ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

SALEH▪️NASIROV

SALEH▪️NASIROV

الذهاب إلى القناة على Telegram

🇦🇿 Sosial Məsələlər, Məsləhətlər və Təkliflər

إظهار المزيد

📈 نظرة تحليلية على قناة تيليجرام SALEH▪️NASIROV

تُعد قناة SALEH▪️NASIROV (@nasirovsaleh) في القطاع اللغوي الأذربيجانية لاعباً نشطاً. يضم المجتمع حالياً 34 674 مشتركاً، محتلاً المرتبة 7 318 في فئة الأخبار والوسائط والمرتبة 69 في منطقة أذربيجان.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 34 674 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 15 نوفمبر, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار -550، وفي آخر 24 ساعة بمقدار -29، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 16.71‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 6.54‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 5 793 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 2 267 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 36.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
“🇦🇿 Sosial Məsələlər, Məsləhətlər və Təkliflər”

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 16 نوفمبر, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة الأخبار والوسائط.

34 674
المشتركون
-2924 ساعات
-1427 أيام
-55030 أيام
أرشيف المشاركات
🌬️ Bakıda və Abşeron yarımadasında dekabrın 17-si gündüzdən 18-i səhərədək şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yarımadanın bəzi yerlərində arabir yağıntılı olacağı gözlənilir. 17-si gecəyə doğru, 17-dən 18-nə keçən gecə və səhər isə bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qara keçəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6° aşağı enərək, gecə 1-3° isti, gündüz 4-7° isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında dekabrın 17-də gündüz şimal və qərb rayonlarından başlayaraq 18-i gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Naxçıvan MR, Mərkəzi-Aran, Lənkəran-Astara) intensiv olacağı ehtimalı var. Qərb küləyi arabir 18-23 m/s, ayrı-ayrı yerlərdə arabir 30-35 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 ° aşağı enərək, aran rayonlarında gecə 1-6° isti, gündüz 6-11° isti, dağlıq rayonlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.

🤩

PFL rəhbərliyi Xankəndi yolunda qəzaya düşdü. Allah şəfa versin!
+4
PFL rəhbərliyi Xankəndi yolunda qəzaya düşdü. Allah şəfa versin!

Bu linkə👇daxil olun və 5 AZN qazanaq 🦁 https://leobank.az/r/gkxc
Bu linkə👇daxil olun və 5 AZN qazanaq 🦁 https://leobank.az/r/gkxc

+1
Ələt-Astara yolunda ağır qəza: Ölən və yaralanan var. 16.12.2023-cü il tarixində saat 10:18 radələrində Ələt-Astara magistralının Biləsuvar rayonu ərazisində baş vermiş avtoqəza ilə əlaqədar xəsarət alan 1995-ci il təvəllüdlü və 1965-ci il təvəllüdlü 2 nəfər (kişi) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına təcili yardım vasitəsilə daxil olub. Yaralılara travmatik amputasiya, başın təpə nahiyəsi və sol gicgah nahiyəsinin irihəcmli kəsilmiş, cırılmış yarası diaqnozları təyin edilib. Xəsarət alanlardan biri dərhal Cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, vətəndaş vəfat edib. Digər vətəndaşa zəruri tibbi yardım göstərilib vəziyyəti stabil olaraq qiymətləndirilir.

Niyə bizim insanlar Tənqidi qəbul etmirlər, edə bilmirlər? ÇÜNKİ: ▪️Tənqidi Təhqir kimi qəbul edirlər. ▪️Özlərini digərlərindən daha təcrübəli və bilikli sanırlar. ▪️Öyrənmək və İnkişaf etmək istəmirlər. Halbuki, məhz tənqidin sayəsində insan daha çox öyrənir, təcrübə toplayır, inkişaf edir, hədəfinə çatır və uğur qazanır! ▪️Ağsaqqal/Ağbirçək məsələsi; böyüklər nə deyirsə düz deyir! Onların dediklərini nəinki tənqid, hətta müzakirə etmək olmaz kimi stereotip və stiqmalı yanaşma. ✅ TƏNQİDİN qəbul edilməsi üçün onu DÜZGÜN formada etmək labüddür! ☝️Çalışın tənqid edərkən, qarşı tərəfin xətrinə dəyməyəsiniz, həddi aşmayasınız. O incə cizgini pozanda tenqidi qebul etmek istemir adam. 🍔 BURQER yanaşmasından istifadə edin. İlk öncə, aponentinizin fikrini tərifləyin, deyin “əla fikirdi, afərin, bəyənilsin!” Sonra, açar sözlərdən istifadə edərək tənqidinizi əlavə edin. Məsələn: “Yaxşı olardı ki,..... Bunu da əlavə etsəniz möhtəşəm olar..... və sair....” Sonda isə, yenədə tərifdən istifadə edin: “Amma, buna baxmayaraq gözəl ideyadır, təklifdir...və sair” İndi siz daha çox bilirsiniz! 😎 Paylaşın və tənqidə dözümlülüyü artırın ❤️ S▪️N

DİN 🚨"Sosial şəbəkə üzvlərindən daxil olan çoxsaylı şikayətlər əsasında paytaxt sakini Vəliyeva Ləman polis əməkdaşları tərə
DİN 🚨"Sosial şəbəkə üzvlərindən daxil olan çoxsaylı şikayətlər əsasında paytaxt sakini Vəliyeva Ləman polis əməkdaşları tərəfindən saxlanılıb".

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı m
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı müvəqqəti olaraq Quba rayonunda yaşayan Cəfər Məmmədov saxlanılıb. C.Məmmədov 25-dən artıq şəxsə problemlərinin həllinə dair səlahiyyəti olmadığı halda vədlər verərək onlara külli miqdarda ziyan vurub. Belə ki o, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid qəsdlə uzun müddət ərzində ayrı-ayrı şəxslərə vədlər verərək onların ümumilikdə 30 980 manat pulunu ələ keçirib. Həmin şəxs ifadəsində etdiyi dələduzluq əməllərini səmimi etiraf edib. O, həmçinin bir neçə xanıma onlarla evlənəcəyinə dair vədlər verib, həmin şəxslərin və onların ailə üzvlərinin adına bankdan kredit götürərək dələduzluq edib. Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Cəfər Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilib.

Əslində bu çox dəhşətli, utancverici və üzücü bir səhnədir! 💔 Uşaqlar küçələrdə bu şəkildə yox, evlərdə, baxça və məktəblərdə olmalıdır! Uşaqlar küçələrdə pul dilənməməli, salfetka satmamalı, maşınlarının təkərlərini qaraltmamalıdır! Uşaqlar öz uşaqlığını yaşamalıdır! Uşaqlara ailə, valideyn baxa bilmirsə və ya baxmırsa, o ailə, valideyn və uşaqlarla aidiyyatı dövlət qurumları məşğul olmalıdır! UŞAQ BÖYÜK BİR MƏSULİYYƏTDİR! Tam məsuliyyətlə deyirəm, taki Azərbaycanda 2014-cü ildən bəri sosial şəbəkələrdə, tədbirlərdə, TV efirlərdə dəfələrlə vurğuladığım UŞAQ MÜDAFİƏSİ SİSTEMİ və SOSİAL İŞ İNTİTUTU yaradılmasa uşaq və məişət zorakılıq halları getdikcə artacaq və bu da öz növbəsində cəmiyyətdə dini radikalizmə, terrorizmə, quldurluğa, dələduzluğa, fahişəliyə, pedofiliyaya, aqressiyaya, nifrətə, intiharlara və digər sosial-siyasi problemlərə gətirib çıxaracaq! Nəzarətsiz, diqqətsiz, sevgisiz, qayğısız və təhsildən kənar qalmış uşaqların gələcəyi yoxdur! Bu da sabah sivil cəmiyyət üçün təhlükə, dövlət üçün isə əlavə maddi, mənəvi və siyasi yük deməkdir! Necə deyərlər, “nə əkərsən, onu da becərsən”! S▪️N

Dəlidir, xəstədir, nədir? 🫣🤦🏻‍♂️ Ukraynanın Zakarpatiya vilayətində deputat kənd sovetinin iclası zamanı qumbaraatanları partladıb. İnsident nəticəsində 26 nəfər yaralanıb. Onlardan 6-nın vəziyyəti ağırdır. Partlayışı törədən deputat isə ölüb.

Bu nədir? Görən olub? 🫣

Sabahdan bu yol 4 günlük bağlanır AAYDA: “Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektinin 9-cu km-də  (“Gənclik” parkının qarşısı, Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Buna səbəb sözügedən yolda aparılacaq əsaslı təmir işləridir. Bununla əlaqədar olaraq 15 dekabr saat 08:00-dan 19 dekabr saat 22:00-dək işlərin aparıldığı zolaqlar üzrə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Əks istiqamət üzrə təmir işləri müddətində avtonəqliyyat vasitələrinin ikitərəfli hərəkəti təşkil olunacaq”.

From Korgöz with Palçıq 😞 Parlaq gələcəyə gedən məktəbin yolu 🫣 #mud #yol

Bakının Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yaşayan Müşviq Məmmədovun hər iki oğlu hərbi xidmətdədir. Dekabr ayının altısında, axsam saatlarında qapısı döyülərək, “mən N saylı hərbi hissədə qullluq edən oğlunuzun komandirlərindən biriyəm. Övladınız ağır xəstə olduğu üçün gəlmişəm” deyərək ondan pul tələb edilib. Eyni ərazidə yaşayan digər əsgər valideyni də bu tələyə düşüb.