ar
Feedback
Hebib Müntezir

Hebib Müntezir

الذهاب إلى القناة على Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

إظهار المزيد
أذربيجان410الفئة غير محددة

📈 نظرة تحليلية على قناة تيليجرام Hebib Müntezir

تُعد قناة Hebib Müntezir (@hebmun) في القطاع اللغوي الأذربيجانية لاعباً نشطاً. يضم المجتمع حالياً 16 874 مشتركاً، محتلاً المرتبة في فئة اخرى والمرتبة 410 في منطقة أذربيجان.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 16 874 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 02 ديسمبر, 2024، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار 0، وفي آخر 24 ساعة بمقدار 0، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 0‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً N/A‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 0 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 0 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 0.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 03 ديسمبر, 2024) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة اخرى.

16 874
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام
أرشيف المشاركات
Bu gün vitse-prezident Mehriban Əliyevanın katibliyinin rəisi Altay Həsənovun 60 yaşı tamam olur. Yubiley münasibəti ilə İlham Əliyev onu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib. Qeyd edim ki, Altay Həsənov Mehriban Əliyevanın bibisi oğludur. O Azərbaycanda 10-dan çox medianın kuratorluğu ilə məşğuldur. Biznesini və şirkətlərini isə tək qızı olan Nərminə idarə edir. Nərminə Həsənova Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədovun həyat yoldaşıdır.

Hərbçilərlə əlaqədar 4 çox vacib məsələ var, ictimailəşməli və həll yolları tapılmalıdır. Xahiş edirəm maksimum dəstək olub, paylaşaq: 1. Çətin şəraitdə, ağır durumda xidmət göstərən hərbçilərin maaşı artıq neçənci aydır ki, 1 qat vurulur. Bu problem hələ də həllini tapmayıb. Kabinetlərdə oturanlar məsələni araşdıracaqlarını söz versələr də, hərbçilər durumdan narazıdırlar. 2. Şəhid Ülvi Həsənovun həyat yoldaşı ağır xəstədir. Müraciət olunsa da heç bir dövlət qurumu maraqlanmır, dərdlərinə şərik çıxmırlar, şəhid ailəsi çıxılmaz durumdadır. Şəhidin atasının nömrəsi budur: 0552117172 3. Astaranın Düryə kəndində ikinci Qarabağ müharibəsi qazisi Sərdar Fərhadov tərkedilmiş, baxımsız vəziyyətdə qalıb. Bədənində 160-dan çox qəlpə olan qazi ilə heç bir rəsmi qurum maraqlanmır. Təcili müalicə və müayinəyə ehtiyacı var: 0505601866 4. Növbəti Qarabağ qazisi Adıgözəlov Bəhruz, Mingəçevirdə daxmada qalır, vəziyyəti ürəkaçan deyil. Mütləq müalicə və kömək lazımdır: 077 5485408

Şərab biznesinin professorları AMEA prezidenti Ramiz Mehdiyevin həyat yoldaşı, professor Mehdiyeva Qalina Yuriyevnanı məhkəməyə veriblər. Hansı səbəbdən məhkəməyə verildiyi açıqlanmasa da Mehdiyeva Qalina barəsində məhkəmə iddiası qaldıran şəxs Azərbaycanın ən böyük şərab istehsalçılarından biri Səidov Elmar Çingiz oğludur. Elmar Səidov “Fireland Vineyards” ("Odlar Yurdunun Üzümlükləri") MMC-nin qanuni təmsilçisidir. Bu da o deməkdir ki, hər iki şəxsi birləşdirən ortaq məqamlar var. Qeyd edim ki, rəsmi məlumata görə Mehdiyevlərin Novxanı ərazisində 155 hektarlıq üzüm yetişdirmə sahəsi var. Yaxınlıqda da onlara aid şərab zavodu fəaliyyət göstərir. Məhkəmə Bakı Kommersiya Məhkəməsində keçiriləcək.

Səbail Rayon Məhkəməsi sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov barədə qərar verərək 4 aylıq həbs-qətimkan tədbiri seçilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə və rüşvət almaqda təqsirləndirilir. Onu 8 ildən 12 ilədək həbs cəzası gözləyir. Atası dünən deyirdi ki, oğlumla danışmışam, yalandır, hər şey yolundadı zad.

Yadınızdadırsa bu yaxında SOCAR Tarif Şurasına tövsiyə etmişdi ki, qazın qiymətlərini qaldırsınlar. Tanış olun, Xəzər rayonu,
Yadınızdadırsa bu yaxında SOCAR Tarif Şurasına tövsiyə etmişdi ki, qazın qiymətlərini qaldırsınlar. Tanış olun, Xəzər rayonu, Türkan qəsəbəsində SOCAR-ın 16 illik vitse-prezidenti Mikayıl İsmayılovun hasarlanmış iri sarayıdır. Azərbaycan xalqının sərvəti sayılan neftin-qazın maqnatına çevrilən məmur milyonlar xərcləyərək Xəzərin sahilində bir neçə imarət ucaldıb. 6 metr hündürlüyündə hasarlanan, əraziyə heç kimin keçməsinə icazə verilmir. Hasarın dəniz tərəfində, 3 hektarlıq ərazidə, oliqarx neftçi, ailə üzvlərinin hamısı üçün 5 imarət ucaldıb. Villada həm yaxtalar üçün liman, həm tennis meydançası və hovuz da mövcuddur. Neft maqnatının villasını mühafizə edən dəstə Mikayıl İsmayılovun qardaşı, Pirallahı rayon Polis İdarəsinin rəisi Cümşüd İsmayılovun işçiləridir. Qeyd edim ki, bu Mikayılın sadəcə bir malikanəsidir. Onun Bakıda ən az 4 villası var, onları da zamanla yayımlayacağam. Paylaşın, İlham Əliyev deyir xəbəri yoxdur, ictimai nəzarət lazımdır bla-bla... Google Maps

Azərbaycanda sudan sonra qaz üçün də müasir smart tipli qaz sayğacları ləğv edib, ənənəvi mexaniki sayğaclarla əvəzlədilər. Bundan sonra cəmiyyətdə qaz sərfiyyatının artması ilə bağlı məlumatlar yayılıb, hamı şikayət edir. Nədənsə mexaniki sayğaclar ancaq artımı göstərir, əskiyi yox. Dünya inkişaf edir, daha müasir üsullara keçir, texnikada irəliləyir, bizim həm xalqın cibinə, həm də büdcəyə girən talançı qurumlar isə köhnə metodlara keçirlər. Səbəb isə çox sadədir: 1. Yığım həcmini statistikadan gizlətmək. 2. Satış həcmini realdan artıq göstərmək. 3. Bir neçə il sonra statistika üzrə əhalini borclu çıxarmaq. 4. Saxta borclu kütləsi yaradıb dövlətdən yardım istəmək. 5. Borc silinmək adı ilə büdcədən əlavə vəsait cəlb etmək. 6. Sonra da vətəndaşları özlərinə minnətçı salmaq.

Rusiya Azərbaycanla uçuşlarını 15 fevraldan etibarən, həftədə iki dəfə olmaqla bərpa edir.

Dünən 3 nəfər Beyləqan rayon sakinləri Füzulidə minaya düşmüşdülər. Onlardan biri Bəhruz İmanov həlak olub. Səbəb bilirsiz nədir? Polis rəisləri onları dəmir yığmağa göndərib. Hazırda güclü dəmir alveri gedir. Polis rəisləri pul alıb buraxır. Təsəvvür edirsiz? Bu adamlar nə qədər acgöz, nə qədər tamahkardılar ki, vətəndaşları təhlükəyə ataraq qadağan olunmuş ərazilərdəki qənimətləri talamaq üçün göndərirlər. Ölkədə qanun, qayda, idarəetmə sistemi nə qədər bərbad, nə qədər özbaşınadır ki, təyin olunan polis rəisləri heç kimdən qorxmadan bu addımları atırlar. Biri Xocavəndin polis rəisi Xəyyam Mirhüseynov, digəri Füzulinin polis rəisi Xaqani Məmmədovdur. Bu adamlar həm də İlham Əliyevin sərəncamına uyğun olaraq o ərazilərdə komendantdırlar. Xalqın təhlükəsizliyini, hüququnu mühafizə etməli olan orqanlar, şəxslər, əksinə onları pula, tamaha görə ölümə göndərirlər.

16 il sosial müdafiə nazirliyini talayan, xalqa çatmalı olan sərvətlə villalar, şirkətlər, övladlarına biznes quran Səlim Müslümov həbs olunub. Ciddi korrupsiya faktlarına görə tutulan Müslümov bir dəfə də, Kəmaləddinin müavini olanda həbs edilmişdi, sonra bəraət alıb.

Bura İlham Əliyevin 10 il əvvəl "Azərsu" sədri təyin etdiyi Qorxmaz Hüseynovun Bakının Türkan qəsəbəsindəki hündür hasarların
Bura İlham Əliyevin 10 il əvvəl "Azərsu" sədri təyin etdiyi Qorxmaz Hüseynovun Bakının Türkan qəsəbəsindəki hündür hasarların arasındakı saraydır. Xəzər dənizinin sahilində olan bu villanın ərazisi 5 hektardır. Şəxsi çimərliyi olan malikanədə yaxtalar üçün liman da mövcuddur. İri hovuzun olduğu villada xeyli sayda zeytun ağacları və futbol meydançası da var. Heç kimdən Qorxmaz Hüseynov həm bu villada, həm də Nərimanov rayonundakı villasında Yaponiyadan gətirdiyi itlər saxlayır, onlara hətta öyrədici müəllim də tutub. Maksimum paylaşaq. Pandemiya vaxtı, hamının suya, gigiyenik olaraq təmizliyə ehtiyacı olduğu bir zamanda qiymətini 100% qaldıranların xalqın pulunu haralara xərclədiyindən İlham Əliyev xəbərdar olsun. Başı qarışıb Şuşaya, Bakı yadından çıxıb. Daha ətraflı bloger Mehman Hüseynovun videosundan izləyə bilərsiz. Villanın Google Maps görüntüsü.

Putinin sifarişi ilə Aleksey Navalını 3 il 6 ay müddətinə azadlıqdan məhrum edildi.

Lənkəran Dövlət Universitetinin haqları pozulan tələbələri Orxan İsgəndərli, Samir Axundzadə və onları müdafiə edən Əhməd Məmmədli universitet önündə bəyanat oxumaq istəyərkən polis tərəfindən saxlanılıblar. Hadisəni işıqlandırmaq istəyən jurnalist və fəallar da saxlanılıb. Gənclərin tələbini dinləmək, uyğundursa yerinə yetirmək, tələbələrin dərdini dinləməyən rektoru da işindən rədd etmək lazımdır. Həbslərlə Azərbaycanda bu günü gənclər günü kimi qeyd etmək lazım deyildi.

İlham Əliyev: "Mərkəzi Bankın sədri Şuşada nümayəndəlik açmaq istəyir. DGK, FHN və Azəravtoyol regional mərkəz, AZAL ofis, DSX zastava açmaq istəyir. Adamların beyninə nə gəlir tələffüz edirlər. Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm. Belə də özü üçün şərait yaratsın, getsin o torpağı zəbt etsin, özü üçün iqamətgah tikdirsin, onu hasara alsın, bir qarovulçu qoysun və bəli, oraya gedəndə otursun orada belə təbiəti, necə deyərlər, seyr etsin. Azərbaycan vətəndaşlarına da deyirəm, bərpa işləri ilə bağlı görüləcək işlərdə mütləq ictimai nəzarət olmalıdır. Olmasa bax bilin, yenə də eybəcər binalar tikiləcək, torpaqlar zəbt ediləcək, hərə özü üçün bir obyekt tikəcək. Mən indi müvəqqəti idarəetmə strukturu yaratmışam. Nəyə görə? Çünki mən görürəm, bilirəm, artıq gözlər tikilib oraya. İndi oraya elə bil ki, hücum gözlənilir, zəbtetmə hücumu. O torpaq mənim, o torpaq sənin, oranı mənə, buranı sənə. Amma mən bunların hamısını cəzalandıracağam, hamısını, özü də necə lazımdır. Otursun hərə öz yerində öz işi ilə məşğul olsun".

Azərbaycanda parlamentin təsdiqindən sonra bir neçə aksizli malların dərəcələri artırılıb. Nazik siqarlar 1000 ədədinə aksiz dərəcələri 31 manatdan 43 manata, tütün siqaretlər 1000 ədədinə 31 manatdan 35 manata, elektron siqaretlər üçün maye - hər litrinə 20 manatdan 220 manata qaldırılır.

10 ildir "Azərsu" şirkətinə İlham Əliyev tərəfindən təyin olunan Qormaz Hüseynov idarəçilik edir. Bu şirkətə hər il dövlət tərəfindən milyardlarla vəsait ayrılsa da, şirkətin təqdim etdiyi xidmətlərin keyfiyyətində ciddi bir dəyişiklik olmur: su təchizatı bərbad, içməli suyun keyfiyyəti palçıq kimi, kanalizasiya sistemi murdar günündə, ölkədə su qıtlığı kifayət qədər. Bunun müqabilində isə Qorxmaz Hüseynov qohumlarının adına şirkətlər, o şirkətlərin qalib gəldiyi milyonluq layihələr, tenderlər sayəsində özünun və ailə biznesinin vəsaitini artırıb, mülklər, restoranlar, hamamlar, obyektlərə sahib olub. Əvəzində isə həm "Azərsu" şirkətini dövlət büdcəsindən kreditlər alaraq borca batırıb, həm də bu borcu qapatmaq üçün xalqın istifadə etməyə məcbur olduğu keyfiyyətsiz su-kanalizasiya təchizatının qiymətini artırıb. Qorxmaz Hüseynovun yaxın qohumları və onların vəzifələri, həmçinin açdıqları şirkətlər: - "Natural Aqro" MMC-nin rəhbəri Araz Hüseynli - Qorxmaz Hüseynovun oğlu - "Sənaye Tikinti-M” MMC və "Baba Dağ" MMC təsisçisi Məhəmməd Cavanşir oğlu Hüseynov- qardaşıdır. - SOCAR-ın qazma işləri üzrə trest rəisinin müavini Faiq Cavanşir oğlu Hüseynov - qardaşıdır. - SOCAR-ın Geofizika və Geologiya İdarəsinin rəis müavini Əmiraslanov Nicat Mətləb oğlu - yaxın qohumu - "Azərsu" Yasamal rayonu su kanal idarəsinin rəis müavini İsmayılov Şakir Əhməd oğlu - Qorxmaz Hüseynovun xalası oğludur. - Azərsu SC xarici layihələr şöbəsinin müdür müavini İsmayılov Şahlar İsmayıl oğlu - Qorxmaz Hüseynovun qohumu ("DISTANT TRAVEL" MMC) - “Hidro-İnşaat Servis” MMC-nin rəhbəri olan Cəbrayılov Namiq Cidalı oğlu - qaynıdır. - Bakı Su Kanal idarəsinin Həmkarlar Təşkilatının sədri - Cəbrayılov Natiq Cidalı oğlu - digər qaynı - "Azərsu" Su-Tikinti idarəsinin rəis müavini - Cəbrayılov Nurəli Cidalı oğlu - digər qaynı - Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika komitəsinin sədri Akif Məmmədov - qohumu - Qorxmaz Hüseynovun bacısı oğlu Yusifəli isə boru və qum biznesini idarə edir Qaynı Cəbrayılov Namiq Cidalı oğlunun adına olan şirkətlər: "XƏZƏR TUR TRAVEL" MMC "SEVDA" XÜSUSİ KİÇİK MÜƏSSİSƏSİ "HİDRO TOP" MMC "OMİCRON" MMC "HİDRO MAKİNA" MMC "HİDRO İNŞAAT SERVİS" MMC "KOMPROQRAM PROQRAMLAŞDIRMA VƏ TEXNİKİ TƏCHİZAT" MÜƏSSİSƏSİ

Sumqayıt sakini, Daxili Qoşunların zabiti, 1989 təvəllüd, XTQ kapitanı Məmmədov Alim Nazim oğlunun ürəyindən tapança ilə atəş
Sumqayıt sakini, Daxili Qoşunların zabiti, 1989 təvəllüd, XTQ kapitanı Məmmədov Alim Nazim oğlunun ürəyindən tapança ilə atəş açaraq özünü öldürdüyü iddia edilir. O, II Qarabağ müharibəsində iştirak edərək döyüşmüşdü.

Tarif Şurası pandemiya dövründə həm də dərmanların qiymətlərini, öz dillərində desək "tənzimləyib". Dərmanların təkcə qiyməti yüksək olsaydı dərd yarı. Apteklərdə satılan dərmanların əhəmiyyətli hissəsi həm də keyfiyyətsizdir. Bunun da əsas səbəbi yenə korrupsiyadır. Çünki ölkəyə dərmanın gətirilməsi üçün əczaçılıq şirkətləri əvvəlcədən həmin dərmanı dövlət qeydiyyatına almalıdır. Bunun üçün isə Analitik Ekspertiza Mərkəzi tərəfindən həmin dərmanın ekspertizası keçirilir. Beləliklə, Azərbaycanda istənilən dərmanın ekspertizadan müsbət nəticə ilə keçirilməsinin qiyməti 3-5 min manat civarındadır. Həmin mərkəzin rəhbəri Murad Süleymanov və ona himayədarlıq edən Səhiyyə nazirinin müavini Nigar Əliyevadır. Murad Süleymanovun son illər sərvəti qaz vurub, qazan doldurub. Belə ki, ailə sərvəti 4-5 milyon civarında olan Murad Süleymanov ABŞ-da oğlunun adına mülklər almaq və biznesini böyütməkdən yan ötməyib. Xalqı zərəhləyirlər, pandemiyadan qazanc əldə etmək üçün xalqın dərdinə əlac ola biləcək dərmanların qiymətini bahalaşdırırlar, özləri, ailələri isə xaricdə bizneslərini artırırlar.

"Azərsu ASC"nin yeni inzibati binasını 164 milyon dollara tikmişdilər. Bu gün isə suyu, kanalizasiyanı 100%, iki dəfə çox bahalaşdırdılar. Əvvəl aylıq 8-9 manat ödəyirdinizsə, fevraldan 20 manata yaxın pul ödəyəcəksiz. Binanın pulu çıxmalıdır ya yox? Benzin, ərzaqlar qalxdı, növbədə qaz və işıqdır.

Tarif Şurası bu gün keçirilən iclasında içməli suyun və kanalizasiya xidmətlərinin qiymətini 2 dəfə artırıb.

Kəlbəcərdə xidmətdə olan, Şabranın Gəndov kənd sakini, əsgər Siracov Fətulla Qasım oğlunun səhhətində yaranan problemə görə v
Kəlbəcərdə xidmətdə olan, Şabranın Gəndov kənd sakini, əsgər Siracov Fətulla Qasım oğlunun səhhətində yaranan problemə görə vəfat etdiyi bildirilir. O "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilmişdi.