ar
Feedback
Hebib Müntezir

Hebib Müntezir

الذهاب إلى القناة على Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

إظهار المزيد
أذربيجان410الفئة غير محددة

📈 نظرة تحليلية على قناة تيليجرام Hebib Müntezir

تُعد قناة Hebib Müntezir (@hebmun) في القطاع اللغوي الأذربيجانية لاعباً نشطاً. يضم المجتمع حالياً 16 874 مشتركاً، محتلاً المرتبة في فئة اخرى والمرتبة 410 في منطقة أذربيجان.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 16 874 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 02 ديسمبر, 2024، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار 0، وفي آخر 24 ساعة بمقدار 0، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 0‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً N/A‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 0 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 0 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 0.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 03 ديسمبر, 2024) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة اخرى.

16 874
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام
أرشيف المشاركات
Rəsmi Bakı daha 5 erməni hərbi əsiri Yerevana təhvil verməyə hazırlaşır. Artıq hərbi təyyarənin yola düşdüyü bildirilir.

Ölkədə internetə cavabdeh olan nazirliyin adı 5 dəfə, naziri 3 dəfə dəyişsə də qiyməti baha, keyfiyyəti isə aşağıdır. Son statistikaya görə Azərbaycanda internetin sürəti yenə azalıb; Azərbaycan 181 ölkə arasında 3 pillə geriləyərək 127-ci yerə düşüb. Bu arada onu da qeyd edim ki, Azərbaycanda internetin qiyməti qonşu ölkələrdən dəfələrlə bahadır.

Erməni mənbələri Qafan şəhərinin yaxınlığında yerləşən Ağdağ (Pela) zirvəsinin Azərbaycan Ordusunun nəzarətinə keçdiyini bildirir. Bununla Azərbaycan Ordusu Qafanın bir neçə erməni kəndi və Qafan şəhərinə bir-başa vizual nəzarət edə biləcək. İnzibati ərazi bölgüsünə görə bu strateji yüksəklik Zəngilan rayonunun ərazisinə aiddir.

Büdcəni talayanların biznesmen adlandırıldığı Azərbaycanda pərakəndə ticarətdə böyük mağazalar şəbəkəsinə malik olan “Bravo”nun sahibi olan “Azərbaycan Supermarket” MMC-nin səhmdarlarının adları məlum olub. Belə ki, 25% iştirak payı “İdeal Biznes Ko” MMC-yə, 25% iştirak payı “Yevro Standart” MMC-yə, 50% iştirak payı isə Mir Calal Paşayevə məxsusdur. O, vitse-prezident Mehriban Əliyevanın əmisi oğludur. “İdeal Biznes Ko” və “Yevro Standart” MMC-lər isə Leyla Əliyevanın nəzarətində olan şirkətlərdir.

Azərbaycanda media islahatı çərçivəsində hakimiyyət öz mədhbuatına diqtə edib ki, xəbər başlıqlarında "qiymət artımı", "bahalaşma" sözü istifadə edilməməlidir, "qiymət DƏYİŞDİRİLMƏSİ" yaxud "tənzimlənməsi" sözü yazılmalıdır. Əli Həsənova rəhmət oxutdururlar.

İlham Əliyev Nazirlər Kabinetinə 2022-ci il üçün əhalinin əməkhaqı, pensiyası, sosial müavinəti, təqaüd və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsini tapşırıb. Bahalaşmanı bir gecənin içində edirlər amma maaş və pensiyaları artırmağa gələndə il dəyişməlidir.

Tarif Şurası işıq və qazın qiymətinin 30% artırılmasının səbəblərini sadalayıb. Onlardan biri budur ki, Azərbaycanda qiymətlər əksər region və Avropa ölkələri ilə müqayisədə ucuzdur. Bildirilib ki, bahalaşma alternativ enerji istehsalçıları üçün əlverişli imkanlar yaradacaq.🤦‍♂️

Bahalaşma sırası kommunala da çatdı. Tarif Şurası əhali üçün qazın və işığın qiymətini qaldırdı. Belə ki, əhalinin illik istehlakının 1200 m3 -dək olan hissəsi üçün qazın tarifləri 10 qəpikdən 12 qəpiyə artırıldı. İşığın qiyməti isə 7 qəpikdən 13 qəpiyə qədər artırıldı.

Rəsmi məlumata görə Azərbaycanda ərzaq malları, içki, tütün məmulatları 1 il ərzində 10.4%, qida məhsulları isə 10.5% bahalaşıb. Son 1 ayda ən çox bahalaşan məhsullar isə bunlardır: Tərəvəz 13.5%, Yumurta 7.3%. Görəsən qeyri-rəsmi qiymət artımı nə qədərdir? Siz bazarlıq edərkən artımı hiss edirsinizmi?

İlham Əliyev: “Ermənistan, təqribən, 30 il müddətində İranla əlbir olaraq Azərbaycanın keçmiş işğal altında olan ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib. Ermənistan işğaldan əvvəl Şuşa şəhərində olan 17 məsciddən 16-nı dağıdıb. Yalnız 1 məscid “tolerantlıq” nümunəsi kimi saxlanılıb və İrandan olan “mütəxəssislər”in vasitəçiliyi ilə onu İran məscidi kimi təqdim etməyə cəhd göstərilib. İşğal edilmiş ərazilərdəki evlər sökülüb, daşları Ermənistan və İranda satılıb. İşğal dövrü ərzində 60 min hektar meşə sahəsi qırılıb, Ermənistan və İrana satılıb”.

Azərbaycan Ordusunun giziri, Məmmədov Namin Ruslan oğlunun intihar etdiyi deyilir. Gizir ikinci Qarabağ müharibəsi iştirakçısı idi, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdi. İntihar hadisəsi qeyri-hərbi şəraitdə baş verdiyi bildirilir. Rəsmi məlumat isə yoxdur.

Erməni rəsmi mənbələri bildirir ki, hazırda cəbhədə hər hansı hərbi əməliyyat yoxdur. Atışma isə dayandırılıb.

Qondarma rejimin Müdafiə Nazirliyi: "Artsaxın şərqində yerləşən özünümüdafiə ordusunun hərbi bazasına atəş açılıb, nəticədə 6 hərbçi yaralanıb. Hadisə Rusiya sülhməramlı komandanlığına bildirilib. Biz atəşkəsə əməl edirik və Azərbaycan tərəfini sabitliyi pozan hərəkətlərdən çəkinməyə çağırırıq”.

Azərbaycan Müdafiə Nazirliyi: "Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri arasında atışma baş verib. Əvvəlcə qarşı tərəfin bir neçə sərxoş silahlısı digər yoldaşları ilə əlbəyaxa çıxıb. Sonra onların olduqları yerdə partlayış müşahidə edilib. İlkin ehtimala görə atışma nəticəsində qarşı tərəfdən ölən və yaralananlar var. Bildiririk ki, baş vermiş hadisəyə Azərbaycan Ordusunun heç bir aidiyyəti yoxdur".

Ermənistan ombudsmanı Arman Tatoyan Xocavənd rayonu Yenikənd (Nor Şen) istiqamətində 6 erməni əsgərin yaralandığını, onlardan ikisinin vəziyyətinin ağır olduğunu təsdiq etdi. O bildirir ki, şiddətli atışmalar davam edir. Döyüşlərin Əsgəran qalası yaxınlığındakı postlar istiqamətində getdiyi iddia olunur.

Erməni mənbələri iddia edirlər ki, Xocalı rayonu Harov kəndi istiqamətindəki mövqelərdə atəşkəs pozulub. PUA-lar barədə məlumat yoxdur. Digər bir mənbə isə Xocavənd istiqamətində 3 erməni əsgərinin öldüyü, 6 əsgərin yaralandığını iddia edir. Rəsmi mənbə isə yoxdur.

Rus sülhməramlıların yerləşdiyi ərazilərdə mövcud olan erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində A
Rus sülhməramlıların yerləşdiyi ərazilərdə mövcud olan erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbiçisi, Goranboyun Borsulu kənd sakini, 2002-ci il təvəllüdlü əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid olub. Hərbçi evin tək oğlu olub.

İlham Əliyev "Pandora Sənədləri"nə cavab verib: "Bu sənədlər son müharibədəki qələbəyə görə bizə qarşı qarayaxma kanpaniyasıdır. Mən prezident olmadan əvvəl sahibkar olmuşam, bizneslə məşğul olmuşam. Prezident olduqdan sonra mən biznesdə birbaşa iştirakımı dayandırdım və biznesi öz ailəmə, uşaqlarıma ötürdüm. Onlar isə səylər göstərib biznesi davam etdirirlər. Onların əsasən Azərbaycanda sərmayələri var. Onların Azərbaycandan kənarda sərmayələri var. Onların bütün biznes fəaliyyəti şəffafdır və beynəlxalq səviyyədə auditdən keçir və heç kəs burada bir şeyin səhv olması iddiası ilə çıxış edə bilməz. Azərbaycanda sirr deyil ki, mənim qohumlarım və ailə üzvlərim biznesdə, xeyriyyəçilikdə və hazırda Qarabağda aparılan bir çox işlərdə iştirak edirlər. Biz Azərbaycanda çox işlər görürük. Əlbəttə ki, bunlar Qərbdə bəzi insanların xoşuna gəlmir".

Azərbaycan hakimiyyəti tərəfindən Qarabağdakı ermənilərin Azərbaycana inteqrasiyası ilə əlaqədar dövlət proqramı hazırlanıb. İlham Əliyevin yaxın gələcəkdə bununla əlaqədar sərəncam imzalayacağı gözlənilir. Sərəncama əsasən hər iki xalqın bölgədə dinc şəkildə birgəyaşayışı nəzərdə tutulub. Bu barədə deputat Zahid Oruc "Azadlıq Radiosu"na danışıb.

Milli Məclisin bu gün keçirilən iclasında “Müstəqillik Günü haqqında” qanun layihəsi qəbul olunub. Qanun layihəsinə əsasən, mayın 28-i Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, oktyabrın 18-i Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilir.