Level Up
الذهاب إلى القناة على Telegram
Dostlarınızı dəvət üçün link https://t.me/LevelUptelegram Əlaqə: @elnaraeyyubova Layihələr Təcrübə proqramları Könüllülüklər Ödənişsiz eventlər Faydalı kurslar Vakansiyaları Xarici proqramlar və sair, əlaqəli məlumatların paylaşıldığı platforma.
إظهار المزيد6 479
المشتركون
+124 ساعات
-167 أيام
-9630 أيام
أرشيف المشاركات
6 479
“Azərsun Holdinq” S.T.E.P. Pərakəndə Gənc İstedadlar Proqramına start verir.
5 aylıq ödənişli təcrübə proqramı çərçivəsində gənclər “Bazarstore” və “AL Market”də pərakəndə sahəsinə aid biliklər qazanacaqlar.
🔰Bu növ elanlardan xəbərdar olmaq üçün “LevEL Up” Telegram kanalına qoşula bilərsiniz: https://t.me/LevelUptelegram
Belə ki, proqram 8 əsas istiqamətdə real təcrübə qazanmaq imkanı yaradır. Gənclər kommersiya, istehsal (pl), kateqoriya, planlama, marketinq, logistika, tədarük zənciri və insan resusrları üzrə təcrübə keçəcəklər. Həmçinin iştirakçılar “Azərsun Akademiyası”nda təlim proqramlarında iştirak edəcək, eyni zamanda peşəkar mentorluq dəstəyi vasitəsilə bilik və bacarıqlarını daha da təkmilləşdirəcəklər.
Layihənin məqsədi pərakəndə sahəsində karyera qurmaq istəyən gənclərə real iş mühitində hərtərəfli təcrübə qazandırmaq, proqramı uğurla tamamlayan namizədləri işə qəbul etməklə gələcəyin peşəkar kadrlarını formalaşdırmaqdır.
Layihədə universiteti yeni bitirmiş və ya maksimum 1 ilə yaxın iş təcrübəsi olan şəxslər iştirak edə bilər. Bunun üçün cv-lərinizi step.perakende@azersun.com elektron poçt ünvanına göndərə bilərsiniz.
6 479
“Gənclərin Liderlik Akademiyası – 4” düşərgəsi bu il də gəncləri bir araya gətirərək, onların liderlik potensialını üzə çıxarmağa davam edir!🤩
🔰Bu növ elanlardan xəbərdar olmaq üçün “LevEL Up” Telegram kanalına qoşula bilərsiniz: https://t.me/LevelUptelegram
Bu dəfə düşərgəmiz “Konstitusiya və Suverenlik İli”nə həsr olunaraq, gənclərin dövlətçilik dəyərlərinə, azadlıq və məsuliyyət anlayışına daha dərindən yanaşmasına imkan yaradacaq. 🇦🇿
Şərtlər sadədir:
🔸Düşərgə 4 gecə 5 gün keçiriləcək və seçilən gənclər 5 gün müddətində düşərgə ərazisini tərk edə bilməz;
🔸Yaş aralığı: 18-25;
🔸 Düşərgə tamamilə ödənişsizdir.
Elə isə, qeydiyyatdan keçməyə tələsin!
📅 17-21 sentyabr
📍 Quba Olimpiya İdman Kompleksi
Son Qeydiyyat Tarixi: 03.09.2025 23:59
🔗Qeydiyyat linki:https://forms.gle/wy3L5CEbqeaR3Nu18
#GİN #AzGF #GMD #GənclərinLiderlikAkademiyası4 #ƏylənÖyrənİnkişafet
6 479
Siz öz bacarıqlarınızı inkişaf etdirməyə hazırsınızmı?🧐
“Rock Your Skill” layihəsi sizə komanda işi, liderlik, problem həlli və effektiv ünsiyyət bacarıqları kimi həyati soft skills-i öyrənmək üçün unikal imkan təqdim edir.
Bu layihə gənclərə yalnız nəzəri bilik vermir, həm də praktiki təcrübə qazandırır: real situasiyalarda qərar verməyi, vaxtı idarə etməyi və müsahibələrdə özünüzü ifadə etməyi öyrənəcəksiniz. Hər modul sizi daha hazırlıqlı, özünə inamlı və professional edir.
Layihə kimlər üçündür?
Əgər siz 18–29 yaş aralığında, öyrənməyə açıq, təşəbbüskar və şəxsi inkişafını gücləndirmək istəyən gəncsinizsə, bu proqram sizin üçündür.
Vacib məlumatlar:
• Layihəyə yalnız 30 iştirakçı seçiləcək
• Son müraciət tarixi: 6 sentyabr 2025-ci il, saat 18:00
🔗Qeydiyyat linki:
https://linktr.ee/guyspu
Layihə rəhbərləri:
Səbinə Yusubova, Aygün Abasova, Nəzrin Novruzova
Proqramı uğurla başa vuran iştirakçılar sertifikatla təltif olunacaq, fərqlənən gənclər isə əlavə mentorluq və inkişaf imkanları ilə dəstəklənəcək.
6 479
"GUYS" İctimai Birliyi tərəfindən həyata keçirilən “Data Bridge” layihəsinə qeydiyyat başladı!
Layihənin əsas məqsədi gənclərin data analitika sahəsində nəzəri biliklərini və praktiki bacarıqlarını inkişaf etdirmək, onları müasir analitik alətlər və yanaşmalarla tanış etməkdir.
Layihənin keçirilmə forması:
Proqram hibrid formada təşkil ediləcək. Bu, həm Bakıda yaşayan, həm də kompüter və internet bağlantısına malik region gənclərinə iştirak imkanı yaradacaqdır.
İştirak şərtləri:
• 18–29 yaş aralığında olmaq
• Kompüter və internet imkanına sahib olmaq
• Data analitikaya maraq göstərmək
• Məsuliyyətli və öyrənməyə həvəsli olmaq
Mühüm məlumatlar:
• Layihədə yalnız 30 nəfər iştirak hüququ əldə edəcəkdir.
• Son müraciət tarixi: 4 sentyabr 2025-ci il, saat 23:59
🔗Qeydiyyat linki:
https://linktr.ee/guyspu
Layihəni uğurla başa vuran iştirakçılar sertifikatla təltif olunacaq, fərqlənən gənclər isə əlavə inkişaf imkanları ilə dəstəklənəcəkdir✨
6 479
Qanun Nəşriyyatı Gənclərə aylıq 200 AZN təqaüd təqdim edir və hazırda Dizayn sahəsi üzrə təcrübəçilər üçün yerlər açıqdır.
Əgər sən:
✔️ İşləmirsənsə
✔️ Əyani təhsil almırsansa
✔️ Dizayn və nəşriyyat sahəsində real təcrübə qazanmaq istəyirsənsə –
bu proqram məhz sənin üçündür!
Səni nələr gözləyir?
🔹 Real layihələrdə iştirak
🔹 Peşəkar mühit və mentor dəstəyi
🔹 Təcrübə sertifikatı
🔹 Fərqlənənlər üçün iş imkanı
📍 Məkan: Tbilisi prospekti, 76, 20 yanvar metrosunun yaxınlığı
👥 Yaş aralığı: 18–28
Müddət : 1 ay
Fərqlənən namizədlərin işəqəbul prosesi
⚠️ Qeyd: Təcrübə yalnız işləməyən və əyani təhsil almayan namizədlər üçün nəzərdə tutulub.
💼 Gələcəyin üçün bu imkanı dəyərləndir!
🔰Bu növ elanlardan xəbərdar olmaq üçün “LevEL Up” Telegram kanalına qoşula bilərsiniz: https://t.me/LevelUptelegram
6 479
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinə start verilir.
Qəbul qaydaları:
🔹 İlk və texniki peşə təhsili səviyyələri üzrə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir;
🔹Yüksək texniki peşə təhsili səviyyəsi üzrə qəbul buraxılış imtahanlarının nəticəsi əsasında həyata keçirilir.
Son müraciət tarixi: 2 sentyabr (saat 18:00)
🔗 Qeydiyyat linki: https://portal.edu.az/
🔗 Ətraflı:https://vet.edu.gov.az/news/content/1250/inner
Əlavə sual yarandığı təqdirdə: Peşə Təhsili üzrə Dövlət Agentliyi
🔰Bu növ elanlardan xəbərdar olmaq üçün “LevEL Up” Telegram kanalına qoşula bilərsiniz: https://t.me/LevelUptelegram
6 479
"GUYS" İctimai Birliyi tərəfindən həyata keçirilən “Data Bridge” layihəsinə qeydiyyat başladı!
Layihənin əsas məqsədi gənclərin data analitika sahəsində nəzəri biliklərini və praktiki bacarıqlarını inkişaf etdirmək, onları müasir analitik alətlər və yanaşmalarla tanış etməkdir.
Layihənin keçirilmə forması:
Proqram hibrid formada təşkil ediləcək. Bu, həm Bakıda yaşayan, həm də kompüter və internet bağlantısına malik region gənclərinə iştirak imkanı yaradacaqdır.
İştirak şərtləri:
• 18–29 yaş aralığında olmaq
• Kompüter və internet imkanına sahib olmaq
• Data analitikaya maraq göstərmək
• Məsuliyyətli və öyrənməyə həvəsli olmaq
Mühüm məlumatlar:
• Layihədə yalnız 30 nəfər iştirak hüququ əldə edəcəkdir.
• Son müraciət tarixi: 4 sentyabr 2025-ci il, saat 23:59
🔗Qeydiyyat linki:
https://linktr.ee/guyspu
Layihəni uğurla başa vuran iştirakçılar sertifikatla təltif olunacaq, fərqlənən gənclər isə əlavə inkişaf imkanları ilə dəstəklənəcəkdir✨
🔰Bu növ elanlardan xəbərdar olmaq üçün “LevEL Up” Telegram kanalına qoşula bilərsiniz: https://t.me/LevelUptelegram
6 479
Sizi “Zalım, yaramaz və zəif” adlı audiovizual performans-rituala dəvət edirik.
“Mən və Nuhun gəmisi, mən və dünya tufanı” adlı qrup sərgisi çərçivəsində təqdim olunan bu performans, ukraynalı bəstəkar və rəssam Yevgeni Yakşin-in eksperimental musiqisi və Emin Mathers-in vizual həlləri ilə katarsis və fəlsəfi düşüncə ab-havası yaradır.
Ənənəvi od rituallarının avanqard səs və vizuallarla sintezi sizi daxili zülmətlə üz-üzə gəlməyə və yenilənməyə çağırır.
📅 5 sentyabr, 19:00
📍 YARAT Mərkəzi, MFZ (II mərtəbə)
🔗 Qeydiyyat üçün https://forms.gle/4ZAwsb64YtfytRNX6
🔰Bu növ elanlardan xəbərdar olmaq üçün “LevEL Up” Telegram kanalına qoşula bilərsiniz: https://t.me/LevelUptelegram
6 479
Bakı KOB Evində 23 avqust - 1 sentyabrda keçiriləcək ödənişsiz və sertifikatlı təlimlərin siyahısı:
🔰Bu növ elanlardan xəbərdar olmaq üçün “LevEL Up” Telegram kanalına qoşula bilərsiniz: https://t.me/LevelUptelegram
*29 avqust olacaq təlimlər:*
1) İnnovasiya və texnologiyanın biznes plana təsiri (Biznes plan yazılması)
Məkan: Bakı KOB Evi
Saat: 17:00
Ödənişsiz və Sertifikatlı
2) Dizayn
Məkan: Bakı KOB Evi
Saat: 19:00
Ödənişsiz və Sertifikatlı
*30 avqust olacaq təlimlər:*
1) Layihə rəhbərinin risk idarəedilməsi bacarığı
Məkan: Bakı KOB Evi
Saat: 17:00
Ödənişsiz və Sertifikatlı
2) İşdə emosional intellekt
Məkan: Bakı KOB Evi
Saat: 19:00
Ödənişsiz və Sertifikatlı
*1 sentyabr olacaq təlimlər:*
1) Layihələrin idarə edilməsi (Layihədə risklərə qarşı sığortalanmaq)
Məkan: Bakı KOB Evi
Saat: 17:00
Ödənişsiz və Sertifikatlı
2) Brendinq (Brend loyallığı necə qazanılır?)
Məkan: Bakı KOB Evi
Saat: 19:00
Ödənişsiz və Sertifikatlı
İştirak etmək üçün ad, soyadınızı qeyd etməyiniz kifayətdir 🤓
Əlaqə: +994 55 320 62 21
6 479
“Bilik Səfəri” layihəsi müasir əmək bazarında ehtiyac duyulan Texnoloji inkişaf və Əlaqə mərkəzi sahələrində yeni mütəxəssislər yetişdirməyi hədəfləyir.
🔰Bu növ elanlardan xəbərdar olmaq üçün “LevEL Up” Telegram kanalına qoşula bilərsiniz: https://t.me/LevelUptelegram
Həftəiçi və həftəsonu daxil olmaqla 3 ay davam edəcək intensiv təlimlərdə peşəkar təlimçilərlə birlikdə bilik və bacarıqlarınızı inkişaf etdirəcək, layihənin sonunda isə işlə təmin olunma şansı qazanacaqsınız.
Layihədə kimlər iştirak edə bilər?
Bakalavrın son ilində oxuyan tələbələr və məzunlar;
Magistr tələbələri;
İş təcrübəsi 10 ilə qədər olan şəxslər.
Təlim məkanı: Mir Cəlal Paşayevin ev muzeyi
Qeydiyyat üçün son tarix: 01.09.2025
Linkdən qeydiyyatdan keçərək yeni karyera səfərinizə bizimlə başlayın: https://qr.me-qr.com/link-list/zJA9KQzW/show
https://t.me/genclerindostlari
6 479
Sizi "Proud Social Workers"in təşəbbüsü "İş Ovçusu"nun təşkilatçılığı ilə keçirilən möhtəşəm canlı təlimə dəvət edirik.
🔰Bu növ elanlardan xəbərdar olmaq üçün “LevEL Up” Telegram kanalına qoşula bilərsiniz: https://t.me/LevelUptelegram
Təlim: *Ödənişsizdir* və yerlər *Limitlidir*
Təlimin mövzusu: Zorakılığa məruz qalmış uşaqlarlanecə işləyək?
Təlimçi: Uşaqlarla sosial iş üzrə mütəxəssis Sevinc Əliyeva
Təlimdə siz:
📌Zorakılığa məruz qalmış uşaqlarlaişləmək qaydaları,
📌Uşaq istismarının növləri,
📌Zorakılığa məruz qalmış uşaqlara davranış qaydalarını öyrənəcəksiniz.
*İştirak üçün qeydiyyat mütləqdir*👇🏻
https://docs.google.com/forms/d/e/1FAIpQLSeMho-ERi8u6QnHx48AHBiL1stUM6qFvInCFfxDjJnsRYjzPA/viewform?usp=dialog
📍 Məkan: Globus Center
🕓 Saat: 17:00
📅 Tarix: 30.08.2025
6 479
"GUYS" İctimai Birliyinin təşkilatçılığı ilə “Planova – Project Management” layihəsinə start verilir.
🔰Bu növ elanlardan xəbərdar olmaq üçün “LevEL Up” Telegram kanalına qoşula bilərsiniz: https://t.me/LevelUptelegram
Layihənin əsas məqsədi gənclərin layihə idarəetməsi sahəsində nəzəri və praktiki biliklərinin inkişaf etdirilməsi, müasir idarəetmə alətlərinə yiyələnməsi və peşəkar bacarıqlarının gücləndirilməsidir.
Təlim proqramına aşağıdakı istiqamətlər daxildir:
• Layihələrin yazılması, idarə olunması və planlaşdırılması
• Büdcə və maliyyə idarəçiliyi
• Komanda işi və liderlik
• Risklərin idarə olunması
• Təqdimat və pitching bacarıqları
İştirak üçün tələblər:
• 18–29 yaş aralığında olmaq
• Təşəbbüskar və məsuliyyətli olmaq
• Komanda ilə işləmə bacarığına sahib olmaq
• Layihə idarəçiliyinə maraq göstərmək
Layihədə yalnız 25 nəfər iştirak hüququ əldə edəcəkdir.
📅 Son müraciət tarixi: 6 sentyabr 2025-ci il, saat 18:00
🔗 Qeydiyyat üçün:
https://linktr.ee/guyspu
Layihəni uğurla tamamlayan iştirakçılar sertifikatla təltif olunacaq, fərqlənən iştirakçılar isə əlavə inkişaf imkanları ilə təmin ediləcəkdir📌
6 479
❗Applications Now Open – Klaus Toepfer Fellowship Programme 2026–2027 🌿
Are you an early-career conservation professional from Central or Eastern Europe, the Caucasus, or Central Asia? 🌍 Then this is your opportunity!
The prestigious Klaus Toepfer Fellowship Programme is now accepting applications for the 2026–2027 cycle! The programme is aimed at individuals with outstanding potential, strong motivation, and a clear commitment to a career in nature conservation in their region.
📝 Application Deadline: 1 September 2025
📧 Submit your application to: ktf@bfn.de
🔗 More info & application documents: https://www.bfn.de/klaus-toepfer-fellowship
We kindly encourage you to share this opportunity with suitable candidates and within your networks. Personal recommendations and word of mouth have been key to the programme’s success in the past!
https://t.me/genclerindostlari
6 479
Yeni başlayanlar üçün kiçik tövsiyə: https://www.linkedin.com/posts/elnaraeyyubova_yeni-ba%C5%9Flayanlar-%C3%BC%C3%A7%C3%BCn-%C9%99g%C9%99r-sah%C9%99niz-%C3%BCzr%C9%99-activity-7366398775919108098-Bbnt?utm_medium=ios_app&rcm=ACoAACJo32gBZY9aivNUGL0yBLXj3ACPHXOzdOg&utm_source=social_share_send&utm_campaign=copy_link
6 479
Vakansiyalar:
• Rəqəmsal Marketinq üzrə Menecer
• Vergi üzrə Mütəxəssis
• Mühasib
• Satış üzrə Məsləhətçi
• Qəbulçu (Servis məsləhətçisi)
• Kuryer (A kateqoriya sürücülük vəsiqəsi ilə)
📩 Müraciət üçün CV-nizi göndərin: sabina.ganbarli@srgroupco.co
6 479
🔊Əziz Abituriyentlər və Tələbələr!
🔰Bu növ elanlardan xəbərdar olmaq üçün “LevEL Up” Telegram kanalına qoşula bilərsiniz: https://t.me/LevelUptelegram
GUYS İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilən “AdviceX” Layihəsi yaxın zamanda start götürür! ✨
Bu layihə sizə həm karyera quruculuğu, həm də özünü inkişaf sahəsində yeni biliklər qazanmaq üçün əvəzsiz imkan təqdim edəcək. Layihə müddətində siz:
🔹 Yumşaq bacarıqlarınızı (ünsiyyət, komanda işi, vaxtın idarə olunması və s.) inkişaf etdirəcək
🔹 Öz güclü tərəflərinizi daha yaxşı tanıyacaq
🔹 Karyera yolunuz üçün düzgün strategiya qurmağı öyrənəcək
🔹 Müxtəlif universitetlər haqqında məlumat əldə edəcək
🔹 İxtisasları daha yaxından tanıyacaq
🔹 Universitet nümayəndələri və tələbələrlə tanış olmaq imkanı qazanacaq
🔹 Rəqəmsal bacarıqlarınızı təkmilləşdirəcəksiniz.
Əgər siz də həm öyrənmək, həm də inkişaf etmək istəyirsinizsə, fürsəti qaçırmayın – Formu dolduraraq “AdviceX” layihəsi barədə ilk məlumatı alanlardan biri olun! 🚀
🔗Formu doldurmaq üçün bu linki istifadə edə bilərsiniz:
https://docs.google.com/forms/d/e/1FAIpQLSdYr_xv1KeTSM8qcnbvwd6FIY5T_4Ftw2_aKQ9grzTvwCaW9w/viewform
6 479
Gənclər üçün “SDG Youth Forum II” — Qeydiyyat başladı!
🔰Bu növ elanlardan xəbərdar olmaq üçün “LevEL Up” Telegram kanalına qoşula bilərsiniz: https://t.me/LevelUptelegram
📢 “SDG Youth Community” rəqəmsal transformasiya və Dayanıqlı İnkişaf Məqsədləri (DİM) mövzusunda maraqlanan gəncləri SDG Youth Forum II-yə qeydiyyatdan keçməyə dəvət edir!
📌 "Gənclər və Dayanıqlı İnnovasiyalar: Rəqəmsal Tramsformasiya dövründə DİM-lər" tematik mövzusuna həsr edilmiş Forumda süni intellekt və texnoloji yeniliklərin sosial, iqtisadi, ekoloji təsirləri, imkanları və riskləri barədə müzakirələr aparılacaq.
✅ Rəqəmsal dövrdə DİM-lərə yeni baxış, yaradıcı həllər və gənclərin ideyalarının bir araya gətirilməsi məqsədi ilə keçirilən Forum dövlət qurumları, özəl sektor, ali təhsil və vətəndaş cəmiyyəti nümayəndələri ilə əməkdaşlıq üçün əhəmiyyətli platformadır.
💬 Kimlər müraciət edə bilər?
• 17–35 yaş aralığında olan tələbələr, gənc mütəxəssislər, startapçılar və SDG/DİM yönümlü təşəbbüslərlə maraqlanan hər kəs;
• Rəqəmsal texnologiyalar və innovasiya həvəsi olan namizədlərə üstünlük veriləcək.
📝 Qeydiyyat: https://forms.gle/E3JjCXF4pU7UaGPaA
⚠️ Forum 31 avqust 2025-ci il tarixində keçiriləcək.
❗Qeydiyyat üçün son tari: 28 avqust 2025, 23:00
🚀 İndi qeydiyyatdan keç, fikrini paylaş və dəyişimin bir parçası ol!
6 479
📌Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Bakı Dövlət Universiteti və İslam Əməkdaşlığı Gənclər Forumu Avrasiya Regional Mərkəzi ilə tərəfdaşlıq çərçivəsində *“İƏT Model Akademiyası – 2025"* layihəsi üçün qeydiyyat açıq elan olunur.
🔰Bu növ elanlardan xəbərdar olmaq üçün “LevEL Up” Telegram kanalına qoşula bilərsiniz: https://t.me/LevelUptelegram
Seçim mərhələsindən uğurla keçən müraciətçilər 2 aylıq layihə müddətində Azərbaycanda olan diplomatik korpus nümayəndələri və ekspertlər tərəfindən keçiriləcək həftəlik mühazirələrdə iştirak edərək diplomatiya və beynəlxalq münasibətlər sahəsində bilik və bacarıqlarını artıracaqlar.
Layihənin sonunda iştirakçılar əldə etdikləri bilik və bacarıqları layihə çərçivəsində təşkil olunacaq İƏT Xarici İşlər Nazirləri Şurasının Simulyasiya Konfransında tətbiq edə biləcəklər.
Əgər siz:
✅18-29 yaş aralığındasınızsa;
✅Diplomatiya və beynəlxalq münasibətlər mövzularına maraq göstərir, təcrübə əldə etmək istəyirsinizsə;
✅İƏT və onun strukturlarının iş fəaliyyətini öyrənməyə maraq göstərirsinizsə;
✅İngilis dilini orta və ya əla səviyyədə bilirsinizsə;
Bu layihə məhz sizin üçündür!
*Qeydiyyat linki:* https://docs.google.com/forms/d/e/ 1FAIpQLScRVegcqQM3282igBUQvg88hp_MTiWgd1_yTwYc4bLojYP YeA/viewform
➡️Qeydiyyat üçün son tarix: 10 sentyabr 2025, 23:59 (GMT +4, Bakı vaxtı)
6 479
#ödənişsiz
🔰Bu növ elanlardan xəbərdar olmaq üçün “LevEL Up” Telegram kanalına qoşula bilərsiniz: https://t.me/LevelUptelegram
6 479
Təcrübə proqramları
🔰Bu növ elanlardan xəbərdar olmaq üçün “LevEL Up” Telegram kanalına qoşula bilərsiniz: https://t.me/LevelUptelegram
Nəzarət Departamentinin Xarici Nəzarət Şöbəsinin Təcrübəçisi
https://tecrube.az/en/vacancies/nezaret-departamentinin-xarici-nezaret-sobesinin-tecrubecisi
Informasiya sistemlərinə dəstək üzrə təcrübəçi
https://tecrube.az/en/vacancies/informasiya-sistemlerine-destek-uzre-tecrubeci
Biznes analitikası üzrə təcrübəçi
https://tecrube.az/en/vacancies/biznes-analitikasi-uzre-tecrubeci
Komplayns üzrə təcrübəçi
https://tecrube.az/en/vacancies/komplayns-uzre-tecrubeci-1
Təkrarsığorta üzrə təcrübəçi
https://tecrube.az/en/vacancies/tekrarsigorta-uzre-tecrubeci
Load Testing Intern
https://tecrube.az/en/vacancies/load-testing-intern
Qrafik Dizayner üzrə Təcrübə Proqramı (Ödənişli) tələb olunur
https://azvak.az/vakansiyalar/tecrubeci/3331
Proqramlaşdırma üzrə təcrübə proqramı
https://azvak.az/vakansiyalar/tecrubeci/3277
Yol təsərrüfatı mühəndisi üzrə təcrübə proqramı tələb olunur
https://azvak.az/vakansiyalar/tecrubeci/3365
ABB Innovasiyada İnsan Resursları və Sənədləşmə Təcrübə Proqramı
https://edumap.az/abb-innovasiyada-i-nsan-resurslari-ve-senedlesme-tecrube-proqrami
ABB Innovasiyada Rəqəmsal Həllər və Startapların İnkişafı Təcrübə Proqramı
https://edumap.az/abb-innovasiyada-reqemsal-heller-ve-startaplarin-i-nkisafi-tecrube-proqrami
ABB Innovasiyada Satış və Kommunikasiya Təcrübə Proqramı
https://edumap.az/abb-innovasiyada-satis-ve-kommunikasiya-tecrube-proqrami
ABB Innovasiyada Veb və Qrafik Dizayn Təcrübə Proqramı
https://edumap.az/abb-innovasiyada-veb-ve-qrafik-dizayn-tecrube-proqrami
ABB Innovasiyada Marketinq Təcrübə Proqramı (Maaşlı)
https://edumap.az/abb-innovasiyada-marketinq-tecrube-proqrami-maasli
Mühasibatlıq üzrə təcrübəçi
https://smartjob.az/vacancy/74704-muhasibatliq-uzre-tecrubeci
Yol təsərrüfatı mühəndisi (təcrübə proqramı)
https://smartjob.az/vacancy/74701-yol-teserrufati-muhendisi-tecrube-proqrami
Intern/Consultant, Consulting Department
https://smartjob.az/vacancy/74698-internconsultant-consulting-department
متاح الآن! بحث تيليغرام 2025 — أهم رؤى العام 
