cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

Həsrət Körpüsü Oxul yayarı 🇦🇿

🇦🇿 @Tebriz_Turan_Qrup 🇦🇿 @Tebriz_Turan

إظهار المزيد
أذربيجان2 839الأذربيجانية2 453التعليم87 393
مشاركات الإعلانات
684
المشتركون
+124 ساعات
+17 أيام
+430 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Photo unavailableShow in Telegram
Bəzi dostların yazılarında belə təkliflərə rast gəlirəm: Qədim Türk əlifbası Ortaq Türk Əlifbası kimi qəbul olunmalıdır. Əslində ortada Ortaq Türk Əlifbası var, Türk ölkələrinin tanınmış alimlərinin tolandığı 1991-də İstanbulda bu problemlə bağlı olan Simpoziumda 34 hərfli ortaq əlifba qəbul olunub və həmin vaxtdan Azərbaycanda işlənir. Əslində latın qrafikalı bu Ortaq əlifba (ABC) damğalardan yaranmış elə qədim türk əlifbasının bərpa olunmuş variantıdır, çünki Latın əlifbası Türk əlifbası ilə eyni olan Etrusk əlifbasının davamıdır. Bu şəkilləri böyüdüb diqqətlə baxsanız guman edirəm, mənimlə razılaşarsınız. Firudin Ağasıoğlu
إظهار الكل...
👍 3
Photo unavailableShow in Telegram
❗️Bu gün görkəmli ədib, yazıçı, şair, ssenarist Rəfiq Zəka Xəndanın anadan olduğu gündür. Allah rəhmət eləsin! Rəfiq Zəka Xəndan QURBAN VERƏRDİM Mənə bircə kəlmə can söyləsəydin O bircə kəlmənə min can verərdim Ömrünü, gününü dərd eyləsəydin Ömrümü, günümü qurban verərdim. Bezdirdim mən səni sədaqətimlə Qaldım həsrətinlə, müsibətinlə Könlümü alsaydın bu zülmətinlə Sənə bir günəşli cahan verərdim. Elə ayrıldıq ki, səninlə ey gül Bir də ayrılıqdan ayrı düşmərik Ah, bu son hicranın vüsalı müşkül Dağ dağa rast gələr, biz görüşmərik. O çağlar necə də mənə haydılar... Könlümə, gözümə şəfəq yaydılar. Keçən günlərimi qaytaraydılar, Gələn günlərimi qurban verərdim... https://t.me/Hesret_yayar/2543
إظهار الكل...
1
Dərs: Qrammatika Qonu: Feilin təsriflənməyən formaları Öyrədici: İlduzə xanım🌹
إظهار الكل...
record.ogg7.16 MB
record.ogg15.74 MB
👍 3 1
Photo unavailableShow in Telegram
Bu gün görkəmli şairimiz Hüseyn Arifin anadan olmasından 100 il keçir. Əvvəllər Hüseyn Hüseynzadə imzası ilə ədəbi aləmdə tanınan şair 1976-ci ildə oğlu Arifi avtomobil qəzasında itirdikdən sonra Hüseyn Arif imzası ilə yazıb-yaratmağa başlamışdır. Olduqca hazırcavab və baməzə insan olan şair Hüseyn Arif bir sıra dəyərli şeir və poemaların, o cümlədən, "Yaşa hələ", "Xatırla məni", "Qonşu qız", "Meşəbəyi", "Söylə, yadındamı?" kimi dillər əzbəri olan mahnıların söz müəllifidir. H.Arifin Azərbaycan tarixindəki əvəzsiz xidmətlərindən biri Aşıqlar Birliyini yaratmasıdır. Hər zaman aşıq sənətinin, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına xidmət edən, dəyərli poetik örnəklər yaradan şair ömrünün sonunadək oğlu Arifin nisgili ilə yaşamışdır. Allah rəhmət eləsin.
إظهار الكل...
4👍 2
Photo unavailableShow in Telegram
11 iyun İctimai-siyasi və dövlət xadimi, şovinist İran-fars rejiminə qarşı ilk milli-demokratik hərəkatın lideri, 1945-46-cı illərdə fəaliyyət göstərmiş Azərbaycan Milli Hökumətinin qurucusu Seyid Cəfər Pişəvərinin (1892, Zeyvə, Xalxal-1947-Yevlax, Azərbaycan. Bakıda, Fəxri Xiyabanda dəfn edilmişdir) anım günüdür.
إظهار الكل...
4
Ən gədim daşbabalar Anadolu-Azərbaycan arasında yaranıb və buradan ətrafa yayılıb (IX Bitik, Urmu teorisi) Firudin Ağasıoğlu
إظهار الكل...
👍 2
Vətənimiz Azərbaycanın tarixi adı və əhalisinin mənşəyi ilə bağlı iki iddia mütəmadi qarşımıza çıxır. Birinci iddia bundan ibarətdir ki, Azərbaycan (adı) sözü 1918-ci ildən əvvəl mövcud olmayıb. Bu ad 1918-ci ildən sonra yurdumuza verilib. İkinci iddia isə vətənimiz Azərbaycanın avtoxton əhalisinin etnik mənşəyi ilə bağlıdır. İddialara görə guya bizim yurdumuz Səlcuqların yürüşləri ilə paralel olaraq türkləşmişdir. Səlcuqlardan öncə Azərbaycanda türk elementi olmamışdır. Tarixi qaynaqlarla işləyən, onlardan xəbərdar olan şəxslər çox gözəl bilirlər ki, hər iki iddianın heç bir əsası yoxdur. Azərbaycan adı qədim Ərəb, Avropa və Çin mənbələrində dəfələrlə qeyd olunubdur. Bununla yanaşı bu coğrafiyanın əhalisinin mütləq əksəriyyətinin etnik mənşəyi ilə bağlı qədim mənbələrdə xeyli sayda qeydlər vardır. Aşağıda göstərəcəyimiz, miladi 9-cu əsrə aid bir ərəb tarix kitabında yuxarıda edilən hər iki iddiaya cavab vardır. Kitabda həm vətənimizin adının Azərbaycan olduğu, həm də əhalisinin mütləq əksəriyyətinin türk olması qeyd edilibdir. Ən qədim ərəbdilli yazılı tarixi mənbələrdən birini - Əbdülməlik ibn Hişam əl-Himyərinin (hicrətin 213-cü ilində vəfat etmişdir) "ət-Ticən fi Muluki Himyər" adlı kitabında Azərbaycan haqqında çox maraqlı bir məlumat vardır. Belə ki, Müaviyə ibn Əbu Süfyan Übeydə müraciət edərək Azərbaycan haqqında onun fikrini öyrənmək istəyərək deyir: "Sən Allah, AZƏRBAYCAN haqda məlumatınız, xatirəniz nədir? Übeyd belə cavab verir: "Ora TÜRK torpağıdır. Onlar (türklər) orada məskunlaşıblar". "Ət-Ticən fi Muluki Himyər" Cild lll, 416-cı səhifə
إظهار الكل...
👍 4
2_5420270241043204670.ogg11.26 MB
1
Geri qayıtdığım zaman qapıları taybatay açıq balaca bir dükanda birisi cavan, digəri nisbətən yaşlı iki manikürçünün müştəri gözlədiyini görüb içəri girdim. Cavan qadın dırnaqlarını açıq çəhrayı rəngdə manikür edir, yaşlı isə, ordan-burdan danışırdı. İkisi də bir-birinə oxşayırdı. Məlum oldu ki, ana-baladırlar. Qışı Bakıda yaşayır, yayı isə, buraya gəlirlər. Anasının qırx iki-qırx üç, qızın isə, iyirmi dörd yaşı olardı. İkisi də yaraşıqlı və xoşrəftar idi. Manikürçü qadın saçlarını tünd-qəhvəyi boya- daraq, buruq-buruq eləyib arxasına atmışdı. Danışdıqca tez-tez gülümsəyir və bu zaman yanlardakı qızıl dişləri görünürdü. Qızı isə, nazik, incəbel bir gəlin idi, mənim kimi, alçaqdaban tufli geymişdi. Mənim də Bakıdan gəldiyimi və yol rəisi Adilin arvadı olduğumu bilib çox sevindilər. Manikürçü qadın dedi: Bütün şəhər sizin ərinizdən danışır... Nəyindən? - Deyirlər çox ağıllı oğlandır. Yuxarılarda bir sözü iki deyil. Sonra gülümsəyərək əlavə etdi: Özü də çox gözəldir. Siz xoşbəxtsiniz. Manikürçü qadın axırıncı sözü elə səmimi dedi ki, elə bil, özü dünyanın ən dərdsiz-qəmsiz və xoşbəxt adamı idi. Qızı isə: - Maşını da özü sürür, başqa naçalniklər kimi şofer saxlamır, - dedi. Manikürümü qurtarandan sonra məni çaya dəvət elədilər. Bərk susadığımdan, məmnuniyyətlə razı oldum. Dükanın arxasında balaca, işıqlı bir otaqda olurdular. Otağın pəncərə və arxa qapısı birbaş həyətə açılırdı. Bayırda pəncərənin qabağında çoxlu qərənfil, ətirşah və zanbaq əkilmişdi. Ev-eşik, qapı-baca çiçək kimi tərtəmiz və sərin idi. Məni şəkərçörəyi və təzə gilənar mürəbbəsi ilə çaya qonaq elə- dilər. Sonra biz yeni kino-filmlərdən, musiqi əsərlərindən söhbət elədik. ... Mən, əlimdə böyük, dolu zənbil, kefi kök halda təkrar Adilin kabinetinə daxil oldum. Nə çox bazarlıq eləmisən, deyə o, gülümsədi. Yarısını körpüsalanlar üçün almışam. Özləri tapşırmışdı? Yox. O, üzünü yana çevirib:
إظهار الكل...
👍 1 1
1718025800330_-2147483648_-210035.ogg3.11 MB
2