsapp.com/J6PLdeMyMO1L2ig3606na2?mode=ac_t 🔰Bu növ elanlardan xəbərdar olmaq üçün “LevEL Up” Telegram kanalına qoşula bilərsiniz: https://t.me/LevelUptelegram

🙋🏻‍♀️ Sən də GOC Könüllüsü ol! 🔰Bu növ elanlardan xəbərdar olmaq üçün “LevEL Up” Telegram kanalına qoşula bilərsiniz: https://t.me/LevelUptelegram Əgər beynəlxalq olimpiadaların təşkilinə dəstək vermək, yüzlərlə şagirdin uğur yolunda rol almaq və təhsil sahəsində ölkənin ən enerjili komandasına qoşulmaq istəyirsənsə bu çağırış sənin üçündür! Global Olympiad Center könüllüsü olaraq sən həm təcrübə qazanacaq, həm də əyləncəli və öyrədici layihələrin bir hissəsinə çevriləcəksən. 📩 Qeydiyyat linki: https://forms.gle/F5Cse2h2rx76LHKg8 ⏳ Qeyd edək ki, GOC Könüllüsü olmaq üçün son qeydiyyat tarixi 8 avqustdur.

“Qida Təhlükəsizliyi Könüllüləri”nə qoşulmaq istəyən gənclərin qeydiyyatı başlayıb 🔰Bu növ elanlardan xəbərdar olmaq üçün “LevEL Up” Telegram kanalına qoşula bilərsiniz: https://t.me/LevelUptelegram “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupuna yeni üzv olmaq istəyən gənclər üçün qeydiyyat prosesinə start verilib. Qida təhlükəsizliyi və ya bu sahəyə yaxın digər istiqamətlər üzrə təhsilə malik, yaşı 16-29 arası olan şəxslər könüllülük fəaliyyəti üçün müraciət edə bilərlər. Təşəbbüs qrupunda yeni fəaliyyətə başlayacaq könüllülər müxtəlif təlim və infoturlara, həmçinin istehlakçılar arasında maarifləndirmə işlərinin və sorğuların aparılmasına cəlb olunacaqlar. Eləcə də onlar ali, orta-ixtisas və peşə təhsili müəssisələri ilə qurulan sıx əməkdaşlıq çərçivəsində həyata keçirilən işlərdə iştirak edəcəklər. Könüllülər barədə məlumatlar müvafiq bazaya əlavə olunacaq və onlara müvafiq sertifikatlar təqdim ediləcək. Qeyd edək ki, “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupunun əsas məqsədi ölkəmizdə qida təhlükəsizliyi və gənclər siyasəti üzrə həyata keçirilən fəaliyyətlərə ictimai dəstəyin göstərilməsindən, eyni zamanda gənclərin müvafiq sahələrə töhfə verməsinə şərait yaratmaqdan ibarətdir. Qeydiyyat üçün link: https://lnkd.in/dAZ8jydw 🔗Daha çox fürsət üçün: https://chat.whatsapp.com/H6PIQWtDydtDMLeelgqQwv

photo content

🚀 Bolt Azərbaycanda “Bolt Akselerator” adlı ilk sahibkarlıq sürətləndirici proqrama start verir! Proqramın məqsədi "Bolt"da çalışan sürücü və kuryerlərin biznes ideyalarını reallaşdırmasına dəstək olmaqdır. Layihənin həyata keçirilməsi "SUP.VC" şirkəti ilə tərəfdaşlıqla təşkil olunur. İştirakçılara sahibkarlığa başlamaq üçün zəruri biliklər, bacarıqlar, mentor dəstəyi və maliyyə vəsaitini əldə etmək fürsəti təqdim edilməklə onların inkişafı dəstəklənəcək. 🎯 Əsas fokus istiqamətləri: • Mobillik, nəqliyyat • Şəhər infrastrukturu • Rəqəmsallaşma və texnoloji layihələr Ən yaxşı ideyaların müəllifləri “Bolt Akselerator” proqramında iştirak hüququ qazanacaqlar. 👥 Növbəti mərhələyə keçən 20 iştirakçıya sahələrinə uyğun fərdi mentorluq dəstəyi veriləcək. Sonda ən yaxşı 7 ideya müəllifi maliyyə dəstəyi ilə mükafatlandırılacaq: • 1-ci yer (1 nəfər): 10,000 AZN • 2-ci yer (1 nəfər): 7,000 AZN • 3-cü yer (3 nəfər): 4,500 AZN • 4-cü yer (2 nəfər): 3,000 AZN Qaliblər 6 həftəlik əlavə mentorluq proqramında iştirak edəcək. 📆 Son qeydiyyat tarixi: 15 Avqust 📞 Əlaqə nömrəsi: +994 51 240 41 55 ℹ️ Müraciət və ətraflı məlumat üçün: www.boltakselerator.az

🤖 Texnologiya ilə dolu 5 gün üçün! Əziz gənclər və yeniyetmələr 📣 Texnologiyaya marağınız varsa və gələcəyin innovativ dünyasında iz qoymaq istəyirsinizsə, “RoboCamp” sizi gözləyir! 🔰Bu növ elanlardan xəbərdar olmaq üçün “LevEL Up” Telegram kanalına qoşula bilərsiniz: https://t.me/LevelUptelegram 📍 Məkan: Qax Olimpiya İdman Kompleksi 📅 Tarix: 15-20 avqust 🎯 Yaş qrupu: 12-15 📌 Hədəf qrupu: Robototexnika sahəsinə marağı olan və təcrübəsi olmayanlara üstünlük veriləcək. Gənclər və İdman Nazirliyinin və AREA Akademiyasının birgə təşkilatçılığı ilə keçiriləcək "RoboCamp" düşərgəsi robototexnika, mühəndislik və İT sahələrinə marağı olan gəncləri bir araya gətirəcək. Bu düşərgədə sizi gözləyir: 🚀 Texnoloji təlimlər və praktiki sessiyalar; 🤝 Komanda işləri və maraqlı layihələr; 🌟 Yeni dostluqlar və ilhamverici mühit; 🎓 Öz ideyanı reallaşdırmaq şansı. 🔗 Ətraflı məlumat və qeydiyyat üçün: https://forms.gle/apZkm5wbKYhc2zwM9 Gəl, #RoboCamp-da öz texnoloji səyahətinə başla. Gələcək səni gözləyir 🤩

Banklarda yeni vakansiyalar: 🔰Bu növ elanlardan xəbərdar olmaq üçün “LevEL Up” Telegram kanalına qoşula bilərsiniz: https://t.me/LevelUptelegram 1. İnformasiya Təhlükəsizliyi İdarəsinin Nüfuzetmə və kod analizi şöbəsinin mütəxəssisi (Xalq Bank) - https://lnkd.in/eAbEXFr2 2. Sumqayıt KOB ofisi və Rəqəmsal Filialının Kiçik və Orta Biznes Kreditləri Şöbəsində Satış üzrə mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis (AzərTürkBank) - https://lnkd.in/edrzzfmd 3. Korporativ bankçılıq departamentində əməliyyat xidmətləri üzrə mütəxəssis (Yelo Bank) - https://lnkd.in/eJ7M9AQA 4. Daxili Nəzarət Departamentinin Əməliyyatlara nəzarət şöbəsinin aparıcı/baş mütəxəssisi (Rabitəbank) - https://lnkd.in/e99xDuRE 5.Korporativ Kreditlər üzrə kiçik mütəxəssis ( Gəncə / Kəpəz filialları) (Unibank Kommersiya Bankı) - https://lnkd.in/eZJwWu3p

Unicapital İnvestisiya Şirkətində yeni vakansiyaları aktivdir.Linkə daxil olub vakansiyalar ilə tanış ola bilərsiniz. • Pərakəndə satış və xidmət şöbəsinin mütəxəssisi • Daxili nəzarət üzrə mütəxəssis • Layihələrin və biznes proseslərin idarəedilməsi üzrə mütəxəssis" • Daxili auditor" • Marja ticarəti üzrə mütəxəssis" https://lnkd.in/dQ7ckJ2D https://lnkd.in/dV7RYjUn https://lnkd.in/dG3nm6NZ https://lnkd.in/dKdi8NbB https://lnkd.in/dfSNpgNr

IV Milli Yaylaq Festivalı könüllülər proqramına start verilir. Könüllü qismində qoşulmaq istəyən gənclərin nəzərinə. 🔰Bu növ elanlardan xəbərdar olmaq üçün “LevEL Up” Telegram kanalına qoşula bilərsiniz: https://t.me/LevelUptelegram IV Milli Yaylaq Festivalı Göygöl rayonu ərazisində yerləşən “Xan Yurdu” etno-qəsəbəsində 15-17 avqust 2025-ci il tarixlərdə baş tutacaq. Tədbirdə 10 (on) günlük könüllü qismində iştirak etmək istəyən gənclərdən tələb olunan şərtlər aşağıdakılardır: Yaş 16-29; Punktual, ünsiyyətcil, operativ və komandada işləmək bacarıqlarına malik olmalı; Çöl şəraitində qalmaq və işləmək bacarığına malik olmalı; Xarici dilləri bilməsi arzuolunandır; Qeyd: Son müraciət tarixi: 25 iyul 2025, saat 18:00 Müraciət et

Gənc alim və tədqiqatçıların nəzərinə! 🔰Bu növ elanlardan xəbərdar olmaq üçün “LevEL Up” Telegram kanalına qoşula bilərsiniz: https://t.me/LevelUptelegram Gənclər və İdman Nazirliyi və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə avqustun 21-dən 26-dək Qazax Olimpiya İdman Kompleksində gənc alim və tədqiqatçılar üçün yay düşərgəsi keçiriləcək. Bu il düşərgə “Milli dəyərlərlə rəqəmsal gələcəyə” şüarı ilə təşkil olunur.  Məqsəd gənc alim və tədqiqatçıların bir araya gələrək bilik və təcrübə mübadiləsi aparması, elmi əməkdaşlıqlar qurulması, innovativ ideyaların təşviqi və intellektual inkişaf mühitinin gücləndirilməsidir. Düşərgədə yaşı 35-ə qədər olan gənc alim və tədqiqatçılar, eləcə də doktorant və magistrantlar iştirak edə bilərlər. Ətraflı məlumat və qeydiyyat üçün:  https://forms.gle/5dqzmZwcKNiiwqFF8