SALEH▪️NASIROV
الذهاب إلى القناة على Telegram
📈 نظرة تحليلية على قناة تيليجرام SALEH▪️NASIROV
تُعد قناة SALEH▪️NASIROV (@nasirovsaleh) في القطاع اللغوي الأذربيجانية لاعباً نشطاً. يضم المجتمع حالياً 35 063 مشتركاً، محتلاً المرتبة 7 318 في فئة الأخبار والوسائط والمرتبة 71 في منطقة أذربيجان.
📊 مؤشرات الجمهور والحراك
منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 35 063 مشتركاً.
بحسب آخر البيانات بتاريخ 29 أكتوبر, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار -471، وفي آخر 24 ساعة بمقدار -10، مع بقاء الوصول العام مرتفعاً.
- حالة التحقق: غير موثّقة
- معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 22.13%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 7.84% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
- وصول المنشورات: يحصل كل منشور على متوسط 7 748 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 2 747 مشاهدة.
- التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 74.
📝 الوصف وسياسة المحتوى
يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
“🇦🇿 Sosial Məsələlər, Məsləhətlər və Təkliflər”
بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 30 أكتوبر, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة الأخبار والوسائط.
35 063
المشتركون
-1024 ساعات
-1087 أيام
-47130 أيام
أرشيف المشاركات
35 068
Yol polisi qəza zamanı xəsarət alanları operativ şəkildə xəstəxanaya çatdırıb
Oktyabrın 7-də paytaxtın Nərimanov rayonu, Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində biri azyaşlı olmaqla iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisədən dərhal sonra ərazidə xidmət aparan yol polisi əməkdaşları operativ müdaxilə edərək xəsarət alan şəxsləri xidməti avtomobillə xəstəxanaya çatdırıblar. Tibb müəssisəsində hər iki şəxsə təxirəsalınmaz tibbi yardım göstərilməklə həyatları xilas edilib.
35 068
ötən gün Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadə qətlə yetirilib.
Fatiməni bıçaqlayaraq öldürməkdə şübhəli bilinən həyat yoldaşı 1986-cı il təvəllüdlü Müseyib Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
35 068
Cəlilabad sakini Lənkəran rayonuna gələrkən, Vilvan istiqamətindən Cil kəndinə daxil olduğu vaxt avtomobili idarə edərkən yuxulayıb. Nəticədə avtomobil yoldan çıxaraq aşıb və çay kanalına düşüb.
Qəza zamanı avtomobil üç elektrik dirəyini dağıdıb. Avtomobili kanaldan çıxarmaq üçün bir kranın gücü kifayət etmədiyindən, iki krandan istifadə olunub.
Hadisə nəticəsində Cil kəndi, XarXatan kəndi və Şağlaser kəndində elektrik enerjisinin verilişi kəsilib. Üç kənddə elektrik enerjisinin bərpası ilə bağlı işlər 5–6 saatdan çox davam edib.
35 068
Əldə etdiyim məlumata görə, heyvanla rəhmsiz rəftar etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılan Ağakişiyev soyadlı şəxs 25 sutka inzibati qaydada həbs olunub.
https://t.me/nasirovsaleh/9596
35 068
İzləyicim: “Salam Saleh bey , Xetai rayonu 56 nomreli mektebin qarşisinda moykalarin yaninda 18 yaşli oglan bicaglanaraq qetle yetirilib ,polisler gelib. Bilinmir ne meseledi , yazig anasinin sesi gulagimdadi 😥”
35 068
🇦🇿 Bu gün Cəbrayıl şəhəri günüdür
2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhəri Ermənistan silahlı qüvvələrinin işğalından azad edilib.
35 068
Bumu indicə mənə atdılar. Bu real kadrlardır yoxsa Aİ? 🫣 Əgər realdırsa, ünvan plz
35 068
Hadisə cari ilin yanvarın 31-də Suraxanı rayonu, Binə qəsəbəsində ailə münaqişəsi zəminində baş verib.
Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb, toplanmış materiallar əsasında cinayət işi başlanılıb. Araşdırmalarla N.Azadlının həyat yoldaşı Ş.Azadlıya fiziki zor tətbiq edərək xəsarət yetirdiyi müəyyən olunub. N.Azadlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq tamamlanaraq ittiham aktı ilə məhkəməyə göndərilib.
https://t.me/nasirovsaleh/9592
35 068
Borca pul verəndə olursan yaxşı, geri istəyəndə isə pis 🤷🏻♂️
Məncə ən salamatı heç və ya geriyə istəyəcək məbləğ verməmək.
Bəs sizcə?👇
35 068
İzləyicim; “Saleh bey Yusif Vəzir Çəmənzəminli küçəsi Saf hospital tərəf Türk American medical la üz üzə binada Qaz partlayışı oldu. Yaxşı ki evdə kimsə olmayıb. Dəhşətdir. Sondurduler”
35 068
2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başladı.
Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqları 44 gün ərzində azad edildi. Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu, Ermənistan-Azərbaycan münaqişəsi tarixə çevrildi.
Ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizi dərin hörmət və ehtiramla anırıq!
35 068
QAPAQSIZ LYÜKUN HEKAYƏSİ
İzləyicim; “Salam Saleh bəy. Sizə müraciət edərək bildirirəm ki, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov və Fəzayıl Bayramov küçələrinin kəsişməsindəki velosiped yolunda (koordinatlar: 40.3785000, 49.8710833) lyuk quyusunun qapağı yoxdur və quyu açıq vəziyyətdədir. Qapaqsız quyu velosiped və skuter istifadəçiləri, eləcə də digər yol hərəkəti iştirakçıları üçün xəsarət riski yaradır. Təxminən bir ay keçməsinə baxmayaraq, lyuk qapağı
quraşdırılmayıb və ətrafında xəbərdarlıq nişanı yerləşdirilməyib.
24 avqust 2026-cı il tarixində məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etmişəm. Mənə müraciəti aidiyyəti quruma yönləndirməyim bildirilib, lakin həmin qurumun adı və ona müraciət qaydası açıqlanmayıb. Problemi ictimailəşdirdikdən sonra da təhlükəli vəziyyət aradan qaldırılmayıb. Təəssüf ki, müraciətimdən təxminən bir ay sonra, 24 sentyabr 2026-cı il tarixində həmin yerdə qəza baş verib. Mənə məlum olan məlumata görə, yolun təhlükəli vəziyyəti səbəbindən
qəzaya düşən turist başından xəsarət alıb. Hesab edirəm ki, müraciətimdən sonra vaxtında
tədbir görülsəydi, bu qəzanın qarşısını almaq mümkün olardı.
Qəzadan sonra vəziyyət barədə ayrıca LinkedIn paylaşımı etmişəm. Xahiş edirəm lyuk quyusuna qapaq quraşdırılmasına məsul qurumun
müəyyənləşdirilməsinə və təhlükənin təcili aradan qaldırılması üçün məsələnin aidiyyəti üzrə
qaldırılmasına köməklik göstərəsiniz. Təşəkkürlər!”
35 068
🏆🏎 Azərbaycan Qran-Prisinin qalibi bəlli oldu!
🇬🇧 “Mercedes” pilotu Corc Rassell 51 dövrəlik mübarizədə bütün rəqiblərini qabaqlayaraq Bakı yarışının qalibi olub.
🥇 Corc Rassell — “Mercedes”
🥈 Maks Ferstappen — “Red Bull”
🥉 İsak Hacar — “Red Bull”
🏁 Rassell karyerasında ilk dəfə Bakıdakı Formula 1 yarışında qalib gəlib.
