cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

Müqəddəs kəlam

Allah-təalanın bizə nazil olan əbədi möcüzəsi. @Talibi_qomnam

إظهار المزيد
مشاركات الإعلانات
959
المشتركون
لا توجد بيانات24 ساعات
+337 أيام
+2930 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

🔰#Fəth_surəsinin_təfsiri 1⃣1⃣-Ayə:
📖"Savaşdan qalmış və cihaddan qaçmış ərəblər tezliklə (əməllərinə don geyindirmək üçün) sənə deyəcəklər: "Malımız və ailəmiz başımızı qatdı (sənə qoşula bilmədik).Bizim üçün bağışlanma dilə." Onlar qəlblərində olmayan bir şeyi dillərinə gətirirlər.(Onlara) De ki,Allah sizə ziyan vurmaq və ya xeyir vermək istəsə Allahın qarşısında sizi kim müdafiə edə bilər?!Allah gördüyünüz işlərdən agahdır."
🔰Nöqtələr ➖"Ərab" dedikdə cəmiyyətdən uzaq bədəvi ərəblər nəzərdə tutulur.Onlar mədəniyyətdən uzaq düşənlərdir.Şübhəsiz ki,burada şəhər əhli olmayanlar nəzərdə tutulmur.Peyğəmbərin (s) əmrlərinə itaətsizlik göstərənlər bir növ mədəniyyətdən uzaq düşmüşlər. ➖Cəbhəyə getməyənlər öz əməllərinə don geyindirir: 🔸Gah deyirlər ki,hava istidir,gah deyirlər ki,düşmən çoxdur,biz gücsüzük,gah deyirlər ki,evlərimizin qapı-bacası,divarları yoxdur,nigaranıq,gah deyirlər ki,Rum qızlarına baxıb günaha düşməkdən qorxuruq,bizi savaşa aparıb fitnəyə salma.Bəzən də bildirirlər ki,var-dövlətimiz,ailəmiz başımızı qatdı,savaşa gedə bilmədik. ➖Cihaddan qaçanlar adətən qorxunu ehtiyat,tamahkarlığı təminat,iradəsizliyi həya,süstlüyü zöhd,qəza-qədər qarşısında zəifliklərini riyazət kimi təqdim edirlər. 🔰Bildirişlər 1⃣Cihadda süstlük səbəblərindən biri mədəniyyətin zəif olmasıdır. 2⃣Rəhbər gələcəyi görməli,müxaliflərin və münafiqlərin planlarını öncədən dəyərləndirib cavab verməlidir. 3⃣Müxaliflər və azğınlar öz işlərinə don geyindirirlər. 4⃣İqtisadi məsələlərə və ailə məsələlərinə diqqət bəzilərini ilahi əmrlərə itaətdən və cihaddan saxlayır. 5⃣Cihaddan qaçmaq günahdır. 6⃣Peyğəmbərin (s) başqalarına duası qəbuldur.Bu səbəbdən insanlar Peyğəmbəri (s) vasitə seçir. 7⃣Bəzən ifşa etmək zəruridir. 8⃣Cihaddan qaçmaqla malı və canı qorumaq olmaz. 9⃣Əqidə məktəbini qorumaq vacibdir.İnsan zərərə düşsə belə bu addımı atmalıdır. 🔟Munafiqlər və cihaddan qaçanlar sanki Allahın bütün işlərdən xəbərdar olduğunu bilmirlər.Əgər bilirlərsə bir bu qədər nifaq nə üçün?! T.me/muqeddes_kelam
إظهار الكل...
Müqəddəs kəlam

Allah-təalanın bizə nazil olan əbədi möcüzəsi. @Talibi_qomnam

👍 1
Photo unavailableShow in Telegram
Əziz izləyicilər, Muhərrəm ayına özəl və gözəl paylaşımlari ilə, Aşağıdakı kateqoriyada olan ÇOOOX gözəl kanallar tapmışam. Vaxt azdır, Abunə olmağa tələsin. Hazırladı: https://t.me/seherfilm Dəstək: https://t.me/dini_mp3ler
إظهار الكل...
‼️ QURAN AYƏLƏRİ ‼️
‼️ ALIMLƏRDƏN GÖZƏL KƏLAMLAR ‼️
‼️ MƏRSIYƏLƏR VƏ NOHƏLƏR ‼️
‼️ MƏSUMLARDAN HƏDİSLƏR ‼️
‼️ MUHƏRRƏM SÖHBƏTLƏRI VƏ MOİZƏLƏR ‼️
‼️ DINI SUALLAR VƏ CAVABLAR ‼️
‼️ MÖHTƏŞƏM IRAN FILMLƏRI ‼️
‼️ ALIMLƏRDƏN FƏTVALAR ‼️
‼️ YERLİ VƏ DÜNYA XƏBƏRLƏRI ‼️
✅ 1K TOPLU ✅
🎧 MƏRSIYƏLƏR 🎧
🔰#Fəth_surəsinin_təfsiri 🔟-Ayə:
📖"Həqiqətən,sənə beyət edənlər əslində Allaha beyət edirlər.Allahın (qüdrət) əli onların əlindən yuxarıdır.Hər kəs əhdi pozsa öz ziyanınadır.Hər kəs Allahla bağladığı əhdə vəfa qılsa,Allah tezliklə ona böyük mükafat verəcək."
🔰Nöqtələr ➖"Beyət" dedikdə əhd-peyman nəzərdə tutulur.Bir şəxsə beyət edən kəs öz canını və malını həmin şəxsin amalları yolunda qurban verməyə hazırlığını bildirir. ➖Cabir ibn Əbdüllah Ənsari deyir: "Biz həmin rizvan beyəti günü ağac altında canımızdan keçəcəyimizi və qaçmayacağımızı bildirərək Peyğəmbərə (s) beyət etdik." ➖Vəfalı insanlara lütfün bəyanında hazırkı ayədə iki təbir işlədilir: ✔️"Allahın əli onların əlindən yuxarıdır" və "böyük mükafat." ➖Əhdi pozanlara münasibətdə qəzəbin bəyanında isə bir təbir işlədilir: "Öz ziyanlarına əhdi pozurlar." 🔰Bildirişlər 1⃣Peyğəmbərə (s) iman,onun böyük tutulması əhd şəklində,həmişəlik olmalıdır.Belə bir əhd müvəqqəti və mövsümi ola bilməz. 2⃣İnsanlardan beyət alınması tövhid və təvəkkül prinsiplərinə zidd deyil. 3⃣Peyğəmbərin (s) əməlləri və qərarları Allahın iradəsinin gerçəkləşməsidir.Peyğəmbər (s) Allahın iradəsi olmadan addım atmır. 4⃣Peyğəmbərə beyət Allaha beyətdir. 5⃣Müsəlmanların rəhbəri böhranlı şəraitlərdə xalqın vəfadarlığını möhkəmləndirərək onlardan beyət almalıdır.(Ayənin nazil olma şənindən belə məlum olur ki,İslam peyğəmbəri (s) Hüdəybiyyə sülhündən qabaq böhranlı şəraitdə xalqdan beyət aldı.) 6⃣İlahi rəhbərə himayədarlıq Allaha himayədarlıqdır. 7⃣Xalqın beyət və himayəsi sizi qürrələndirməsin Allahın qüdrəti bütün qüdrətlərin fövqündədir. 8⃣Allahın kimsənin himayəsindən ehtiyacı yoxdur.Əhdi pozmayın,bütün qüdrətlərin fövqündə olan Allahla tərəf-müqabili olduğunuzu yadda saxlayın. 9⃣Əhdi pozmaq insanın özünü məhv etməsidir. 🔟İnsanlara salehlərin və azğınların aqibəti haqqında danışın ki,müqayisə edib seçim aparsınlar. T.me/muqeddes_kelam
إظهار الكل...
Müqəddəs kəlam

Allah-təalanın bizə nazil olan əbədi möcüzəsi. @Talibi_qomnam

👍 1
Photo unavailableShow in Telegram
Əziz izləyicilər, Aşağıdakı kateqoriyada olan Çooox gözəl kanallar tapmışam. Vaxt azdır, Abunə olmağa tələsin. Hazırladı: https://t.me/seherfilm Dəstək: https://t.me/dini_mp3ler
إظهار الكل...
YERLI VƏ DÜNYA XƏBƏRLƏRI 🏴
MOİZƏLƏR VƏ MƏHƏRRƏM SÖHBƏTLƏRI 🏴
MƏSUMLARDAN HƏDİSLƏR 🏴
ALIMLƏRDƏN KƏLAMLAR 🏴
QURAN AYƏLƏRİ 🏴
MƏRSIYƏLƏR VƏ NOHƏLƏR 🏴
SUALLAR VƏ CAVABLAR 🏴
MAARIFLƏNDIRICI FİLMLƏR 🏴
FƏTVALAR 🏴
🎵 MƏRSIYƏLƏR 🎵
🌐 1K TOPLU 🌐
🌐 KLASÖR TOPLU 🌐
🔰#Fəth_surəsinin_təfsiri 8⃣-9⃣ Ayə;
📖"Həqiqətən,biz səni (onların əməllərinə) şahid,müjdəçi və qorxudan kimi göndərdik.Belə ki Allaha və Onun rəsuluna iman gətirəsiniz,Ona yardım göstərəsiniz,onu böyük tutasınız,səhər-axşam Allaha təsbih deyəsiniz."
🔰Nöqtələr ➖"Təzir" sözündən olan "tuəzziruhu" sözü ayırmaq mənasını bildirir.Bu söz həzrət Peyğəmbərin (s) istənilən əzab-əziyyətdən hifz olunmasına işarədir. ➖Olsun ki,şahid deyərkən kamil bir nümunənin təqdimatı nəzərdə tutulur.Yəni Peyğəmbər (s) bütün ölçülərdən kamil insan nümunəsidir. ➖"Tuəzziruhu" və "tuvəqqiruhu" sözləri Allaha aid ola bilər.Bu sözlərin Peyğəmbərə (s) də aid olması mümkündür.Peyğəmbərin (s) böyük tutulması elə Allahın böyük tutulmasıdır. 🔰Bildirişlər 1⃣Peyğəmbər (s) bütün hallarda bizim əməllərimizə şahiddir. 2⃣Əməllərimizə nəzarət,qorxu və müjdə Peyğəmbərin (s) vəzifəsidir.İnsanların vəzifəsi isə ilahi hədləri və Peyğəmbəri (s) qorumaq,onu uca tutmaqdır. 3⃣Müjdə və xəbərdarlıqla yanaşı nümunə təqdim olunması Allahın tərbiyə və hidayət üsullarındandır. 4⃣Müjdə və xəbərdarlıq,təşviq və tənbeh bəşəriyyətin doğru yol seçməsi üçün iki zəruri ehtiyacdır. 5⃣Dini hədləri və Peyğəmbəri (s) qorumaq iman şərtidir. 6⃣Peyğəmbərdən qorxu ehtiram,eşq və mərifətlə müşayiət olunmalıdır. 7⃣Daim Allahı yadda saxlamalıyıq.Günün başlanğıcı və sonu zikr və dua üçün ən yaxşı vaxtlardır. T.me/muqeddes_kelam
إظهار الكل...
Müqəddəs kəlam

Allah-təalanın bizə nazil olan əbədi möcüzəsi. @Talibi_qomnam

👍 1
Photo unavailableShow in Telegram
Əziz izləyicilər, Aşağıdakı kateqoriyada olan Çooox gözəl kanallar tapmışam. Vaxt azdır, Abunə olmağa tələsin. Hazırladı: https://t.me/seherfilm Dəstək: https://t.me/dini_mp3ler
إظهار الكل...
☪️ MOİZƏLƏR
☪️ MƏRSIYƏLƏR VƏ NOHƏLƏR
☪️ QURAN AYƏLƏRİ
☪️ MƏSUMLARDAN HƏDİSLƏR
☪️ FƏTVALAR
☪️ DİNİ VƏ ƏXLAQLI FİLMLƏR
☪️ DİNİ SUALLAR VƏ CAVABLAR
☪️ YERLI VƏ DÜNYA XƏBƏRLƏRI
🌐 DÜNYA XƏBƏRLƏRI
✅ 1K TOPLU KANALI
🔰#Fəth_surəsinin_təfsiri 6⃣-7⃣ Ayə:
📖"Allah Ona münasibətdə bədgüman münafiq və müşrik kişiləri və qadınları əzaba düçar etsin!Pislik onları bürümüşdür.Allah onlara qəzəblənmiş,onları öz rəhmətindən uzaqlaşdırmış və onlar üçün cəhənnəmi hazırlamışdır.Çox pis sonluqdur.Göylərin və yerin qoşunları Allaha məxsusdur.Allah yenilməz,hikmət sahibidir."
🔰Nöqtələr ➖"Dair ətus-səvi" ifadəsi acı və əhatəli hadisə mənasını bildirir. ➖Allah-təalanın əziz Peyğəmbərə (s) və möminlərə dörd lütfünün bəyanından sonra bu ayədə münafiqlər və müşriklər bir neçə əzabla hədələnir. ➖Bu ayədə münafiqlər müşriklərdən öncə zikr olunur.Belə görünür ki,nifaq şirkdən,münafiq müşrikdən pisdir. ➖Olsun ki,münafiqlər və müşriklər üçün nəzərdə tutulmuş əzab dedikdə axirət əzabı yox,Hüdəybiyyə sülhü və Məkkənin fəthindən sonra onları yaxalamış sıxıntı nəzərdə tutulmuşdur. ➖Hədisdə oxuyuruq: Allah-taala tövbə və istiğfardan sonra heç bir bəndəni əzaba salmır.İnsan yalnız Allaha bədgümanlıq və başqasına ümid bağladığından əzaba düşə bilər.Rəvayətin davamında imamın hazırkı ayəni tilavət etdiyi bildirilir. ➖"Göylərin və yerin qoşunu Allaha məxsusdur" cümləsi dördüncü ayədə möminlərə lütf olaraq,hazırkı ayədə müşriklərə və kafirlərə əzab kimi bəyan olunur. ➖Allah möminlərə xeyir üçün qoşunlar göndərdikdə özünü hikmət sahibi kimi tanıtdırır.Qoşunlar əzab üçün göndərildikdə isə Allah öz yenilməzliyini və hikmət sahibi olduğunu qeyd edir.Allah möminlərin nəzərinə onların işlərindən xəbərdarlığını,müxaliflərin nəzərinə öz yenilməzliyini çatdırır.Hər iki halda intiqam üçün yox,hikmət əsasında rəftar edildiyi bildirilir. 🔰Bildirişlər 1⃣Yaxşılar təşviq edilərkən azğınların da hədələnməsi lazım gəlir. 2⃣Eyni bir hadisə bir qrup üçün faydalı,o birisi üçün əzab ola bilər.Aşkar fəth möminlər üçün ilahi lütüf,başqaları üçün əzab idi. 3⃣Qadınlar da yaxşı və pis sifətlərə yiyələnməkdə kişilər kimidirlər. 4⃣Allaha münasibətdə bədgümanlıq münafiqlərin və kafirlərin işidir.Möminlər isə Allaha münasibətdə ümidli və məhəbbətlidirlər,Ona təvəkkül edirlər. 5⃣Münafiqlər və müşriklər şeytənət və azğınlıqda bir-birləri ilə həmfikir və yoldaşdırlar. 6⃣Mömin öz imanına xatir aramdır.Müşriklər və münafiqlər isə öz azğınlıqları və Allaha münasibətdə bədgümanlıqları səbəbindən iztirab içindədirlər. 7⃣Münafiqlər və müşriklər dünya və axirətdə Allahın lənətindən uzaqdırlar. 8⃣Allah öz işini səbəblər vasitəsi ilə həyata keçirir. 9⃣Allah möminlərə lütüf,kafir və münafiqlərə əzab üçün qoşunlara malikdir. 🔟İlahi qüdrətin nümayişi möminlərdə təqva və eşq yaranışında səmərəlidir. T.me/muqeddes_kelam
إظهار الكل...
Müqəddəs kəlam

Allah-təalanın bizə nazil olan əbədi möcüzəsi. @Talibi_qomnam

👍 1
Photo unavailableShow in Telegram
Əziz izləyicilər, Aşağıdakı kateqoriyada olan Çooox gözəl kanallar tapmışam. Vaxt azdır, Abunə olmağa tələsin. Hazırladı: https://t.me/seherfilm Dəstək: https://t.me/dini_mp3ler
إظهار الكل...
🏴 QURAN AYƏLƏRİ 🏴
🏴 MƏRSIYƏLƏR 🏴
🏴 MƏSUMLARDAN HƏDİSLƏR 🏴
🏴 DİNİ SUALLAR VƏ CAVABLAR 🏴
🏴 FƏTVALAR 🏴
🏴 YERLİ VƏ DÜNYA XƏBƏRLƏRI 🏴
🏴 MOİZƏLƏR 🏴
🎥 DİNİ FİLMLƏR 🎥
🕌 TOPLU QRUPU 🕌
🕌 1K TOPLU KANALI 🕌
🔰#Fəth_surəsinin_təfsiri 5⃣-Ayə:
📖"Belə ki,Allah imanlı kişiləri və qadınları altından çaylar axan bağlara daxil etsin,orada əbədi qalsınlar.Allah onların günahlarını örtər.Bu Allah tərəfindən böyük qurtuluş və nəticədir."
🔰Nöqtələr ➖Birinci və ikinci ayələrdə Allah-təala Peyğəmbərə (s) dörd nemət əta etdiyini buyurur. ➖Dördüncü və beşinci ayələrdə möminlərə əta olunmuş dörd nemət yada salınır. ➖Aşkar qələbə,bağışlanma,nemətin tamamlanması,aşkar qələbə sayəsində yardım Peyğəmbərə (s) əta olunmuş nemətlərdir. ➖Qəlb aramlığı,imanın güclənməsi,behiştə giriş və pisliklərin örtülməsi möminlərə əta olunmuş nemətlərdir. ➖Quranda kəbir,mubin,əzim sözləri ilə yanaşı qeyd olunmuş "fəvz" sözü xeyir və səadətə çatmaq mənasını bildirir. ➖Behişt paklıq yeridir.Orada zərrəcə bulaşıqlığa yer yoxdur.Behişt əhlinin büdrəmələri paklandıqdan sonra onlar behiştə daxil olar.Olsun ki,"təkvir" deyərkən günahların bağışlanması yox,onların behiştdəkilərin zehnindən silinməsi nəzərdə tutulur.İnsanın ətrafındakılar onun günahını yaddan çıxardıqda insan xəcalət hissindən qurtulur. 🔰Bildirişlər 1⃣İlahi aramlığın nazil olması imanın artması və behiştə giriş üçün səbəbdir. 2⃣Qadınlar da kişilərlə yanaşı qurtuluşa çatar.(Məkkənin fəthi kişilərin vasitəsi ilə gerçəkləşsə də onlarla həm fikir qadınlar da öz vəzifələrinə əməl edib ərlərinin və oğullarının cəbhəyə getməsi ilə razılaşdılar.Buna görə onlar da mükafat alasıdır.) 3⃣İmanlı olmaq o demək deyil ki,insanın heç bir büdrəməsi olmamalıdır. 4⃣Möminlərin büdrəmələri bağışlandıqdan,onlara göz yumulduqdan sonra behiştə daxil olmaq ləyaqəti qazanırlar. 5⃣Böyük səadət və qurtuluş dünyada və axirətdə aram qəlbdir.(Təkcə dünyaya aid olan səadət dəyərli deyil.) T.me/muqeddes_kelam
إظهار الكل...
Müqəddəs kəlam

Allah-təalanın bizə nazil olan əbədi möcüzəsi. @Talibi_qomnam

👍 1
Photo unavailableShow in Telegram
Əziz izləyicilər, Aşağıdakı kateqoriyada olan Çooox gözəl kanallar tapmışam. Vaxt azdır, Abunə olmağa tələsin. Hazırladı: https://t.me/seherfilm Dəstək: https://t.me/dini_mp3ler
إظهار الكل...
🏴 MƏRSIYƏLƏR VƏ NOHƏLƏR
🏴 QURAN AYƏLƏRİ
🏴 MƏSUMLARDAN HƏDİSLƏR
🏴 DİNİ FİLMLƏR
🏴 DİNİ SUALLAR VƏ CAVABLAR
🏴 GÖZƏL MOİZƏLƏR
🏴 FƏTVALAR
🏴 YERLİ VƏ DÜNYA XƏBƏRLƏRI
🎵 DİNİ MP3LƏR 🎵
🌐 DİNİ TOPLU 🌐
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.