ar
Feedback
Hebib Müntezir

Hebib Müntezir

الذهاب إلى القناة على Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

إظهار المزيد
أذربيجان410الفئة غير محددة

📈 نظرة تحليلية على قناة تيليجرام Hebib Müntezir

تُعد قناة Hebib Müntezir (@hebmun) في القطاع اللغوي الأذربيجانية لاعباً نشطاً. يضم المجتمع حالياً 16 874 مشتركاً، محتلاً المرتبة في فئة اخرى والمرتبة 410 في منطقة أذربيجان.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 16 874 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 02 ديسمبر, 2024، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار 0، وفي آخر 24 ساعة بمقدار 0، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 0‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً N/A‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 0 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 0 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 0.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 03 ديسمبر, 2024) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة اخرى.

16 874
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام
أرشيف المشاركات
Masallı şəhər "Xan Çinar” bazarının yanında 0,10 ha torpaq sahəsi Abıyev Nadir Mikayıl oğlunun adına sənədləşdirilmiş və daha sonra satılıb. 18. Masallı şəhərində 72 kv.m-lik dükan yeri 25.08. 2004-cü il tarixdə Abıyev Nadirin qaynı Qasımov Bahəddin Qafur oğlunun adına sənədləşdirilib. 19. Masallı şəhərində 0,20 ha torpaq sahəsi 10.07.2001-ci il tarixdə Əhəd Abıyevin bacısı oğlu Salmanov Tapdıq Müzəffər oğlunun adına sənədləşdirilib. 20. Masallı şəhərində 720 kv.m-lik dükan yeri 30.11.2001-ci il tarixdə Əhəd Abıyevin əmisi oğlu Alışov Nizami İsgəndər oğlunun adına sənədləşdirilib. 21. Masallı şəhərində 400 kv.m-lik dükan yeri 30.10.2002-ci il tarixdə Qadir Abıyevin qayını İsmayılov Tahir Sahibəli oğlunun adına sənədləşdirilib. 22. Masallı şəhərində 3311 kv.m-lik torpaq sahəsi 16.04. 2002-ci il tarixdə Abıyev Nadir Mikayıl oğlunun adına sənədləşdirilib. 23. Masallı şəhər Əlibala Əliyev küçəsində 0,60 ha torpaq sahəsi 28. 12. 2005-ci il tarixdə Nadir Abıyevin qayını Qasımov Bahadur Qafur oğlunun adına sənədləşdirilib. 24. Masallı şəhərində 505 kv.m-lik torpaq sahəsi 20.04.2003-cü il tarixdə Qadir Abıyevin qayını İsmayılov Tahir Sahibəli oğlunun adına sənədləşdirilib. 25. Şərəfə kəndi ərazisində yerləşən köhnə Yemçilik Birliyi 4,5 ha torpaq sahəsi və tikililəri ilə birlikdə Abıyev Nadir Mikayıl oğlunun adına, dəyərindən çox aşağı qiymətə özəlləşdirilib. 26. Masallı şəhəri ərazisində yerləşən "Moskiviç” maşın təmiri emalatxanası 1 ha torpaq sahəsi ilə birlikdə Əhəd Abıyevin bacısı oğlu Salmanov Tapdıq Müzəffər oğlunun adına özəlləşdirilib. 27. Masallı şəhərində yerləşən köhnə "Kitab Evi”nin 2 mərtəbəli binası dəyərindən aşağı qiymətə özəlləşdirilərək Abıyevlərin mülkiyyətinə keçirilib. 28. Viləş çayının yatağında dövlət mülkiyyətində olan ümumilikdə 3 ha torpaq sahəsi Abıyev Siyab Nadir oğluna və Abıyev İbrahim Mikayıl oğluna 2004-cü il tarixdən icarəyə verilib. 29. İstisu avtomobil yolu üzərində " Şır-şır " bulağının kənarında 6 ədəd kottec və geniş bir meşə ərazisi Abıyevlərin mülkiyyətindədir. 30. Əhəd Abıyevin qardaşı Qadir Abıyevə məxsus "Azər-Altay qardaşları" şirkətinin ərazisi 16 nəfərin həyətyanı torpaq sahəsi olmasına baxmayaraq, bu torpaqlar qanunsuz olaraq Abıyev Qadir Mikayıl oğlunun adına sənədləşdirilib. 31. Masallı şəhər bələdiyyəsinə məxsus olan və Həsənli kəndinə yaxın ərazidə yerləşən 100 ha torpaq sahəsi qanunsuz olaraq Abıyev Abı Mikayıl oğlunun adına özəlləşdirilib. 32. Viləşçay su dəryaçasının kənarında, İsi kəndində 0,50 ha torpaq sahəsi və 3 mərtəbəli ev Qadir Abıyevin adına özəlləşdirilib. 33. Bakı-Astara magistral yolunun kənarında meşə zolağına bitişik 2 ha torpaq sahəsi qeyri-qanuni olaraq Abıyev Qadir Mikayıl oğlunun istifadəsindədir. 34. Bakı-Astara magistral yolunun Təzə Alvadı kəndində, meşə zolağında qanunsuz olaraq tikilmiş "Görüş” restoranı Əhəd Abıyevin kürəkəni Cəfər Gözəlovun adına özəlləşdirilib. 35. Dəniz kənarında yerləşən və Çaxırlı kəndinə məxsus olan geniş torpaq sahələri və ferma binaları qanunsuz olaraq Abıyevlərin mülkiyyətinə keçirilib. 36. Abıyev Nadir Mikayıl oğlu Rayon Torpaq şöbəsinin müdiri işlədiyi vaxt Qızılağac kəndində yerləşən Südçülük Kompleksini ərazisi ilə birlikdə qanunsuz şəkildə satıb. 37. "Xan Çinar" bazarı ilə üzbəüz tikilən Abıyevlərə məxsus bazar, Əhəd Abıyevin əmisi oğlu Alışov Nizami İsgəndər oğlunun adına sənədləşdirilib. Qohumluqlar: 🔸Qardaşı Zəfər Abıyev DİN Baş Narkotiklərlə Mübarizə İdarəsində şöbə müdirinin müavinidir. 🔸Qardaşı oğlu Nəriman İbrahim oğlu Abıyev Sumqayıt Şəhər Məhkəməsinin hakimidir. 🔸Qardaşı Qadir Abıyev Astara Gömrük Məntəqəsinin əməkdaşıdır. 🔸Qardaşı Nadir Abıyev isə uzun müddət Masallı rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. 🔸Qardaşı oğlu Heydər Abıyev DTX-nın Quba rayon şöbəsinin rəisi olub. O həm də sabiq nəqliyat naziri Ziya Məmmədovun bacısının kürəkənidir. 🔸Kiçik qardaşı Səməd Abıyev “Telekom”un rəisidir. 🔸Qardaşı oğlu Abıyev Kamal İsrafil oğlu Dövlət Yol Polisində məsul vəzifədə çalışır

15 il parlamentin deputatı, 12 il Daşkəsənin icrabaşı olmuş Əhəd Abıyevin əmlakının siyahısı: Mənzilləri: ▪️Daşkəsən rayonu 20 YANVAR, ev 8 ünvanında mənzil, ▪️Nəsimi rayonu, S.Vurğun küç. ev 58 ünvanında mənzil, ▪️Nərimanov rayonu M. Qaşqay, ev 102 ünvanında mənzil, ▪️Nərimanov rayonu, M. Qaşqay küç. 100 ünvanında yerləşən 20 sota yaxın torpaqda inşa etdirdiyi 4 mərtəbəli villası, ▪️Milyonerlər. məhəlləsi kimi tanınan Teymur Əliyev küçəsində villası ▪️Gəncədə, Göygöldə mənzilləri, bağ evləri, ▪️Badamdarda 3 ədəd villası, ▪️Qaradağ rayonu, Novxanı qəsəbəsində milyonlarla manat qiyməti olan bağ evi, ▪️Qaxda, Nabranda, Xaçmazda, Qubada istirahət mərkəzləri, otellər. Obyekt və Əmlakları: 1. Masallı şəhərində keçmiş "Raykopittifaq”a məxsus 2 mərtəbəli bina 0,23 ha ərazisi ilə birlikdə 27.02. 2004-cü il tarixdə Əhəd Abıyevin qardaşı Abıyev Səməd Mikayıl oğlunun adına özəlləşdirilmiş və əvvəllər DSMF Masallı rayon şöbəsinə icarəyə verilib. 2. Masallı şəhər Həmid Sultanov küçəsində köhnə YDM və dəyirman 0,50 ha torpaq sahəsi ilə birlikdə 28.06.2004-cü il tarixdə Ə.Abıyevin qardaşı Qadir Abıyevin adına özəlləşdirilib və əvvəllər "Azər-Altay qardaşları” daş bazarı kimi fəaliyyət göstərib. 3. Masallı şəhərində yerləşən Köhnə "Aqrokombinat”ın 3 mərtəbəli binası 0,33 ha torpaq sahəsi ilə birlikdə Ə.Abıyevin qardaşı Nadir Abıyev adına özəlləşdirilib. Həmin binada Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı şöbəsinin yerləşməsinə və həmin vaxt Nadir Abıyevin Torpaq şöbəsinin müdiri olmasına baxmayaraq, bu bina dəyərindən çox-çox aşağı qiymətə özəlləşdirilib və şöbənin işçiləri bu binadan çıxarılıb. 4. İstisu zonasında yerləşən keçmiş "Mətləbbulağı” (indiki adı "İslam bulağı”) istirahət mərkəzi əvvəlki sahibindən qanunsuz və təzyiq yolu ilə alınaraq Abıyevlərin mülkiyyətinə keçirilib. 5. İstisu zonasında 10 ha ərazidə yerləşən "Turkan” sağlamlıq mərkəzi əvvəlki sahibi Adəm Nüsrətovdan qanunsuz və təzyiq yolu ilə alınaraq Abıyevlərin mülkiyyətinə keçirilib. 6. Masallı şəhərində 0,20 ha torpaq sahəsi 22.12.2005-ci il tarixdə Səməd Abıyevin qaynı Tağıyev Mirinin adına sənədləşdirilib. 7. Masallı şəhərində köhnə cörək kombinatı 0.70 ha torpaq sahəsi ilə birlikdə Ə.Abıyevin yaxınlarından sayılan Piriyev Məmmədbağırın adına özəlləşdirilib, sonradan həmin yer Ə.Abıyevin ən yaxın adamı olan 70 saylı Masallı şəhər seçki dairəsinin əvvəlki sədri Elxan Məmmədovun adına sənədləşdirilib. 8. Masallı şəhərində 0,60 ha torpaq sahəsi 05.12. 2005-ci il tarixdə Abıyev Nadirin yaxın qohumu Eyvazov Fərhad Saleh oğlunun adına sənədləşdirilib. 9. Masallı şəhəri Talışxanov prospektində 0,10 ha torpaq sahəsi Abıyev Nadir Mikayıl oğlunun adına sənədləşdirilib. 10. Masallı şəhərində 320 kvm-lik dükan yeri Nadir Abıyevin kürəkəni Nadirov Manaf Abı oğlunun adına 25.03. 2002-ci il tarixdə sənədləşdirilib. 11. Masallı şəhərində 130 kvm-lik dükan yeri 10.10. 2002-ci il tarixdə Nadir Abıyevin oğlu Abıyev Siyab Nadir oğlunun adına sənədləşdirilib. 12. Masallı şəhəri "Xan Çinarı” bazarının arxasında yerləşən 3,15 ha torpaq sahəsi 04.03. 2005-ci il tarixdə Nadir Abıyevin adına sənədləşdirilib. 13. Masallı şəhərində yerləşən univermaq binası 0.19 ha ərazisi ilə birlikdə, Səməd Abıyev "Raypoittifaq”ın müdiri işləyərkən orada mühasibi işləmiş Abıyevlərin yaxın adamlarından olan Məmmədov Əhməd Məmmədağa oğlunun adına 12.02.2007-ci il tarixdə dəyərindən çox aşağı qiymətə özəlləşdirilib. 14. Bala Təklə kəndi ərazisində 6 ha torpaq sahəsi 15.05. 2006-cı il tarixdə Əhəd Abıyevin qardaşı oğlu, Dövlət Yol Polisində məsul vəzifədə çalışan Abıyev Kamal İsrafil oğlunun adına sənədləşdirilib. Sonradan bu torpaq sahəsi Masallının İstisu ərazisində yerləşən "İslam bulağı” istirahət mərkəzinin yerləşdiyi ərazi ilə qeyri-qanuni dəyişdirilib. 15. Masallı şəhərində 0,34 ha torpaq sahəsi və 150 kv.m dükan yeri Əhəd Abıyevin əmisi nəvəsi Alışov Xalid Nizami oğlunun adına sənədləşdirilib. 16. Masallı şəhərində 144 kv.m dükan yeri 02.12. 2003-cü il tarixdə Əhəd Abıyevin əmisi oğlu Alışov Nizami İsgəndər oğlunun adına sənədləşdirilib. 17.

12 ildir Daşkəsənin icrabaşı olan 65 yaşlı Əhəd Abıyev vəzifəsindən azad edildi.

REAL Partiyasının Ədliyyə Nazirliyinə təqdim etdiyi 5100 nəfərlik üzv məlumatlarının yalnız 463 nəfəri keçərli sayılıb. Partiya 1 ay ərzində 5000 nəfər üzvü təqdim edə bilməsə, buraxılacaq.

Daha bir İkinci Qarabağ müharibəsi qazisi, Gədəbəyin Mormor kənd sakini Nəbi Azad oğlu Məmmədov (Gədəbəyli Nəbi kimi tanınır)
Daha bir İkinci Qarabağ müharibəsi qazisi, Gədəbəyin Mormor kənd sakini Nəbi Azad oğlu Məmmədov (Gədəbəyli Nəbi kimi tanınır) özünü yandıraraq intihara cəhd edib. O, dəfələrlə Gədəbəy icra başçısının görüşündə olduğunu, ondan iş istədiyini, onun isə bu xahişlərə məhəl qoymadığını, ona görə də bu addımı atdığını bildirir. Hazırda ağır vəziyyətdə xəstəxanadadır, deyir heç kim mənə baxmır, maraqlanmır: "Axşama qədər bu ağrı kəsməsə özümü asacam".

Müstəqillik dövründə 6 dəfə, ümumilikdə 7 dəfə ard-arda millət vəkili təyin olunan 35 illik deputat Madər Musayev 75 yaşında deputatlıq kreslosunda vəfat etdi. "Şöhrət və Şərəf" ordenli biznesmen deputat, Bakının Binəqədi rayonunda "Obyektlər kralı" hesab olunurdu.

Gədəbəyin Söyüdlü kəndində qızıl istehsal edən şirkətin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Bu barədə Nazirlər Kabineti qərar verib.

İlham Əliyev tərəfindən “Tərəqqi” medalıyla təltif olunan, Ali Attestasiya Komissiyasının İqtisad elmləri üzrə Ekspert Şurasının üzvü – elmi katib Şəfa Əliyev cinayət məsuliyyətinə cəlb olunub. 64 yaşlı professor, müxtəlif şəxslərə yüzminlərlə vəsait pul müqabilində elmi adların və dərəcələrin verilməsində ittiham olunaraq ev dustaqlığına cəlb edilib. Günahsızlar isə şərlənərək illərlə həbsxanalarda yatırlar.

İlham Əliyevin dünənki Gədəbəylə bağlı son açıqlamasını sosial şəbəkədə şərh yazaraq tənqid elədiyi üçün ictimai fəal Lətif Məmmədov prezidentin ləyaqətli qaramaskalı polisləri tərəfindən oğurlanıb. Dünəndən bəri ondan xəbər yoxdur. Hardadır, hansı şəraitdədir, bilinmir. Rəsmi məlumat da verilmir.

İlham Əliyevin 1 ay sonra Gədəbəy hadisəsinə sitatlarla reaksiyası: - Ekologiya və Təbii Sərvətlər Nazirliyi səhlənkarlıq və nəzarətsizlik edib. - İnsanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar. - Sakinlərin bəziləri ədəbsiz hərəkətlər edərək polisə daş atıblar. - Polisə daş atan utanmalıdır - öz ailə üzvləri qabağında, ictimaiyyət qabağında. - Azərbaycan polisi dözümlülük göstərib. - Daxili Qoşunlarımız Qarabağda şəhid verib. İndi kimsə gəlib, polisə ləkə vurur. Mən buna imkan verməyəcəyəm, bunu hər kəs bilsin. - Şirkət təbiətimizi məhv edib, insanların örüş, otlaq sahələrini zəbt edib, heç kimdən icazə almadan ikinci tullantı gölü qurur. - Orada təbiətə, insanların sağlamlığına zərrə qədər təhlükə varsa, o fəaliyyət dayandırılmalıdır. - Nazirlər Kabineti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi işi malalamaqla məşğuldur. - Bir həftə vaxt verirəm, həm mənə, həm ictimaiyyətə məlumat verilməlidir və məsələ araşdırılmalıdır.

DSX-nin daha bir əsgəri Əliyev Cahid Müşfiq oğlunun silahdan açılan atəş nəticəsində öldüyü bildirilir. Hadisənin necə, hansı səbəbdən baş verdiyi məlum deyil. Dünən də başqa bir DSX hərbçisi Naxçıvanda özünü vuraraq öldürmüşdü.

DSX-nın hərbçisi, Bakının Nərimanov rayonu, 2001-ci il təvəllüd əsgər Bəkiyev Kənan Seymur oğlunun odlu silahdan atəş açmaqla özünü öldürdüyü bildirilir. Bu, son aylarda DSX-da beşinci naməlum ölüm hadisəsidir.

İkinci Qarabağ müharibəsi döyüşçüsü Ceyhun Mübariz oğlu Zeynalov 2 gün öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşı
İkinci Qarabağ müharibəsi döyüşçüsü Ceyhun Mübariz oğlu Zeynalov 2 gün öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında aksiya keçirib ki, dəfələrlə müraciət etsə də, ona əlillik dərəcəsi təyin edilmir. O əsnada polislə mübahisə edib, polislər qazini saxlayıblar, 20 sutka həbs cəzası veriblər. DİN deyir ki, kobud hərəkətlərə yol verdiyi üçün cəzalandırmırşıq. Qazinin anası ağlaya-ağlaya deyir ki, uşağım xəstədir: "Onsuzda pis gündədir, başı çatlayır. Deyir ki, ana, mənim dərmanlarımı gətir. Belə dövlət, belə qanun olar? Yalvarıram, uşağıma kömək edin".

Müxalif və siyasi fəalların məhkəmə işlərinə çıxan, tanınmış vəkil Elçin Sadıqovun vəkillik lisenziyası əlindən alındı.

#Gədəbəy #Söyüdlü'də vətəndaşın üzünə qaz sıxan və zorakılıq edən polislərlə bağlı bildiniz də nə etdilər? Rəsmi məlumat veriblər ki, gələcəkdə bu kimi halların təkrarlanmaması üçün onlarla sadəcə profilaktik söhbət aparıblar.

Deməli Azərbaycanda siyasi partiyalarla bağlı yeni qanun qəbul olunandan sonra partiyalar özlərini buraxır. Hətta iş o yerə çatır ki, partiyalardan birinin sədrinin özünün belə xəbəri olmur partiyasının bağlanmağından, jurnalistlərdən öyrənib. Bu gün daha bir partiya özünü buraxdığını açıqlayıb. Partiya sədri 1 ay qabaq dələduzluqla həbs edilmişdi. İndi özünü ev dustaqlığına buraxıblar, partiyasını da bağlaylblar. Qanundan sonra 31 partiya bağlanıb, yerdə qaldı 29.

#Gədəbəy'in #Söyüdlü kəndindəki hadisələrdə adı hallanan sabiq deputat, işadamı Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçildi. O, Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Onu 5 ildən 10 ilədək həbs cəzası gözləyir.

Keçmiş deputat Nazim Bəydəmirlinin #Gədəbəy'in #Söyüdlü kəndindəki aksiyaya görə "Bandotdel" əməkdaşları tərəfindən saxlanıldığı deyilir. Bu barədə vəkil Aqil Layıc məlumat yayaraq sabiq deputatın şübhəli şəxs qismində saxlanıldığını qeyd edib.

SOCAR "Qalatasaray" futbol klubunun forma sponsoru oldu. Neft şirkətinin bunun qarşılığında kluba illik 5 milyon avro vəsait ödəyəcəyi bildirilir.

Anti-Korrupsiya İdarəsinin əməkdaşları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz, Laçın və Cəlilabad şöbələrində əməliyyat keçirib, saxlanılanların olduğu deyilir. Hərbi xidmətə yararsız olmaya dair saxta tibbi rəy verən Sabunçu xəstəxanasının həkimi İlqar Qaracayev isə həbs olunub.