ar
Feedback
SALEH▪️NASIROV

SALEH▪️NASIROV

الذهاب إلى القناة على Telegram

🇦🇿 Sosial Məsələlər, Məsləhətlər və Təkliflər

إظهار المزيد

📈 نظرة تحليلية على قناة تيليجرام SALEH▪️NASIROV

تُعد قناة SALEH▪️NASIROV (@nasirovsaleh) في القطاع اللغوي الأذربيجانية لاعباً نشطاً. يضم المجتمع حالياً 34 735 مشتركاً، محتلاً المرتبة 7 273 في فئة الأخبار والوسائط والمرتبة 81 في منطقة أذربيجان.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 34 735 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 30 أغسطس, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار 7، وفي آخر 24 ساعة بمقدار 114، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 18.34‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 7.01‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 6 376 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 2 437 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 39.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
🇦🇿 Sosial Məsələlər, Məsləhətlər və Təkliflər

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 31 أغسطس, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة الأخبار والوسائط.

34 735
المشتركون
+11424 ساعات
+4697 أيام
+730 أيام
أرشيف المشاركات
Azyaşlı qıza təcavüz edən 64 yaşlı Mərdanı, görün kim İFŞA EDİB... - TƏFƏRRÜAT Ötən həftə Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən 64 yaşlı Mərdan Hüseynovun məhkəmə prosesi keçirilib, o, 17 il müddətinə azadlıqdan məhrum edilib. Mərdan Həsənovun məsuliyyətə cəlb olunmasına səbəb olunan video onun ögey qızı tərəfindən ifşa olunması məqsədilə lentə alınıb. Mərdan Hüseynovun əxlaqsız hərəkətlər etdiyi 6 yaşlı qız onun qonşusunun qızı olub. Anası işi çox olduğu vaxtda azyaşlı övladlarını Mərdanın arvadına və qızına tapşırıb. 2025-ci ilin iyununda yenə anası uşaqları Mərdanın ailəsinə tapşıraraq öz işinin arxasınca gedib. Bu zaman Mərdanın ögey qızı ilə bir qədər həyətdə oynadıqdan sonra evə daxil olublar. Həmin vaxt Mərdan öz telefonunda "TikTok"a baxırmış. Qızı yenidən həyətə qayıtdıqdan sonra Mərdanın əlindəki mobil telefonun səsinin kəsildiyini eşidib, azyaşlı ilə telefona baxmadıqları təqdirdə nə etmələri ona maraqlı gəlib. Təxminən 2-3 dəqiqə sonra Mərdan onun yanına gələrək mobil telefonunun ekranının kilidə düşdüyünü deyib və aça bilmədiyini bildirib. Qızı ögey atasından telefonu alıb baxan zaman "TikTok"da videoçəkiliş üçün nəzərdə tutulmuş bölmədə təxminən 6-7 saniyəlik videogörüntü olduğunu, lakin həmin görüntünün yaddaşa yazılmadığını görüb. Həmin görüntüyə diqqətlə baxarkən ögey atası Mərdanın 6 yaşlı qonşu qızını öpdüyünü görüb, bu görüntüləri ögey atasının özü də bilmədən qeydə aldığını başa düşüb və bu barədə heç kimə xəbər etmədən videonu telefonun yaddaşına yazmadan silib. Lakin Mərdanın 6 yaşlı qıza bu formada öpməsinin normal olmamasını başa düşərək ögey atasının azyaşlıya qarşı seksual hərəkət etməsindən şübhələnib. Qız bu barədə evə gəldikdən sonra anasına danışsa da, qadın inamayıb və "uşaqdır, öpür də, burada nə var ki, Mərdan həmin uşaqları nəvəsi gözündə görür" deyə cavab verib. Həmin günün səhəri saat təxminən 12 radələrində anası evdə olmadığı müddətdə Mərdan ona səslənərək qonşunun qızını evə gətirməyi, onunla oynamaq istədiyini bildirib. Qız bu dəfə Mərdanın nə etdiyini dəqiqləşdirmək üçün evə daxil olub qonaq otağına girərək mobil telefonunu cərəyana qoşacağını deyib, əslində isə həqiqəti öyrənib anasına çatdırmaq üçün mobil telefonu videogörüntüyə qoyaraq yenidən həyətə qayıdıb. Təxminən 5-6 dəqiqə sonra Mərdan hər iki uşaqla birlikdə həyətə düşdükdə evə qalxıb mobil telefonunu götürüb çəkilmiş videogörüntüyə baxarkən Mərdanın azyaşlıya qarşı əxlaqsızlıq etdiyini görüb. Təxminən 1 saat sonra evə gələn anasına videonu göstərib. Anası onunla birlikdə qonşusunun evinə gedərək olanları sonuncuya danışıb və mobil telefonundakı videonu göstərib. Azyaşlının anası əsəbiləşsə də, camaat arasında biabır olmamaları üçün Mərdanın barəsində heç yerə şikayət etməyəcəklərini bildirib və ondan telefonundakı videonu silməyini xahiş edib. O, telefonunun qalereya bölməsindən videonu silib, lakin görüntü "Google foto" bölməsinin yaddaşından qalıb. Xeyli müddət keçməsinə baxmayaraq, qızı azyaşlının anası və valideynlərinin, eləcə də öz anasının Mərdanın iyrənc və qanunsuz əməlini bilə-bilə bu barədə polisə şikayət etməmələrini və heç nə olmamış kimi davranmalarını gördükdə əsəbiləşib, Mərdanın azyaşlı qıza qarşı etdikləri ağlından çıxmayıb, həmin əməllərindən sonra təqsirləndirilən şəxsin azadlıqda qalması onu incidib. Buna görə 2025-ci ilin iyul ayının sonlarında "Instagram"da hesab açaraq videonun ictimaiyyətə yayılmasını təmin etmək üçün səhifələrdən birinə göndərib, əxlaqsızlıq edən şəxsin kimliyi barədə məlumat verdikdən sonra hesabını silib. Qeyd edək ki, sözügedən video ictimailəşəndən sonra Mərdan Həsənov məsuliyyətə cəlb olunub

photo content

QAZ SIZIB, MAQİSTRAL XƏTTDƏN

Yeni qayda❗️Paylaşımlarınıza diqqət edin: Sosial şəbəkədə cəmiyyətə hörmətsizlik edənlərə 2000 manatadək cərimə nəzərdə tutulur.

2017-ci ilin noyabr ayının 10-da "AFEN PLAZA” biznes mərkəzinin 6-cı mərtəbəsində partlayış olub. Ümumi sahəsi 300 kv.m olan
2017-ci ilin noyabr ayının 10-da "AFEN PLAZA” biznes mərkəzinin 6-cı mərtəbəsində partlayış olub. Ümumi sahəsi 300 kv.m olan ofisin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 42 nəfər təxliyə edilmişdi. Bugünki partlayış zamanı "AFEN Plaza”da 3 nəfər ağır yaralanıb. Hadisənin hansı səbəblərdən baş verməsi isə məlum deyil.

Partlayış səhər saat 9:00 radələrindı Ə.Rəcəbli küçəsində yerləşən “AFEN Plaza” biznes mərkəzində qeydə alınıb. Dağıntılar altında qalanların olma ehtimalı var. Əraziyə axtarış briqadası və xüsusi təlim görmüş itlər cəlb edilib. TƏBİB-in yaydığı ilkin məlumata görə, hadisə nəticəsində 5 nəfər yaralanıb.

Nərimanovda Neşve restoranım yaxınlığında güclü partlayış olub, yaralılar var

photo content

"Loft dent" klinikasının direktoru Bəhruz Sahib oğlu Paşayev Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində istintaq edilən cinayət işi üzrə şübhəli şəxs qismində tutulub.

Yasamaldakı yanğın buradan başlayıb

Gözünüz aydın! Paylaşımımdan 1 həftə sonra Binəqədi Baksol yolunda mart ayından bəri davam edən təmir sürətlə bitdi, yeni asfalt çəkildi. Təbriklər!

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində heyvanla rəhmsiz davranan şəxsin Samux rayon sakini V.Bayramq
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində heyvanla rəhmsiz davranan şəxsin Samux rayon sakini V.Bayramquliyev olması müəyyən edilib. Şəxs saxlanılaraq polis şöbəsinə gətirilib və barəsində qanunamüvafiq tədbir görülüb. Faktla bağlı araşdırma aparılır.

Yasamal rayonu, Mirəli Seyidov küçəsində yanğın baş verən çoxmərtəbəli yaşayış binasının sakini, jurnalist Heydər Mirzə: “Had
Yasamal rayonu, Mirəli Seyidov küçəsində yanğın baş verən çoxmərtəbəli yaşayış binasının sakini, jurnalist Heydər Mirzə: “Hadisə baş verəndə beşinci mərtəbəyədək özümüz düşdük, daha sonra tüstüdən heç yeri görə bilmədik. Sonra geriyə - yuxarıya qalxdıq. Mən 2010-cu ildən bu binada yaşayıram. “Loft” restoranı isə iki il bundan öncə binada fəaliyyətə başlayıb. Yanğının mənbəyi də sözügedən restoran olub. Sahibkar binaya məxsus qarajın yarısını mənimsəyərək restoran və stomatoloji mərkəz təşkil edib”. H.Mirzə vurğulayıb ki, bir ay öncə isə restoran hibrid maşınların elektrik doldurma dayanacağını quraşdırıb və həmin dayanacağın generatorunu binanın zirzəmisinə yerləşdirib: “Üç gün əvvəl binanın baş ustası yanıq qoxusu ilə bağlı restorana müraciət etdikdə isə adamı döyüblər”.

Dünən Biləcəridə “Lake Hotel” restoranının yaxınlığında oranın 4 əməkdaşını cərəyan vurub öldürüb. Faciəvi şəkildə həlak olan işçilərin ikisi Tərtər sakinləridir. Belə ki, onlardan biri 1998-ci il təvəllüdlü Muradlı Cavidan Tofiq oğlu Tərtər şəhər sakini,  2006-cı il təvəllüdlü Əliyev Eltac Habil oğlu isə rayonun Köçərli kənd sakinidir. Onlar sabah yaşadıqları ünvanda dəfn ediləcəklər. Faciə nəticəsində həyatından olan digər iki gənc isə 20 yaşlı Emil Quliyev və 18 yaşlı Əkbər Zeynalovdur.

Tik-Tok Azərbaycanda yeni metoda əl atıb 🤦🏻‍♂️ - MÜŞAİDƏM Deməli, Tİk-Tok istənilən (qaydaları pozmayan və digər platformal
+3
Tik-Tok Azərbaycanda yeni metoda əl atıb 🤦🏻‍♂️ - MÜŞAİDƏM Deməli, Tİk-Tok istənilən (qaydaları pozmayan və digər platformalarda problemsiz paylaşılan) videolarımı SƏBƏBSİZ (ümumj yazır ki, qaydanı pozur, amna hansı qaydanı, maddəni yazmır) silir. Appeal edirsən, amma cavabını göndərmir, səni gözlətdirir. Gözləməkdən bezjb videonu silirsən və TikTok DƏRHAL “APROVED” CAVABI GÖNDƏRİR; yəni sənin videon heç bir qaydaları pozmayıb. Lakin video yoxdur, silinib axı artıq. İlk dəfə elə bildim təsadüfüdür, tələsdim sildim. Sonra eyni şeylər təkrarlandıqca, anıadım ki, heç də təsadüfü deyil, MƏQSƏDLİDİR! Bax belə belə işlər!

Yasamalda yaşayış binasında yanğın nəticəsində ölənlərdən biri Bakı Milli Geyim Evinin rəhbəridir Yanğın nəticəsində 1977-ci
Yasamalda yaşayış binasında yanğın nəticəsində ölənlərdən biri Bakı Milli Geyim Evinin rəhbəridir Yanğın nəticəsində 1977-ci il təvəllüdlü K.Hümbətova yanğın nəticəsində tüstüdən zəhərlənərək ölüb. Hadisə nəticəsində həmçinin 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məmmədov Samir Kamal oğlu ölüb.

FROM SAMUX with İŞGƏNCƏ İzləyicim; “Salam Saleh bey. Çox xaiş edirik ictimailəşdirin. Bu manyak Samux rayonu Çobanabdalli kendiindendir adi Eşqindir. Heyvanlara işgencə edir. Yaziq qoyunlari doyur. Cezasini çekmelidir”

YASAMALDA YANĞIN İzləyicim; “Saleh bəy Yasamalda 28ci polis bölmesi yaxınlığındakı hündür mərtəbəli yaşayış binasında yanğın var. Bina işıqları tam söndürülüp lift işləmir qati tüstü düman var. İnsanlar binadan təxliyə edilir”

Hörnətli @polisazerbaycan burada qayda pozan piyadalara qarşı 1-2 günlük reyd keçirin plz, maariflənsinlər! Öncədən tşk!