ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

Mahammad Emin

Mahammad Emin

الذهاب إلى القناة على Telegram

IELTS Trainer | English Teacher IELTS 8.5 | Writing 8.0 Cambridge CELTA (Pass B) 10+ years' experience Founder of TIME ACADEMY instagram: mahammad.emin

إظهار المزيد
1 299
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
-1030 أيام
أرشيف المشاركات

📣 Apellyasiyanın cavabları çıxdı: https://www.instagram.com/p/DdgqWN-Db9n
📣 Apellyasiyanın cavabları çıxdı: https://www.instagram.com/p/DdgqWN-Db9n

Xüsusən Speaking dərslərində tələbələrin diqqətinin dərsdə olmasını təmin etmək üçün edilə biləcək şeylərdən biri sualları tə
Xüsusən Speaking dərslərində tələbələrin diqqətinin dərsdə olmasını təmin etmək üçün edilə biləcək şeylərdən biri sualları tələbələrə müəyyən ardıcıllıqla yox, təxmin edilə bilməyəcək ardıcıllıqla verməkdir. Tələbələr, əks halda, yalnız növbələrinin gəlməsini gözləyib yalnız həmin anda diqqət toplamağa meyilli olurlar. Sualların gözlənilməz ardıcıllıqla verilməsi onların dərs boyu diqqətdə qalmasına, həm müəllimi, həm də digər tələbələri daha aktiv şəkildə dinləməsinə kömək edir.

Yeni söz öyrədəndə öncə sözü deyirik, sonra yazırıq (lövhəyə). Çünki, əksini etdikdə, tələbə sözü görən kimi tələffüzü təxmin edir və "beynində səsləndirir". Bu təxmin adətən yanlış olur və yadda qalır. Məsələn, lövhəyə "practice" yazan kimi beyinlərdə [prəktays] səslənir və qalır; düzəldilməsi çətin olur, vaxt və enerji alır. Bu fenomeni nəzərə alsaq, yeni sözlər öyrənməkçün dinləmə (listening) oxudan (reading) daha yaxşıdır.

TIME ACADEMY də marafondaydı 💙 Ətraflı 👉 "Instagram stories" 👀

In English we don't congratulate people on holidays, we simply say: "Happy New Year!" "Happy Ramadan!" We congratulate people on their achievements and accomplishments: "Congratulations on your new job!" "Congratulations on your IELTS result!" Happy Nowruz! 🔥

IELTS imtahan otağı ziyarəti | part 2: https://www.instagram.com/reel/DV3q7PDjczw
IELTS imtahan otağı ziyarəti | part 2: https://www.instagram.com/reel/DV3q7PDjczw

Dəyərli xanımlar, bayramınız mübarək! 💐 Qadınlar və kişilər arasındakı münasibətlərin gərgin olduğu bu dövrdə gəlin biri-bir
Dəyərli xanımlar, bayramınız mübarək! 💐 Qadınlar və kişilər arasındakı münasibətlərin gərgin olduğu bu dövrdə gəlin biri-birimizin fərqliliklərini qəbul edib hörmətlə, mümkünsə sevgiylə yanaşaq. Bizi qütbləşdirən aqressiv fikirlərin güclənib yayılmasına imkan verməyək. Bir-birimizi rəqib kimi yox, tamamlayan tərəf kimi görsək, həm münasibətlərimiz, həm də cəmiyyətimiz daha sağlam olar. Gözəlliyiniz, gücünüz və zərifliyinizlə yaxşı ki, varsınız.

Bizə IELTS üçün müraciət edən tələbələrin təxminən yarısı instaqram səhifəmizdəki yüksək nəticələri əsas səbəb kimi göstərir. Baxmayaraq ki, bu bizə sərf edir, düşünürəm ki, yüksək nəticələr kurs seçimində əsas kriteriya olmamalıdır. Bizlə 8.0 yığan tələbə bəlkə başqa kursda hazırlaşsa, 8.5 alacaqdı? Bir dəfə 4 nəfərdən ibarət pre-intermediate qrup götürmüşdüm, 5.5 lazım idi. Sonda 4-ü də 5.5 topladı. Mənim onillik təcrübəmdə bəlkə də ən uğurlu qrupum o idi, amma instaqramda bu heç də uğur kimi görsənməyəcəkdi. Tələbələr arasında nəticələrin əsas kriteriya olması həm də müəllim və kursları ancaq güclü tələbə götürməyə motivasiya edir. Bu da daha aşağı dil səviyyəsində olan tələbələrin diqqətdən kənarda qalması deməkdir. Bəs nəyə əsasən seçim edək? Mən hazırda IELTS kursu axtarsaydım, aşağıdakı göstəricilərə baxardım: • Mənə dərs deyəcək müəllimin müəllimlik kvalifikasiyaları • Mənə dərs deyəcək müəllimin IELTS nəticəsi • Tələbələrin rəyləri • Verilən vədlərin reallığı, dürüstlük • Peşəkar fərdi feedback Bəs siz ən çox nəyə diqqət edirsiniz?

📣 Paper-based IELTS imtahanı Azərbaycanda ləğv olundu. 💻 Artıq imtahanı ancaq kompüter üzərindən vermək mümkün olacaq. ✍️ İnstaqram səhifəmdə computer-delievered IELTS imtahanı barədə video və ətraflı məlumat paylaşmışam: https://www.instagram.com/reel/DUTXPfliJOt

Öz dilini zəif bilmək digər dilləri yaxşı öyrənməyə ciddi maneədir.

Dil öyrənərkən edilən az bilinən səhvlərdən biri danışıq sürəti ilə bağlıdır. Başqa bir dildə danışarkən insan adətən, təbii olaraq, özgüvən əskikliyi yaşayır və düşünür ki, yavaş danışsa, pauzalar versə, bu dili zəif bildiyi ortaya çıxacaq. Bu əksərən biz bilmədən, şüuraltı baş verir. Anlamalıyıq ki, həddindən çox olmamaq şərtilə, düşünərək danışmaq, pauzalar vermək normaldır. Bunları ana dilində danışanda hamımız edirik. Ona görə də, şüurlu şəkildə yavaşlamalı, öz təbii sürətimizdə danışmalıyıq. Belə olduqda, düşünməyə daha çox vaxtımız olar və səhvlərin sayı azalar. Bu mövzuda fərqindəlik qazanmaq üçün, həm öz dilimizdə, həm də öyrənilən dildə bir neçə dəqiqə danışıb, səsimizi yazmaq, daha sonra sürətləri müqayisə etmək faydalı olar.

✍️ İngilis dili bacarıqlarını inkişaf etdirmək üçün edə biləcəyiniz ən yaxşı şeylərdən biri doğru şəkildə söz öyrənməkdir. 🏃‍♂️ Noyabrın 30-da başladığımız bu marafonda IELTS materiallarında da tez-tez qarşımıza çıxan 60 söz öyrənmişdik. Rəy bölməsində paylaşacağım PDF-də xüsusilə seçdiyim daha 20 faydalı söz öyrənəcəyik ⬇️ ▪️Premium kanalda bu mətndən 50 belə söz öyrənmişik.