HƏRBİ XƏBƏRLƏR
🔹Kanal hərbi xəbərlərin düzgün və təhrif olunmadan paylaşılması, dezinformasiyalardan yayınmaq üçün yaradılmışdır. ➡️ Reklam & Əməkdaşlıq 🔸Əlaqə saxlamaq | Məlumat & Xəbər göndərmək ⤵️ @Xeber_002
إظهار المزيد📈 نظرة تحليلية على قناة تيليجرام HƏRBİ XƏBƏRLƏR
تُعد قناة HƏRBİ XƏBƏRLƏR (@herbixeber) في القطاع اللغوي الأذربيجانية لاعباً نشطاً. يضم المجتمع حالياً 50 294 مشتركاً، محتلاً المرتبة 5 310 في فئة الأخبار والوسائط والمرتبة 39 في منطقة أذربيجان.
📊 مؤشرات الجمهور والحراك
منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 50 294 مشتركاً.
بحسب آخر البيانات بتاريخ 31 أكتوبر, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار -1 260، وفي آخر 24 ساعة بمقدار -43، مع بقاء الوصول العام مرتفعاً.
- حالة التحقق: غير موثّقة
- معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 15.62%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 6.53% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
- وصول المنشورات: يحصل كل منشور على متوسط 7 869 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 3 287 مشاهدة.
- التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 52.
📝 الوصف وسياسة المحتوى
يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
“🔹Kanal hərbi xəbərlərin düzgün və təhrif olunmadan paylaşılması, dezinformasiyalardan yayınmaq üçün yaradılmışdır.
➡️ Reklam & Əməkdaşlıq
🔸Əlaqə saxlamaq | Məlumat & Xəbər göndərmək ⤵️
@Xeber_002”
بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 01 نوفمبر, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة الأخبار والوسائط.
جارٍ تحميل البيانات
| التاريخ | نمو المشتركين | الإشارات | القنوات | |
| 01 نوفمبر | +1 |
| 2 | ⚡️Ukraynada müharibə başlayandan həlak olan 285 023 Rusiya hərbçisinin adını müəyyənləşdirilib.
Araşdırma müəllifləri real itkilərin daha yüksək olduğunu bildirirlər. Hərbi ekspertlərin qiymətləndirməsinə görə, qəbiristanlıqlar, hərbi memoriallar və ölüm elanları əsasında toplanan məlumatlar faktiki ölümlərin təxminən 45–55 faizini əhatə edə bilər.
Adbaad siyahıya əsasən, ən ağır itkilər motoatıcı birləşmələrdə qeydə alınıb. Ən çox itki verən beş briqadada ümumilikdə 15 312 hərbçinin öldüyü təsdiqlənib. İlk iki yerdə 15-ci və 30-cu motoatıcı briqadalar qərarlaşıb.
BBC əsirlikdən qaytarıldıqdan sonra yenidən cəbhəyə göndərilən və orada həlak olan 152 hərbçini də müəyyənləşdirib.
Araşdırmada Rusiya tərəfində döyüşən Şimali Koreya hərbçilərinin itkilərinə də toxunulub. BBC-nin Koreya xidməti peyk görüntüləri və hərbi memorialın rəsmi fotoları əsasında 2024–2025-ci illərdə ölən 2 304 Şimali Koreya hərbçisinin adını müəyyənləşdirib. | 4 067 |
| 3 | Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı verib.
Başsağlığında deyilir: "Hakkari bölgəsində yerləşən 7-ci Sərhəd Briqadası Komandanlığından olan bir hərbi qulluqçunun sərhədpozma hadisəsinə müdaxilə zamanı açılan atəş nəticəsində həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi.
Həlak olan hərbi qulluqçuya Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailəsinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin". | 3 874 |
| 4 | Ukrayna tərəfindən yayımlanan peyk görüntüsündə Böyük Britaniyanın Storm Shadow raketləri ilə Rusiyanın Lipetsk vilayətinin Yelets şəhərində yerləşən “Energiya” müəssisəsinə endirilən zərbənin nəticələri əks olunub.
Görüntüdə istehsalat korpusunun damına 4 raketin düşdüyü və nəticədə binanın yanaraq yararsız vəziyyətə düşdüyü görünür. | 4 379 |
| 5 | Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Miroslav Lorincin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. | 4 583 |
| 6 | 🇷🇺🇺🇦❗️Rusiya ombudsmanı xarici jurnalistlərlə Xerson vilayətində atəşkəsin elan edildiyi Oleşkiyə gedib. | 4 778 |
| 7 | Ukrayna müharibənin 1708-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Medialoq xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 1 583 350 hərbçi, 12 448 ədəd tank, 25 609 ədəd zirehli döyüş maşını, 51 674 ədəd artilleriya sistemi, 2 241 (reaktiv yaylım atəş sistemi), 1 727 hava hücumundan müdafiə sistemi, 449 ədəd hərbi təyyarə, 356 ədəd helikopter, 3 032 ədəd yerüstü robot-texnika kompleksi, 585 795 ədəd PUA, 167 738 ədəd avtomobil texnikası, 5 140 qanadlı raket, 35 gəmi/kater, 2 sualtı qayıq, 4 859 xüsusi avadanlıq itirib. | 5 661 |
| 8 | İsrail ordusu Qəzza zolağının müxtəlif bölgələrinə endirilən hava zərbələri nəticəsində HAMAS və “İslami Cihad” hərəkatının dörd üzvünün öldürüldüyünü bildirib. | 7 015 |
| 9 | 🇺🇦❗️🇷🇺 Ukrayna SQ Lipetsk vilayətinin Yelets şəhərində "Energiya" zavodunu Storm Shadow raketi ilə vurublar, daha sonra güclü yanğın başlayıb. | 8 131 |
| 10 | 🇺🇦🇷🇺 Rusiya bir həftə ərzində Ukraynaya 2300-ə yaxın PUA və 48 raket atıb – Zelenski
🚨 Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, Rusiya son bir həftə ərzində Ukraynaya qarşı 1600-ə yaxın idarəolunan aviasiya bombası, müxtəlif tipli 48 raket və 2300-ə yaxın pilotsuz uçuş aparatı (PUA) istifadə edib.
🚀 Zelenski raketlər arasında ballistik raketlərin də ola biləcəyini bildirib. | 7 556 |
| 11 | 🇺🇦🇷🇺 Ukraynanın hücumları Moskva hava limanlarının fəaliyyətini iflic edib
✈️ Ukrayna qüvvələrinin Moskvaya intensiv PUA hücumlarından sonra paytaxtın hava limanlarında 210-dan çox aviareys təxirə salınıb və ya ləğv edilib.
📡 “Domodedovo” hava limanının saytında ciddi texniki problemlər yaranıb.
⚠️ Uçuş cədvəlində ən böyük pozuntular isə “Şeremetyevo” hava limanında qeydə alınıb. | 7 540 |
| 12 | 🇺🇦❗️🇷🇺 Ukrayna baş qərargahı bildirir ki, bu gün Krasnodar diyarında Eysk aerodromunda Rusiya təyyarəsi vurulub. | 6 862 |
| 13 | 🇮🇱 Netanyahu: İsrail ordusu İordan çayının qərb sahilində genişmiqyaslı əməliyyata hazırlaşır
🔴 İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, əməliyyatın vaxtını İsrail özü müəyyən edəcək.
⚔️ “Bu, 1967-ci ildən bəri misligörünməmiş əməliyyat olacaq”, – deyə Netanyahu vurğulayıb. | 8 248 |
| 14 | 🇷🇺❗️Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Hava Hücumundan Müdafiə Qüvvələri bir gecə ərzində Rusiya bölgələri üzərində 443 pilotsuz uçuş aparatını vurub. | 6 638 |
| 15 | Fermerlərin özləridə başda getməlidirlər !!!
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti
Azərbaycan ordusunun Təlim və Tədris Mərkəzində (TTM) külli miqdarda yeyinti aşkar edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, faktla bağlı TTM-in əvvəlki rəisi polkovnik Sarı Xəlilov da daxil olmaqla, 7 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Azərbaycan Hərbi Prokurorluğunun İstintaq İdarəsində aparılan istintaqla polkovnik Sarı Xəlilov, onun köməkçisi olmuş gizir Bəxtiyar Bəhrəmzadə, TTM-in maliyyə xidmətinin rəisi olmuş polkovnik-leytenant Rəşad Məlikzadə və müxtəlif vəzifələrdə işləmiş İbadulla Əliyev, Hacıağa Həmidov, Əfqan Yunusov, Ayaz Adamov mütəşəkkil dəstə halında mənimsəmədə ittiham olunublar.
Cinayət işi üzrə dövlətə dəymiş ziyan 200 min manatdan çoxdur.
Təqsirləndirilən şəxslərdən Rəşad Məlikzadə bundan 2 il əvvəl də 9 milyonluq böyük mənimsəmədə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilib. İndi isə onunla bağlı başqa epizodlar ortaya çıxıb.
Digər 6 nəfərdən isə yalnız İbadulla Əliyev həbsdədir. Digərləri barəsində məhkəməyə qədər alternativ qətimkan tədbiri seçilib.
Yekunda təqsirli bilinsələr və dövlətə dəymiş ziyan ödənilməsə, təqsirləndirilən zabitləri 10 ilə qədər həbs gözləyir.
Qeyd edək ki, eks TTM rəisi polkovnik Sarı Xəlilovun müdafiə nazirinin sabiq müavini general-leytenant Nizam Osmanovla sinif yoldaşı olduqları, uşaqlıqdan dostluq etdikləri bildirilir. Xəlilov elə Osmanov işdən çıxarılan vaxt təqaüdə göndərilmişdi | 7 790 |
| 16 | Azərbaycanlı çobanın Ermənistan ərazisinə keçdiyi iddia olunur. Bu barədə Ermənistanın “NewsTV5” nəşri məlumat yayıb.
“Əldə etdiyimiz məlumata görə, həmin şəxs aşkar edilib və hazırda Berd şəhərinin hərbi polisində saxlanılır”
Ermənistan Müdafiə Nazirliyi yerli mediaya məsələni şərh etməyib, Milli Təhlükəsizlik Xidməti isə bu barədə məlumata malik olmadıqlarını bildirib.
Tavuş rayonunun icma rəhbərlərindən biri isə məsələ barədə eşitdiyini, lakin dəqiq məlumata sahib olmadığını söyləyib. | 7 481 |
| 17 | Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant İsa Səif bin Ablan əl-Məzruini qəbul edib. | 8 036 |
| 18 | Hərbi xidmətdə inzibati xətanın törədilməsinə görə yeni cərimələr müəyyən edilir.
Bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, zabitin, gizirin, miçmanın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, habelə üzürlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi bir gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə - iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək müddətə inzibati həbs tətbiq olunacaq.
Həmçinin bu Məcəllənin 613.2-ci maddəsində nəzərdə tutulmuş əməllərin inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq. | 8 744 |
| 19 | "AZƏRBAYCAN - TÜRKİYƏ: Problemlər həll olunur?"
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) İdarə Heyətinin sədr müavini Fərhad Məmmədov Pressklub TV-nin efirində gedən “Əsas sual” verilişində mövzu ilə bağlı öz fikirlərini bölüşüb.
Daha ətraflı: https://www.youtube.com/live/K44jppO5nag?si=DF8OCXWhLE5f_Jwh | 7 583 |
| 20 | ⚡️ABŞ Ukraynaya “Patriot” raketləri müqabilində Rusiya neft emalı zavodlarına zərbələri dayandırmağı təklif edib. (Axios) | 7 918 |
