Samir Ramazanov
الذهاب إلى القناة على Telegram
2 116
المشتركون
-124 ساعات
-57 أيام
-930 أيام
أرشيف المشاركات
2 116
Dostlar salam!
Zəhmət olmasa qrupu botlarla doldurmayın! Nə vaxt girmirəm hər dəqiqə bot görürəm, elə şey olar? Adam bilmir yazdıqlarıvızı oxusun yoxsa bota baxsın 🤦♂️
Elə bil 21 Rave-ın telegram kanalı zaddı e 🤣🤣
@CrocodileGameAz_bot
@play_unobot
@combot
@deltagameazbot
@MusicSOBot
@SualCavabSoBot
@QuotLyBot
@PasterMusicBot
2 116
Dostlar salam 🫡
🇩🇪 Euro 2024 ilə bağlı məni Vuvuzela Media-ya spiker olaraq 1 aylıq dəvət ediblər ki, oturaq Avropa çempionatı haqqında danışaq 😎
Bu da Euro 2024 həsr olunmuş ilk verliş. Maralıdırsa girin baxın, komentlərdə fikirlərinizi bildirin ❤️
P.s. 70 nəfər var idi studiyada biri də demədi ki, saçını düzəldim 🤦♂️😂
https://youtu.be/OuEuiHWUJuU?si=-C5ROwJBqdLf0H3m
2 116
Maraqlı durum 📝
Hər həftə proyekt istəyən, yenilik istəyən kütlə niyə görə dəstək olmaq istəmir?
Məsələn. Ayda 2 podkast çıxır, maksimum 3 və hər ay 17 min nəfər 1 manat donate etsə yeni proyektlərin yaranmasına səbəb ola bilər. Mənim ən sevdiyim youtube kanalım var - Badcomedian. Rusiyalı kino tənqidçisi. Demək olar ki hər ay ona 30-50 manat arası donate göndərirdim və mənim kimi 1 milyona yaxın insan bunu hələ də edir. Belə qedişlə kanal dünya səviyyəsinə çatdı və hər buraxılışı az qala film kimi təqdim olunur. Onun izləyiciləri də nəisə tələb edəndə, o vaz keçə bilmir çünki donate hesabına kanal qalxdı. Bizdə bu mədəniyyət ancaq tik-tok-da valiklərin canlılarında işləyir nədənsə 🤷♂️
Bizə də yazırdılar donate hesabı açın dəstək olaq. Nəticədə isə 2 ay ərzində 26 nəfər donate göndərdi 😂😂😂
Sabahları isə biz bizonu, ya da topazı reklam etməyə başlasaq, komentlərdə daşlayacaqlar ki, səviyyəni qoruya bilmədilər 🤷♂️
Fonda gedən trek: Nelly - Dilemma!
2 116
Podkastda daha ətraflı danışdı bunun haqqında 🫡
Siz nə düşünürsüz bu battle haqqında?
2 116
RAMİZ RÖVŞƏN VƏ AZRAP 🤔
Çox hörmətli xalq şairimiz Ramiz Rövşən Apa Tv-yə verdiyi müsahibədə iddia edir ki, bizim ölkəyə rep janrını məhz o gətirmişdi. Lakin böyük şair olmasına baxmayaraq xırda bir detalı qaçırdıb 🤷♂️
6-8 ritminə uyğun olan və müəyyən bəhrdə yazılan şeiri qərb mədəniyyətinə xas olan musiqinin üstündən oxumaq rap sayılmır. Rap musiqisinin öz ritmi, flow-ları, kantaları və heca bölükləri var axı ay Ramiz müəllim 🥹
Ramiz müəllimi qınamaq kimi bir fikrim yoxdu, əksinə təşəkkür etmək istəyirəm ki, belə bir böyük şair bizim sevimdiyimiz rap musiqisinə təkan vermək üçün, yanlış olasa da, təşəbbüs göstərmişdi ❤️
