Sual Cavab və Faydalar📚📚📚
الذهاب إلى القناة على Telegram
▪️Fudeyl ibn İyad (rahiməhullah) dedi; "Gözəl Həyat, İslam (Quran) və Sünnətdir." 📌 Əlaqə: @Affan_12 📱Digər kanallarımız: https://t.me/Sorucevapvefaydalar https://t.me/islamNuru_1
إظهار المزيد9 834
المشتركون
-324 ساعات
-477 أيام
-22930 أيام
أرشيف المشاركات
💎 Şeyxulislam İbn Teymiyyə (rahiməhullah) buyurmuşdur:
Kim tövbə edər və peşman olarsa, atası Adəmə bənzəyər. Kim də günahında israr edər və qarşı çıxarsa, düşməni İblisə bənzəyər.
📚 Məcmul Fətava, 2/209.✈️ Sual Cavab və Faydalar
Ey iman gətirənlər! Allahı çox zikr edin! Səhər-axşam Onun şəninə təriflər deyin!
Ayə hansı surədə zikr olunur❔
💎 Səid ibn İsmayıl (رحمه الله) demişdir:
“Allahdan qorxmaq səni Allaha tərəf aparar. Təkəbbürlük və özünü bəyənmək səni Allahdan uzaqlaşdırar. İnsanları özündən kiçik görməyin isə müalicəsi olmayan böyük bir xəstəlikdir.”
📔 Şuəbul-İmən: 10/494.✈️ Sual Cavab və Faydalar
Hədisi tamamlayın❕
Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurdu: "…… yalnız dünya və axirətdə bədbəxt olan kimsədən alınar."
Cəhənnəm ildə iki dəfə nəfəs alır, bu ilin hansı günləridir❔
🕌 Kim sıxıntılarını insanlardan gizlədib yalnız Allaha təvəkkül edərsə, Allah onun bütün qayğılarında ona kifayət edər və onu razı salar…
✈️ Sual Cavab və Faydalar
Hədisi tamamlayın❕
Allah Rasulu 🩷 demişdir: “Əməlisaleh insanlar bir-birinin ardınca bu dünyadan köçəcəklər. Axıra isə arpa və ya xurma tullantısı qədər xeyirsiz adamlar qalacaqlar.……”
Ayəti tamamlayın❕
Kim Mərhəmətli Allahın zikrindən üz döndərsə, Biz ….. ona urcah edərik və o da ona yoldaş olar.
Dinimiz müjdə dinidir.
“Səbir edənləri müjdələ!”
📚 əl-Bəqərə, 155.
“İman gətirib saleh əməllər edənləri müjdələ!”
📚 əl-Bəqərə, 25.
“Yaxşılıq edənləri müjdələ!”
📚 əl-Həcc, 37.
“Müti olanları müjdələ!”
📚 əl-Həcc, 34.
“Qaranlıqlarda məscidlərə gedənləri Qiyamət günü tam bir nurla müjdələ!”
📚 Hədis.
“Bu ümməti ucalıq və şərəflə müjdələ!”
📚 Hədis.
▪️ Hara üz tutsan, orada bir müjdə var. Əlhəmdulilləh.✈️ Sual Cavab və Faydalar
Hədisi tamamlayın❕
Allah Elçisi ﷺ belə buyurmuşdur: “Uca Allahın dərgahında …… öz dostuna yaxşılıq edən kimsədir.”
🕰️ Vaxtınızı izah etməyə sərf etməyin, xüsusilə də cahillərlə. Çünki insanlar çox vaxt yalnız “eşitmək istədiklərini eşidərlər.”
📖 Abdullah ibn Abbas (Allah ondan razı olsun) demişdir:
“…Nə həlim (yumşaqxasiyyətli) insanla mübahisə et, nə də axmaqla. Çünki həlim insan səndən inciyər, axmaq isə sənə zərər verər.”
📚 İbn Əbi əd-Dunya.↪️Sual Cavab və Faydalar
▪️ Səni tərifləyənlər səni aldatmasın, səni qınayanlar da sənə zərər verməz. Uca Allah buyurur:
بَلِ ٱلۡإِنسَٰنُ عَلَىٰ نَفۡسِهِۦ بَصِيرَةٞ
Doğrusu, insan özü-özünə şahiddir! (Qiyamət, 14)
📚Böyük alim İbn Covzi | Saydul Xatir, səh. 220.🌐 Sual Cavab və Faydalar
🍀 təslim olmaq...
✍ İbn Təymiyyə رحمه الله demişdir:
“Müsibətin Allahdan olduğunu qəbul edib təslim olmağın, sənin üçün Allahı zikr etməyi unutduracaq nemətdən daha xeyirlidir.”
📖 Cə:mi'ul Məsə:il ; 9/387.✈️ Sual Cavab və Faydalar
