KİTABXANA
الذهاب إلى القناة على Telegram
DİNİ KİTABLAR Azərbaycan dilində dini kitabların PDF faylını mütaliə üçün bu kanaldan yükləyə bilərsiniz. Nəzər və təkliflərinizi telegramda +989902370737 nömrəsinə yazın Telegram kanallarımız: _____________________ Rəsmi saytımız: http://almahdi.az
إظهار المزيد2 871
المشتركون
لا توجد بيانات24 ساعات
+97 أيام
+1030 أيام
أرشيف المشاركات
2 871
🔴MƏSUM İMAMLARIN (Ə) HIYATI
BİRİNCİ İMAM HƏZƏT ƏLİ (Ə)
Həzrət Əli (əleyhissəlam) «Amul-fil»-in (fil ilinin) otuzuncu ilində (hicrətdən
iyirmi üç il əvvəl) rəcəb ayının on üçü Kəbə evində dünyaya göz açmışdır.
1 Atası
Əbutalib2
anası Fatimə Əsəd qızı olmuşdur. Hicrətin qırxıncı ili ramazan ayının
iyirmi birində Kufə şəhərində şəhadətə qovuşmuşdur. Müqəddəs məzarı Nəcəf
şəhərindədir.
_________________
https://t.me/dini_kitablar
http://www.almahdi.az
http://www.rizvan.az 🔴
2 871
Kitabın say nömrəsi: 251
Kitabınadı: "ŞÜBHƏLƏRİN KƏŞFİ"
Müəllif: Dc.Seyyid Casim Musəvi.
Səhifəsinin sayı:395
2 871
🔴"ŞÜBHƏLƏRİN KƏŞFİ"
Bu kitabı tərcümə etməkdə məqsədimiz insanlara sələfilərin (vəhhabilərin) ən tərifli münazirə və rəddiyyə ustadlarından birinin yalan və böhtanlarını insanlara göstərmək və bu əqidə daşıyıcılarından mümkün qədər ehtiyatlı olmalarını təbliğ etməkdir. Bu kimi şəxslər müsəlmanları azdırıb öz sıralarına daxil etməkdən ötrü hər cür yalan danışmağa və manipulyasiya etməyə hazırdırlar.
İhsan İlahi Zahir öz yalanları ilə təəssüf ki, minlərlə şiə və müxtəlif məzhəb nümayəndələrini sələfiliyə dəvət edə bilir. Əlinizdəki kitabda onun saysız-hesabsız yalanları ilə, təhrifləri ilə tanış olacaqsınız.
1987-ci ilin 23 Mart tarixində Lahor şəhərində xütbə zamanı bomba hücumu nəticəsində ağır yaralanır. Səudiyyə Kralı Fəhd ibn Əbdüləzizin göstərişi ilə Riyad şəhərindəki Feysəl Hərbi Hospitalına köçürülsə də, həyatını xilas edə bilmirlər. Cənazə namazını Şeyx ibn Baz qılmış və Bəqi qəbirstanlığında dəfn edilmişdir......
https://t.me/dini_kitablar
http://www.rizvan.az
2 871
Kitabın say nömrəsi: 250
Kitabın adı:"AŞURA DƏRSLƏRİ 2-ci cild"
Müəllif: Seyid Əli Əkbər Ocaq Nejat
Səhifəsinin sayı: 567
2 871
🔴AŞURA DƏRSLƏRİ: 2-ci CİLD
1. Əyyamullahı (Allahın günlərini) xatırlayın Allah-taala Qurani-kərimdə Həzrət Peyğəmbərə (s) buyurur ki, əyyamullahı insanların yadına sal. Allah-taala Həzrət Peyğəmbərin (s) vasitəsilə bunu bizə xatırladır. Allah-taala
Quranda buyurur:
–Həqiqətən, Biz Musanı Öz nişanələrimizlə və möcüzələrimizlə göndərdik ki, öz qövmünü nadanlıq, itaətsizlik və küfr zülmətlərindən iman nuruna tərəf çıxart.Və Allahın
günlərini onların yadına sal ki, həqiqətən, bunda (xatırlat-mada) hər bir səbir və şükür edən insan üçün nişanələr vardır.
“Əyyamullah” nə deməkdir?
Buradan qarşıya belə bir sual çıxır. Görəsən, Allahın günləri dedikdə, nə nəzərdə tutulur? Həzrət Musa (ə) nəyi bizim yadımıza salmalıdır? “Əyyamullah”ı, yəni Allahın günlərini insanların yadına salmaq bütün peyğəmbərlərin vəzifəsidir. Məgər bütün günlər Allahın deyilmi? Məgər məkanların hamısı Allah deyilmi?.........
https://t.me/dini_kitablar
http://www.rizvan.az 🔴
2 871
Kitabın say nömrəsi: 249
Kitabın adı:"AŞURA DƏRSLƏRİ 1-ci cild"
Müəllif: Seyid Əli Əkbər Ocaq Nejat
Səhifəsinin sayı: 571
2 871
🔴AŞURA DƏRSLƏRİ:1-ci CİLD.
İmam Hüseyn(ə) Kərbəla hadisəsində və aşura günü bütün bəşəriyyətə və müsəlmanlara müəyyən dərslər öyrədir. O həzrətin öyrətdiyi dərsləri əziz möminlərin nəzərinə çatdırıram. Bu bəhsimizə başlamazdan öncə İslam Peyğəmbərinin(s) İmam Hüseyn(ə) barədə buyurduğu hədislərdən birini qeyd edib, şərhini nəzərinizə çatdırmaq istəyirəm. İslam dünyasında firqəsindən asılı olmayaraq İmam Hüseyn(ə) barədə yazılan hər hansı bir kitabda Həzrət Peyğəmbərin(s) buyurduğu bu hədisə rast gəlirik. Həmin hədis iki hissədən ibarətdir. Istərdim ki, hədisin hər iki hissəsini lazım olduğu qədər izah edək.Bu kəlam elə də qaranlıq bir kəlam və mətləb deyil. Lakin tam aydınlaşdırmaq üçün azacıq izaha ehtiyac duyulur. Bu hədisə çox yerlərdə rast gəlmək olar. Xüsusən məhərrəm ayında məscidlərdə, Hüseyniyyələrdə və İmam Hüseyn (ə)barədə yazılan kitablarda bunu müşahidə edirik.
Həzrət Peyğəmbər(s) buyurur: "Hüseyn məndəndir və mən də Hüseyndənəm. Hüseyni sevəni Allah da sevir"..........
https://t.me/dini_kitablar
http://www.rizvan.az 🔴
2 871
Repost from Virtual «Əl-Məhdi (əc)» Məscidi
Ətraflı məlumat üçün klik edin:
✅ https://almahdi.az/popular-articles/192-registration-2022.html
2 871
Kitabın say nömrəsi: 248
Kitabın adı:"QURANİ KƏRİMİN SÖZBƏSÖZ TƏRCÜMƏSİ"
Müəllif: ALLAH
Səhifəsinin sayı: 616
2 871
🔴Qurani-Kərim” İslam dininin müqəddəs və ən əsas kitabıdır. “Quran” Allahın mələyi vasitəsi ilə Hz. Məhəmmədə vəhy etdiyi ibrətamiz kəlmələrdir . 114 surəsi və 6236 ayədən ibarət olan “Qurani-Kərim”in ən uzun surəsi Bəqərə surəsi (286 ayə), ən qısa surəsi isə Kövsər surəsidir (3 ayə). Quranın ən uzun ayəsi Bəqərə surəsinin 282-ci ayəsidir.
Quranı digər səmavi kitablardan fərqləndirən əsas cəhət onun uzun zaman müddətində – 23 ilə hissə-hissə nazil olunmasıdır. Quran kəliməsinin mənası oxumaq, qiraət etmək deməkdir. “Qurani-Kərim və sözbəsöz tərcüməsi” kitabı hər bir mömin insan üçün əvəzolunmaz töhfədir.
https://t.me/dini_kitablar
http://www.rizvan.az 🔴
2 871
Kitabın say nömrəsi: 247
Kitabın adı:"XRİSTİANLIQ TARİX VƏ FƏLSƏFƏ"
Müəllif: ELMİ TƏDQİQAT
Səhifəsinin sayı: 171
2 871
🔴"XRİSTİANLIQ" tarix və fəlsəfə
Təqdim olunan kitab Xristianlığın birinci on əsrini əhatə edən fəlsəfə tarixi mövzusunda Azərbaycan dilində yazılmış ilk əsərdir. Burada Xristianlığın yaranması və inkişaf mərhələləri haqqında söhbət açılır, müxtəlif xristianyönlü dini-fəlsəfi cərəyanların dünyagöruşləri izah edilir, xristian mütəfəkkiirləri və onların fikirləri haqqında məlumat verilir. Kitab, ali məktəblərin fəlsəfə, ilahiyyat, kulturologiya və başqa humanitar fakultələrinin tələbələri, fəlsəfə üzrə mütəxəssislər və ümumiyyətlə dini fəlsəfə ilə maraqlanan, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
https://t.me/dini_kitablar
http://www.rizvan.az 🔴
