Level Up
الذهاب إلى القناة على Telegram
Dostlarınızı dəvət üçün link https://t.me/LevelUptelegram Əlaqə: @elnaraeyyubova Layihələr Təcrübə proqramları Könüllülüklər Ödənişsiz eventlər Faydalı kurslar Vakansiyaları Xarici proqramlar və sair, əlaqəli məlumatların paylaşıldığı platforma.
إظهار المزيد6 417
المشتركون
-224 ساعات
-237 أيام
-9930 أيام
أرشيف المشاركات
6 416
_Sizi *"K.D.T"* Təşkilatının nəzfində fəaliyyət göstərən İntellektual Oyunlar klubumuza dəvət edirik._
Bugün yarış var 🤩.
📆 *Tarix:* _07.02.2022_
⏰ *Saat:* _21:00_
📜 *Mövzu:* _Məntiq_
Nələr əldə edecəksiz?
♻️ _Yeni biliklər_
♻️ _Qaliblərimiz sertifikat, təşəkkürnamə ilə təltif olunacaq_
*_Klubumuzda Həftə içi müxtəlif mövzularda yarışlar keçirilir_*
Keçid Linki ⬇️
1️⃣ _https://chat.whatsapp.com/Hw93cuuxWJm3uije6BjAhB_
2️⃣ _https://chat.whatsapp.com/FLAJiQO4go84cI12GMDsaS_6 416
İşimizi necə seçək?
QEYD: Videonun açıqlama hissəsindəki karyera testlərini edərək aid olduğunuz ixtisası tapa bilərsiniz. 🤓
https://youtu.be/2gnRn8y3IIk
6 416
Həftəsonu izləmək üçün film siyahınız gəldi ☺️
https://www.instagram.com/p/CZmsekFgXUc/?utm_medium=copy_link
6 416
Karyera Məsləhətçisi olmaq istəyənlərin nəzərinə! 😎
Azərbaycanın müxtəlif bölgələrində yaşayan aktiv icma üzvlərini "Qaraj Erasmus-Bakı"nın təşkilatçılığı, Erasmus+ Tələbə və Məzun Assosiasiyasının (ESAA) tərəfdaşlığı və Avropa Komissiyasının maliyyə dəstəyilə həyata keçirilən "Karyera Məsləhətçiliyi - Peşəkar İnkişaf kursu" layihəsində iştirak etməyə dəvət edirik.
Əgər siz də yaşadığınız bölgədəki gənclərin peşə seçimi və karyera planlanması ilə bağlı yaşadıqları çətinliklərin fərqindəsinizsə, onlarla işləmək üçün güclü enerji və öyrənmək həvəsinə sahibsinizsə, biz, elə məhz Sizi axtarırıq!
6 ay davam edəcək layihə aşağıdakı mərhələlərdən ibarət olacaqdır:
• "Karyera Məsləhətçiləri" üçün təlim proqramı (I mərhələ);
• Təcrübə proqramı (öyrəndiklərinizi bölgədəki gənclərlə işləyərək tətbiq edəcəksiniz);
• "Karyera Məsləhətçiləri" üçün təlim proqramı (II mərhələ);
• Təcrübə proqramı (II mərhələ);
• Mentorluq (Vebinarlar və rol modellərlə görüşlər);
• Bootcamp.
Qeydiyyat linki: https://forms.gle/E7cftTxqnHYF39wk8
Qeydiyyat üçün son tarix: 22.02.2022
Layihəyə 18-45 yaş arası şəxslər müraciət edə bilər
Qeyd edək ki, layihədə bütün bölgələr üzrə 50 nəfər şəxs iştirak haqqı qazanacaqdır. Layihədə iştirak ödənişsizdir.
QEYD: yalnız ilkin mərhələni uğurla tamamlayan şəxslər müsahibə mərhələsinə keçid ilə bağlı e-məktub əldə edəcəklər.
6 416
Location: Merkez/Niğde, Turkey
Project name: Altogether for Niğde
Hosting organization: Avrupa Gençlik Eğitim ve Spor Derneği
Sending organization: “Common Sense” Youth Organization
Number of volunteers: 1 volunteer between 18-30 years old (Only Azerbaijani citizenship)
Project period – 01/03/2022 to 30/09/2022 (7 months)
Deadline: 18th February 2022
https://csyo-az.org/2022/02/03/esc0302/
6 416
1. ART Könüllü proqramına müraciətlərin qəbulu artıq başladı
https://lnkd.in/dffB-42j
2. Ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqə
https://lnkd.in/dk9Jv6iJ
3. Mühasibatlıq sahəsində maaşlı təcrübə proqramı (Bakı və Sumqayıt)
https://lnkd.in/dF-ZsemE
4. Tələbələr üçün FemTech nümayəndəsi olma şansı!
https://lnkd.in/dVs92_qm
Fb qrupu: https://www.facebook.com/groups/level.up.fb/
6 416
Hörmətli tələbələr və universiteti yeni bitirmiş məzunlar,
Atəşgah Sığorta Şirkəti olaraq Tələbə Təcrübə Proqramını açıq elan edirik. Təcrübə proqramının fəaliyyətinin əsas məqsədi gənclərin 3 ay müddət ərzində fərdi inkişafına nail olmaqla, əmək vərdişlərinin inkişaf etdirilməsi, gələcək karyera imkanlarının artırılması,sosiallaşma, komanda işinin öyrənilməsi üçün imkan yaratmaqdır. 3 ay davam edəcək təcrübə proqramında sizlər, “Aktuar Hesablamalar” şöbəsinin peşəkar komandası ilə birgə çalışaraq nəzəri biliklərlə yanaşı, həm də praktiki bacarıqlar əldə edəcəksiniz.
Təcrübəçilər Atəşgah Sığorta Şirkətinin baş ofisində, Maliyyə departamentində təcrübədə olacaqlar. Belə ki, yaşı 18 – dən 25 – ə qədər (Ali təhsil müəssisələrinin 3 və 4 kurs tələbələri və ya ali təhsilini bitirmiş gənclər) olan şəxsləri bu təcrübə proqramlarından yararlanmağa dəvət edirik.
Ödənişsiz baş tutacaq təcrübə proqramına qatılmaq üçün CV-lərinizi Recruiting@ateshgah.com ünvanına “Aktuar Hesablamalar/Təcrübə proqramı” başlığı altında göndərə bilərsiniz.
#TəcrübəProqramı #Aktuar
6 416
SON GÜN‼️
"Virtual Təcrübə Proqramı (VTP'22 Yaz) "-a müraciət başlanmışdır.
"Özgün Yapı Sanayi ve Ticaret A.Ş."-nin Azərbaycan Respublikasındakı Filialı 2022-ci il üçün böyük marağa səbəb olan "VTP'21 Yaz", "VTP'21 Yay", "VTP'21 Payız" təcrübə proqramlarından sonra tamamilə yenilənmiş və daha əhatəli "VTP'22 Yaz" adlı virtual təcrübə proqramı layihəsini elan edir. Rəqəmsal mühitin üstünlüklərindən yararlanaraq, öyrənərək təcrübə qazanmağa və karyeranızda ilk addımı atmağa sizləri dəvət edirik. Bu fürsəti dəyərləndirməyin tam zamanıdır.
Aşağıdakı şöbələr üzrə təcrübə keçmək istəyən tələbə və yeni məzunlar müraciət edə bilərlər:
● Mühasibatlıq
● İnsan Resursları
● Logistika/Satınalma
● İnformasiya Texnologiyaları (Web)
● İnformasiya Texnologiyaları (Rəqəmsal Marketinq)
Təcrübəçilərə tələblər:
- Ali təhsil müəssisə tələbələri və ya yeni məzun olmuş şəxslər;
- Ünsiyyət qurma bacarığı;
- Komandada işləmə bacarığı;
- Daim öyrənmək həvəsi;
- İş təcrübəsi olmayan namizədlər müraciət etsin.
Proqramın müddəti: 8 – 12 həftə.
Namizədlər CV dəyərləndirilməsi, test mərhələsi və onlayn müsahibə əsasında seçiləcək.
* Proqramın son ayında aktiv iştirakçılarla birlikdə Mini MBA formatlı görüşlər keçiriləcəkdir.
Müraciət üçün son tarix: 02.02.2022
Ətraflı məlumat və qeydiyyat üçün:
https://ozgun.recruit.az
6 416
Salam, xaricdə çörək axtaranlar! :)
Sizlər üçün çox möhtəşəm xəbərim var! ❤️
Mən əminəm ki, bir çoxlarımızın "Çörək almaq adı ilə çıxanlar" kimi bu yola çıxıb öz çörəyimizi tapmaq arzusu var.
Yaxşı, biz "Çörəyi nədən çıxaraq?"
Bu sualın axtarışında olub gələcəyə bir addım atmaq istəyən çörəkçilər, elanı diqqətlə oxuyun 🤓:
Əgər siz də xaricdə təhsil və karyera imkanlarını hansı təndirdən və necə çıxarmaq lazım olduğunu peşəkarlar tərəfindən öyrənmək istəyirsinizsə, fürsət elə bu fürsətdir! 🥖
Çörəkçilər və Kreşendo layihələrinin birgə təşkilatçılığı ilə 2 fevral 20:00-da Gənclər gününə özəl hazırlanmış vebinarda öz çörəyini tapmaq istəyən hər kəsi gözləyirik!
Vebinar iştirakçılarına özəl xüsusi kupon və hədiyyələr çörək axtarışınızı daha da əlçatan və gözəl edəcək. 😊
Vebinara qatılmaq üçün formun linki:
https://bit.ly/TandirTalks
Qeyd: Spikerlər ilə bağlı ətraflı məlumatı Kreşendo və Xaricdə çörək layihələrinin instagram hesablarında paylaşım edilir.
Görüşənədək!
6 416
Salam, gənclər, xüsusilə xanımlar. Bu dəfə söz sizdədir. :)
https://forms.gle/t7kAMzqHCpJtPBPGA
6 416
#ödənişsiz #budəfəhəmdəailələrüçün
Cənub bölgəsində ölkə gəncləri üçün yeni bir layihənin icrasına başlanıldı
Bü gündən etibarən “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi tərəfindən cənub bölgəsində “Sağlam ailə sağlam cəmiyyətin təməlidir” adlı layihənin həyata keçirilməsinə başlanılmışdır. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 8900 (səkkiz min doqquz yüz) manatlıq maliyyə dəstəyi ilə həyata keçirilir.
Layihənin məqsədi respublikada ailə dəyərlərinin, əxlaq və etika normalarının təbliği sahəsində gənclərin, xüsusən də, yeni ailə quran gənc ailələrin ölkə miqyasında maarifləndirilməsini və məlumatlandırılmasını təşkil etmək, habelə ailələrin dağılmasına səbəb olan müxtəlif amillərin (gənc ailələrə valideynlərin və digər qohumların yersiz müdaxilələri, boşanmalara rəvac verən aktuallığını itirmiş adətlər və s.) aradan qaldırılması istiqamətində profilaktik tədbirlər həyata keçirməkdən ibarətdir.
Layihənin müddəti 3 ay olmaqla, 01 fevral – 30 aprel 2022-ci il tarixlərini əhatə edəcəkdir. Layihə çərçivəsində coğrafi və gender balans nəzərə alınmaqla, elektron ərizə əsasında respublika üzrə 18-35 yaş arası 25 nəfər gənc və gənc ailə təmsilçiləri üçün ailə dəyərləri, əxlaq və etika normaları mövzusunda Lənkəran şəhərində yerləşən “Lüks Lənkəran” otelində 25-27 mart tarixlərində 3 günlük nəzəri-praktik konfrans (panel müzakirələr) təşkil olunacaqdır. Tədbirdə iştirak edən gənclərə sertifikatlar veriləcəkdir.
Məlumat üçün bildirək ki, konfransda iştirak etmək istəyən gənclər MAGİYA ictimai birliyinin www.epsaya.az adlı internet səhifəsinin “Yeniliklər” bölümünün “Elanlar” hissəsində (http://epsaya.az//view_elan.php?id=197) yerləşdirilən müvafiq elektron ərizə formasını (https://docs.google.com/forms/d/e/1FAIpQLSenl_GNAs46NWc7bDv5Mt--32F0nBNqJPhVES4tYm1DtpBy4A/viewform) 28 fevral 2022-ci il, Saat 24.00-adək dolğun formada doldurub göndərməlidirlər. Müvafiq nəticələr 13 mart 2022-ci il tarixində açıqlanacaqdır.
Əlavə edək ki, 3 günlük tədbir zamanı nəqliyyat xərcləri istisna olmaqla, bütün iştirakçıların çay-kofe, yemək və oteldə qalmaq xərcləri (3 gecə) layihə çərçivəsində MAGİYA ictimai birliyi tərəfindən ödəniləcəkdir.
6 416
İrəli Radio Təcrübə Proqramı
https://edumap.az/ireli-radio-2022-ci-ilin-ilk-tecrube-proqrami/
Kanal: https://t.me/LevelUptelegram
6 416
Əziz dostlar,
Dünyanın ən böyük elektron ensiklopediyası hesab olunan Vikipedia platformasında Azərbaycanla bağlı mövcud məlumatların təkmilləşdirilməsi, təhrif olunmuş məlumatlara düzəlişlərin edilməsi və bu istiqamətlərdə fəaliyyət göstərən peşəkar şəxslərin sayının artırılması məqsədi ilə YAP Gənclər Birliyi tərəfindən “Viki Klub” layihəsinə start verilir.
“Qorqud” Vikipediya metodik klubunun tərəfdaşlığı ilə həyata keçiriləcək layihə çərçivəsində peşəkar Vikipediya təlimçiləri tərəfindən İKT sahəsindəki bilik və bacarıqları nəzərə alınmaqla seçilmiş 30 nəfər gənc 10 hissəli təlimlər prosesinə cəlb olunacaq. Təlimlərin yekununda layihə iştirakçıları tam şəkildə Vikipediya platforması üzərində yeni məqalələrin yaradılması, düzəlişlərin edilməsi və s. bacarıqlara yiyələnmiş olacaqlar.
İlkin olaraq 30 gəncin iştirakı ilə formalaşdırılacaq klub mütəmadi olaraq ölkəmizlə bağlı yeni məqalələrin hazırlanıb yerləşdirilməsi, o cümlədən mövcud yazıların təkmilləşdirilməsi prosesini həyata keçiriəcək. Klubun fəaliyyətinə dair mütəmadi olaraq hesabatlar hazırlanacaqdır.
Layihəyə müraciət üçün qeydiyyat linki: https://bit.ly/3GYWKyi
Müraciət üçün son tarix: 03.02.2022-ci il, saat 12:00 (Bakı vaxtı ilə)
Layihə ilə əlaqədar suallarınızı email ünvanına göndərə bilərsiniz: gencler_birliyi@yap.az
Kanal: https://t.me/LevelUptelegram
6 416
Təşəbbüskar gənclərin nəzərinə! 📢
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi" tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin ikinci komponenti olan İnkubasiya proqramına qeydiyyat elan olunur.
"Tusi(2C)" İnkubasiya proqramının əsas məqsədi ölkədə innovasiya fəaliyyətinin davamlılığının təmin edilməsi, innovativ ideyaların inkişaf etdirilməsi üçün tələbələrin innovasiya və startap üzrə biliklərinin inkişafıdır. Ümumilikdə 6 aylıq dövrü əhatə edən proqramda bir sıra təlimlər, xarici və yerli ekspert görüşləri, layihələrin işlənilməsi, sahələr üzrə səfərlərin, müxtəlif “camp”lər və sonda “Pitch Day”in keçirilməsi planlaşdırılır.
Proqramın ilk olaraq Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Univesiteti və Bakı Mühəndislik Universitetində keçirilməsi nəzərdə tutulub.
Startap yaratmağa, innovativ yeniliklər etməyə hazır olan özünə güvənən, gələcəyini bu sahədə görən gəncləri prosesə qoşulmağa dəvət edirik. Əgər ideyanız və ya hazır komandanız yoxdursa heç də təəsüflənməyin. İnkubasiya prosesində iştirak üçün innovasiya sahəsində həvəsli olmaq və təşəbbüskarlılıq kifayətdir.
➡️ Qeydiyyat üçün link: shorturl.at/chAD6
Son müraciət tarixi: 15.02.2022
Kanal: https://t.me/LevelUptelegram
6 416
Təhsil Nazirliyi dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”ni elan edir.
Ətraflı: https://bit.ly/342cUbF
Kanal: https://t.me/LevelUptelegram
6 416
Gənclər üçün #təcrübəproqramı elan olunur!
#DVC İctimai Birliyinin 2022-ci il üçün ilk təcrübə proqramına qeydiyyat başladı.
Təcrübə əldə etmək və dəyişikliklərə imkan yaratmaq istəyirsənsə, komandamız səni gözləyir!
Ətraflı: https://bit.ly/3fPeVKF
Kanal: https://t.me/LevelUptelegram
6 416
Location: Saint Caprais de Bordeaux, France
Project name: Volunteering for Solidarity & Environmental Actions in local Community
Hosting organization: Concordia Aquitaine
Sending organization: “Common Sense” Youth Organization
Number of volunteers: 1 volunteer between 18-30 years old (Only Azerbaijani citizenship)
Project period – 21/03/2022 to 30/09/2022 (6 months during this period)
Deadline: 1st March 2022
https://csyo-az.org/2022/01/27/esc0128/
