cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

Hacının kanalı

Maraqlı söhbәtlәr, analizlәr, keyslәr vә şәxsi fikirlәr.

إظهار المزيد
أذربيجان3 093الأذربيجانية2 709أفلام103 158
مشاركات الإعلانات
446
المشتركون
لا توجد بيانات24 ساعات
-27 أيام
-330 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Ramilin danışdığı buraxılışı çoxdan görmüşdüm, ancaq baxmaq imkanım olmamışdı. Ədəbiyyat üçün nəsə etməyə çalışmağını və çalışqanlığını həmişə təqdir etmişəm. Burada da xeyli gözəl söhbətlər edib. https://youtu.be/ZrfWg427nII?si=xWbXAOgt8pfsIvSf
إظهار الكل...
Yazmağa hardan başlayaq? | Hamı yazar ola bilər? | Ramil Əhməd | Söhbətgah

Qonağımız Dr. Ramil Əhmədlə yaradıcı yazarlıqdan danışdıq. Necə yazaq? Yazmağa hardan başlayaq? Bədii ədəbiyyat niyə var və nələrə təkamül olacaq? Bütün bu suallara öz podkastımızda cavab axtardıq. Dinləyin, paylaşın və ən əsası, şərh yazın ki, müzakirə edək💙💚 Təşəkkürlər Libraff:

https://www.instagram.com/libraff.az/

Buraxılışın əsas dəstəkçisi “Azerçay”a təşəkkürlər☕ Azerçay, Doğma Çay! 🪴🌲

https://www.instagram.com/cafebotanist/

📢Bizə "Patreon"dan dəstək olub patronlara özəl buraxılışlar əldə edə bilərsiniz:

https://www.patreon.com/sohbetgah

👋"Söhbətgah"a abunə olun: http://www.youtube.com/channel/UCxuyFnVvj53XOrLDXbU4vLQ?sub_confirmation=1 💡HƏYAT TƏRZİ İLƏ BAĞLI BÜTÜN SÖHBƏTLƏRİMİZ

https://www.youtube.com/playlist?list=PLWbrrGJ0BTeSQy-lykmsAs3cDmm5aqZzs

BƏS BİZ KİMİK?

https://sohbetgah.az

📬ƏMƏKDAŞLIQ ÜÇÜN [email protected] [email protected] Instagram:

https://www.instagram.com/sohbatgah

Facebook:

https://www.facebook.com/sohbatgah

Podkastı dinləmək üçün: 🔻Spotify:

https://open.spotify.com/show/1eHR7MbItkqmx43g4G3mxT

🔻Apple Podcast:

https://podcasts.apple.com/us/podcast/söhbətgah/id1585384870

🔻Yandex Podcast:

https://music.yandex.ru/album/18071206

🔻Google Podcast:

https://podcasts.google.com/feed/aHR0cHM6Ly93d3cuc3ByZWFrZXIuY29tL3Nob3cvNTA4OTEzMS9lcGlzb2Rlcy9mZWVk

🔻Spreaker:

https://www.spreaker.com/show/sohbatgah

👍 3 1
Kannda əsas müsabiqəyə seçilən filmlər elan oldundu və bu dəfə də Azərbaycandan heç bir film yoxdur. Onsuz yaxın beş ildə də olacaq kimi görünmür. Amma yenə də bir ümidlə baxırsan da. Əsas müsabiqədə od tutub yanır. Jacques Audiard, Ali Abbasi, Karim Ainouz, Andrea Arnold, Crononberg kimi adlar var ki, buralarda tez-tez görürük. Lanthimos, Sorrentino, Sean Baker kimi artıq bütün dünyada özünə auditoriya tapmış müəlliflər də var. Serebrennikovun yeni filmi "Limonov" da yarışmadadır (Əli Novruzov kefdədir). Paul Schrader də Kannda əsas yarışmadadır. Çox əla feysbuk hesabı var, izləməyinizi tövsiyə edirəm. Təbii ki, gözlər isə əsas Coppolanın üzərində olacaq. 120 milyona, öz pulu ilə çəkdiyi "Megalopolis" ilə yarışacaq. Coppola daha əvvəl iki dəfə "Palme D'or" udub, görək üçüncünü ala biləcəkmi. Kağız üzərində xeyli yaxşı line-updır.
إظهار الكل...
👍 6
Sevda xanımın sözünə qüvvət, keçən dəfə mən də ARKA-nın beynəlxalq əlaqələr şöbəsində işləyən bir əməkdaşını gördüm. Jurnalistikanı bitirsə də, bir otelin pr komandasında işləyirmiş, sonra necəsə ARKA-ya dəvət alıb. Bir tanış deyirdi ki, Semih Kaplanoğlu özü onu dəvət edənlər barəsində "kinodan anlayışları yoxdur" deyib. 😁 İndi bu ölkədə bir dənə ADMİU məzunu olan, həm də ingiliscə bilən bir adam yoxdur beynəlxalq əlaqələrə gətirəsiniz? Onsuz çətin bir iş də deyil, bir müddət sonra öyrənərsiniz. P. S Təvazökarlıqdan uzaq da olsa deyim ki, ölkədə kinonun ən çox təbliğini mən edirəm. Hətta kommersiya fəaliyyəti ilə məşğul olan markalara dil töküb inandırıram ki, baxıb kino da ciddi bir işdir, videolarım da xeyli izlənir, gəlin sponsor olun. Onlar da sağolsunlar, etimad göstərirlər. O sponsorlu videolar hesabına fəaliyyət davam edə bilir. Görəsən, ARKA bəs daha çox dövlət pulunu xərcləməyinə baxmayaraq, etdiyi təbliğat nə qədər adama çatır? Statistik rəqəmlər mənə çox maraqlıdır. Məndə aylıq azı bir milyon var. 😁
إظهار الكل...
Sevdalı kino

Kino ilə ədəbiyyatın “əlaqəsi” Kino Agentliyinin audiovizual təhlil və strateji inkişaf şöbəsinin müdiri Rüfət Qarazadənin “Sinema Radio”ya müsahibəsi Agentliyin yaydığı press-relizlərin məzmunundan fərqlənmədi və o, suallara dolğun cavab verə bilmədi. Cümlələrindən bəlli oldu ki, Rüfət bəyin kino savadı və bu sahədə deyə biləcəyi konseptual fikirləri, strateji düşüncəsi yoxdur. Sonra Rüfət bəy dedi ki, Semih Kaplanoğlu bizim rejissorlara, onun kimi böyük rejissor olmağa zəmin yaratdı. Rüfət bəy, siz Semih Kaplanoğlunun hansı filminə baxmısız? Təklif edirəm, onun kinokonsepsiyası ilə bağlı analitik məqalə yazasız. Kaplanoğlunun Berlində “Qızıl Ayı” almağı hələ onun usta rejissor olması demək deyil. Kaplanoğlu sırf müəllif filmləri çəkir. O, ümumilikdə ssenari sahəsində master klass verəcək potensiala malik deyil. Hətta axtarsaq, onun öz ssenarilərində redaktələrə ehtiyac var. Sonda Rüfət bəy, kino icitmaiyyətinin ARKA-ya dəstək göstərməsini stimullaşdırmaq üçün babası Musa Yaqubun bir şeirini dedi. Şeiri…

👍 7 1
Ezel Akay teatr təhsili alıb, sonra reklamçılığa keçib, ordan film çəkməyə başlayıb və ikinci filmində batıb. Çox maraqlı söhbətlər var. Xüsusilə bir filmin a-dan z-yə qədər necə ortaya çıxmasını öz karyerasından yola çıxaraq qəşəng izah edir. https://youtu.be/rWNr5hmTNPE?si=x7PKqBnaDWBgzK9w
إظهار الكل...
“bir film” 1. Sezon / 11. Bölüm: Ezel Akay - EZOP

Bu hafta bir film'in konuğu yapımcı ve yönetmen Ezel Akay. Reklam sektörünün altın çağında hafızalara kazınan reklam filmleriyle döneme damga vurmuş, birikimlerini sinemaya taşıyarak o masalsı anlatımıyla sinemamızda iz bırakan "Neredesin Firuze", "Hacivat ve Karagöz neden öldürüldü?" gibi yapımları kazandırmış senarist yönetmen ve yapımcı Ezel Akay, nam-ı diğer Ezop ile sinema üzerine keyifli bir sohbet gerçekleştirdik. Yönetmen, senarist, oyuncu, görüntü yönetmeni gibi alanında başarılar kazanmış insanların yolculuk hikayelerini; "İlk filminiz nasıl gerçekleşti?" "Ödül yoluna giden adımlar neler?" gibi soruların üzerinden geçip keyifli bir söyleşi yaptığımız "bir film" adlı programımızın 11. Bölümü sizlerle. İyi seyirler! Yönetmen: Süleyman Arda Eminçe Proje Tasarım: Kemal Karabay Yapım: Varyete Bros. Yapım Ekibi: Süleyman Arda Eminçe & Behlül Berk Parça Görüntü Yönetmeni: Oytun Pank Kamera Asistanı: Alperen Bulut DIT: Berkay Yeben Kurgu: Kemal Karabay Metin Editörü ve Altyazı: Seda Karabay Müzik: Nejat Dimili Teşekkürler -“hacivatkaragoz_nedenolduruldu” Instagram sayfası -Kiralıkkameracım http://www.varyetebros.com [email protected] http://instagram.com/varyetebros http://instagram.com/emince http://instagram.com/bbparca http://instagram.com/karabaykemal #sinema #birfilm #ezelakay

👍 2
Photo unavailableShow in Telegram
1 aprel saat 19:00-da Muzey mərkəzində Giriş sərbəstdir 🎶
إظهار الكل...
👍 2
Photo unavailableShow in Telegram
etender.gov.az saytında görün qabağıma nə çıxdı. Mədəniyyət Nazirliyinin 1,7 milyon pul verib "Bozdağ Film"ə sifariş etdiyi, üstündən iki il keçsə də heç bir işin ortaya çıxmadığı layihə. Deyilənə görə, bu serialın ilk seriyası çoxdan nümayiş etdirilməli idi. Amma heç cür ortaya çıxmadı. Layihə var, pul verilib, amma nəticə yoxdur. 😐
إظهار الكل...
👍 2
etender.gov.az saytında görün qabağıma nə çıxdı. Mədəniyyət Nazirliyinin 1,7 milyon pul verib "Bozdağ Film"ə sifariş etdiyi, üstündən iki il keçsə də heç bir işin ortaya çıxmadığı layihə. Deyilənə görə, bu serialın ilk seriyası çoxdan nümayiş etdirilməli idi. Amma heç cür ortaya çıxmadı. Layihə var, pul verilib, amma nəticə yoxdur. 😐
إظهار الكل...
image_2024-03-28_22-06-56.png0.56 KB
Yaza-yaza ağlıma daha bir gözboyama məsələsi gəldi. Keçirilən pitçinqdən sonra Semih Kaplanoğlunu dəvət etdilər və bəh-bəhlə elan etdilər ki, ssenari laborotoriyasıdır bu. Halbuki işin içində olanlar bilir ki, ssenarini inkişaf etdirmək üçün iki həftə çox az müddətdir. Üstəlik bu iki həftədə Kaplanoğlu sırf bir layihə ilə işləməyə yox, bütün layihələrlə tanış olmağa gəlmişdi. Yəni bu sadəcə görüntü üçün edilmiş iş idi. Semih Kaplanoğlu həm də arthaus filmləri ilə tanınıb, adamın ənənəvi ssenarilərlə işləmək bacarığı sual altındadır. Eşitdiyimə görə bir layihəyə deyib ki, mən bu janrı bilmirəm, mənim tərzim deyil, çox da kömək edə bilməyəcəm. Əslində, Semihlik nəsə yoxdur, hətta o öz peşəkarlığını göstərib bu söhbətlə. Günah ona bu ağır "yükü" yükləyənlərdədir. Filmləri inkişaf etdirmək üçün ən optimal versiya sırf "Layihə inkişafı" adlı yarışma yaradıb, 150-200 min manat büdcə ayırmaqdır. On layihə seçib, hərəsinə 15-20 min verirsən. Onlar da gedib müxtəlif inkişaf layihələrində iştirak edirlər. Həm layihə tanınmış olur, həm də professionallar layihənin istiqamətini müəyyənləşdirməyə kömək edir. Məsələn, TorinoLab var, bir layihə üçün 1500 avro pul istəyirlər. Seçilsən, gedib professionallarla ssenari barədə danışırsan, axırda da layihəni təqdim edirsən, xarici prodüserlərin diqqətini çəkmək imkanın olur. Ya da Midpoint Institute adlı təşkilat var. İnkişaf mərhələsində olan, ssenarisi hələ yazılmayan layihələri götürürlər. 800 avro ödəniş etməlisən. İki dəfə onlayn, iki dəfə isə rezidensiyaları olur. Axırda da yenə layihəni təqdim edirsən. Artıq layihəni inkişaf mərhələsindən beynəlxalq auditoriyaya çatdırmış olursan. Bu da layihə yekunlaşanda daha böyük imkanlar, daha yaxşı festivallar deməkdir. Lap müsabiqə etməsələr də, təqaüdlər ayrıla bilər belə tədbirlərdə iştirak üçün. Bildiyimə görə, mövcud qanunveriliklə bu mümkün deyil. Ona görə də ARKA-da sırf xarici səfərlərin xərclərini qarşılamaq üçün iş gedir. Ümid edirəm, həqiqətən yekunlaşdırarlar. Gənclər də bundan yaxşı istifadə edə bilərlər.
إظهار الكل...
👍 6
Yuxarıda dediyim "etdikləri işləri şişirtmək" məsələsinə daha bir nümunə verim. Ötən ilin oktyabr ayında Prodüserlər Gildiyası və ARKA birgə "Prodüserlərin yüksəlişi" adlı təlim proqramı etmişdi. Proqram məncə kifayət qədər yaxşı təşkil olunmuşdu. Təlimçilər də işinin peşəkarı, Avropanın kino sektorunda xeyli əmək sərf etmiş insanlar idi. Mən də təlimdə iştirak etdiyim üçün onlardan xeyli şey öyrəndim. Ancaq bu təlim sahə üzrə ixtisaslaşmaq üçün kifayət deyil. Halbuki ARKA rəsmiləri elə iddia edir ki, bircə təlimlə prodüserlər yetişib. İndi bir neçə səbəbi yazacam, sizə də aydın olacaq niyə bu mümkün deyil: 1) Təlimçilər Avropayönümlü olduqları üçün danışdıqları şeylərin əksərən Azərbaycanda qarşılığı yoxdur. Bizdə nə film fond var, nə bölgələrin filmlər üçün ayırdığı büdcə var, nə də sənin satış edə biləcəyin televiziya kanalları və sair. Qısası, bu şəraitin heç biri olmadığına görə, orda iştirak edənlər sadəcə Avropada sistemin necə işlədiyini teoretik olaraq öyrənə bilərlər. Praktiki olaraq qarşılığı yoxdur. 2) Prodüserin yetişməsi üçün (Avropayi mənada) müxtəlif layihələrlə beynəlxalq tədbirlərdə iştirak, təlimlərə qatılmaq lazımdır. Bizdə prodüserlərin, xüsusilə gəncdirsə, belə imkanı yoxdur. Olanda da, tutalım gedib hansısa film marketdə iştirak etməkdənsə, oturub filmini istehsal etməyə daha çox fokuslanacaq. Dövlət tərəfindən həmin prodüserlərə beynəlxalq tədbirlərdə iştirak üçün dəstək varmı? Yoxdur. 3) Bizim qanunvericilikdə məhdudiyyətlər var. Mən, prodüser olaraq, hansısa layihə ilə iştirak edib qrant udsam, onu birbaşa öz ölkəmdə əldə edə bilmirəm. Çünki xaricdən ölkəyə pul girişi az qala mümkünsüzdür. Gərək Ədliyyə Nazirliyindən qeydiyyatdan keçirəsən, onlar inana ki, sən bu pulu halalca qazanmısan və film üçün istifadə edəcəksən və sair, ki çox zaman inanmırlar və qeydiyyata salmırlar, praktiki olaraq bu deməli mümkünsüzdür. Onda da avtomatik başqa ölkədən prodüser lazımdır ki, layihənin maliyyə məsələlərini həll etsin. Elə bil sən on min udmusan, özün pulu ala bilmirsən deyə başqa ölkədən bir prodüserə deyirsən ki, bu pulu mən tək xərcləyə bilmirəm, gəl sənlə xərcləyək. Belə olan halda yerli prodüserin necə motivasiyası ola bilər? Nəysə, bu sahədə problemlər çoxdur. Yalandan göz boyamağa da ehtiyac yoxdur. Təcrübəli prodüserlər daha yaxşı izah edə bilərlər vəziyyəti. Bu günlük bu qədər havayı şərh və məsləhət bəsdir. Hər şeyi də məndən gözləməyin. 😁
إظهار الكل...
👍 5😁 3
ARKA öz feysbuk hesabında paylaşım edib ki, Türkiyə şirkətləri Azərbaycan kinosuna ilk dəfə investisiya edəcək. Memorandum imzalanıbmış. Sevindim, dedim nə yaxşı. Hər dəfə biz pul veririk, bu dəfə fərqli nəsə olsun. Ancaq sevincimi bölmək istəməsəm də, dedim qoy baxım görüm bu "məşhur Türkiyə şirkətləri" kimdir, nədir, nə işləri olub daha əvvəl. Birinci, Scala Film Prodüksiyon ilə başladım. Adını yazanda bir feysbuk, bir yutub səhifəsi çıxdı qarşıma. Həmin feysbuk səhifəsi illərdi aktiv fəaliyyət göstərmir. Dedim eybi yox, yəqin vaxtları olmur feysbuk kimi "mənasız" yerə vaxt ayırmağa. İnfo bölməsində olan scalafilm.com adresini gördüm, onun üstünə kliklədim. Orda da yazıldı ki, bu saytın domeini 2700 dollara satılır, istəyərsinizsə, ala bilərsiniz. Dedim işə bax. Özlərinə sayt almağa pulları yoxdur, bizə investisiya edirlər. Amma təmkinimi yenə əldən vermədim. Axtarmağa davam elədim. Skala Medya adlı şirkət çıxdı qarşıma. Özləri barəsində "Medya satınalma & Planlama ajansı" yazıblar. Böyük ehtimalla, Skala Film Prodüksiyon elə bu şirkətin altqoludur. Ancaq filmlə əlaqəsi olduğunu deməyə adamdan min şahid istəyir. Onsuz yutub kanallarında da əksərən reklam filmləri var. "Hannas" adlı qorxu filmi ən çox izlənən işləridir, onun da cəmi 17 min baxışı var. Onsuz Türkiyədə salam deyib video çəksən elə təxminən o qədər izlənir. Digər şirkətin adını, yəni "Tulpar Film"i axtarışa verəndə isə yerli-dibli nəsə çıxmır. Bircə Linkedin hesabı çıxır, orda da baxırsan ki, heç bir aktivlik olmayıb, heç kim şirkəti izləmir, ciddiyə alan yoxdur. Bilmirəm bu şirkətlər sözügedən filmi necə çəkəcəklər. Zaman özü göstərəcək. Amma mən indidən təxmin edirəm. ARKA press-relizində həm də bunu qeyd edib ki, filmin maliyyəsi Türkiyə şirkətləri tərəfindən təmin olunacaq və TÜRKSOY dövlətləri də layihəyə dəstək olacaq. Özlərinə saytlarının domenini ala bilməyən şirkət bizim üçün film çəkəcək? Ölmüşdü Xankişi. Arada olan TÜRKSOY dövlətlərinin ayırdığı maliyyəyə olacaq. Nəysə, heç olmasa, pulun hamısı bizdən çıxmayacaq. Bu da bir işdir, buna da şükür. Ümumiyyətlə, kinoda əsas problemlərimizdən biri edilən işlərin az qala klikbeyt səviyyəsində təqdim edilməsi, sanki inqilabi hadisələr baş verəcəkmiş kimi təqdimidir. Halbuki araşdıranda, dərininə baxanda içiboş olduğu görünür. Mənim isə hər dəfə bu məsələləri araşdırmağa həvəsim yoxdur. Yaxşı deyək, yaxşı olsun. Ümid edirəm yanılaram.
إظهار الكل...
😁 6🤔 3👍 2
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.